Yaşını gizlətməyən məşhurlar - SİYAHI

Yaşını gizlətməyən məşhurlar - SİYAHIİndi öz yaşını gizlətmək "dəb" halını alıb. Lakin gözəlliyini qoruyub saxlayan tanınmış ulduzlar yaşlarından qətiyyən narahat deyil. Bu qadınların yaşa olan münasibəti də fərqlidir.

BiG.AZ publika.az-a istinadən məşhur xanımların yaşları ilə bağlı fikirlərini təqdim edib.

Salma Hayek, 49 yaş:
"İyirmi yaşım olanda qocalmaqdan yaman qorxurdum. Amma sonra başa düşdüm ki, istənilən yaşda gözəl görünmək olar. 50 yaşda biz hələ çox gəncik".

44 yaşlı aktrisa Anastasiya Zavarotnyuk:
"Xarici görünüşünüzə daha çox vaxt ayırın, baxımlı olun. Onda hamı sizin gözəlliyinizdən danışacaq. Özünüzə xərclədiyiniz vaxt və qulluq heç zaman boşa getmir. Bu, sizin əhval-ruhiyyənizə də təsir edir".

57 yaşlı aktrisa Şeron Stoun:
"Gənc olmaq darıxdırıcıdır. Mən həmişə yetkin qadın olmaq istəyirdim.

51 yaşlı Sandra Ballok:
"Özümü 30 yaşında hiss edirəm, amma sözsüz ki, indi daha ağıllı, daha təcrübəli və daha çox şeyə nail olmuşam. Mənim həyatım o qədər gözəldir ki, ötən illərimi heç vaxt geri qaytarmaq istəmişəm. Hətta buna görə çoxlu pul versələr belə..."

50 yaşlı aktrisa Kristin Devis:
"Plastik əməliyyat etdirməkdən qorxuram. Axı ondan sonra özünə oxşamayacaqsan. Yaxşı görünmək istəyirsinizsə, sadəcə, 3 kq arıqlayın və saç düzümünü dəyişin".

54 yaşlı aktrisa Culiana Mur:
"Əlli yaş xüsusilə vacibdir, çünki o yaşda artıq bir çox şeyi yaşamısan. Bu səbəbdən, biz vaxtı daha çox qiymətləndirməyə başlayırıq. Digər tərəfdən, indi qadınlar daha çox yaşayır, gec yaşda ana olur, təqaüdə çıxmaq əvəzinə uğurlu karyeradan ləzzət alırlar".

48 yaşlı aktrisa, rejissor və ssenarist Renata Litvinova:
"Qadınlar üçün qocalmaq əsl dramdır. Gözəl qocalmaq isə xüsusi istedaddır. Bu faktı qəbul etmək və öz üzərində işləmək lazımdır".

49 yaşlı aktrisa Holli Berri:
"Qırx yaşına yaxın anlamağa başlayırsan ki, xoşbəxtlik özündən asılıdır. Buna görə də, onu hər yerdə axtarmağa son qoydum. Əksinə, onu artıq hər yerdə görməyə başladım".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 2435   Tarix: 17 yanvar 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Sənubər İsgəndərlidən XOŞ XƏBƏR

Əməkdar artist Sənubər İsgəndərli bu mövsüm tamaşaçıların qarşısına aparıcı kimi çıxacaq. Axşam.az-a istinadən xəbər verir ki, aktrisa "Xəzər TV" ilə anlaşıb. Onun proqramının adı "Sənətdən kənar" adlanır. Bu haqda S.isgəndərli özü məlumat yayıb. Verilişin çəkilişləri bir neçə gündü

17.09.2021 4207
.

İkinci əl geyimlər aldığını etiraf etdi

Türkiyəli aktrisa Şəbnəm Bozoklu həyat yoldaşı Kanat Atkaya ilə İstanbulun Bebek ərazisində görüntülənib. Axşam.az-a istinadən xəbər verir ki, aktrisa müxbirlərlə söhbət edərkən ikinci əl geyimlər aldığını etiraf edib:. "Təzə paltarlar da alıram. Amma bu təbiətə zərər verir. Ona görə az istifad

18.09.2021 6939
.

Səyyad Əlizadə başqa xəstəxanaya köçürülüb

Səyyad Əlizadə müalicə olunduğu Zığ qəsəbəsində yerləşən modul tipli xəstəxanadan Mərkəzi Gömrük hospitalına köçürülüb. Bu barədə sənətçinin qohumu Razim Qasımov məlumat verib. Qeyd edək ki, müğənni Səyyad Əlizadə bir müddət öncə koronavirusa yoluxub. Hazırda vəziyyəti ağırdır

16.09.2021 2690
.

41 yaşlı Nigar Camal görünüşü ilə heyran etdi - VİDEO

Müğənni Nigar Camal sosial şəbəkədə yeni paylaşım edib. xəbər verir ki, sənətçi instaqram hesabında idmanla məşğul olduğu görüntülərini yayımlayıb. 41 yaşlı müğənni fit və qüsursuz bədən qurluşu ilə diqqət çəkib. Camalın bu görüntüləri izləyiciləri tərəfindən maraq və rəğbətlə qarşılanıb

16.09.2021 6043
.

Kərəm Bürsinə görə İtaliyada izdiham yaşandı - Video

Sonuncu dəfə "Sen çal kapımı" serialında rol alan aktyor Kərəm Bürsin İtaliyaya gedib. Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktyor "Canale 5" telekanalında yayımlanan "Verissimo" proqramında qonaq olacaq. Kərəm Bürsinin İtaliyadakı pərəstişkarları onu coşğ

17.09.2021 1059
.

Nigar Şabanovanın ailəsindən XOŞ XƏBƏR - FOTO

Əməkdar artist Nigar şabanovanın ailəsindən xoş xəbər var. xəbər verir ki, sənətçinin anası uzun müddətdir ki, beyin qanaması keçirdiyi üçün yataq xəstəsi idi. Nigar sosial media hesabında paylaşım edərək anasının artıq yataqdan ayağa qalxdığını qeyd edib: . "5 aya yaxındır ki, anam beyin qanamas

16.09.2021 7167
.

Mina Hüseynin arxiv fotosu ORTAYA ÇIXDI

Müğənni Mina Hüseyndən xəbər var. xəbər verir ki, Mina sosial media hesabında arxiv fotosunu paylaşıb. Uşaqlıq fotosu ilə izləyicilərin marağına səbəb olan müğənni paylaşımı ilə xoş rəylər alıb. Həmin fotonu təqdim edirik:

17.09.2021 6686
.

"Həmin Xalq artistlərinə pullar vermişəm"

Əməkdar artist Qorxmaz Əlili bir çox Xalq artistinə maddi yardım etdiyini deyib. Axşam.az xəbər verir ki, aktyor "Onun sirri" verilişində maraqlı açıqlama verib. O bildirib ki, bir çox sənət adamının hesabına pullar köçürüb:. "Artistlərin ağır vəziyyəti idi. Xeyriyyə konsertinə başladım

16.09.2021 1964
.

Toydan 3 ay sonra ayrıldılar

Aparıcı Ece Erken 3 ay əvvəl ailə qurduğu Şafak Mahmutyazıcıoğlu ilə ayrılıb. Axşam.az-a istinadən xəbər verir ki, o, birlikdə olan fotolarını sosial şəbəkədən silib. Ece eyni zamanda soyadını da dəyişdirib. İyunda vəkil sevgilisi ilə uzun müddət davam edən münasibətini rəsmiləşdirən Erkenin bu addım

18.09.2021 5366