Şəmkirdə seks qalmaqalının yaşandığı məktəbin direktoru ÜZR İSTƏDİ

Şəmkirdə seks qalmaqalının yaşandığı məktəbin direktoru ÜZR İSTƏDİMəktəb direktoru atdığı böhtanlara görə kənd sakinlərindən üzr istəyib.

BiG.AZ xəbər verir ki, ötən həftə ölkə mətbuatında ən çox müzakirə edilən məsələlərdən biri də Şəmkir kənd məktəbində baş vermiş seks video qalmaqalı oldu.

Rüşvət ittihamı ilə üz-üzə qalan Aşağı Seyfəli kənd məktəbinin direktoru Akif Namazov həm musavat.com saytına, həm də digər mətbuat orqanlarına biabırçı açıqlamalar vermişdi.

Onun sözlərinə görə, məktəbdə laborant işləyən Xatirə Əliyevanı "noutbuk"unda aşkarladığı pornovideolara görə işdən azad edib. Qalmaqal ilə bağlı ötən gün Aşağı Seyfəli kəndində yığınacaq keçirilib. Məktəb direktoru Akif Namazov təhqiredici ittihamlara görə laborantı Xatirə Əliyevadan və bütün kənd sakinlərindən üzr istəyib. Bu barədə direktorun yaxın qohumu, adıçəkilən kəndin sakini Zülfüqar Məhərrəmov məlumat verib.

Onun sözlərinə görə, laborant Xatirə Əliyevanın yenidən işinə bərpa olunması əmri də verilib: "Məktəb direktoru onun işinə bərpa olunması əmrini verdi. Kənddə yığınacaq keçirildi. Burada çoxlu kənd sakinləri və müəllim kollektivi iştirak etdi. Akif Namazov Xatirə Əliyevadan üzr istədi, yalvardı. Adamın ona yazığı gəlirdi. Dedi ki, mən ona böhtan atmışam, məni Xatirə xanım və Seyfəli camaatı bağışlasın. Maraqlıdır ki, əgər onun işdən çıxması qanuni idisə, niyə yenidən bərpa etdi? Əgər qanuni deyildisə, niyə çıxartmışdı?"

Qeyd edək ki, məktəb direktoru Akif Namazov rüşvətlə bağlı səs yazısı yayıldıqdan sonra redaksiyamızla bir neçə dəfə əlaqə saxlayaraq, verdiyi açıqlamalara görə laborantı Xatirə Əliyevadan, məktəbdə işləyən gözətçisindən və adını qalmaqalda hallandırdığı polisdən üzr istədiyini bildirib.

Direktorun sözlərinə görə, mətbuata o cür açıqlamalar verəndə anlaqsız vəziyyətdə olub: "Xatirə xanımın şərəf və ləyaqəti haqqında özümdən asılı olmayaraq bəzi sözlər dedim. Həm də mən bir az xəstə adamam, dərman içirəm, özləri bilir. Həm də tələm-tələsiklik oldu, heç bilməmişəm zəng hardan gəlib, necə olub, kimdir mənimlə danışan. Başımı qaldırdım ki, belə qalmaqal olub, yəni işin mahiyyətini bilməmişəm. Özümdə olmamışam".

Direktor işdən çıxarılmadığını, hələ də öz vəzifəsində çalışdığını vurğulayıb.

Xatırladaq ki, məktəb direktoru və laborant arasında yaranmış biabırçı qalmaqal ilə bağlı Təhsil Nazirliyinin əməkdaşları təcili olaraq rayona ezam edilmişdi.

Nazirlikdən verilən açıqlamaya görə, hadisəni araşdırmaq üçün müəyyən işlər aparılır, tezliklə nəticə barəsində mətbuata açıqlama veriləcək. Direktorun işdən azad edilmə məsələsi də istisna olunmur. (musavat.com)


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2005   Tarix: 16 yanvar 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Uşaq Birliyinin rəhbərinin intihar iddialarına RƏSMİ CAVAB - FOTO

Bu gün paytaxtın Əmircan qəsəbəsində yerləşən 97 saylı orta məktəbin Uşaq Birliyi rəhbəri Nərminə İsmayılova sosial şəbəkə hesabında intihar anonsu verib. "Qafqazinfo" xəbər verir ki, 2014-cü ildən həmin məktəbdə birlik rəhbəri vəzifəsində çalışan N.İsmayılova iş yerində sıxışdırıldığını iddi

03.05.2024 558
.

Türkiyə İsraillə bütün ticarəti dayandırıb

Türkiyə İsraillə bütün ticarəti dayandırıb. xəbər verir ki, bu barədə Bloomberg News məlumat yayıb. Ötən ay Türkiyə Qəzzadakı müharibə səbəbindən İsrailə ixracı məhdudlaşdırmışdı

03.05.2024 272
.

Adil Əliyevin ailəsinə ağır itki

Milli Məclis sədrinin müavini, Gənclər və İdman Komitəsinin sədri Adil Əliyevə ağır itki üz verib. "Qafqazinfo" xəbər verir ki, vitse-spikerin qayınatası Aydın Abdullayev dünyasını dəyişib. Allah rəhmət eləsin!

10:09 373
.

Azərbaycanda zəlzələ olub

Tovuzda zəlzələ olub. Bu barədə AMEA-nın nəzdindəki Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib. Zəlzələnin gücü 3,1 bal, dərinliyi isə 8 kilometr olub. Seysmik təkanlar yerli vaxtla 13:46-da qeydə alınıb

14:42 227
.

Həmkəndlisini bıçaqla qətlə yetirən Maştağa sakini həbs edilib

Mayın 3-də axşam saatlarında 1974-cü il təvəllüdlü Sabunçu rayonu Maştağa qəsəbə sakini Roman Əsgərovun kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya yerləşdirilməsi və bu gün ölməsi barədə polisə məlumat daxil olub. DİN Mətbuat Xidmətindən "Report"a bildirilib ki, Sabunçu RPİ-nin 14-cü PŞ-nin əməkdaşlarını

16:50 88
.

Diqqət! Bakı ilə bağlı XƏBƏRDARLIQ - Mayın 5-i saat 15-dən...

2024-cü ildə Günəşdə aktivlik pik həddə çatacaq. xəbər verir ki, bu da 2013-cü ildən sonra Günəşdə yenidən çoxlu sayda partlayışların olması anlamına gəlir. Bu aktivlik 10 ildən 14 ilədək davam edə bilər. Yerdə geomaqnit qasırğası may ayının 3-dən etibarən müşahidə olunmağa başlayıb. Qeyd edək ki, paytaxtd

09:55 647
.

Aparıcı Turan Məmmədli ana oldu - FOTO

Baku TV-nin aparıcısı Turan Məmmədli ana olub. xəbər verir ki, o, bu barədə özü məlumat yayıb. Aparıcı bildirib ki, qızı Sofiya dünyaya gəlib:. "Xoş gəldin bu dünyaya, may gülüm Sofiya Cəfərova". Qeyd edək ki, Turan futbolçu Ruslan Cəfərov ilə evlidir

03.05.2024 816
.

Norveçli səyahətçi: Qarabağda minalardan çirklənmənin nə qədər ciddi olduğunu təsəvvür edə bilməzdim

Qarabağda mina çirklənməsinin səviyyəsini ancaq bura gəlməklə dərk etmək olar, çoxları bunu şişirtmə kimi qəbul edir. "Report" xəbər verir ki, bunu norveçli səyahətçi Ulyerqen Vastveyt bildirib. "Mən heç təsəvvürümə də gətirmirdim ki, bu qədər mina basdırılıb, Qarabağda minalardan çirklənm

16:40 91
.

Rusiya Ukraynanın keçmiş prezidentini axtarışa verdi - FOTO

Rusiyanın Daxili İşlər Nazirliyi (DİN) Ukraynanın keçmiş prezidenti Petro Poroşenkonu axtarışda olanlar siyahısına daxil edib. Belə bir sənəd nazirliyin məlumat bazasında peyda olub. "1965-ci il təvəllüdlü, Bolqrad şəhərində anadan olmuş Poroşenko Petro Alekseyeviç cinayət maddəsi ilə axtarışdadır"

19:50 0