"Qar əridi, Bakıda evlər suyun altında qaldı" - SAKİNLƏR NARAHATDIR
Bunu Zabrat-Kürdəxanı yolunun üstündəki evlərdə yaşayan sakinlər deyirlər.
Milli.Az azadliq.org-a istinadən xəbər verir ki, çirkab suların toplaşdığı Zabrat gölünün səviyyəsinin günbəgün qalxması sakinlərin səbr kasasını da daşırıb. Həmin ərazidə yaşayan Mansur Cəfərli deyir, ərazidəki evlərin artması ilə əlaqədar gölə axıntının güclənməsi, qar, yağış - suyun səviyyəsinin artmasına səbəb bunlardır:
"Başqa yerdə ev kirayələyib ailəmi də götürüb köçmüşəm. Bir neçə qonşum da bu qərarı verib. Çünki iydən evdə oturmaq mümkün deyil. O gün qar əriyəndən sonra gölün suyu həyətə qədər gəlib çıxıb. Halbuki, bundan əvvəl bizdən gölə daha yaxın həyətlərə dolurdu. İndi çirkab sular gəlib bizə qədər çatıb".
Zabrat-Kürdəxanı yolu ərazisində yaşayan Tağı Tağıyev də eyni sözləri deyir. O, fevralın 6-da yaşadığı evin zirzəmisinin su ilə dolduğunu görəndə təşvişə düşüb: "Zabrat gölü daşdığından ətraf evləri su yuyub aparır. Kömək istəyirik. Evlərimizə, həyatımıza təhlükə gündən günə artmaqdadır. 1 ilə yaxındır gölün səviyyəsi qalxır. Bu gün baxıram ki, bizim də zirzəmiyə su dolub. Bu gün zirzəmiyə dolan su sabah evlərimizə dolacaq, bu, qaçılmazdır. "Azərsu" suyun qarşısını almaq üçün texnika göndərir, ancaq bu, yetərli deyil".
Sakinlər gölün qurudulmasından ötrü tədbirlər görülməsini tələb edirlər.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətində Geoloji planlama ekspedisiyasının dəstə rəisi Rafiq Həsənov bildirib ki, son günlər yağıntılar səbəbindən gölün səviyyəsinin qalxması müşahidə olunur. Səbəb dolan gölün boşalma sahəsinin olmamasıdır:
"Göl ətrafında əhali məskunlaşır, yeni tikililər salınır. Mərkəzləşmiş kanalizasiya sisteminin yoxluğu ucbatından sakinlər primitiv üsullardan istifadə edirlər. Həyətlərində şambolar qazırlar, təsərrüfat və məişət suları birbaşa şambolara axıdılır. Bu da qrunt sularının səviyyəsinin qalxmasına səbəb olur. Buna görə də, gölün səviyyəsinin qalxması müşahidə olunur. Hətta Kürdəxanı istiqamətində yolun üstündən də su axdığının şahidi oluruq".
Sabunçu Rayon İcra Hakimiyyətinin Zabrat qəsəbəsi üzrə nümayəndəsi Azər Süleymanov isə sayta deyib ki, Bakı şəhəri və ətraf qəsəbələrin sosial iqtisadi inkişaf layihəsi proqramı çərçivəsində göllərin təmizlənməsi məsələsi də yer alıb:
"Zabrat gölü böyük bir göldür. Göl iki rayonun arasındadır. Problemli məsələdir. Gölün səviyyəsi qalxıb. Bununla bağlı məsələ qaldırılıb, həlli istiqamətində qərar gözlənilir".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1323 Tarix: 09 fevral 2017
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Ölkədə istehsal olunan siqaret və spirtli içkilərlə bağlı statistika açıqlandı
2025-ci ilin yanvar-noyabr aylarında ölkədə 15 milyard 700.4 milyon ədəd siqaret və siqar istehsal olunub. rəsmi statistikaya istinadən xəbər verir ki, bu əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 15.3 faiz çoxdur. Cari ilin dekabr ayının 1-nə siqaret və siqar üzrə hazır məhsul ehtiyatı 1 milyard 16.
14.12.2025 139 Rusiyada "Honkonq qripi"ndən ölüm hallarının baş verməsi təsdiqlənib
Rusiyada "Honkonq qripi"ndən ölüm hallarının baş verməsi təsdiqlənib. xəbər verir ki, bu barədə yerli mətbuata Rusiya Elmlər Akademiyasının akademiki Gennadi Onişenko məlumat verib. "Ölüm hallarının olmadığını demək mümkün deyil, təəssüf ki, bu, baş verir. Adətən, belə hallar xroniki ağciyər
14.12.2025 154 Ukraynanın Trampın sülh planına cavabının təfərrüatları məlum olub
Ukrayna ABŞ Prezidenti Donald Trampın sülh planına cavab olaraq qoşunların Donbasdan çıxarılması və NATO üzvlüyündən imtinası ilə bağlı təklifləri rədd edib. "Report" xəbər verir ki, Kiyevin cavabının təfərrüatlarını "New York Times" açıqlayıb. "Cavabda bildirilib ki, Kiyev Ukraynanı
14.12.2025 129 Honkonqdakı güclü yanğının vurduğu zərərin məbləği açıqlandı
Honkonqdakı yaşayış kompleksində baş vermiş güclü yanğının vurduğu zərərin məbləği beş milyard Honkonq dollarını (642 milyon ABŞ dollarından çox) keçib. bildirir ki, bu barədə məlumatı "South China Morning Post" qəzeti faciədən sonra iqtisadi itkilərin qiymətləndirilməsi ilə məşğul olan ekspertlər
14.12.2025 143 Almaniyada məcbur hərbi xidmət gündəmdədir, qadınlar da çağırıla bilər
Almaniya Kansleri Fridrix Merts yaxın illərdə ölkədə həqiqi hərbi xidmətin geri qaytarılmasını istisna etməyib və məcburi alternativ mülki xidmətin bərpasını müdafiə edib. "Report"un xəbərinə görə, bu barədə o, Almaniyanın hakim blokuna daxil olan Xristian Sosial Birliyinin qurultayında çıxış
14.12.2025 147 Bəzi dağlıq ərazilərdə yollar buz bağlayacaq
Azərbaycanda dekabrın 15-də avtomobil yollarında gözlənilən vəziyyət açıqlanıb. BİG.AZ xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Qeyd olunub ki, gecə və səhər saatlarında bəzi dağlıq ərazilərdə yolların buz bağlama ehtimalı var
14.12.2025 142 Ermənistanda ARA QARIŞDI: Xocalı qatili "SAVAŞ MESAJI" verdi
Hazırda Ermənistanda hakimiyyət uğrunda mübarizə Nikol Paşinyan ilə kilsə rəhbəri II Qaregin arasında gedir. Hakimiyyət hazırda əsas diqqəti kilsə ilə mübarizəyə yönəldib. Məhz bunun nəticəsidir ki, hazırda zəifləyən revanşistlər də son dayaqları olan kilsə ətrafında birləşməyə başlayıblar. Bu günlərd
14.12.2025 181 Ukrayna Prezidenti cümə günü Polşaya səfər edəcək
Ukrayna Prezidenti Volodimir Zelenski dekabrın 19-da Polşaya səfər etməyi planlaşdırır. "Report" "İnterfaks-Ukrayna"ya istinadən xəbər verir ki, Zelenski bu barədə jurnalistlərə açıqlama verib. "Mənim Polşaya səfərimə gəldikdə, Polşa tərəfi bizə cümə gününü təklif etdi. Düşünürə
14.12.2025 112 Sudanda BMT obyektinə zərbə endirildi: Altı nəfər həlak oldu
Sudanın Kaduqli şəhərindəki BMT obyektinə Çevik Reaksiya Qüvvələri tərəfindən endirilən dron zərbəsi nəticəsində azı altı mülki şəxs həlak olub. xəbər verir ki, bu barədə "Agence France-Presse" agentliyi məlumat yayıb. Məlumata görə, şəhər Çevik Reaksiya Qüvvələri tərəfindən mühasirəyə alınıb
14.12.2025 105