Qubada BİABIRÇILIQ: Fahişələrin pulunu vermədilər, QAN DÜŞDÜ

Qubada BİABIRÇILIQ: Fahişələrin pulunu vermədilər, QAN DÜŞDÜSoyğunçuluqda təqsirli bilinən Rəşad Hacıyev və onun tanışı Qızbahar Qəribovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

BiG.AZ xəbər verir ki, Rəşad Hacıyev tanışı Qızbahar Qəribova ilə cinayət əlaqəsinə girərək Asəf Abdullayevə qarşı soyğunçuluq edib.

Rəşad Hacıyev 15 aprel 2015-ci il tarixdə, gecə 2 radələrində Quba rayonu, Qırmızı qəsəbə, Dağlı küçəsi, 36 saylı evin qarşısında Qızbahar Qəribova ilə birlikdə Asəf Abdullayevin mobil telefonunu ələ keçirmək məqsədilə sonuncunu döyüblər.

Onlar zorla Asəf Abdullayevin "Nokia-206" markalı mobil telefonunu əlindən alıblar və ona 47 manat məbləğində maddi ziyan vurublar.

"Qızbaharla Laləni Quba rayonuna yola saldım"

Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 180.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən soyğunçuluq törətmək) və 180.2.4-cü (insanların həyatı və ya sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etməklə soyğunçuluq törətmək) maddələri ilə ittiham edilib. Cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Təqsirləndirilən şəxs qismində ifadə verən Rəşad Hacıyev bildirib ki, aprelin 14-də Qusar şəhərindəki "Xidir" kafesində tanışları Qızbahar və Lalə ilə görüşərək çay içib, söhbət ediblər: "Qızbahar həmin vaxt mənə kiminsə Laləyə zəng edərək ona pul qarşılığında cinsi əlaqədə olmaq təklifi edildiyini bildirdi. Dedi ki, hər birinə 30 manat pul veriləcək. Saat 21 radələrində Qızbaharla Laləni Qusar şəhər avtovağzalında taksiyə mindirərək Quba rayonuna yola saldım".

"60 manatı vermədiyini bildirdi"

Rəşad Hacıyev qeyd edib ki, aprelin 14-dən 15-nə keçən gecə təxminən saat 1 radələrində Qızbahara zəng edib və harada olduğunu soruşub: "Qızbahar Qubanın Qırmızı qəsəbəsində olduqlarını və bir azdan gələcəklərini, onları taksi ilə gələrək Dağlı kəndinin girəcəyində gözləməyimi xahiş etdi. Tanımadığım taksi ilə ora getdim".

Təqsirləndirilən şəxsin sözlərinə görə, təxminən bir saat sonra Lalə ilə Qızbahar tanımadığı bir oğlanla gələrək ona yaxınlaşıb: "Qızbahar təlaşlı halda mənə yaxınlaşaraq, onlarla cinsi əlaqədə olan oğlanın 60 manatı vermədiyini bildirdi. Qızbahargili maşınla gətirən oğlanın onların pulunu verməyən şəxsin dostu Asəf olduğunu öyrəndim. Asəfə yaxınlaşaraq "sənin dostun niyə qızların pulunu verməyib?" - deyə soruşdum. Asəf isə "qızları mən çağırtdırmamışam, onları kim çağırtdırıbsa, onlarla kim cinsi əlaqədə olubsa, gedib ondan soruş, mənim bunlardan xəbərim yoxdur" - deyə cavab verdi. Belə olduqda Asəfdən məni qızların pulunu verməyən şəxsin yanına aparmasını dedim. Qızbahar və Asəflə birlikdə Qırmızı qəsəbəyə getdik, Lalə isə bizi Dağlı yolunda gözləyəcəyini bildirdi. Asəf bizi evin qarşısına gətirərkən, Qızbahar oranı tanıdığını, Lalə ilə həmin evdə olduqlarını bildirdi, lakin qapını döydüyümüz zaman heç kim cavab vermədi və evin işıqları sönülü idi. Asəf "Yusif, Yusif", deyə ucadan çağırsa da, heç kim cavab vermədi və evdə heç kimin olmadığına əmin olduq".

"Bir-birimizə qarşı nalayiq ifadələr işlətdik"

Rəşad Hacıyev qeyd edib ki, Yusifin pulunu Asəfdən tələb edib: "Asəf dedi ki, mənim 60 manatım yoxdur. Bu zaman Asəfə "pulun yoxdursa, onda əlindəki telefonu qızlara verəcəksən, sən isə pulunu Yusifdən özün alarsan" dedim. Asəf cavab olaraq bildirdi ki, pulum yoxdur, olsa da vermərəm, siz kimsiniz ki, mən telefonu sizə verim. Onun sözlərindən əsəbləşdim və aramızda mübahisə yarandı. Mübahisə zamanı bir-birimizə qarşı nalayiq ifadələr işlətdik və əlbəyaxa olduq. Bu zaman Qızbahar taxta stulla Asəfin ayağına zərbə vurdu. Zərbənin təsirindən Asəf yerə yıxıldı və Asəfin üstünə uzanaraq, əlindəki "Nokia" markalı mobil telefonu almağa çalışdım. Asəf telefonu vermək istəməsə də, güc tətbiq edərək telefonu aldım. Sonra yerdən qalxaraq Qızbaharla birlikdə ordan qaçdıq. Asəfin telefonunu səhəri gün sataraq pulunu Qızbahara vermək məqsədilə özümdə saxladım. Sonradan Asəfin polisə şikayət etdiyini eşidərək, Qızbaharla birlikdə əldə etdiyimiz mobil telefon aparatını polis əməkdaşlarını təhvil verdik".

"Mənimlə cinsi əlaqədə olmağı təklif etdi"

Təqsirləndirilən Qızbahar Qəribova bildirib ki, Rəşad Hacıyevlə söhbətləşəndən sonra Lalə ilə birlikdə pul qarşılığında cinsi əlaqədə olmaq üçün Quba rayonuna gediblər: "Yusif adlı oğlan bizi evinə apardı. Yeyib-içəndən sonra Yusif Laləni otağa apararaq onunla cinsi əlaqədə oldu. Sonra Yusif mənimlə cinsi əlaqədə olmağı təklif etdi, lakin hamilə olduğum üçün Yusiflə cinsi əlaqədə olmaq istəmədim".

Qızbahar Qəribovanın sözlərinə görə, saat 24 radələrində Yusif kiməsə zəng edərək evə çörək almasını xahiş etdi: "Təxminən yarım saat sonra Asəf adlı şəxs gəldi. Yusif bizi Asəfə təqdim etdi və ona təklif etdi ki, bizimlə cinsi əlaqədə olsun. O, təklifdən imtina etdi. Az sonra Yusif yenidən Laləni qonşu otağa apardı, Asəf isə mənimlə namazdan, dualardan danışdı. Saat 2 radələrində Laləyə getmək vaxtı olduğunu işarə verdim. Lalə Yusifə "daha gecdir, biz getmək istəyirik, biz sənə lazım olan vaxtdan da artıq müddətdə qulluq etdik, indi pulumuzu ver, çıxıb gedək" - deyə bildirdi. Yusif nə qədər pul verəcəyini soruşdu, ona 60 manat borcu olduğunu bildirdim. Bu vaxt Yusif mənə "sən heç kimlə cinsi əlaqədə olmamısan, mən sizə nə üçün 60 manat verməliyəm?", deyərək, cinsi əlaqədə təkcə Lalənin olmasını xatırlatdı və buna görə də bizə 30 manat verəcəyini dedi. Yusifin sözündən əsəbləşərək, onunla sözlə mübahisə etdim və mübahisə vaxtı Asəf Yusifə "bir az yavaş danışın, qonşular eşidəcək, ayıbdır" deyə iradını bildirdi. Yusif Asəfə dedi ki, sən qızları Dağlı yoluna apar, stansiyanın yanında məni gözlə, mən paltarlarımı geyinib, gəlirəm, qızların pulunu orada verəcəyəm. Asəf Yusifə etiraz etməyərək, onun dediyi kimi birlikdə Dağlı kəndinə gedən yolayrıcı istiqamətində getdik. Yolda Rəşad mobil telefonuma zəng edərək harada olmağımızla maraqlandı. Bu zaman Rəşada telefonda Yusifin bizə qarşı elədiyi hərəkəti barədə danışdım".

"Asəfdən "nə üçün qızların pullarını vermirsiniz?" - deyə soruşdu"

Qızbahar Qəribova qeyd edib ki, Rəşad telefonda onu gözləmələrini və özünün gələrək məsələni həll edəcəyini bildirib: "Biz Dağlı yoluna çatanda Rəşad artıq orda idi. Rəşad maşından düşən zaman Lalə qaça-qaça ona tərəf getdi və bizi Qubaya çağıran yəhudi oğlanın pulu vermədiyini dedi. Bu zaman Rəşad əsəbi halda Asəfi göstərərək "bu kimdir", deyə soruşdu. Lalə isə Rəşada "onun heç bir günahı yoxdur, onun nə mənimlə, nə də Qızbaharla işi olmayıb, pulumuzu verməyən bu oğlanın dostudur" - deyə cavab verdi. Bundan sonra Rəşad məndən "yəhudi səni vurdumu?" - deyə soruşdu. Mən isə vurmadığını, amma pullarımızı vermədiyinə görə aramızda mübahisə düşdüyünü dedim. Rəşad Asəfdən "nə üçün qızların pullarını vermirsiniz?" - deyə soruşdu. Asəf isə "qızları mən çağırtdırmamışam, onları kim çağırtdırıb, cinsi əlaqədə olub, gedib pulunuzu da ondan istəyin, mənim bunlardan xəbərim yoxdur" - dedi".

Qızbahar Qəribova daha sonra ifadəsində Asəflə birlikdə Yusifin evinə getməklərindən, Asəfi döyüb telefonunu əlindən almaqlarından danışıb. Məhkəmənin hökmü ilə Rəşad Hacıyev 5 il, Qızbahar Qəribova isə 2 il müddətinə azadlıqdan məhrum edilib. (Teleqraf.com)


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 10754   Tarix: 25 yanvar 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Hava XƏBƏRDARLIĞI: Güclü külək əsəcək, temperatur 4-8 dərəcə enəcək

Qarşıdakı 2 gün ərzində hava şəraitinin küləkli olacağı, bəzi çaylarından qısamüddətli daşqın və sel keçəcəyi gözlənilir. Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, mayın 1-i və 2-si günün birinci yarısında Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin 15-1

14:03 150
.

Dünyanın ən ucaboylu qadını vəfat etdi

Dünyanın ən uzun boylu qadınlarından biri sətəlcəm nəticəsində yaranan ağırlaşmalardan dünyasını dəyişib. xarici KİV-ə istinadən xəbər verir ki, iyirmi yaşlarının əvvəllərində olan Maria Feliciana 2 metr 25 santimetrlik boyu ilə məşhurlaşıb. Uzun illər o, dünyanın ən uzun qadını sayılırdı, lakin sonrada

29.04.2024 617
.

Qəzzada ölənlərin sayı 34 mini keçdi

Qəzza zolağında ölənlərin sayı artıb. BİG.AZ xəbər verir ki, ölənlərin sayı 34454-ə çatıb. Bu barədə Fələstinin səhiyyə nazirliyi məlumat yayıb. Son 24 saatda Qəzza zolağında 66 nəfərin öldüyü, 138 nəfərin yaralandığı bildirilib. Keçən ilin oktyabr ayından bəri Qəzza zolağına hücumlar nəticəsində ümumilikd

29.04.2024 278
.

"Qırğızıstan-Azərbaycan münasibətləri bundan sonra daha da möhkəmlənəcək" - DEPUTAT

"Bu gün Azərbaycanın Mərkəzi Asiya, o cümlədən regionun türkdilli dövlətləri ilə münasibətləri yeni geosiyasi reallıqlara uyğun olaraq inkişaf etdirilir. Azərbaycan Mərkəzi Asiya ölkələri arasında Qırğız Respublikası ilə münasibətlərə də böyük önəm verir. İkitərəfli əməkdaşlığın inkişafında dövlə

29.04.2024 246
.

Anar Məmmədli saxlanıldı

Hüquq müdafiəçisi Anar Məmmədli saxlanılıb. "Qafqazinfo" xəbər verir ki, yaxınları A.Məmmədlinin Nərimanov rayonu ərazisində saxlanılması barədə məlumat yayıb. DİN-in Mətbuat xidmətinin əməkdaşı İbrahim Əmiraslanlı saytımıza A.Məmmədlinin saxlanılmasını təsdiq edib: "Onun barəsində araşdırm

29.04.2024 422
.

Əri tərəfindən başı kəsilən Sevinc üç yaşlı qızının gözü qarşısında qətlə yetirilib - YENİLƏNİB + VİDEO

Xırdalanda baş verən dəhşətli qətl hadisəsinin təfərrüatı məlum olub. -ın əldə etdiyi məlumata görə, həyat yoldaşını qətlə yetirən şəxs Oğuz rayonunun Yemişənli kəndindəndir. Laçın Əhmədağayev uzun illər Rusiyanın Norilsk şəhərində yaşayıb. Məlumata görə, L.Əhmədağayev öz qardaşı ilə mübahisə edib. Qətl

29.04.2024 1405
.

Ərdoğanın bu hərəkəti gündəm oldu - VİDEO

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan NATO-nun yeni baş katibi ola biləcək Niderlandın baş naziri Mark Rutte ilə birgə mətbuat konfransı keçirib. Mətbuat konfransının sonunda Rutte Ərdoğanın əlini sıxmaq istəsə də buna nail ola bilməyib. Olay aprelin 26-da İstanbulda baş verib. Bundan sonra hər ik

29.04.2024 601
.

Qeyri-qanuni nikahlar hansı fəsadlara yol açır? - VİDEO

Azərbaycanda hər yeddi uşaqdan biri qeyri-qanuni nikahdan doğulur. Bu, Dövlət Statistika Komitəsinin məlumatlarda qeyd edilib. Millət vəkili Fəzail Ağamalı bildirib ki, həmin nikahlar Avropa ölkələrində azalsa da, ölkəmizdə artmaqdadır:. "Gənclərin atdığı bu addım hər iki tərəf və gələcəkdə doğulaca

29.04.2024 341
.

Atasını bıçaqlayan qız psixiatriya xəstəxanasına yerləşdirildi

Bakıda yaşadığı evdə atasını bıçaqlamaqda təqsirləndirilən qızın cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb. Qaynarinfo-nun məlumatına görə, 1994-cü il tarixdə Bakı şəhərində anadan olmuş Ülviyyə Şükürova (soyad şərti) 22 avqust 2023-cü il tarixdə, saat 13:30 radələrində ailə münaqişəsi zəminind

29.04.2024 617