"Mənim üçün əsl kişi dedi-qoduya meyl..." - Əməkdar artist

"Mənim üçün əsl kişi dedi-qoduya meyl..." - Əməkdar artist"Mənim aləmimdə kişiyə deməməlisən, məsələn, əlimdəki telefon köhnədir, sınıb, ya çatı var. O, özü bunu görməlidir"

BiG.AZ xəbər verir ki, bu sözləri ailem.az-a Akademik Milli Dram Teatrının aktrisası, əməkdar artist Sənubər İsgəndərli deyib.

Müsahibədən kiçik bir hissəni təqdim edirik:

- Sənubər İsgəndərli üçün baxımlı kişi necə olmalıdır?

- Kişi bəlkə də dəblə geyinməyə bilər. Amma səliqə və təmizkarlıq mənim üçün birinci yerdə dayanır. Az danışan kişiləri çox sevirəm. Kişi boş-boş danışmamalıdır. Kişi hissini də, sevgisini də əməli ilə göstərməlidir. Mənim üçün kişinin əməli danışığından daha vacibdir. Dedi-qodu edən kişiləri qətiyyən sevmirəm, onlara nifrət edirəm.

- Bir kişi sizə sevgisini necə sübut edə bilər?

- Əməli ilə. Mənim aləmimdə kişiyə deməməlisən, məsələn, əlimdəki telefon köhnədir, sınıb, ya çatı var. O, özü bunu görməlidir. Təbii ki, imkan daxilində. Mənə görə kişi bütün çatışmazlıqları özü görməlidir, bunu qadın deməməlidir.

- Müasir dövrdə kişilər qadınlardan, qadınlar da kişilərdən şikayət edir. Sizcə, bu balans niyə və nə zaman pozuldu?

- Əvvəllər həyat indiki kimi cah-cəlallı deyildi. Bu yaşayış, bahalı maşınlar, evlər, villalar yox idi, internetdə gözəl yaşayışı reklam etmirdilər. Dəbdəbəli yaşayışı hind filmlərində görərdik. Onun da çox fərqinə varmazdıq. Tamam başqa quruluş idi, başqa düşüncə tərzi idi, ictimaiyyət tamam başqa idi. İndi dünyaya çox açılmışıq. Dünyaya açıldıqca da rifah üçün daha çox mübarizə gedir. Hamı yaxşı yaşamaq istəyir. Hər kəsin də haqqıdır. Sadəcə bunu bir mübarizəyə çevirmək lazım deyil. İndi sözün əsl mənasında mübarizə gedir. Kiminsə rifahı yüksəldikcə paxıllıqlar da çoxalır. Dünya dəyişir, texnika inkişaf edir. Bu, insanları cılızlaşdırmağa doğru aparır. İş yoxdur, yaxşı qız yoxdur, yaxşı oğlan yoxdur - bunların hamısı bir bəhanədir. İstəyən tapar, istəyən görər. İki sevən şəxs bir-birini tapıbsa, onlar mütləq bir-birinə güzəştə gedəcək. Həyatda sevgi varsa, hər şeyin dərmanıdır.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 2023   Tarix: 11 yanvar 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Çinarə "Galatasaray"lı sevgilisindən ayrıldı!

Müğənni Çinarə Məlikzadə türkiyəli futbolçu ilə münasibətlərini sonlandırıb. OLAY yazır ki, bir müddətdir nişanlandığı iddia olunan Çinarə "Balkanla gecə turu" verilişində məsələyə aydınlıq gətirib. O bildirib ki, karyerasını daha üstün tutub:. "Özəl həyatımı paylaşmağı sevən insan deyiləm

14:17 540
.

Nadir Qafarzadədən ÜZÜCÜ XƏBƏR

Müğənni Nadir Qafarzadənin səhhətində problem yaranıb. Bu barədə -a sənətçi özü məlumat verib. O bildirib ki, xəstəxanaya yollanıb və müalicə olunur:. "Çox nasazam. Bərk soyuq dəyib. Mənə elə gəlir ki, bir neçə gün əvvəl havada maqnit dalğası var idi, mənə təsir etdi, halsızlaşdım. Həkimə getdim

06.05.2024 1473
.

Hüseyn Həsənov vergilərə 153 milyon borcludur

Rusiyada yaşayan azərbaycanlı bloqer Hüseyn Həsənovun vergilərə 153 milyon rubl (2,8 milyon manatdan çox) borcu var. "Qafqazinfo" "Baza" teleqram kanalına istinadən xəbər verir ki, Rusiya Federal Vergi Xidməti onun restoran işi və yemək çatdırılması ilə məşğul olan şirkətinin hesabların

06.05.2024 315
.

Aygün Kazımova GÖRÜNÜŞÜ İLƏ GÖZ QAMAŞDIRDI - VİDEO

Xalq artisti Aygün Kazımova paylaşımı ilə diqqət çəkib. xəbər verir ki, ifaçı "instagram"da yeni görüntüsünü paylaşıb. Xalq artisti mini geyimdə cazibədar görünüşü ilə diqqət çəkib. Görüntülərə xeyli sayda bəyəni gəlib. Həmin paylaşımı təqdim edirik:

05.05.2024 6589
.

"Sehirli xalat"ın "Zərifə" və "Eldar"ı 60 il sonra - Video

Əməkdar mədəniyyət işçisi Yusif Şeyxov və aktrisa Solmaz Hətəmova "Sabahın xeyir, Azərbaycan" verilişində qonaq olublar. Axşam.az xəbər verir ki, 1964-cü ildə yayımlanan "Sehrli xalat" filminin aktyorları ekran işində necə rol aldıqlarından danışıblar. S.Hətəmova filmdə "Zərifə"

05.05.2024 429
.

Elçinlə Aydan BARIŞDI - FOTO

Bir müddət öncə boşanma xəbərləri ilə gündəm olan müğənni Elçin Cəfərov xanımı ilə barışıb. OLAY-ın əldə etdiyi məlumata görə, Elçin instaqramda xanımı Aydan Rüstəmxanlını yenidən izləməyə başlayıb. Barışığın təsdiqi kimi isə digər diqqətçəkən detal Elçinin qaynı Cəmil Rüstəmxanlı ilə birgə foto paylaşmas

04.05.2024 980
.

3 uşaq anası Aysel Teymurzadə gözəlliyi ilə HEYRAN ETDİ - YENİ FOTO

"Avroviziya" təmsilçilərimizdən olan Aysel Adıgözəlzadə (Teymurzadə) sosial mediada paylaşım edib. xəbər verir ki, ifaçı yeni fotosunu instaqram hesabında paylaşıb. Fotoya çoxsaylı təriflər yazıblar. Qeyd edək ki, Aysel Xalq artisti Murad Adıgözəlzadə ilə ailəlidir. Cütlüyün üç övladı var

04.05.2024 4022
.

"Bahar" serialına yeni aktrisa gəlir- FOTO

"Bahar" serialına yeni daxil olacaq aktrisanın adı açıqlanıb. xəbər verir ki, 12-ci bölümə aktrisa Yasemin Kay Allen daxil olacaq. O, azad ruhlu və iş dünyasında cəsur addımları ilə tanınan "Dora Ersoy" rolunu canlandıracaq

06.05.2024 580
.

"Mənə görə arzularının üstündən xətt çəkdin"

"Hər il bu vaxt sənin, möcüzə gözləyən balaca məsum uşaq kimi oturub, saata baxmağın mənim üçün ən ürəkəridən mənzərədir. Sən mənim evimsən - harada olursaq olaq, sənin qucağın mənim sığınacağımdır. Çörəyimsən, suyumsan. Qaranlıqda yolumu işəqlandıran ən böyük ulduzumsan. Hər gün güzgüdə özümə baxand

06.05.2024 873