Əməkdar artistlə səhnədə vidalaşdılar - FOTO

Əməkdar artistlə səhnədə vidalaşdılar - FOTOLənkəran şəhərində əməkdar artist Təvəkkül Əliyevlə vida mərasimi keçirilib.

BiG.AZ bildirir ki, vida mərasimi sənətkarın 44 il səhnəsində özünəməxsus obrazlar yaratdığı Nəcəf Bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrında baş tutub.

Mərasimdə Lənkəran Şəhər İcra hakimiyyəti aparatının məsul şəxsləri, teatr kollektivi və ictimaiyyət nümayəndələri iştirak edib.

Vida mərasimində Azərbaycanın xalq artisti Qabil Quliyev çıxış edərək mərhum sənətkarın həyat və yaradıcılıq yoluna qısa nəzər salıb.
Digər çıxış edənlər də Təvəkkül Əliyevin Azərbaycan mədəniyyəti və incəsənəti üçün böyük itki olduğunu söyləyiblər. Onun teatr səhnəsində yaratdığı rollarla yanaşı, milli kino salnaməsində də öz yeri olduğu qeyd edilib. Çıxışçılar mərhumun yaxınlarına, xüsusən də bu illər ərzində shnədə çiyin-çiyinə çalışdığı həyat yoldaşı xalq artisti Böyükxanım Əliyevaya başsağlığı veriblər. Mərhumun cənazəsi Bakı şəhərində dəfn olunmaq üçün yola salınıb.

Xatırladaq ki, əməkdar artist Təvəkkül Əliyev bu gün səhər saatlarında, 65 yaşında ürəktutmadan vəfat edib.

O, 1973-cü ildə İncəsənət İnistitutunun kino və dram aktyorluğu fakültəsini bitirdikdən sonra N.B.Vəzirov adına Lənkəran Dövlət Dram Teatrında aktyor kimi fəaliyyətə başlayıb. T.Əliyevin Lənkəran teatrının səhnəsində oynadığı ilk rol M.İbrahimovun "Yaxşı adam" pyesindəki Azər obrazı olub. Daha sonra o, N.Xəzrinin "Sən yanmasan", İ.Əfəndiyevin "Mahnı dağlarda qaldı", N.Hikmətin "Bayramın birinci günü", A.P.Çexovun "Yubiley", M.İbrahimovun "Kəndçi qızı", M.Musiyenkonun "Nəsillər, eşidin!", V.Şekspirin "Qış nağılı", H.Cavidin "Topal Teymur", S.Vurğunun "Fərhad və Şirin", Ə.Haqverdiyevin "Ağa Məhəmməd şah Qacar", Ə.Əylislinin "Vəzifə" və onlarla digər əsərlərdə Eldar, Nicat, Şadi bəy, Xirin, Alman zabiti, Rəşad, Sillerqut, İldırım Bəyazid, Fərhad, Mirzəqulu xan, Əjdər kimi yadda qalan obrazlar yaradıb. O, səhnə fəaliyyəti ilə yanaşı rayonda keçirilən mədəni-kütləvi tədbirlərin təşkilində də yaxından iştirak edib. Xalq artisti Böyükxanım Əliyevanın həyat yoldaşıdır.
O, 25 iyun 2013-cü ildə "Tərəqqi" medalı ilə təltif edilib.

mənbə: report


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 3541   Tarix: 23 yanvar 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Məşhur azərbaycanlı aktrisa ELƏ RƏQS ETDİ Kİ... - VİDEO

Aktrisa Zarina Qurbanova rəqsi ilə gündəm olub. xəbər verir ki, komedixananın aktrisasının istirahət vaxtı çəkilən videosu maraqla qarşılanıb. Görüntülər sosial şəbəkələrdə yayılıb. Həmin görüntüləri təqdim edirik:

05.05.2024 1073
.

Nərmin Edisin mahnısına ELƏ RƏQS ETDİ Kİ... - VİDEO

Nərmin Kərimbəyovanın rəqsi müzakirələrə səbəb olub. xəbər verir ki, müğənni türkiyəli həmkarı Edisin repertuarına müraciət edib. Onun səhnədə mahnının musiqisinə və sözlərinə uyğunlaşdırdığı rəqs elementləri maraqla qarşılanıb. Həmin anları əks etdirən görüntülər sosial şəbəkələrdə yayılıb

05.05.2024 691
.

Yenidən "Yalı çapkını"nda rol alacaqlar - Foto

"Yalı çapkını" serialının heyətində dəyişiklik edilib. Axşam.az-ın məlumatına görə, aktyor Baran Bölükbaşı ("Tarık") və Ediz Akşehir ("Saffet") ekran işinə geri dönüb. Onlar layihənin sonuncu təqdim olunan bölümündə yer alıblar. Qeyd edək ki, serialın baş rollarını Afr

05.05.2024 481
.

Murad Yıldırım "Teşkilat"dan gedir

"TRT 1" kanalında yayımlanan "Teşkilat" serialında gözlənilməz ayrılıq yaşanacaq. Axşam.az xəbər verir ki, ekran işinə baş rolu canlandıran Murad Yıldırım vida edəcək. Qeyd edək ki, ekran işi 11-ci bölümdə mövsüm finalı edəcək

05.05.2024 307
.

"Mənə görə arzularının üstündən xətt çəkdin"

"Hər il bu vaxt sənin, möcüzə gözləyən balaca məsum uşaq kimi oturub, saata baxmağın mənim üçün ən ürəkəridən mənzərədir. Sən mənim evimsən - harada olursaq olaq, sənin qucağın mənim sığınacağımdır. Çörəyimsən, suyumsan. Qaranlıqda yolumu işəqlandıran ən böyük ulduzumsan. Hər gün güzgüdə özümə baxand

06.05.2024 699
.

"Bir də Rəşad Dağlı azad olanda meyxana deyəcəyəm"

"Meyxana ilə qurtarmışam. Meyxanadan uzaqlaşmışam. Artıq məclislərdə demirəm". Axşam.az xəbər verir ki, bu sözləri meyxanaçı Orxan Lökbatanlı "Həmin Zaur" verilişində deyib. O bildirib ki, artıq meyxana deməyəcək. İfaçı aparıcı Zaur Kamalın "10 min versəm meyxana deməyəcəksən"

04.05.2024 593
.

"Kızıl goncalar"ın aktyorları sevgilidir - Foto

"Kızıl goncalar" serialında yaşanan eşq gerçək olub. Axşam.az xəbər verir ki, aktyorlar Mert Turakla Melis Çınar sevgilidir. Cütlük ötən gün paparatsilərin obyektivinə tuş gəlib. Turak aralarındakı münasibəti təsdiqləyərək "Olan oldu. Ən azından birlikdə poz verək ki, yaxşı düşək"

05.05.2024 755
.

"Bakı marafonu"na Aygün Kazımova START VERDİ - FOTOLAR

Bu gün Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən "Bakı Marafonu 2024" start götürüb. Axşam.az xəbər verir ki, "Küləyə qalib gəl" şüarı altında artıq 7-ci dəfə təşkil olunan yarımarafon Dövlət Bayrağı Meydanından başlayıb. 21 kilometrlik məsafəni əhatə edəcək yarışmanın finiş

05.05.2024 2874
.

"Çılgın Bediş"in ulduzunun oğlu cinsiyyət dəyişdirir

"Çılgın Bediş" serialının ulduzu Çiçek Dilligilin musiqiçi Bora Öztoprakla evliliyindən olan oğlu Ardahan cinsiyyət dəyişdirir. OLAY yazır ki, bununla bağlı Ardahan instaqramda foto paylaşıb. O, oğlan halında olan bütün şəkilləri hesabından silib. Yeni görüntülərini izləyiciləri ilə bölüşüb

04.05.2024 568