"Yeddi minlik ayaqqabı geyinib 50 minlik saat taxırlar" - Tolik maaşdan şikayət edən deputatlara

"Yeddi minlik ayaqqabı geyinib 50 minlik saat taxırlar" - Tolik maaşdan şikayət edən deputatlaraBir sıra millət vəkillərinin əmək haqqlarının azlığından şikayət etməsi ictimaiyyətin narazılığına səbəb olub.

Tanınmış prodüsser Tarix Əliyev buna sərt reaksiya verib. Sabiq rabitə naziri Əli Abbasovun "aylıq xərclərim 300 min manatdır" sözləri, bir sıra depuataların isə "2200 manatla dolana bilmirik" sözləri Toliki özündən çıxarıb.

BiG.AZ xəbər verir ki, bu barədə cebhe.info-ya danışan prodüsser ilk öncə öz gəlirlərindən də danışıb: "Mən sizdən gəlirimi gizlətmirəm. Mən şou-biznesdəyəm. Ona görə də mənim gəlirlərim stabil deyil.

Elə ola bilər ki, ayda 3, 5 toy təşkil edə bilərəm, elə də ola bilər ki, ayda heç toyum olmaz. Elə ola bilər ki, ayda min manat elə də ola bilər 10 min manat qazanaram. Məsələn, bu ay, gələn ay və may ayı toylar olmur. Mən müğənnilərlə maaşa işləmirəm, mən faizlə işləyirəm. Və gələn gəlirin vergisini ödəyirəm. Bildiyiniz kimi mən vergi ödəyicisiyəm. Hər rübün sonunda 300 manat pul ödəyirəm. Ayda bir dəfə xarici ölkəyə səfərim olur, o zaman mənim aylıq xərcim 2 min, 3 min, 5 minə, çıxır. Xaricə getməyəndə xərcim o qədər də çox çıxmır... Millət vəkilinin 2200 manatla dolana bilməməsi dəhşətdir. Nə edək, ona aylıq 50 min manat pul verək? Bəs o zaman digər insanlar, aztəminatlı, azgəlirli ailələr nə etsinlər? Ayda 120 manat pul alan dul qadın necə dolansın bu pulla? Gün ərzində iki dənə çörək alsa, aylıq 30 manat bunun təkcə çörək pulu edəcək. Qalan 90 manata bu nə edəcək, necə dolanacaq?".

"50 min manatlıq qol saatı taxanda təbii ki, maaş çatmayacaq"

Tolik deyib ki, deputatlara dövlət onsuz da xeyli imtiyaz verib: "Millət vəkilinə xidməti maşın verilir. Maşını üçün yanacağı dövlət verir, evdi, onu da dövlət verir. 2200 manat pul onların aylığına bəs etmir? Bəzi xanım millət vəkilləri gedib 7 min manata ayaqqabı alıb geyinəndə, bəziləri 50 min manatlıq qol saatı taxanda, əlbəttə, 2200 manat onları təmin etməyəcək. Müəllimlər nə etsin bəs? 220 manat maaş alırlar, o pulla ailələrini necə saxlasınlar? Millət vəkilləri necə belə deyə bilərlər, mən hələ də başa düşə billmirəm. Əksəriyyətinin qohum-əqrəbası milyonçudur, yaxşı imkanları var, bəzilərinin "oğru"larla qohumluğu var, məsələn, rəhmətlik Rövşən Lənkəranski də Fəzail Ağamalının qohumudur. Əgər onları 2500 manat qane etmirsə, o zaman xalqı, insanları qınamasınlar ki, niyə onlar dolana bilmirlər. Dəhşətdir, sadəcə. Bu qədər pul alırlar, yenə qane olmurlar, kiməsə "krışalıq" edib pul alırlar, doymurlar, kimisə tapşırırlar, pul alırlar...

O zaman gərək biz yaşamayaq, mən də gedim özümü asım. Mənim atam neft şirkətində işləyir, ayın 14 günü dənizdə, 14 günü evdə olur. Əziyyətlə 900 manat pul alır. Hansı millət vəkili gedib o təhlükəli yerdə, soyuqda, qışda, yayda orda aqreqat sürə bilər 900 manata?

İlin, günün bu vaxtl, dolların məzənnəsinin bu həddə qalxdığı bir zamanda belə bir sözü deyib necə milləti qıcıqlandırmaq olar axı?"

Tarix Əliyev deyib ki, deputatlar elə bilir ki, sənət adamları milyonerdir: "Gözlərini də dikiblər müğənnilərə. Elə bilirlər ki, müğənnilər milyonerdir. Müğənni gedib səsini qoyur hansısa toyda, məclisdə oxuyur, min dənə söz eşidərək o pulu qazanır. Siz nə edirsiniz? Oturub ancaq düymə sıxmaqla məşğulsunuz. Nə var elə pul qazanmağa, mən də gəlim oturum Milli Məclisdə, mikrofonun düyməsini sıxım pul qazanım. Yeri gələndə mənim izləyicilərim o millət vəkillərinin izləyicilərindən çoxdur. Mənim yazdığım hansısa yazıya rəy bildirənlərin sayına baxın, bir də millət vəkillərinə baxın. Mənim öz səhifəmdə toxunduğum aktual mövzular millət vəkillərinin parlamentdə qaldırdığı məsələlərdən daha aktualdır. Daha belə olan təqdirdə mən xalqı, vətəndaşları qınamıram".

"Oğlu İngiltərənin bahalı universitetində oxuyur"

Bir müddət öncə "Yurd" sədri Əli Kərimli haqqında yazan prodüsser fikirlərinə aydınlıq gətirib: "Mən bir vətəndaş olaraq ölkəmdə baş verən bütün hadisələrə münasibət bildirmək haqqına sahibəm. Və düzü-düz, əyrini də əyri demək lazımdır. Oturub bütün günü onun- bunun pullarını saymaqla məşğuldur. Əgər o safdırsa, çıxsın xalqın qarşısına hesabat versin ki, oğlu İngiltərədə ən bahalı universitetlərdən birində oxuyur bu pullar ona hansı yollarla daxil olur? Axı sən "safsan", sənin əlavə "biznes"in yoxdur, sənin "obyekt"in yoxdur, bəs o pullar səndə hardandır? Sadəcə olaraq, onlara pulları ona görə xarici ölkələr verir ki, Azərbaycanda çaxnaşma, qarışıqlıq yaratsınlar. Əgər xalq onlara etimad etsəydi onun keçirtdiyi mitinqlərdə iştirak edərdi. Görmüşük xaricdə olan mitinqləri, yüz minlərlə insan müxalifətə etimad edir, yüz minlərlə insan mitinqlərdə polislər tərəfindən döyülür, öldürülür amma yenə də onların ardınca gedir. Bunlar isə özlərini o qədər ifşa ediblər ki, heç kim onlara etimad etmir. Mən, məsələn, hansısa bir rayonda görüş təşkil etsəm, mənimlə görüşə onların mitinqindən çox adam gələr. İmkan versinlər insanlar işləri ilə məşğul olsunlar, həyatlarını yaşasınlar. Nəyə lazımdır bu qədər pafos?"


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 1735   Tarix: 21 noyabr 2016  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Hamını aldadıblarmış…

Müğənni Təranə Qumralın qızı Qumral anasının yalan danışdığını etiraf edib. OLAY yazır ki, bu barədə o, "Xəbərin var?" verilişində danışıb. Qumral bildirib ki, anası 4-cü övladını dünyaya gətirməyib və "Rəngarəng səhər" verilişində edilənlər sadəcə şou imiş. O, "Bizim ideyamı

03.05.2024 2734
.

"İnsanlara sosial problem yox, boşanma maraqlıdır"

"Ehtiyac yoxdur bahalı mahnı alıb, bahalı klip çəkdirim. Tamaşaçı deyir, get otur mətbəxdə oxu. Niyə özümü dərdə salım. Axşam.az xəbər verir ki, bu sözləri müğənni Səidə Sultan "Cümə axşamı" proqramında deyib. Sənətçi artıq keyfiyyətli mahnıların sevilməməsindən şikayətlənib. O bildiri

04.05.2024 328
.

"Çılgın Bediş"in ulduzunun oğlu cinsiyyət dəyişdirir

"Çılgın Bediş" serialının ulduzu Çiçek Dilligilin musiqiçi Bora Öztoprakla evliliyindən olan oğlu Ardahan cinsiyyət dəyişdirir. OLAY yazır ki, bununla bağlı Ardahan instaqramda foto paylaşıb. O, oğlan halında olan bütün şəkilləri hesabından silib. Yeni görüntülərini izləyiciləri ilə bölüşüb

04.05.2024 496
.

Elçinlə Aydan BARIŞDI - FOTO

Bir müddət öncə boşanma xəbərləri ilə gündəm olan müğənni Elçin Cəfərov xanımı ilə barışıb. OLAY-ın əldə etdiyi məlumata görə, Elçin instaqramda xanımı Aydan Rüstəmxanlını yenidən izləməyə başlayıb. Barışığın təsdiqi kimi isə digər diqqətçəkən detal Elçinin qaynı Cəmil Rüstəmxanlı ilə birgə foto paylaşmas

04.05.2024 901
.

"Kızılcık şerbeti"nin ulduzu eşq xəbərlərinə cavab verdi

"Kızılcık şerbeti" serialında rol alan Sıla Türkoğlu tərəf müqabili Doğukan Güngörlə haqqında çıxan eşq xəbərlərinə cavab verib. OLAY yazır ki, aktrisa bu barədə instaqram hesabında paylaşım edib. "Dünən axşam dostlarımla qatıldığım bir tədbirdən sonra bəzi səhifələrdə mən və tərəf müqabili

04.05.2024 408
.

"Şahane Hayatım" final edəcək

"Şahane Hayatım" serialı final qərarı alıb. xəbər verir ki, bu barədə türk mətbuatı bildirib. Qeyd edək ki,serialın ilk bölümü 1 noyabr 2023-cü il tarixində yayımlanıb

03.05.2024 441
.

3 uşaq anası Aysel Teymurzadə gözəlliyi ilə HEYRAN ETDİ - YENİ FOTO

"Avroviziya" təmsilçilərimizdən olan Aysel Adıgözəlzadə (Teymurzadə) sosial mediada paylaşım edib. xəbər verir ki, ifaçı yeni fotosunu instaqram hesabında paylaşıb. Fotoya çoxsaylı təriflər yazıblar. Qeyd edək ki, Aysel Xalq artisti Murad Adıgözəlzadə ilə ailəlidir. Cütlüyün üç övladı var

04.05.2024 3625
.

Bella Hadid sevgilisi ilə görüntüləndi - Foto

Məşhur ulduz Bella Hadid sevgilisi ilə görüntülənib. Axşam.az xəbər verir ki, model təxminən bir il əvvəl xroniki xəstəliyinin şiddətlənməsindən sonra karyerasına fasilə verib. Lakin bu yaxınlarda o, yeni məhsulunu təqdim edib. Bella və onun kovboy sevgilisi Adan Banuelos Nyu-Yorka öz brendi "Orebella"nı

04.05.2024 421
.

Şeron Stoun ilk dəfə "Kurtlar Vadisi"ndən danışıb

Aktrisa Şeron Stoun rol aldığı "Kurtlar Vadisi" serialından danışıb. xəbər verir ki, bu barədə aktrisa TRT World-ə müsahibə verib. "Bu bölüm üçün çox pul verilmişdi. Çəkiliş meydanı həyatımda gördüyüm ən yaxşı meydan idi. Amma heç kim ingilis dilini bilmirdi" ,- deyə o bildirib

03.05.2024 522