Nefçalada arvadı, nişanlı qızı və oğlu birləşib atanı öldürüb, meyitini yandırdılar - ŞOK SƏBƏB

Nefçalada arvadı, nişanlı qızı və oğlu birləşib atanı öldürüb, meyitini yandırdılar - ŞOK SƏBƏBNefçalada arvadı, nişanlı qızı və oğlu birləşib atanı öldürüb, meyitini yandırdılar - ŞOK SƏBƏBNeftçalada atasını öldürən şəxs daha sonra taksi sürücüsünü də qətlə yetirib. Qətlin hansı səbəbdən törədilməsi ilə bağlı bəzi təfərrüatlar məlum olub.

BiG.AZ xəbər verir ki, musavat.com-un əldə etdiyi məlumata görə, atasını öldürən şəxs taksi sürücüsünün hadisədən xəbərdar olduğunu bilib. Məlumata görə, mərhum taksi sürücüsü qatili şantaj edərək ondan pul tələb edib. Bundan sonra atasını öldürən şəxs taksi sürücüsünü də öldürməyə qərar verib.

21 yaşında ata qatili...

Qətli törədən 1992-ci il təvəllüdlü Emil Heybətov artıq həbs edilib. Ancaq Emil Heybətov ilk olaraq atasının qətlində təqsirli bilinir. Belə ki, o, anası Tükəzban Heybətova və bacısı ilə birgə 2013-cü ildə atasını qətlə yetiriblər.

Ailə münaqişəsi zəminində 1961-ci il təvəllüdlü Aydın Heybətovu qətlə yetirdikdən sonra meyiti yandıraraq külünü Kür çayına atıblar.

Ana, oğul və qızın birgə cinayəti...

İstintaq araşdırması zamanı Aydın Heybətovun ailə üzvləri tərəfindən hansı səbəbə görə öldürülməsi üzə çıxıb. Məlum olub ki, Aydın Heybətovu oğlu Emil güllələyərək öldürüb. O, atasına ov tüfəngindən iki dəfə atəş açaraq qətlə yetirib, sonra anası Tükəzban və bacısı ilə birgə meyiti həyətdə yandırıb. Onlar yanmış meyitin qalıqlarını kisələrə yığaraq evlərinin yaxınlığından keçən Kür çayına atıblar.

Qətlə yetirilən Aydın Heybətovun qızı nişanlı imiş. Həmin ərəfədə ailənin yaxın qohumlarından biri vəfat etdiyi üçün Aydın Heybətov toyun təxirə salınmasını istəyib. Lakin oğlan tərəfi, eləcə də ailə üzvləri Aydın Heybətovun bu təklifi ilə razılaşmayıb. Bu səbəbdən ailədə münasibətlər kəskinləşib və tez bir zamanda toy edib qızı köçürmək istəyən qadın əri ilə dalaşıb. Ata ilə ananın münaqişəsinə ailənin kiçik oğlu Emil də qoşulub.

O, tüfənglə atasını güllələyərək qətlə yetirib. Daha sonra Emil anası və bacısı ilə birgə izi itirməyə çalışıb. Aydın Heybətovun qətlindən sonra ailə üzvləri qohum-qonşuya onun Mahaçqalaya işləməyə getdiyini deyiblər. Onlar qətl hadisəsindən bir neçə gün sonra toyun dəvətnamələrini də paylayıblar, sonra da toy ediblər.

Taksi sürücüsünün qətli...

Məlumata görə, 21 yaşında əlini ata qanına bulayan Emil, cəsədin qalıqlarını Kürə atan zaman Neftçalada taksi sürücüsü işləyən Kamal Rüstəmov hadisəyə şahidlik edib. İlkin ehtimal da budur ki, bu şahidlik taksi sürücüsünün ölümünə səbəb olub.

Ailəyə yaxın şəxslərin verdiyi məlumata görə, taksi sürücüsü Kamal Rüstəmov atasını qətlə yetirən Emili şantaj edərək ondan bir neçə dəfə pul tələb edib. Şantajlar və pul tələbindən bezən Emil taksi sürücüsünü də qətlə yetirmək qərarına gəlib.
Beləliklə Emil 2014-cü ilin fevralında növbəti qətli törədib.

Xatırladaq ki, 2014-cü ildə rayonun Yuxarı Qaramanlı kənd sakini Kamal Rüstəmovun maşının yandırılması, özünün isə, itkin düşməsi ilə bağlı məlumat yayılmışdı.

Nefçalada arvadı, nişanlı qızı və oğlu birləşib atanı öldürüb, meyitini yandırdılar - ŞOK SƏBƏBBir neçə gün əvvəl isə Kamal Rüstəmovun da Emil Heybətov tərəfindən qətlə yetirilməsi üzə çıxıb. Məlum olub ki, Emil atasının qətlindən bir neçə ay sonra taksi sürücüsünü də öldürüb və onun cəsədini Bakıya gətirib. Mərhumun maşınını da yandırıb.

Meyiti isə Sabunçu rayonu ərazisində, Balaxanı küçəsində kirayədə yaşadıqları evin həyətində basıdırıb. Bu, ilkin məlumat idi. Ancaq sonradan məlum olub ki, Emil meyiti həyətdə basdırmayıb. O, taksi sürücüsünün də cəsədini eyni ilə atasının cəsədi kimi yandırıb. Polis əməkdaşları Emilin kirayədə yaşadığı evə baş çəkiblər və cəsədin axtarışına başlayıblar.

Musavat.com-un əməkdaşı da cəsədin gətirildiyi evdə olub. Məlumata görə, polis əməkdaşlarında olan ilk məlumat cəsədin basdırılması ilə bağlı olub. Lakin hadisə yerinə baxış zamanı qətli törədən Emil baş verən dəhşətli qətlin təfərrüatlarını danışıb.

Nefçalada arvadı, nişanlı qızı və oğlu birləşib atanı öldürüb, meyitini yandırdılar - ŞOK SƏBƏBEmil taksi sürücüsünün cəsədini manqalda oduna qarışdıraraq yandırdığını və külün bir hissəsini evin həyətinə, bir hissəsini də küçəyə tökdüyünü etiraf edib.

"Cəsədi maşınla bu evə gətirdim. Həyətdə manqalda hissə-hissə yandırdım. Külünü də ayrı-ayrı yerlərə tökdüm"- deyə Emil dəhşətli qətli etiraf edərkən deyib.

O da məlum olub ki, Emil bu ünvanda tək yox, 3 nəfərlə birlikdə yaşayıb. Onlar Bakıda tikintidə və bazarda fəhlə işləyirmişlər.

Mənzil sahibinin sözlərinə görə, Emil və hadisəni törətdiyi deyilən digər şəxslər 2014-cü ildə onun evində kirayədə yaşayıblar. Sadəcə 23 gün kirayəşin qaldıqları evi sonradan tərk edən Emil və dostları evin pulunu belə ödəməyiblər. Hazırda evdə başqa bir ailə yaşayır.

Hadisə şahidlərinin verdiyi məlumata görə, evin həyətindən cəsədin külünün töküldüyü yer qazılsa da, polis əməkdaşları sadəcə kiçik sümük parçasından başqa heç nə tapa bilməyiblər. Həmin sümük parçasının mərhuma aid olduğu ehtimal edilir.

Nefçalada arvadı, nişanlı qızı və oğlu birləşib atanı öldürüb, meyitini yandırdılar - ŞOK SƏBƏBAtasının, daha sonra isə taksi sürücüsünün qatili olan Emilin yanında olan şəxslərin isə hansısa səbəbdən saxlanılmasına gəlincə, ilkin məlumat həmin şəxslərin də hadisədən xəbərdar olmalarıdır. Həm də Neftçalada taksi sürücüsünü sonuncu görən, evindən çağıran şəxslərin məhz bu üç nəfər olması da ehtimal edilir. Mərhum taksi sürücüsünün bu üç şəxslə görüşə getdikdən sonra itkin düşməsi haqda məlumat yayılmışdı...


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 3509   Tarix: 13 dekabr 2016  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Yusuf Güney Baləli ilə duet oxuyacaq? - VİDEO

Türkiyəli məşhur müğənni Yusuf Güney Bakıdadır. BİG.AZ xəbər verir ki, o, işgüzar səfərlə bağlı gəldiyini bildirib. Müğənni konsert və yeni mahnılarla bağlı suallara cavablandırıb. İfaçı yerli müğənnilərlə duet oxumağa hazır olduğunu da qeyd edib. Baləlini tanımadığını bildirən müğənni təklif gəlsə

15:39 218
.

"Mədəniyyət Nazirliyi modellərə 50 manat ayırır?"

"Bir ildir Bakıdayam və işsizəm. Bunun səbəbi isə budur: "Azerbaijan Fashion week" dəvət edir və 50 manat qonorar verir. Bilmirəm, yeyinti var və ya yoxdur. Çünki müqavilə imzalanmır, sığortamız yoxdur, vergi ödəmirik. Agentliklər çəkilişə çağırır və müqavilə bağlamır, əmək kitabçamı

14:50 283
.

Bakıda hoteldəki dəhşətli hadisənin TƏFƏRRÜATI

Bakıda 4 dostun hoteldə zəhərlənməsi hadisəsi ilə bağlı bəzi faktlar üzə çıxıb. "Qafqazinfo"nun hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, dostlardan ikisinin öldüyü hadisə Bayıl qəsəbəsinin Gülbala Əliyev küçəsində yerləşən "My Music" hotelində baş verib. Belə ki, Qarada

15:48 453
.

Bu gün "Avroviziya 2024" mahnı müsabiqəsinin ilk yarımfinalı baş tutacaq

Bu gün "Avroviziya 2024" mahnı müsabiqəsinin ilk yarımfinalı keçiriləcək. xəbər verir ki, bununla bağlı İctimai TV məlumat yayıb. Qeyd edək ki, bu il müsabiqə İsveçin Malmö şəhərində keçiriləcək. Birinci və ikinci yarımfinallar 7 və 9 may tarixlərində, final isə 11 mayda olacaq. Xatırlada

10:20 265
.

Tanzaniyada qayığın batması nəticəsində 5 nəfər ölüb

Şərqi Afrika ölkəsi Tanzaniyanın Hind okeanı sahillərində qayığın batması nəticəsində 5 nəfər ölüb, 6 nəfər itkin düşüb. xəbər verir ki, rəsmilər Tanqa bölgəsində Panqaniyə gedən qayıqdan düşərək boğulan 5 nəfərin cəsədinin Keniyanın Mombasa sahillərində sürünərək sudan çıxarıldığını bildirib. 6 nəfəri

20:15 0
.

"Pedaqoji kadr hazırlayan təhsil müəssisələrində sinif rəhbərinin işinin təşkili ilə bağlı bilik və bacarıqlar öyrədilmir" - Ekspert

Tərtərdə iki məktəbli arasında düşən dava onlardan birinin ölümü ilə nəticlənib.9-cu sinif şagirdləri arasında düşən mübahisə zamanı biri digərinə yumruqla xəsarət yetirib. Xəsarət alan şəxs Tərtər Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, onu xilas etmək mümkün olmayıb. Təhsil eksperti Elşən Qafaro

15:56 220
.

Vyetnamda sendviçdən 560-dan çox insan zəhərlənib

Vyetnamda çörəkbişirmə zavodunda hazırlanan sendviçdən 560 nəfər zəhərlənib. BİG.AZ xəbər verir ki, zəhərlənən insanlar xəstəxanaya yerləşdiriliblər. Onların tam olaraq nədən zəhərləndikləri məlum deyil. BBC-nin məlumatına görə, zəhərlənən 560 nəfərdən 12-nin vəziyyəti ağırdır və indiyədək 200 nəfə

13:34 81
.

Şəhid ailəsi üzvlərinə təhsillə bağlı yeni imtiyaz VERİLDİ

Parlament şəhid ailəsinin üzvlərinin özəl universitetlərdə pulsuz təhsil almasına dair layihəni təsdiqləyib. "Report"un xəbərinə görə, bununla bağlı Milli Məclisin bugünkü iclasında üçüncü oxunuşda müzakirəyə çıxarılan "Təhsil haqqında" qanuna dəyişiklik layihəsində qeyd edilib. Layih

12:52 306
.

Azərbaycanda məktəblinin mübahisədən sonra ölməsi ilə bağlı TƏFƏRRÜAT - YENİLƏNİB + VİDEO

Tərtər şəhəri İ.Məmmədov adına 2 nömrəli məktəb liseyin şagirdinin vəfat etməsi ilə bağlı Qarabağ Regional Təhsil İdarəsinin əməkdaşları tərəfindən araşdırılma aparılıb. Bu barədə "Qafqazinfo"ya İdarədən məlumat verilib. Bildirilib ki, araşdırma nəticəsində hadisənin məktəbin ərazisində olmadığ

16:42 199