"Dəyanət Rzayev intihar etməyib, ÖLDÜRÜLÜB" - ŞOK İDDİA

"Dəyanət Rzayev intihar etməyib, ÖLDÜRÜLÜB" - ŞOK İDDİAXəbər verdiyimiz kimi, tanınmış psixoloq Dəyanət Rzayevin özünü yaşadığı evdə kəmərlə asaraq, intihar etdiyi bildirilir.

BiG.AZ xəbər verir ki, psixoloqun cəsədini onun yaşadığı evdə anası aşkarlayıb. D.Rzayev intihardan öncə məktub yazıb. O, məktubunda intiharında heç kimin günahı olmadığını, bunun "özünün şəxsi qərarı olduğunu" qeyd edib.

Hadisə yerinə Yasamal rayon Polis İdarəsinin və prokurorluq orqanlarının əməkdaşları araşdırma aparıb. Yasamal rayon Prokurorluğunda isə faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.
Hazırda hadisənin baş vermə səbəblərinin müəyyənləşdirilməsi istiqamətində istintaq tədbirləri davam etdirilir.

Onlar D. Rzayevin telefonlarını və son məktubu da araşdırma üçün götürüblər.
Tanınmış psixoterapevt Elmir Əkbər isə fərqli düşünür. Elmir Əkbər modern.az saytına açıqlamasında deyib ki, bu hadisədə intihardan söhbət belə, gedə bilməz.

"Birmənalı olaraq, burada heç bir intihardan söhbət gedə bilməz. Çünki Dəyanətin həyatının mənası var idi, o nə üçün yaşadığını bilirdi. Yüz faiz əminəm ki, bu hadisədə özünəqəsddən söhbət gedə bilməz. Gah dedilər ki, özünü binadan atıb, gah da dedilər ki, özünü kəmərlə asıb. Belə təəssürat yaratdılar ki, ilk olaraq onun ölümü haqqında nə deməyin lazım olduğunu dəqiq bilmirdilər. Əvvəl dedilər ki, özünü atıb, sonra isə qeyd etdilər ki, yox, kəməri ilə özünü asıb. Dərindən analiz edən insanlar üçün bu versiyalar təbii ki, gülüncdür. Yaxşı ki, yazıq Dəyanətin üstünə benzin töküb yandırandan sonra "o özünü yandırdı deməyiblər",-deyə E. Əkbər bildirib.

Psixoloqun sözlərinə görə, D. Rzayevlə yaxın münasibətdə olan insanlar və məsələni soyuqqanlı analiz edənlər başa düşür ki, o, intihar etməyib.

"Hadisə olan kimi, o dəqiqə onun intihar etdiyini söylədilər. Mən həkiməm, patoloji anatomiyanı da bilərəm, məhkəmə-tibbi ekspertiza haqqında da kifayət qədər məlumatlıyam. Rəy vermək üçün kifayət qədər vaxt lazımdır. Nə oldu, belə tezliklə hamı durub Dəyanətin özünü intihar etdiyi qənaətinə gəldi? Dəyanətin kolleqaları çıxıb dedilər ki, onlar Dəyanətin belə bir şey edə biləcəyini gözləyirdilər. Dəyanət heç zaman özünə qəsd etməzdi! Hələ psevdodindar da çıxıb deyir ki, intihar günahdır. Bunlar hamısı çox iyrənc və eybəcər söhbətlərdir".

E.Əkbər bildirib ki, mərhum həmkarı özü də inanclı bir insan olub.

"Ən azından inancı imkan verməzdi ki, o, intihar etsin. Dəyanətin xətrini istəyənlər, ona həqiqətən də yaxın olanlarla söhbət etdim. Onlar belə deyir: "Dəyanətdən zəhləsi gedən, daim onun arxasınca danışanlar, ona şəbədə qoşanlar, indi özlərini elə göstərirlər ki, guya Dəyanətin xətrini istəyirlər. Onlar öz daxili problemlərini Dəyanətin üzərinə sirayət etdirmək istəyirlər. Bəli, Dəyanət boşanıb. O, başqalarından fərqli olaraq, yalançı, saxta ailə obrazını yaratmırdı. Bəli, Dəyanət belə ikiüzlülüklər etmirdi, necə var idisə, elə də görünürdü. Lakin bu, heç vaxt onun intiharına səbəb ola bilməz. Dəyanətin yeganə səhvi bu idi ki, o, vətəndaş mövqeyini sənətinin, peşəsinin dəyər və çərçivələrindən üstün tuturdu. O bəzi şeyləri insanlarla bölüşürdü, bu isə psixoloq üçün yolverilməzdir. Ancaq vətəndaş olaraq haqlı idi. O, hansısa cinayətlərdən, cinayətkarlardan danışırdı. Burada vətəndaş Dəyanət psixoloq Dəyanəti üstələyirdi. Onun belə mövqeyi öz başına cəncəl açdı.

O, emosional idi, danışanda fikirləşmirdi ki, bunun qarşılığında ona nələrsə edə bilərlər. O, hansısa hadisənin cinayət olduğunu bilirdi və bunu açıq şəkildə deyirdi. Özü də qeyd edirdi ki, bu cinayət bəzən böyük adamlarla – ya məmur, ya da biznesmenlərlə - bağlıdır, bunu çox gözəl başa düşürdü. Həmişə başa salırdıq ki, belə şeylər lazım deyil. Deyirdik ki, özünü və yaxınlarını düşün. Lakin, o susmurdu, hər şeyi necə görürdüsə, elə də danışırdı, etiraz edirdi. Onda aşırı dərəcədə ədalət hissi var idi. Necə lazımdır, hər şeyi çılpaqlığı ilə deyirdi, tərs şilləni vurur".

Psixoterapevtin fikrincə, istintaq aparanlar, D.Rzayevlə bağlı bütün məsələləri araşdırmalıdırlar və ədalətli rəy verilməlidir.
"Bu, dünyada psixoloqların, psixoterapevtlərin birinci qətli deyil ki! Qafqaz ölkəsiyik. Bir də görürsən ki, hansısa belisilahlılar gəlir və psixoloqdan soruşurlar ki, filan adamlarla münaqişələri var. Bildirirlər ki, psixoloqun da rəyini öyrənmək istəyirlər. Belə bir məqamda optimal mövqe tapıb vəziyyətdən çıxmaq çətindir. Bizim işin bir tərəfi də yaddan çıxarmayın ki, təhlükəli insanlarla da bağlı olur. Mənim yanıma terrorçu da gəlsə, ixtiyarım yoxdur ki, hüquq-mühafizə orqanlarına məlumat verim. Bu, peşə konfidensiallığıdır. Çalışmaq lazımdır ki, həm o potensial cinayətkarı cinayətdən uzaqlaşdıraq, həm də öz başımız ağrımasın. Bütün psixoloqlar belə məqamlarla rastlaşır.

Bir insanı həyata bağlayan çox səbəb varsa, onun intiharından danışmaq yersizdir. Dəyanətdə bu səbəblər çox idi. Görün bizdə nə deyirlər? "Ay Dəyanət əvvəldən belə idi, ay elə idi". Mən Dəyanəti 2007-ci ildən tanımışam. Dəyanət o zaman da danışırdı, şikayətlənirdi, etiraz edirdi. Amma bu, onun temperamentindən irəli gəlirdi. Buna görə, durub onun əvvəl də özünü öldürmək istəməsini demək yersizdir.. Əllərində Dəyanətin dediklərini bayraq ediblər və bu qənaətə gəlirlər ki, Dəyanət əvvəllər də intihara meylli idi. Bu, çox gülünc, absurd, qeyri-peşəkar yanaşmadır. Dəyanət bilirsiniz nə qədər adama çörək verirdi?! Sonra hamısı bir nəfər kimi Dəyanətə düşmən kəsildi, üzünə durdular. Çünki, hamısı saxtakar idi. Dəyanətin də onların saxtakarlıqlarından xəbəri var idi. Onlar Dəyanətin yanında gözü kölgəli idilər. İndi azadlığa çıxa bilərlər, artıq Dəyanət yoxdur".
E. Əkbər qeyd edib ki, psixoloqlar, psixoterapevtlər özləri hər il neçə dəfə şəxsi terapiyalarını keçirdir.

"Düzdür, psixoloq da insandır, onun da problemləri var. Amma bizdə bir qayda var ki, hər il şəxsi terapiyamızı keçiririk. Özü də bu, vacib qaydalardan biridir. İndi Dəyanət bunları bilmirdimi?! Ola bilərmi ki, Dəyanət bu testlərdən keçməsin?! Rəy yaratmağa çalışırlar ki, Dəyanət həqiqətən də intihar edib. Hələ bəziləri də durub deyir ki, intihar edənlərə cənnətdə yer yoxdur. Ayıb olsun! Dəyanət sağlığında çox savab işlər görüb. Düzdür, yanında xəstə mənəviyyatlı, zəhərli insanlar olub".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 8597   Tarix: 26 yanvar 2017  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Türkiyədə iki azərbaycanlıya 30 il HƏBS CƏZASI verildi

Türkiyədə narkotiklərin qanunsuz dövriyyəsində ittiham olunan azərbaycanlılara hökm oxunub. yerli mediaya istinadla bildirir ki, Alanya Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 39 yaşlı Tamerlan A. və 36 yaşlı Yunus T.-nin hər birinə 15 il həbs, eləcə də 250 min lirə cərimə cəzası verilib. Digər təqsirləndirilə

18:45 112
.

Ürəktutması keçirənlərin ortaq XÜSUSİYYƏTİ: 1 nömrəli SƏBƏB

Yuxudan oyandıqdan dərhal sonra fiziki aktivliyin olmaması infarkt keçirmiş insanlar arasında geniş yayılmış vərdişdir. xarici mediaya istinadla bildirir ki, bu barədə britaniyalı kardioloq Sana Sadoqsay açıqlamasında deyib. Həkimin sözlərinə görə, yaşından və həyat tərzindən asılı olmayaraq, anamnezind

20:00 54
.

Həbsxana qalmaqalı: əməkdaş məhbusla əlaqəsini etiraf etdi

Böyük Britaniyada 27 yaşlı Belmarş Həbsxanasının əməkdaşı məhbusla qanunsuz münasibətdə ittiham olunub. xarici mediaya istinadən xəbər verir ki, bu barədə Daily Star qəzeti məlumat yayıb. Məlumata görə, Bethany Dent-Reynolds məhbus Kieran Robinsonla bir neçə ay davam edən münasibətdə olduğunu etira

11:05 231
.

Qubada avtobus ananı vurub öldürdü, övladı yaralandı

Qubada sərnişin avtobusu ana və övladını vurub. APA-ya istinadla bildirir ki, hadisə şəhərin Heydər Əliyev prospektində baş verib. Quba-Xaçmaz marşrutu ilə hərəkət edən avtobus 27 yaşlı İsrafilova Əminə Sahib qızını və onun azyaşlı övladını vurub. Yaralılar Quba rayon Mərkəzi Xəstəxanasına çatdırılıb

18:15 136
.

Qida təhlükəsizliyi pozuntularına görə cərimələr

"İnzibati Xətalar Məcəlləsinin 220-ci maddəsində qida təhlükəsizliyinin pozulması ilə bağlı müddəalar öz əksini tapmışdır". Bunu BİG.AZ-a açıqlamasında vəkil Turan Abdullazadə bildirib. O, qeyd edib ki, xüsusi təşkil olunmuş yerlərdə (yeməkxanalar, restoranlar, kafelər, barlar və s.) əhalini

14:34 173
.

Natiq Fərzəliyev balaca boyluların teatrını yaratdı - Azərbaycanda ilk

Azərbaycanda yeni teatr yaradılıb. "Bakı Karlik" adlanan bu teatrda balaca boylu aktyorlar cəmləşib. Teatrın direktoru aktyor Natiq Fərzəliyevdir. Direktor Qaynarinfo-ya bildirib ki, teatrda ilk olaraq "Bir gecənin nağılı" adlı tamaşa nümayiş olunacaq. Tamaşa Xalq artisti Vidadi Həsənovu

16:35 217
.

Ölkəmizdə humanizm ənənələri inkişaf etdirilir

Ölkəmizin demokratik və vətəndaş cəmiyyəti quruculuğu istiqamətində atdığı addımlar və onların uğurlu nəticələri göz qabağındadır. İnsanların konstitusion hüquqlarından istifadə etmələrinə lazımi şərait yaradılıb. On minlərlə vətəndaşa şamil edilən əfv fərmanları, Amnistiya Aktları beynəlxalq birli

10:33 226
.

Dırnaq yeməyin təhlükələri - ondan necə qurtulmaq olar?

İnsanlar dırnaq yeməyə hələ uşaqlıq dövründən başlayır. Bəzi hallarda bu vərdiş yetkin yaşda da qalır. Halbuki bunun fəsadları təkcə estetik problemlərlə məhdudlaşmır. xarici mediaya istinadla xəbər verir ki, mütəxəssislər dırnaq yemə vərdişini çox vaxt stresslə əlaqələndirilirlər. Dırnaq yemək adətə

19:00 94
.

Avropa Rusiyaya xəbərdarlıq etdi

Avropa Birliyi və Avropa liderləri Moskvaya qarşı bir sıra ciddi xəbərdarlıqlar verib. BİG.AZ Euronews-a istinadən xəbər verir ki, Avropa Birliyi rəsmiləri Rusiyanın Ukrayna müharibəsini davam etdirməsi və "hibrit" təhdidlər (drone uçuşları, kritik infrastruktur hücumları) ilə Avropanı zəiflətmə

16:10 177
.

TOP MP3