"Gəlin məni aparın, yoxsa özümü öldürəcəm" - TOVUZDA hamilə qadının müəmmalı ölümü

"Gəlin məni aparın, yoxsa özümü öldürəcəm" - TOVUZDA hamilə qadının müəmmalı ölümüÖtən ay Azərbaycanda baş verən ana ölümünün araşdırılması nəticəsində onun intihar hadisəsi olduğu məlum olub.

Səhiyyə Nazirliyi Doğuşayardım Komissiyasının sədri Sevinc Məmmədova APA-ya deyib ki, oktyabr ayı ərzində Azərbaycanda iki ana ölümü baş verib və onlar Tovuzda və Bakıda qeydə alınıb.

S.Məmmədovanın sözlərinə görə, Tovuz rayonunda baş verən ana ölümü hamiləliyin 24-25 həftəliyində qeydə alınıb: "Hadisənin araşdırılması zamanı məlum olub ki, 20-ci həftəyə qədər onun hamilə olmasından heç kimin xəbəri olmayıb. 20 həftəlikdə qadın başı ağrıdığı üçün Həkimə aparılıb. Həkim onun hamilə olduğunu gördükdən sonra qeydiyyata alıb. Bu zaman müəyyən müayinələr təyin olunub və xəstə evə buraxılıb. Evə buraxılandan bir ay sonra telefonla anası ilə danışan qadın "Ana, gəlin məni aparın, yoxsa özümü öldürəcəm", - deyib və özünü zəhərləyib. Ölüm halı doğuş zamanı olmayıb. Zəhərlənmə nəticəsində körpə də ana bətnində ölüb. Cəsədin məhkəmə tibbi ekspertizasının nəticəsinə görə, qadının kimyəvi maddə ilə özünü zəhərlədiyi məlum olub. Patoloji rəyə görə, ana ölümünə amin qrupdan olan kimyəvi maddədən zəhərlənmə səbəb olub. Ana ölümünün araşdırılması zamanı aydın olub ki, əslində bu, intihar hadisəsidir".

S.Məmmədova vurğulayıb ki, digər ana ölümü Bakı şəhərində, Sabunçu rayonu 3 saylı Klinik Xəstəxanada qeydə alınıb. Onun sözlərinə görə, ana ölümü hamiləliyin 34-cü həftəsində qeydə alınıb: "Həmin hadisə zamanı ananın 7-ci hamiləliyi, qeysəriyyə yolu ilə isə 4-cü hamiləliyi olub. Axırıncı hamiləlik qeysəriyyə ilə nəticələndiyi üçün həkimlər bu qadına dünyaya uşaq gətirməyi qadağan ediblər. Lakin xanım həkimlərin məsləhətinə riayət etməyərək heç iki ay keçməmiş təkrarən hamilə qalıb və bunu hamıdan gizlədib. 5-6 aylığında qohumları onun hamilə olduğunu biləndə hamiləliyi sonlandırmağı təklif ediblər. Amma qadın razı olmayıb. Üçüncü qeysəriyyə kəsiyindən sonra qadının uşaqlığının üzərində üç çapıq olub. 5-6 aylığından başlayaraq cift həmin çapıq nahiyəsindən çölə doğru invalizə edib ki, bu hala ciftin ətə batması deyilir. O, 2-3 dəfə 3 saylı şəhər Klinik Xəstəxanasında müalicə üçün hospitalizasiya olunub. Hər dəfə həkimlər hamiləliyi sonlandırmağı təklif etsələr də, imtina edib. Axırıncı dəfə xəstəxanaya yerləşdiriləndə qadında kəskin ağrılar olub və həkimlərin səylərinə baxmayaraq, qanaxmanı saxlamaq mümkün olmayıb. Bunu nəzərə alan həkimlər səhər tezdən qan, plazma tədarükü görərək, iki anestezoloqun nəzarəti altında ananı əməliyyata götürüblər. Əməliyyat zamanı kəskin ürək-damar çatışmazlığı yaranıb, ana ölümü baş verib. Ananın dünyaya gələn övladı sağdır.

Bu gün də meyit yarılmadığından möhürlənmiş məhkəmə tibbi ekspertiza rəyi yoxdur. Amma təhlillər göstərir ki, stasionarda olan müayinələrin nəticələrində səbəb kimi dölyanı mayenin damara düşməsi, yəni trombo emboliya ehtimalı göstərilib. Respublikanın baş anestezioloq-reanimatoloqu Aydın Qədirov da rəy verib ki, xəstəliyin klinikasına görə, ana ölümü 90 faiz ehtimalla trombo emboliyadan baş verib".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 3334   Tarix: 17 noyabr 2016  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Köçəryan Moskvaya gedə bilməyəcək - QADAĞAN EDİLDİ

Məhkəmə Ermənistanın keçmiş prezidenti, "Hayastan" blokunun rəhbəri Robert Köçəryanı ölkədən çıxmasını qadağan edib. APA-nın məlumatına görə, bu barədə "Hayastan" blokunun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, təxminən bir həftə əvvəl Rusiyanın hakim "Vahid Rusiya"

17.09.2021 999
.

Azərbaycan polisindən ermənilərə süngülü dərs - VİDEO

Gorus-Qafan yolu üzərində xidmət göstərən Azərbaycan polisi yoldan keçmək istəyən ermənilərə dərs verib. "Qafqazinfo" xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə üzərində qondarma respublikanın "bayrağ"ı olan avtomobilin postdan keçmək üçün yaxınlaşdığı görünür. Postd

18.09.2021 988
.

Millət vəkili: "Həftəsonları ictimai nəqliyyatın fəaliyyəti bərpa edilməlidir" – VİDEO

Pandemiyaya qarşı hökumətin verdiyi qərarlar öz müsbət təsirini göstərməkdədir, lakin Operativ Qərargah bəzi məsələlərin həlli yönündə təcili tədbirlər görməlidir. Bunu millət vəkili Fazil Mustafa deyib. Millət vəkili hesab edir ki, həll edilməli ən vacib məsələ həftəsonları ictimai nəqliyyatın fəaliyyətini

17.09.2021 1467
.

Türkiyəli professor: "Yoluxma azalmasa, qapanmaya getməli olacağıq"

"Tam qapanma yoluxma sayındakı artımdan sonra yenidən gündəmə gələ bilər". "Report" "Posta"ya istinadən xəbər verir ki, bunu türkiyəli professor Faruk Aydın deyib. "Qış çox ağır keçəcək. Qapanmaya getməmək üçün mübarizə aparırıq. Amma yoluxma sayını azalda bilməsək

18.09.2021 1281
.

"Su çənimizi yığışdırdılar ki, şəhərin gözəlliyini pozur..." - Daha bir SU PROBLEMİ - ŞİKAYƏT - AÇIQLAMA

ın redaksiyasına su ilə bağlı növbəti şikayət daxil olub. Belə ki, Təhminə Babayeva adlı şikayətçinin sözlərinə görə, Nizami rayonu "Naxçıvanski" 94B ünvanında gündüz saat 11-də suyu azalda-azalda tam kəsirlər, axşamüstü 6, 7-də yenidən açırlar:. "Gecə 12-yə işləmiş isə yenə kəsirlər

18.09.2021 880
.

Nəriman Abbasov Həbib Nurməhəmmədovun qohumuna nokautla qalib gəldi - VİDEO

Bu gecə Moskvada rusiyalı sabiq UFC çempionu Həbib Nurməhəmmədovun atası Əbdülmanaf Nurməhəmmədovun xatirəsinə həsr edilən turnir keçirilib. xəbər verir ki, yarış çərçivəsində azərbaycanlı döyüşçü Nəriman Abbasov rusiyalı Şamil Zavurovla qarşılaşıb. Abbasov rəqibini ilk raunddaca nokauta salıb. Qey

18.09.2021 831
.

Bu qidalar vitaminlə zəngindir - MÜTLƏQ YEYİN

Vitamin, mineral və antioksidantlarla zəngin qidalar az kalori ilə maksimum qida dəyərinə malik məhsullardır. Bu tip qida məhsullarına, həmçinin super qidalar da deyilir. -ın məlumatına görə, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutundan bildirilib ki, gündəlik qida rasionunda super qidaların istehlakın

18.09.2021 930
.

Tanınmış mədəniyyət xadimləri Şuşada

Azərbaycanın tanınmış mədəniyyət xadimləri Şuşada səfərdədirlər. Unikal.org-un məlumatına görə, mədəniyyət xadimləri Şuşaya səfər çərçivəsində burada keçiriləcək Üzeyir Hacıbəyli XII Beynəlxalq Musiqi Festivalına qatılacaq, dahi bəstəkarın ölməz əsərlərini 29 ildən sonra işğaldan azad edilən Üzeyir yurdund

18.09.2021 814
.

İstirahət gününün havası açıqlandı

Sentyabrın 19-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 18-21 isti, gündüz 25-28 isti

18.09.2021 459