Gələn il üçün şok proqnozlar — SİYAHI

Gələn il üçün şok proqnozlar — SİYAHIOnlayn multiaktivlərin ticarəti və investisiyalar üzrə ekspert sayılan "Saxo Bank" gələn il üçün "Şok proqnozlar"ını dərc edib.

BiG.AZ fins.az-a istinadən xəbər verir ki, bankdan bildiriblər ki, bu il reallıq ən cəsur proqnozlardan belə daha təəccüblü olub:

"Böyük Britaniya "Brexit"ə səs verdi, amerikalılar isə Donald Trampı prezident seçdi. Bu səbəbdən "Gözlənilməz proqnoz"larımızın əsas mövzusu cəsur tədbirləri tələb edən ümidsiz dövrdür", - deyə "Saxo Bank"ın baş iqtisadçısı Stin Yakobsen bildirib.

Çində ÜDM-in artım tempi davam edəcək

Çin anlayır ki, istehsalı və infrastrukturu inkişaf etdirmək daha mümkün deyil və genişmiqyaslı maliyyə və monetar stimullaşdırma vasitəsi ilə o, kapital bazarlarını açacaq ki, bu da istehlaka əsaslanan artım modelinə keçidi təmin edəcək.

Bu, 2017-ci ildə iqtisadi artımı 8%-ə çatdırılmasına imkan yaradacaq ki, sözügedən nəticə xidmət sahəsinin güclənməsi sayəsində əldə olunacaq. Fərdi istehlakın iqtisadiyyatı stimullaşdırması haqda eyforiya sayəsində "Shanghai Composite" indeksi 2016-cı ilin göstəriciləri ilə müqayisədə iki dəfə artacaq və 5000-i ötəcək.

FED Yaponiya Bankının təcrübəsini tətbiq edəcək

Dolların məzənnəsi və ABŞ-da faiz dərəcələri 2017-ci ildə sürətlə artacaq, ABŞ-ın yeni prezidentinin maliyyə siyasəti isə bazarda vəlvələ yaradaraq 10 illik istiqrazların gəlirliyini 3%-dək qaldıracaq.

Faciənin sərhədində Federal Ehtiyat Sistemi (FED) Yaponiya Bankının gəlirliyin dinamikasına nəzarət ideyasını özünəməxsus şəkildə həyata keçirəcək. Belə ki, 10 illik istiqrazlar üzrə gəlirlik 1,5% səviyyəsində müəyyənləşdiriləcək və nəticədə yeni QE4 proqramına start veriləcək.

Səhm, istiqraz və inkişaf edən bazarlarda satışlar dayandırılacaq, dünya istiqraz bazarlarında isə 7 il ərzində ən yüksək həftəlik inkişaf müşahidə olunacaq. Tənqidçilərin harayı mərkəzi banklar tərəfindən süni şəkildə yaradılmış ötüşmədə iflasa uğrayacaq.

Yüksək gəlirli aktivlər üzrə cərimə faizi 25%-i ötəcək

Yüksək gəlirli istiqrazlar üzrə uzunmüddətli orta cərimə faizi 3,77% təşkil edir və ABŞ-da 1990-cı, 2000-ci və 2009-cu illərdə resessiya zamanı bu göstərici müvafiq olaraq 16%, 10% və 12%-dək yüksəlib.

2017-ci ildə bu göstərici 25%-ə çata bilər. Mərkəzi bankların intervensiyaları artıq qüvvəsini itirib, bütün dünyada ölkə hökumətləri fiskal stimullaşdırmaya keçir ki, bu, faiz dərəcələrinin artımına gətirib çıxarır (Yaponya istisna olmaqla) və gəlirliyin dinamikasına güclü şəkildə təsir edir.

Trilyonlarla korporativ istiqrazlar zərbəyə tuş gələcək və bununla yanaşı, istiqraz fondlarından investisiyaların geri axını problemi gücləndirəcək. Bu, spredi genişləndirəcək və şirkətlər aşağı reytinqli borcları yenidən maliyyələşdirmək imkanını itirəcəklər.

25%-lik cərimə faizi qeyri-effektiv şirkətləri oyundan çıxmağa məcbur edəcək ki, bu da kapitalı daha effektiv şəkildə paylamağa imkan yaradacaq.

"Brexit" heç vaxt baş tutmayacaq

Atlantik okeanın hər iki sahilində populizmin artması Avropa liderlərini yeni konstruktiv dialoqa keçməyə və öz aralarında razılığa gəlməyə imkan yaradacaq. Danışıqlar prosesində Avropa İttifaqı immiqrasiya və pasportizasiya məsələlərində maliyyə sektorunda fəaliyyət göstərən Britaniya şirkətlərinə güzəştlərə gedəcək.

50-ci maddənin tətbiqi haqqında məsələ parlamentdə səsverməyə çıxarıldığı zaman əhval yeni razılaşmanın lehinə dəyişəcək. Böyük Britaniya Aİ-də qalacaq, İngiltərə Bankı faiz dərəcəsini 0,5%-dək qaldıracaq, EUR/GBP nisbəti isə 1973-cüildə ölkə Avropa İqtisadi Birliyinə daxil olduğu vaxta bənzər 0,7300 düşəcək.

Mis zəifləyəcək

ABŞ-da prezident seçkilərindən sonra mis başqa xammallardan fərqli olaraq daha çox qazanıb, lakin 2017-ci ildə bazar anlayacaq ki, yeni prezident söz verdiyi investisiya layihələrini həyata keçirməkdə çətinliklərlə qarşılaşıb, bunun da nəticəsində misə olan tələbat artmayacaq.

Artan narazılıqla üzləşəcək Tramp proteksionizmi gücləndirəcək və ticarət baryerləri tətbiq edəcək, bu isə öz növbəsində inkişaf edən ölkələrin və Avropanın xoşuna gəlməyəcək. Dünya iqtisadiyyatının artım templəri azalacaq və istehlaka yönəlmiş iqtisadiyyata keçid nəticəsində bağlı Çində sənaye metallarına təlabat aşağı düşəcək.

Bitkoin bahalaşacaq

Trampın prezidentlik dövrü ərzində ABŞ-da büdcə xərcləri kəskin artacaq, büdcə kəsiri isə 600 mlrd. dollardan 1,2-1,8 trln. dollaradək yüksələcək. Nəticədə ABŞ-da inflyasiyanın səviyyəsi artacaq, bu isə FED-i məcbur edəcək ki, faiz dərəcəsinin artırılma prosesi sürətləndirilsin; dollar yeni maksimumlara çatacaq.

İnkişaf edən bazarlarda domino effekti baş tutacaq. Çin əsası dollar təşkil etdiyi kağız pullara alternativ axtarmağa başlayacaq və ABŞ-ın pul-kredit siyasətindən hədsiz asılılığını ləğv etməyə çalışacaq.

Nəticədə, kripto valyutaların, ilk növbədə isə bitkoinin populyarlığı artacaq. Rusiya və Çin hökumətləri və bank sistemləri bitkoini dollara qismən alternativ kimi qəbul etdiyi zaman onun qiyməti hazırkı qiymətdən üç dəfə çox olacaq – 700 dollardan 2100 dollara.

ABŞ-da səhiyyə sahəsində islahat vahimə salacaq

Ölkədə səhiyyə sahəsinin xərcləri ÜDM-in 17%-ni təşkil edir, dünyada isə bu göstərici orta hesabla 10%-ə bərabərdir. Bundan başqa, tibbi xidmətin qiyməti sürətlə artan əhali üçün xeyli bahadır. Səhiyyə şirkətlərinin səhmlərinin artımı Trampın qələbəsindən sonra 2017-ci ildə azalacaq, invertorlar anlayacaq ki, administrasiya qeyri-effektiv və bahalı səhiyyə sistemini qəbul etməyəcək və miqyaslı islahatlara başlayacaq. "ETF Health Care Select Sector SPDR" indeksi 50% düşərək 35 dollar təşkil edəcək.

Trampa baxmayaraq, Meksika pesosu bahalaşacaq

Bazarlar Trampın əsl niyyətini və Meksika ilə hesablaşmaq qabiliyyətini həddindən artıq dəyərləndirib. Bunu anladıqları zaman peso qiymətdə xeyli artacaq. Kanada isə zərər görəcək, çünki faiz dərəcələrinin artması mənzil sektorunda kredit böhranı yaradacaq və Kanada bankları borclara görə stimullaşdırma aparacaq və maliyyə sisteminə kapital yatıracaq. İtaliya bankları fond bazarında artıma nail olan liderlər sırasında yer alacaq.

Almaniyada bank sektoru mənfi faiz dərəcələri və gəlirliyin dinamikasına nəzarətin yastı olmasına görə tələyə düşüb və kapital bazarlarına çıxışını itirib. Aİ çərçivəsində Almaniya banklarının xilas olunması isə bütün Avropa banklarına kömək edə bilər. Bu isə iqtisadiyyatda durğunluq və ümidsiz kreditlərlə qarşılaşan İtaliya bankları üçün xeyli vacibdir. Yeni qarantiyalar bank sisteminə təkrarkapitallaşmaq imkanı yaradacaq, İtaliya banklarının aksiyaları 100%-dən çox artacaq.

Aİ qarşılıqlı istiqrazlar emissiyası hesablna artımı stimullaşdırır

Siyasi partiyaların Avropada uğuru, Niderlandda ultra-sağçı partiyasının nümayəndəsi Qriit Vayldersin gözlənilməz qələbəsi nəticəsində ənənəvi siyasi partiyalar fiskal məhdudiyyətlərindən 1929-cu ilin böhranından sonra Ruzvelt tərəfindən həyata keçirilən keynsian siyasətinin xeyrinə imtina edəcək.

Avropa Komissiyasının prezidenti Jan-Klod Yunkersin dəstəyi ilə Aİümumi dəyəri 630 mlrd.avro təşkil edən altıillik stimullaşdırmaproqramına start verəcək. Lakin proqram idxal hesabınaeffektivliyini itirməməsi üçün Aİ liderləri infrastruktur layihələrin maliyyələşməsi üçün 1 trln. avro məbləğində istiqrazlar buraxacaqlar. Bu isə regionda inteqrasiyanı gücləndirəcək və Avropa bazarlarına kapital axınını artıracaq.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 4270   Tarix: 10 dekabr 2016  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Məşhur şirkətlərdə məvaciblər nə qədərdir?

Bir çoxları "Google", "Facebook", "Amazon", "Uber", "Microsoft", "Intel", IBM kimi tanınmış ABŞ şirkətlərdə çalışmaq arzusundadır. Cari ilin ilk yarısında texnoloji nəhənglər 80 min nəfərdən çox əcnəbi əməkdaşı işə cəlb edib. Bəs görəsən onlar

16.09.2021 817
.

On ildən sonra övladı doğuldu, tearda baş verənlər ölümünə səbəb oldu - Arzusu ürəyində qalan Xalq artistimiz

BİG.AZ -a istinadən Xalq artisti İlham Əsgərov haqqında maraqlı faktları təqdim edir. İlham Təvəkkül oğlu Əsgərov 16 iyul 1958-ci ildə Masallı rayonunun Xançobançı kəndində anadan olub. Hələ uşaqlıq illərindən teatra həvəs göstərib. Məktəb illərində ilk dəfə səhnəyə 9-cu sinifdə çıxıb. O, Abbas Səhəti

11.09.2021 2055
.

Nərimanov rayon Montin qəsəbəsində tam təmirli mənzil satılır!

TƏCİLİ ŞƏXSİ ƏMLAKIMI SATIRAM !Nərimanov rayonu Montin qəsəbəsi, Murtuza Nağıyev küçəsində yeni tikili 16 mərtəbəli binanın 6-cı mərtəbəsində yerləşir. Tikili sahəsi 52 kv.m olan mənzil yataq otağı, zal+studio mətbəx, sanitar qovşaq, dəhliz və iki eyvandan ibarətdir. Qaz, su, işıq daimidir. İstilik sistem

15.09.2021 1181
.

Doaqlarınızın quruluğundan bezmisiniz? - ÇARƏ BURADA

MƏHSUL HAQQINDA. Faydaları:. - Dodaqların həcmini artırır, kontur xətlərini ortaya çıxarir. - Dodaqlardakı qırışıqlari azaldır. - Zədələnmiş, çatlamış dodaq toxumasını bərpa edir. - Dodaqları nəmləndirir və onlara yumuşaqliq bəxş edir. - Günəş şualarina qarşı qoruma təmin edən dodaq baxım məhsuludur

14.09.2021 364
.

İtkin düşən 10 yaşlı qız pedofilin evində tapıdı - VİDEO

Rusiyanın Sankt-Peterburq şəhərində polis on yaşlı qızı pedofildən xilas edib. -a istinadən xəbər verir ki, məlumata görə, sentyabrın 9 -da axşam saatlarında məktəbli qızın atası Leninqrad vilayətinin polisə müraciət edərək, qızının dərsdən sonra evə qayıtmadığını bildirib. Polis itkin düşən məktəblini

13.09.2021 2197
.

3 milyon dəyərində sendviç hazırlandı - Ən bahalı qidalar

Dünyanın ən bahalı sendviçi hazırlanıb. Axşam.az-a istinadən xəbər verir ki, sendviç almaniyalı rəssam Tim Bengel tərəfindən saf qızıl istifadə olunaraq düzəldilib. Həmin qida 3 milyon dollar dəyərində qiymətləndirilib. Qeyd edək ki, bu ilk belə baha qida məhsulu deyil. Dünyanın ən bahalı yeməklərin

17.09.2021 877
.

Aralarındakı uzun məsafəyə maraqlı həll tapan cütlük - FOTO

Uzun məsafə münasibəti yaşayan Liseok və Şindanbi, bu problemə maraqlı həll tapıblar. -a istinadən məlumat verir ki, biri Nyu -Yorkda, digəri Seulda yaşayan koreyalı cütlük, video zəng edərkən eyni vaxtda çəkdikləri şəkilləri bir araya gətirərək maraqlı fotolar əldə ediblər. Bu fotoları "Instagram"

13.09.2021 1580
.

Bayden Trampı xatırlayan kimi xaç çəkdi - VİDEO

ABŞ prezidenti Co Bayden demokrat qubernaton Qevin Nyusoma dəstək mitinqində özünün Donald Trampla rəqabətini xatırlayıb. -ın -a istinadən məlumatına görə, o bildirib ki, Kaliforniya sakinlərinin qəbul edəcəyi qərar tək ABŞ-a yox, ümumilikdə bütün dünyaya təsir qoyacaq. "Bilirsiniz ki, ötən il seçkilərd

15.09.2021 660
.

Rusiyada məktəb dərsliyində porno sayta istinad tapılıb – FOTO

Rusiyada orta məktəb dərsliyində porno saytına aparan istinad tapılıb. -a istinadən xəbər verir ki, yayılan məlumatlara görə, neqativ hal altıncı sinif ingilis dili üzrə test tapşırıqları toplusunda üzə çıxarılıb. Həmçinin, eyni səhifədə porno aktrisasının vizit kartı da əks olunub. Müvafiq qurumları

14.09.2021 2022