Yuxusuzluğun öhdəsindən necə gəlmək olar?

Yuxusuzluğun öhdəsindən necə gəlmək olar?Yuxusuzluq və ya yuxunun pozulması, demək olar, hər kəsin qarşılaşdığı problemdir. Bu, təkcə yuxu çatışmazlığı deyil, həm də yaxşı yatmamaq, yuxuya getməyin çətinliyi, yuxudan yarımçıq durmaq və səhərədək oyaq qalmaq kimi hallarla səciyyələnir.

BiG.AZ AZƏRTAC-a istinadən bildirir ki, insanın əlverişsiz şəraitdə (səs-küy, isti/soyuq, həddən artıq bərk və ya yumşaq çarpayı) yatması, həyat tərzini dəyişməsi (səyahət, bir yerdən başqa yerə köçmək), evdə və işdə stress vəziyyət, müxtəlif ağrılar yaradan, tənəffüsü çətinləşdirən və digər xəstəliklər, narahatlıq və depressiya yuxusuzluğun səbəblərindəndir.

Yuxusuzluğun təkrarlanan epizodları və ya insanın yata bilmədiyi vaxtın uzanması, depressiya ilə bağlı yuxusuzluq və ya problemin öhdəsindən müstəqil gələ bilməmək hallarında Həkimə və ya mütəxəssisə müraciət etmək lazım gəlir.

Yeni yuxu və oyaqqalma rejimini yaradın. Aşağıda qeyd edilən məsləhətlərə əməl olunduğu halda yaxşılaşma olmasa, həkimə müraciət etmək lazımdır:

- axşamlar alkoqol qəbul etməyin. Alkoqolun orqanizmə qısamüddətli sakitləşdirici təsir etməsinə və spirtli içkidən sonra insanın daha tez yuxuya getməsinə baxmayaraq, alkoqol dərin yuxu fazasına da təsir edir. Siz spirtli içkinin təsiri qurtarandan sonra dərhal ayılacaqsınız.

- xüsusilə yataqda siqaret çəkməyin. Nikotin stimullaşdırıcı təsirə malikdir. Bu sizə yuxuya getməyə və normal yuxu prosesinə mane olur.

- qəhvə içməyin və ya onu daha az içməyə cəhd edin. Kofein orqanizmdə 12-24 saat ərzində qalır. Yadda saxlayın ki, qəhvə ilə yanaşı, şokolad, kola və çayın da tərkibində kofein var. Əgər siz yuxusuzluğunuzun səbəbini kofeində görürsünüzsə, tərkibində bu maddənin olduğu məhsullardan yatmazdan ən azı 12 saat əvvəl istifadə edin.

- nəzərə almaq lazımdır ki, bəzi dərmanlar yuxunun normal strukturunu pozur. Soyuqdəymədə istifadə edilən, bir çox reseptsiz satılan, habelə tərkibində psevdoefedrin olan dərman vasitələri də orqanizmə kofein kimi stimullaşdırıcı təsir göstərir. Ona görə də aptekdə əczaçıdan bu preparatın yuxuya necə təsir göstərməsini, əgər bu dərman insanı oyaq saxlayırsa, onu digəri ilə əvəz etməyin mümkün olub-olmamasını soruşmaq lazımdır.

- yatmazdan əvvəl həddindən artıq yeməyin. Dolu mədə yuxuya getməyə mane olur. Yaxşısı yüngül qəlyanaltı ilə keçinməkdir. Bu, həm yuxunu pozmur, həm də aclığı dəf edir. Çoxları isti və ya soyuq südün möcüzəli gücünə qeyd-şərtsiz inanırlar. Südə bir qədər bal, darçın və ya vanil əlavə etmək olar. Bəzi adamlara tərkibində kofein olmayan bir fincan bitki çayı yaxşı təsir göstərir.

- vannanı yuxudan bir-iki saat əvvəl qəbul edin. Bu, əzələlərdə gərginliyi götürəcək və sizin yuxunuz gələcək. Lakin vannanı bilavasitə yatağa uzanmamışdan qabaq qəbul etməyin, bu, sizi yuxuya getməyə qoymayacaq.

- müntəzəm olaraq idman edin. Bununla siz gərginliyi aradan qaldıracaq və səhər özünüzü gümrah hiss edəcəksiniz. Bundan başqa, fiziki hərəkətlər nəticəsində siz yorulacaqsınız ki, bu, yuxuya getməyi asanlaşdırır.

- yataq otağı sakit və qaranlıq olmalıdır. Əgər səs mane olursa, qulağınızı xüsusi tıxac və ya "ağ küy" qurğusu ilə bağlayın. Bəzi adamlar işləyən fen və ya kondisionerin səsi altında yatmağa üstünlük verirlər.

- yuxu üçün optimal temperatur 15.5-18.3 dərəcədir. Həmçinin yaxşı yuxu üçün döşəyin bərk və rahat olması çox vacibdir.

- qısamüddətli gündüz yuxusundan imtina etmək yaxşı olar. Müddəti 20 dəqiqədən az olan bu cür yuxu orqanizmi gümrah edə bilər. Lakin gündüz 4 saatdan çox yatmaq yuxunun normal strukturuna təsir edə bilər və yuxusuzluq yaradar.

- işığı söndürməzdən əvvəl bir neçə dəqiqə kitab oxuyun. Bu, sizi rahat edər və tez mürgüləyərsiniz.

- nəyisə hesablamaq tövsiyə edilmir. Hesab diqqəti müəyyən məsələyə yönəldir. Əksinə, çalışın özünüzü xoşagələn bir sahədə təsvir edin. Təxəyyülünüzü işə salın ki, yuxuya gedən zaman sakitləşdirici səsləri eşidəsiniz.

- çarpayı istirahət yeri olmalıdır. Dəhşətlər filminə baxmaq, sabahkı iş gününün planını qurmaq stress və narahatlıq yaradır. Odur ki, yataqda bu məsələlərlə məşğul olmaq lazım deyil.

- yuxusuzluq üçün əla vasitə içində qurudulmuş mayaotu qozaları olan yastıqdır. Fındıq ağacı yarpağı və şam ağacı budağı da yuxusuzluğun öhdəsindən gəlməkdə kömək edə bilər. Həmçinin qaraqınıq və nanə yarpaqlarını da götürmək lazımdır. Qurudulmuş komponentləri qarışdırırıq və yastığa doldururuq.

İnsanların çoxu yuxusuzluğa görə həkimə müraciət etməyə məcburdur. Bununla belə həkimlər də əvvəlcə sizin probleminizi dərmansız həll etməyə çalışırlar. Əlacsız qaldıqda dərmandan istifadə etmək lazımdır. Adi yuxugətirən dərmanlar normal yuxunun yaranmasına kömək etmir, lakin şüuru kəskin incidir. Reseptsiz satılan bir çox yuxu dərmanları "placebo" effekti yaradır ki, bu da onu göstərir ki, dərmanın təsiri əslində pasiyentin ona inanması ilə bağlıdır.

Həkim yuxusuzluğun səbəbini müəyyən edə bilər və müalicə, lazım gəldikdə yuxu dərmanı da təyin edə bilər. Yuxu dərmanından həkimin məsləhəti olmadan istifadə etmək olmaz. Adətən bu cür vasitələr yuxuya getməkdə müvəqqəti çətinliyi yüngülləşdirir. Onlardan uzun müddət istifadə edilməsi orqanizmin bu dərmanlara öyrəşməsinə gətirib çıxarır.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 1959   Tarix: 29 yanvar 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Kondisioner alarkən nələrə diqqət etməliyik? - VİDEO

Havaların istiləşməsi ilə kondisionerlərə tələbat artıb. -ın məlumatına görə, elektronika mağazalarında kondisioner qiymətləri 700 manatdan 2 900 manata qədər dəyişir. Mütəxəssislər bildiriblər ki, kondisioner alarkən ilk önəm verilməli məsələ otağın ölçüsüdür. Ətraflı süjetdə:

21.04.2024 363
.

Alimlər Yer tarixinin ən iri ilanının qalıqlarını aşkar ediblər

Hindistanda tarixin ən böyük ilanının qalıqları tapılıb. Orada iki paleontoloq erkən Eosen dövrünə aid qədim heyvanın yaxşı qorunub saxlanmış 27 fəqərəsini aşkar ediblər. Bu barədə tədqiqatçılar "Scientific Reports" elmi jurnalında dərc olunan məqalədə yazırlar. Tədqiqatçılar hesab edirlə

20.04.2024 393
.

Dünyanın ən böyük ağcaqanadı

Dünyanın ən böyük ağcaqanadının bir nümunəsi (bu böcək növləri arasında) Sıçuan əyalətinin Çendu şəhərindəki Qərbi Çin Həşərat Muzeyində saxlanılır. xarici mətbuata istinadən xəbər verir ki, 2018-ci ildə Ginnesin Rekordlar Kitabına düşüb. Ağcaqanad Holorusia Mikado növünə aiddir. Onun qanadlarının uzunluğ

20.04.2024 405
.

Oxumaq, yoxsa dinləmək? - Hansı daha faydalıdır?

Belə bir fikir var ki, oxumaq dinləməkdən daha faydalıdır. Amma əhalinin bir hissəsi kitab oxumaqla onu dinləmək arasında fərq görmür. -ın xarici mediaya istinadən xəbərinə görə, Kaliforniya Universitetinin tədqiqatçıları bu məsələni araşdırıblar. Araşdırmaya görə, dinləmək insanı real vaxtda anlam

14.04.2024 254
.

"Son qəpiyimi də sənə xərcləmişəm": Valideylərin uşaqlardan imtahan gözləntisi - ARAŞDIRMA

Hər ilin mart və iyun ayları 9-11-ci sinif şagirdlərinin həyatında ən gərgin vaxtdır. Bu zaman onlar gələcək yollarını müəyyən edən buraxılış və blok imtahanlarının həyəcanını yaşayırlar. Təəssüf ki, hər şagird bu böyük stressin öhdəsindən gələ bilmir. Mövzu ilə bağlı "Kaspi" qəzeti məqal

14.04.2024 405
.

Rüfət Mehdiyevin qızı: "Atamla görüşə hazırlaşırdım, cənazəsinə getdim" - VİDEO

Baku TV-də yayımlanan "Retro Baku" verilişinin yeni buraxılışı efirə gedib. Müəllif - aparıcı Afaq Hüseynovanın təqdimatında efirə gedən verilişin budəfəki sayı tanınmış müğənni Rüfət Mehdiyevə həsr olunub. Verilişdə mərhumun yaxınları onunla bağlı xatirələrini bölüşüblər. Müğənninin qızı Zemfir

14.04.2024 481
.

İsmayıllı meşələrində bitən pəl bitkisi: Həm faydalıdır, həm də ucuz - VİDEO

İsmayıllı rayonunda müalicəvi əhəmiyyəti olan bir sıra bitkilər bitir. Onlardan biri də insan sağlamlığı üçün əhəmiyyətli olan pəl bitkisidir. Baharda bitən pəl insanlar arasında geniş istifadə olunmaqdadır. Həmçinin, onun qiymətinin də ucuz olduğu bildirilir. Daha ətraflı APA TV-nin materialında:

19:40 0
.

Zukerberq sərvətinə görə Maskı geridə qoydu

"Meta" şirkətinin təsisçisi Mark Zukerberq planetin ən varlı adamları siyahısında üçüncü yeri tutaraq "SpaceX" və "Tesla"nın baş direktoru İlon Maskı geridə qoyub. Bu barədə məlumat Blumberq Milyarderlər İndeksində (BBI) əks olunub. Son 24 saat ərzində Mark Zukerberqin sərvət

21.04.2024 237
.

Yatmadan əvvəl 11 zeytun yeyin

Zeytunun insan sağlamlığına, o cümlədən toxumlarına və yarpaqlarına olan faydaları inanılmazdır. Xüsusilə Aralıq dənizi bölgəsində yetişən və ləzzətli dadı olan zeytunu səhərlər deyil, yatmazdan əvvəl istehlak etmək tövsiyə olunur. Bunun həm iman, həm də sağlamlıq baxımından faydaları var. Gənc qızları

18.04.2024 498