Masazırda dəhşətli QƏZA: Oğlan maşının şüşəsindən havaya "uçdu", omba sümüyü çıxdı

Masazırda dəhşətli QƏZA: Oğlan maşının şüşəsindən havaya "uçdu", omba sümüyü çıxdıNoyabrın 20-də Abşeron rayonu Masazır qəsəbəsində baş verən və ölümlə nəticələn yol-nəqliyyat hadisənin bəzi təfərrüatları məlum olub.

BiG.AZ lent.az-a istinadən xəbər verir ki, hadisə zamanı ölən Oğuz rayon sakini Cavid Rəsulov Bakıda fəhləliklə məşğul olub. Bildirildiyinə görə, mərhum xalasıgildə qalırmış. Hadisə baş verən günü isə xalasının ailəsi ilə birlikdə Oğuza, nənəsinin ölümünün ildönümünə gedirmiş.
Avtomobili xalası oğlu Şahin Səmədov idarə edib. Cavid Rəsulov isə avtomobilin ön oturacağında imiş. Qəza baş verən zaman o, təhlükəsizlik kəmərindən istifadə etməyib. Bu səbəbdən zərbənin gücündən avtomobilin ön şüşəsindən çölə çıxıb.

Artıq Cavid Rəsulov Oğuz rayonu Bayan kəndində dəfn edilib.
Qəza zamanı avtomobildə olan Mahir Səmədovun omba sümüyü çıxıb, avtomobili idarə edən Şahin Səmədovun ayağı qırılıb, onun ayağına 7 tikiş qoyulub. Digər sərnişinlərdən Natiq Səmədov sinəsindən zərbə alıb, Sevil Səmədovanın isə əli qırılıb.

Qeyd edək ki, noyabrın 20-də saat 15 radələrində Abşeron rayonunun Masazır qəsəbəsində Şahin Səmədovun idarə etdiyi "VAZ-2106" və Daşqın Səfərovun idarə etdiyi "Mercedes" markalı avtomobillər toqquşub. Nəticədə Ş.Səmədovun sərnişinlərindən Oğuz rayon sakini Cavid Rəsulov hadisə yerində ölüb, özü və digər sərnişini, habelə digər sürücü xəstəxanaya yerləşdiriliblər.
Abşeron RPİ tərəfindən araşdırma aparılır.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1812   Tarix: 22 noyabr 2016  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Rusiyaya işləməyə gedənlərin DİQQƏTİNƏ: bu işlər qadağan olundu

Rusiyanın Saratov vilayətində əmək miqrantlarına bu il mayın 1-dən dekabrın 31-dək ictimai nəqliyyatda, taksilərdə və ictimai iaşədə daşıma sahələrində işləmək qadağan ediləcək. yerli mediaya istinadla bildirir ki, müvafiq sərəncamı Saratov vilayətinin qubernatoru Roman Busargin imzalayıb. Miqrasiy

27.04.2024 549
.

Sarvan Cəfərov: "COP29-a ev sahibliyinin aqrar və ekoloji siyasətdə mühüm rolu olacaq"

Azərbaycanın bu il Birləşmiş Millətlər Təşkilatının (BMT) İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi etməsi ölkədə aqrar və ekoloji siyasətin qabaqcıl beynəlxalq təcrübəyə, texnoloji mübadilə və innovasiyalara uyğunlaşdırılmasında mühü

10:00 139
.

Bu gün görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın doğum günüdür

Bu gün görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın doğum günüdür. "Report" xatırladır ki, Zərifə Əliyeva 1923-cü ilin 28 aprelində Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda anadan olub. Belə ki, bu gün Azərbaycanın görkəmli alimi, Əməkdar elm xadimi, tibb elmləri doktoru, professor

00:53 271
.

Portuqaliya keçmiş koloniyalara təzminat ödəməkdən imtina etdi

Portuqaliya hökuməti prezidentin bəyanatının əksinə olaraq, müstəmləkəçilik dövründə köləlikdən zərər çəkmiş dövlətlərə təzminat ödəməmək qərarına gəlib. Məlumata görə, 15-ci əsrdən 19-cu əsrə qədər portuqaliyalı dənizçilər altı milyon afrikalını Atlantik okeanından zorla keçirərək köləliyə (əsasən Braziliyaya

15:30 140
.

Dubayda rekord miqdarda yağan yağışın səbəbi məlum oldu

Fars Körfəzi ölkələrində rekord miqdarda yağan yağışın səbəbi iqlim böhranıdır. Bu qənaətə "World Weather Attribution" (WWA) təşkilatının analitikləri gəliblər. Ərəbistan yarımadasının cənub-şərq hissəsində nadir hallarda, adətən El Ninyo fenomeninin təsiri altında güclü tufanlar baş verir

11:30 281
.

TƏBİB rəsmisi həkimlərin maaşından danışdı - VİDEO

Baku TV-də yayımlanan "Rəsmi cavab" verilişinin yeni buraxılışı yayımlanıb. Verilişin budəfəki sayının qonağı TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanovdur. Proqramda TƏBİB-in fəaliyyət göstərdiyi beş il ərzində ölkə səhiyyəsində baş verən dəyişikliklərdən danışılıb. Həmçinin həkimlərin maa

12:40 187
.

Zəngilanda silah-sursat aşkarlanıb

Zəngilanda silah-sursat aşkarlanıb. Bu barədə BİG.AZ-a Daxili İşlər Nazirliyindən bildirilib. Vurğulanıb ki, Zəngilan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayonunun Tağlı kəndi ərazisindən 4 avtomat, 1 pulemyot, 3 avtomat darağı və 251 müxtəlif çaplı patron aşkar edilərək götürülüb. Faktla bağl

15:10 139
.

Cəlilabadda yetkinlik yaşına çatmayanlara tütün məmulatlarının satıldığı üç mağaza aşkarlanıb

Polis əməkdaşları yetkinlik yaşına çatmayan şəxslərə alkoqollu içkilərin və tütün məmulatlarının satışının qarşısının alınması istiqamətində tədbirləri davam etdirirlər. DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan "Report"a verilən məlumata görə, Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarını

18:10 90
.

Moskvada "Reuters" xəbər agentliyinin prodüseri həbs edilib

Rusiyanın paytaxtı Moskva şəhərində "Reuters" agentliyinin prodüseri Konstantin Qabov ekstremist icmada iştirak ittihamı ilə həbs edilib. "Report" xəbər verir ki, Moskvanın Basmannı rayon məhkəməsi təqsirləndirilən Konstantin Vasilyeviç Qabovun barəsində 2 ay müddətinə, yəni 2024-c

13:10 150