Ölən beşəmlərin nənəsi: "Axı 500 qramlıq uşaq necə yaşaya bilər?"

Ölən beşəmlərin nənəsi: "Axı 500 qramlıq uşaq necə yaşaya bilər?""Həkimlər uşaqların sağ qalmasını az ehtimal edirlər. Mən onları qınamıram. Axı 500 q-lıq uşağın yaşaması necə ola bilər?! Əgər o uşaqlar yaşasa, deməli, Avropa xəstəxanaları bu Mərkəzin yanında heç nədir. Düzdür, mən də sevinirəm ki, Azərbaycanda belə bir hadisə baş verib. Biz 6 ay idi ki, bunu biləndən gözləyirdik. Yəni uşaqlar 6 aylıqdır. Onun da ən çətin vaxtından, noyabrın 9-dan buradayıq. Uşaqlar cəmi 24 həftəlikdir. Uşaqlar heç olmasa 28 həftəlik olanda həkimlər onların 80 faiz yaşayacağını deyirlər. Ona görə də bizim uşaqların sağ qalmaq şansı çox azdır. Həkimlər neçə gündür yatmırlar. Onların haqqında pis danışmaq düzgün deyil. Həkimlər qızımı əməliyyatsız sağ-salamat qurtarıblar".

BiG.AZ xəbər verir ki, bunu milli.az-a açıqlamasında paytaxtda beşəm uşaq dünyaya gətirmiş Bakı şəhər sakini Aysel Əzimzadənin anası Tamam xanım deyib.

Onun sözlərinə görə, uşaqlar vaxtından çox tez doğulublar və çəkiləri də çox azdır: "Beşəm uşağın doğulması çox nadir hadisədir. Belə şeyə tez-tez rast gəlmək olmur. Biz noyabrın 9-dan buradayıq. Xəstəxananın baş həkimi bir dəqiqə də olsun, bizi diqqətdən kənarda qoymayıb. Bu dəqiqə uşaqların yanında idim. Şükür, sağlamdırlar. Həkimlər bizə elə bir şərait yaradıblar ki, biz bir həftədir ki, bir yerdəyik. İndi də uşaq anadan olan kimi hamısını küvezə qoydular. Onlar da Allahı köməyə çağırdı. Çünki uşaqlar çox balacadırlar. Ən böyüyü cəmi 500 qramdır. O birilər ondan da balacadır, 400 qram olanı da var".

Tamam xanım beşəm nəvələrinin olacağı xəbərini bildikdə özünün və qudasının hansı hisslər keçirdiyini belə xatırlayıb:

"Çoxdandır bilirdik ki, 5 uşaq olacaq. Amma beş uşağın doğulacağını biləndə nə ağladım, nə güldüm, nə sevindim, nə də kədərləndim. Əvvəlcə uşaqların o biri nənəsinə zəng elədim. Dedim, nəvə istəyirsənmi? Dedi, əlbəttə. Niyə istəmirəm ki?! Dedim, neçəsini? Dedi, necə yəni neçəsini? Birini. Dedim, yox. Dedi, neçədir? İki? Dedim, yox. Dedi, üç? Dedim, yox... Daha dalını gətirmədim. Sonra dedim ki, beş. Daha ondan sonra nənə telefonunu söndürdü, mənə heç bir cavab vermədi. Təbii ki, bu bir zarafatdır. O biri nənə də bizimlə bərabərdir".

Nənəsi qeyd edib ki, onlar uşaqlara hansı adların qoyulması barədə hələ fikirləşməyiblər: "Əgər sağ qalsalar, ən azından ikisini qurban olduqların Həsən və Hüseyn adını qoyacam. Amma onlar beş uşaqdır".

Xatırladaq ki, 1991-ci il təvəllüdlü Bakı şəhər sakini Əzimzadə Aysel bu gün səhər saat 7 radələrində Respublika Perinatal Mərkəzində 4 oğlan, 1 qız olmaqla beşəm dünyaya gətirib. Lakin doğuşdan qısa müddət sonra uşaqlar tələf olublar. Qeyd edək ki, uşaqların nənəsi Tamam xanım bu açıqlamanı verəndə uşaqların tələf olmasından xəbərsiz olub.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 3633   Tarix: 17 noyabr 2016  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Telefonu niyə yastığın altına qoyub yatmaq olmaz?

"Yaşayış sahəsinin ekologiyası" laboratoriyasının müdiri Anton Yastrebçevin sözlərinə görə, smartfonları yastığın altına qoyub yatmaq olmaz. -a istinadən xəbər verir ki, ekspert səbəb kimi telefonlardan gələn radiasiyanın bəzən artdığını bildirib. "Nəzərə almaq lazımdır ki, telefonları

18.09.2021 862
.

Təhsil Nazirliyindən tələbələrə ŞAD XƏBƏR

Oktyabrın əvvəlindən təhsil tələbə kreditlərinin verilməsinə başlayacağıq. XəzərXəbər xəbər verir ki, bunu Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Nicat Məmmədli Trend-in sualını cavablandırarkən deyib. N.Məmmədli bildirib ki, kreditin verilməsi qaydası da müyyənləşdirilib:

18.09.2021 2497
.

Şimşək çaxıb, leysan yağıb

Ölkə ərazisində hökm sürən faktiki hava açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, saat 21.00-a olan məlumata əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Sarıbaş(Qax), Sahdağ, Zaqatala

17.09.2021 1179
.

Maqsud Mahmudov Ukraynada tutularaq Azərbaycana gətirildi - RƏSMİ

2020-ci ilin yanvar ayının 10-dan Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu bu il iyul ayında Ukrayna Respublikası ərazisində tutulub. Bu barədə Baş Prokurorlu

18.09.2021 2678
.

Köçəryan Moskvaya gedə bilməyəcək - QADAĞAN EDİLDİ

Məhkəmə Ermənistanın keçmiş prezidenti, "Hayastan" blokunun rəhbəri Robert Köçəryanı ölkədən çıxmasını qadağan edib. APA-nın məlumatına görə, bu barədə "Hayastan" blokunun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, təxminən bir həftə əvvəl Rusiyanın hakim "Vahid Rusiya"

17.09.2021 999
.

Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"

"Türkiyə Silahlı Qüvvələri tarixi məsuliyyət hissi ilə dost və qardaş ölkələrin yanındadır". "Report"un xəbərinə görə, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib. Onun sözlərinə görə, bu çərçivədə Azərbaycan və Liviyada hərbi təlim, yardım və məsləhətçilik fəaliyyətlər

18.09.2021 278
.

Qondarma rejimin "bayrağ"ını silən polis kimdir? - FOTO/VİDEO

Xəbər verdiyimiz kimi, Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən zolağa nəzarət edən Azərbaycan polisi burada hərəkət edən avtomobilin üzərindəki qondarma "respublika"nın qondarma "bayrağı"nı elə yerindəcə süngü ilə qazıyıb. Sosial şəbəkələrdə yayılan məlumata görə, həmi

18.09.2021 4608
.

Millət vəkili: "Həftəsonları ictimai nəqliyyatın fəaliyyəti bərpa edilməlidir" – VİDEO

Pandemiyaya qarşı hökumətin verdiyi qərarlar öz müsbət təsirini göstərməkdədir, lakin Operativ Qərargah bəzi məsələlərin həlli yönündə təcili tədbirlər görməlidir. Bunu millət vəkili Fazil Mustafa deyib. Millət vəkili hesab edir ki, həll edilməli ən vacib məsələ həftəsonları ictimai nəqliyyatın fəaliyyətini

17.09.2021 1467
.

Pelenin səhhəti yenidən pisləşib

Futbol üzrə üçqat dünya çempionu Pelenin səhhəti yenidən pisləşib. O, San-Pauludakı "Albert Enşteyn" xəstəxanasının yarımintensiv terapiya şöbəsinə köçürülüb. Braziliyalı futbol əfsanəsinin qırtlaq bölgəsində problemlər aşkar edilib. Ağırlaşmanın müvəqqəti olduğu, xüsusi müalicə və qulluq sayəsind

17.09.2021 585