"Fərizə mən İlhamsız yaşamayacam dedi, sirkə içdi..." - VİDEO

"Fərizə mən İlhamsız yaşamayacam dedi, sirkə içdi..." - VİDEOİlham evə gələnə qədər Fərizə heç nə yemirdi.

BiG.AZ xəbər verir ki, ARB TV-də yayımlanan "Gəlin danışaq" verilişinin bu dəfəki qonağı, 20 yanvar şəhidi İlham Allahverdiyevin qardaşı Elxan Allahverdiyev olub.

Elxan bəy qardaşı İlhamdan danışarkən göz yaşlarını saxlaya bilməyib:

"1987-ci ildə meydan hərəkatları başladı. Dekabrın 4-dən 5-nə keçən gecə dağıdıldı. İlham o hadisələrin tam içindəydi. O vaxt hamı Xalq Hərəkatına qoşulmuşdu. Bizim zavodun bir sexində də ancaq qadınlar işləyirdi. Həmin qadınlar da bu mitinqlərə getmişdi. Bəzən İlham 3-4 gün evə gəlmirdi. Gedib deyirdim ki, qaqa, evə gəl, yuyun, anam da narahatdır. Sonra yenidən qayıdarsan. Cavab verirdi ki, zavodun qızları buradadır. Elə insanlar da var ki, burada sataşa bilərlər. Yəni o, bu qədər qeyrətli biri idi. O zamanların fevral ayında Əsgəranda bir hadisə olmuşdu. İlham o hadisədə iştirak etmişdi. Həmin hadisələrdə Əli, Bəxtiyar Azərbaycanın ilk şəhidləri olmuşdur. İlhamın yanında olmuşdu onların hansısa. Bir də 1989-cu ildə Araz çayı boyunca sərhədlər söküləndə İlham da getmişdi. Onun Naxçıvanda İlqar və Əbülfəz adlı yaxın dostları var idi. Oradan gələndə tikanlı məftil gətirmişdi. Soruşdum ki, bu nədir gətirmisən? Dedi ki, qaqa, bu Cənubla Şimalın arasında olan tikanlı məftildir. Əfsuslar olsun ki o tikanlı məftili məndən kimsə götürüb qaytarmadı. Yəqin kimsə sevdiyindən edib. İlhama aid olan əşyaları da gəlib götürürdülər. Axırıncı İlhama aid 3 əşya qalmışdı, "İstiqlal" muzeyinə hədiyyə verdim. Onların arasında Əsgərlik albomu və məşhur şərfi var idi".

Daha sonra qardaşının Fərizə ilə olan sevgisindən danışan Elxan Allahverdiyev onların bir-birilərinə olan sədaqətlərindən söz açıb:

"Onlar bir-birini çox istəyirdilər. Fərizə İlhamı daha çox istəyirdi. İlham səhər 7-də durub işə gedəndə, Fərizə anamı da qoymurdu yemək hazırlamağa. İlhamı yola salırdı, gözdən itəndən sonra evə gəlib otururdu və İlham gələnə qədər dilinə su da vurmurdu. Fərizə özü də hərəkatçı olub, o da mitinqlərdə iştirak edib. Tanklar Bakıya daxil olub atəş açanda, İlham artıq bildi ki, onlardakı güllələr həqiqidir. İlham əlin qaldırıb tankın önünə gəlib ki, atmayın, bu insanlar silahsızdır. İlhamı orada vurmuşdular. Fərizə böyük sarsıntı keçirtdi. Özünü yandıranda biz onu tutub yalvardıq. Ancaq dedi ki, məni heç kəs saxlaya bilməz və nə olur olsun mən İlhamsız yaşamayacağam. Mənə o vaxt onun bir sözü çatmadı ki, deyirdi şəklimizi bir yerdə böyüt, tək böyütmə. Yanvarın 22-də biz onları gətirdik "Şəhidlər Xiyabanı"na. İlk olaraq onlar dəfn olundu. Fərizənin dediyi kimi, cüt olaraq toy şəkillərini verdik. Təsəlli yerimiz də odur ki, İlham canını bilərəkdən fəda etdi. Fərizə də bilərəkdən öz canına qıydı. Bunu hər adam edə bilməz. Mən xalqıma minnətdaram ki, faciəvi günü sevgi günü kimi qarşıladı. Bu günü gənclər çox yüksək səviyyədə qarşılayırlar. İlhamla Fərizədən yazırlar yazıçılarımız. Könül Ağarahimqızının "İki ömrün əfsanəsi" kitabı, Bəxtiyar Vəhabzadə və Fikrət Qoca onlar haqda yazıb. Ramiz Rövşən mahnının sözlərini yazıb. Mən razıyam onlara verilən hörmətdən".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2078   Tarix: 20 yanvar 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Azərbaycan və Ermənistan XİN başçılarının Almatı görüşünün tarixi açıqlanıb - FOTO

Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyanın Qazaxıstanın Almatı şəhərində görüşünün tarixi bəlli olub. Bu barədə Azərbaycan XİN sözçüsü Ayxan Hacızadə "X" hesabında paylaşım edib. Onun sözlərinə görə, görüş mayın 10-da Almatıda baş tutacaq

06.05.2024 227
.

İlk dəfə xanımı ilə foto paylaşdı

Müğənni Vaqif Şıxəliyev ailəsi ilə fotolar yayımlayıb. Axşam.az xəbər verir ki, sənətçi həftəsonu istirahətindən şəkilləri instaqram hesabında yayımlayıb. Həyat yoldaşı, qızı və oğlunun yer aldığı fotoya V.Şıxəliyev "Həftəsonu ailəmlə istirahətdən. Allah hər kəsin ailəsini qorusun. Ailə candır"sözlərin

06.05.2024 2381
.

Rusiya: "Xarkov və Donetskdə iki yaşayış məntəqəsini nəzarətə götürdük"

Rusiya Müdafiə Nazirliyi Ukraynanın Xarkov vilayətində Kotlyarovka və Donetsk vilayətində Solovyevo yaşayış məntəqələrini nəzarətə götürdüklərini açıqlayıb. xəbər verir ki, nazirlikdən verilən açıqlamada son gündə Rusiya ordusunun Ukraynadakı hərəkətləri ilə bağlı məlumat verilib. Açıqlamada Rusiyanı

06.05.2024 152
.

17 yaşlı qızın ölümündə günahkar kimdir?

Hacıqabulun II Udulu kənd sakini 2007-ci il təvəllüdlü Ayişə Qarayeva Eyvaz qızı qızılcadan ölüb. Atası Eyvaz Qarayev Bizim.Media-ya verdiyi açıqlamada bildirib ki, qızının ölümünə həkim səhlənkarlığı səbəb olub. Eyvaz Qarayevin sözlərinə görə, mayın 2-də Ayişə Qarayevaya Hacıqabul Mərkəzi Xəstəxanasını

06.05.2024 368
.

Rusiya sülhməramlılarının növbəti karvanı Xocalı aeroportunu tərk edib, Goranda qatarlara yüklənir - VİDEO

Bu gün səhər saatlarından Rusiya sülhməramlılarının növbəti hərbi yük maşınlarından ibarət karvanı Xocalı aeroportundakı ərazini tərk edib. APA xəbər verir ki, sülhməramlılar Goran dəmir yolu stansiyasına hərəkət edib. Avtomobillər Rusiyaya göndərilmək üçün Goran dəmir yolu stansiyasında qatarlara yüklənir

06.05.2024 175
.

"ABŞ heç vaxt birbaşa hər hansı ölkə ilə müharibəyə girmir" - Politoloq

ABŞ Konqresinin Nümayəndələr Palatasındakı demokratların lideri Hakim Ceffris Kiyevin məğlub olacağı təqdirdə, ABŞ-nin Ukraynaya qoşun yeritməli olacağını istisna etməyib. Politoloq Turan Rzayev -a bildirib ki, ABŞ heç vaxt birbaşa hər hansı ölkə ilə müharibəyə girmir. Bu, tarixən də belə olub. İstə

06.05.2024 243
.

Qəzzada ölənlərin sayı 34735 nəfərə çatıb

İsrail ordusunun 2023-cü il oktyabrın 7-dən Qəzza zolağına hücumları davam edir. BİG.AZ xəbər verir ki, hadisə nəticəsində ölənlərin sayı 34735 nəfərə çatıb. Bu barədə Fələstinin Səhiyyə Nazirliyi məlumat yayıb. Məlumata görə, İsrail 213 gündür hücumları davam edir

06.05.2024 160
.

Görüş üçün Almatı şəhəri məqsədli olaraq seçilib? - RƏY

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Qazaxıstanın Almatı şəhərində bu il may ayının 10-da görüşəcəklər. Beynəlxalq hüquq üzrə professor Fərhad Mehdiyev -a bildirib ki, görüş üçün Almatı şəhərinin seçilməsi maraqlıdır. Görüşdə delimitasiya v

06.05.2024 251
.

"Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanması prosesi çox tez başa çatdırılmalıdır" - Simonyan

"Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanması prosesi çox tez başa çatdırılmalıdır". xəbər verir ki, bu sözləri Ermənistan Milli Assambleyasının spikeri Alen Simonyan Ermənistan və Azərbaycan XİN rəhbərlərinin Almatıda keçiriləcək görüşünə toxunaraq deyib. "Ümid ediri

06.05.2024 156