"Kara Sevda"nın Nihanı - Kasıb qız necə milyonçu oldu?

"Kara Sevda"nın Nihanı - Kasıb qız necə milyonçu oldu?Türkiyənin məşhur aktrisası, Azərbaycanda da böyük maraqla izlənən "Kara Sevda" serialının ulduzu Neslihan Atagülün müsahibəsini təqdim edirik:

- Şöhrətə qovuşmaq üçün qismətə boyun əyib gözlədiniz, yoxsa, əlinizdən gələn hər şeyi etdiniz?

- Tək məqsədim anamın qürur mənbəyi olmaq idi. Xəyal qururam və onun reallığa çevrilməsi üçün çalışıram. İşimi yaxşı görəndə, məqsədimə nail olanda, xəyallarım reallaşanda hər kəs kimi mən də özümü yaxşı hiss edirəm. Həqiqətən dırnaqlarımla qaza-qaza gəlmişəm zirvəyə.

- 14 yaşında "Yarpaq tökümü" ilə aktrisalığa başladınız. İndi o serialda baş rolda oynayanlara rəqibsiniz. Mükafatlarınız var. Bu qədər məşhurlaşacağınızı gözləyirdiniz?

- Yoxsul bir ailədən çıxmışam. Atam sürücü, anam isə ev xanımıdır. Məndən 7 yaş böyük olan bir qardaşım var. Ətrafımda gördüyüm insanların çoxu işlərindən narazı idilər. Heç kim gördüyü işdən məmnun deyildi. Ona görə də, hələ balacalıqdan məni xoşbəxt edəcək iş haqda fikirləşirdim. 8 yaşım var idi, televizora baxırdıq, üzümü atama çevirdim və dedim ki, mən aktrisa olacağam. Mənə baxdı, saçlarımı tumarladı və fikrimi dəstəklədi. 13 yaşım tamam olanda adını eşitdiyim bir agentliyə müraciət etmək qərarına gəldim. Naməlum nömrələr xidmətinə zəng edib agentliyin nömrəsini öyrəndim.

- Niyə naməlum nömrələr xidmətinə zəng etdiniz, evdə internet yox idi?

- Evdə kompüterimiz yox idi. Agentliyə zəng edib qeydiyyatdan keçmək istədiyimi dedim. Anam məni agentliyə apardı və şəkillərimi verdi. Elə bilirdim ki, dərhal zəng edəcəklər. Ancaq aylar keçir, səs-soraq çıxmırdı. Ümidimi itirməyə başlamışdım. Dayanmadan xəyal qururdum. Yaxşı ki, 6 ay sonra zəng etdilər. Amma mən 6 ayda çox qorxmuşdum.

- Niyə?

- Çünki, xəyalları suya düşən çox insan görmüşdüm. Onlardan biri olmaq istəmirdim. 13 yaşımda ilk dəfə filmə çəkildim. "İlk eşq" adlı bu film sayəsində kino festivalında "Ümid vəd edən gənc aktrisa" mükafatına layiq görüldüm. Özümü inkişaf etdirməli olduğumu bilirdim. 14 yaşımda "Yarpaq tökümü"ndə rol aldım. 18 yaşıma kimi bu işə davam etdim.

- Türkiyənin gözü qarşısında böyümək sizə necə təsir etdi?

- Heç çətinlik çəkmədim. Əsas odur ki, kim olduğumu unutmadım. Yaxşı insan olmağa çalışmaq lazımdır. Məsələn, cibində 5 lirən olsa belə, onunla xoşbəxt olmağı bacarmalısan. Mən şəxsi həyatımda da beləyəm.

- Bir dəfə müsahibələrinizin birində gənclər arasında populyar olan ketaları heç vaxt geyinməyəcəyinizi və ağıllı telefonlara qarşı olduğunuzu demişdiniz...

- Davamlı olaraq nə isə alırıq. Çox vaxt da ehtiyacımız olmayan şeyləri alırıq. Buna görə də, heç kim həyatdan zövq almır.

- Belə deyirsiniz, amma əlinizdə son model ağıllı telefon var...

- Nə qədər qarşı gəlsək də, biz də bu sistemin içərisindəyik. Amma hələ də fikrim dəyişməyib. Niyə hər kəs məşhur olan bir şeyi almaq istəyir? Artıq insanların özlərinə məxsus tərzləri yoxdur. Çünki buna cəsarətləri çatmır.

- "Kara sevda"da canlandırdığınız Nihan necə bir qadındır?

- Universitet tələbəsidir. Rəssamlıq üzrə təhsil alır. Ailəsi imkanlıdır. Ancaq yenə də həyatdan məmnun deyil, nəyinsə əskik olduğunu hiss edir. Qarşısına həmin boşluğu dolduran bir adam çıxır. Bu işin mənim üçün xüsusi bir yeri var. Çünki illər öncə işə "Ay yapım" şirkəti ilə başlamışdım, indi yenə onlarla birlikdəyəm, amma bu dəfə baş roldayam.

- Heç qara sevdaya düşmüsünüz?

- Qaradır, yoxsa ağdır bilmirəm, amma sevdaya düşmüşəm. Onu hazırda yaşayıram.

- Serialda zəngin qız-kasıb oğlan sevgisindən söhbət gedir. Həqiqətənmi eşqə gedən yolda bu amil əsas maneə ola bilər?

- Biz dünyaya gələndə belə şeylərin fərqində olmuruq. Sonradan bu fikirlər beynimizə yeridilir. Mən heç vaxt yuxarı, aşağı təbəqə fərqi güdməmişəm. Əlaqələrimdə həmişə mənəviyyata üstünlük vermişəm.

- Siyasətlə maraqlanırsınız?

- Çox maraqlanmıram. Amma ölkənin gündəmindən xəbərsiz olmaq vicdansızlıq olardı. Bəzən xəbərləri oxuya bilmirəm, televizoru söndürürəm. Uşaqlar ölür. Bunları bilərək həyata davam etmək çox çətindir.

- Ümidlisiniz?

- Ümidimi itirməməyə çalışıram. Ölkəmiz daha əvvəl də belə çətin dövrlərdən keçib.

- Bəs senzuralar haqqında nə düşünürsünüz?

-Təəssüf ki, Türkiyədə ifadə azadlığı yoxdur.

- Bir serialdakı öpüşmə səhnəsinin, ya da filmdəki abort səhnəsinin sizin aktrisalığınızdan çox müzakirə edilməsi sizi narahat edir?

- Əvvəllər təəccüblənirdim. "Araf" filmində ayaqyolundakı abort səhnəsi çox tənqid olunmuşdu. Halbuki real həyatda hər gün belə hadisələr yaşanır. Deməli, biz real hadisələri tamaşaçıların gözünə soxanda narahat olurlar. Amma kinonun məqsədi elə budur./atv.az/


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 9300   Tarix: 24 noyabr 2016  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

"Estetik deyil, fotoşopdur" - Rafet El Roman

Son zamanlar üzündəki dəyişikliklə gündəmə gələn türkiyəli müğənni Rafet El Roman estetik etdirməsi ilə bağlı iddialar haqqında danışıb. Axşam.az xəbər verir ki, ifaçə şəkillərinə fotoşop edildiyini və estetik əməliyyat olunmadığını açıqlayıb. "5 ay əvvəl botoks edib, peşman olduğumu açıqladım

03.05.2024 409
.

Bu gün Ədalət Şükürovun evində toydur

Bu gün Əməkdar artist Ədalət Şükürovun qızı Jalənin toyudur. Axşam.az xəbər verir ki, məclis şəhər restoranlarından birində keçiriləcək. Toya şou-biznes nümayəndələri dəvət olunub. Qeyd edək ki, Ə.Şükürovun qızı Jalənin nişanı yanvarın 28-də olub

05.05.2024 574
.

Serenay Sarıkaya "Esengül" rolunu oynaya bilər

Türkiyəli arabesk müğənnisi Esengülün həyatı barədə film çəkiləcək. xəbər verir ki, bu barədə türk mətbuatı bildirib. Esengül rolunu Serenay Sarıkayanın oynayacağı iddia olunub. Qeyd edək ki, Serenay Bergen rolundan son anda imtina etmişdi

03.05.2024 297
.

Yıldız Tilbe qəzaya düşdü

Türkiyəli müğənni Yıldız Tilbe ötən gün qəza keçirib. Axşam.az xəbər verir ki, bu barədə türk mediası məlumat yayıb. Bildirilib ki, ifaçının idarə etdiyi maşın eyni istiqamətdə hərəkət edən digər avtomobilə çırpılıb. Qəza nəticəsində ölən və yaralanan olmayıb. Günah Tilbedə olduğu üçün o, cəzalandırılı

04.05.2024 361
.

Xoşqədəmdən evliliyinin yalan olduğunu deyənlərə cavab

Aparıcı Xoşqədəm Hidayətqızı türkiyəli müğənni Doğuşla evliliyini saxta adlandıranlara cavab verib. Axşam.az xəbər verir ki, bu haqda o, proqramında danışıb. Xoşqədəm aparıcı Sərxan Kərəmoğlunun "Rusiyada mənə sual verirdilər ki, onlar doğrudan evlidirlər" sözlərinə belə reaksiya verib:. "Evliliyi

04.05.2024 563
.

Aysun ərini BELƏ TƏBRİK ETDİ - FOTOLAR

Müğənni Aysun İsmayılova vəkil həyat yoldaşı Ramil Vəliyevi ad günü münasibətilə təbrik edib. BİG.AZ -a istinadən bildirir ki, Aysun İsmayılova instaqramda hekayə bölümündə paylaşım edib. "Nə yaxşı ki, doğulmusan. Nə yaxşı ki, səni tanımışam. Səninlə hər şeyə yaxşı ki. Əllərimizi ancaq qızımız ayırsın

04.05.2024 1005
.

"Torpaq yemək istəyirəm"

Ana olmağa hazırlaşan aparıcı Çinarə Əliyeva maraqlı açıqlama verib. OLAY yazır ki, bu barədə o, "İncə səhər" verilişində qonaq olarkən danışıb. "Bütün gün sumax və keşniş yeyirəm. Kim bizə gəlsə, deyirəm bunlardan al. Mən uşaq vaxtı torpaq xoşlayırdım. İndi bağda iş görəndə istəyirə

03.05.2024 757
.

"Bir də Rəşad Dağlı azad olanda meyxana deyəcəyəm"

"Meyxana ilə qurtarmışam. Meyxanadan uzaqlaşmışam. Artıq məclislərdə demirəm". Axşam.az xəbər verir ki, bu sözləri meyxanaçı Orxan Lökbatanlı "Həmin Zaur" verilişində deyib. O bildirib ki, artıq meyxana deməyəcək. İfaçı aparıcı Zaur Kamalın "10 min versəm meyxana deməyəcəksən"

04.05.2024 555
.

Elməddin həyat yoldaşından danışdı

"Verilişlərə getməyi dayandırmışam. Niyə verilişə gedim ki? Səbəb yoxdur". Axşam.az xəbər verir ki, bu sözləri aktyor Elməddin Cəfərov "Zaurla Günaydın" proqramında deyib. Sənətçi bildirib ki, son vaxtlar hər işini həyat yoldaşı ilə məsləhətləşir:. "Əvvəl heç vaxt xanımımla məsləhətləşmirdim

04.05.2024 1041