Şəbnəm Tovuzlu kimə lazımdır?

Şəbnəm Tovuzlu kimə lazımdır?Yatsam yuxuma da girməzdi ki, mən də haçansa Şəbnəm Tovuzludan yazacam. Şəbnəm Tapdıqdan yazardım, çünki, sənəti də var, şəxsiyyəti də. Qəribəlikləri isə lap çoxdur. Məsələn, günü bu günə qədər o iddia edir ki, Şəbnəm adının eksklüzivliyi ona məxsusudur və bu adı ondan başqa heç kim daşıya bilməz. Mən hələ də təəccüb edirəm ki, Şəbnəm Tapdıq nə əcəb Şəbnəm Tovuzlunun qabağına çıxıb ondan "niyə bu adı batırırsan "deyə soruşmayıb? Və yaxud da tovuzlular.. Nə isə.

Açığı Şəbnəm Tovuzlu adında müğənninin adını bu günlərdə eşitmişəm. Yəni, onun nə çalıb, nə oxuduğu haqda iynənin ucu qədər bilgim yoxdur. Birmənalı! Amma görünür, həmkarlarım arasında onun pərəstişkarları kifayət qədərdir. Əks halda Şəbnəmin yataq otağında bu qədər eşələnməzdilər. Və o da tərbiyəsizləşib jurnalistləri təhqir eləməzdi. Deməli, bu gün Şəbnəm Tovuzlu ilə bağlı xəbərlər pik həddə çatdı. Yazdılar ki, bu qadının uşaq gözlədiyi kişi sən demə 10 saylı cəzaçəkmə müəssissəsinin rəisidir. Dərhal Ədliyyə nazirliyi Penitensiar Xidmətin təkzibi yayıldı. Belə baxanda maraqlı və düşündürücü təkzib idi. Təxminən belə. Rəis Şəbnəmi tanıyır, amma uşağın atası o deyil. Bunun ardınca Şəbnəmdən açıqlama gəldi. O təxminən yox, konkret belə idi."Bu jurnalistlər çox baş qaldırıb. Bunlardan birinin başını əzmək lazımdır. Əgər onlardan birinin başı əzilsə, sakitləşəcəklər." Jurnalistlərin peşə kodeksi deyilən bir şey var və bu kodeks jurnalist həmrəyliyini, təəssübkeşliyi diktə edir. Heç bu cür rəsmi göstərişlər olmasa da belə, yüz Şəbnəm kimi müğənniyə bir jurnalistin dırnağını dəyişmərəm.

Amma jurnalistlər də ağını çıxartmasınlar da. Adama deyərlər ki, Şəbnəmin kimdən uşaq gözlədiyi, nə yeyib-nə içdiyi sənin nəyinə lazımdır a bala? Anan deyil, bacın deyil, nə qarabaqara izləyirsiz bu gözəlçəni? Reytinq lazımdırsa, bu nə vaxtdan reytinqli müğənni olub? Pul lazımdırsa, yenə də bu boyda peşəni o cür peşə sahiblərinin alətinə çevirməyin, lütfən. Axı jurnalistika dediyiniz bu deyil. Jurnalistika böyük anlayışdır. Onun ən gözəl nümunələrini zamanında Məhəmmədəmin Rəsulzadələr yaradıb, Üzeyir Hacıbəylilər yaradıb. Elə bilirsiz onların vaxtında şəbnəmlər yox idi? İnanın vardı! Sadəcə, hədəf onlar deyildi. BU gün isə Googleda bircə Şəbnəm Tovuzlu yazmaq kifayətdir, onlarla başlıqda yazılar çıxır. "Şəbnəm Tovuzlu qadın alveri ilə məşgulmuş", " Şəbnəm Tovuzlunun sevgilisi polkovnik imiş", "Şəbnəm Tovuzlu haqqında şok iddia", " Şəbnəm Tovuzlu həm də icra başçısı ilə sevgili imiş" vəs. Adam utanır vallah… Jurnalist olduğuna utanır. Açığı, inciməyin dostlar, mən bu məsələdə Şəbnəmin tərəfindəyəm. Adam əxlaqsızdır, özü bilər, bic doğar, yenə özü bilər, Galenvageni necə, hansı yolla qazanar, o da bizim işimiz deyil. Hər kəsin şəxsi həyatı deyilən bir şey var. Qoy yaşasın da adam öz həyatını! Hamı sənin , mənim kimi doğru olanı, düz olanı seçməz ki! Kimi ac olum, kişi olum deyib çovdar əppəyi ilə dolanır, kimiyə Çovdarovlarsayağı həyat cazibədar görünür. Bizim nə işimizə? Ona görə o qızın bu günkü açıqlamasına bir az ciddi yanaşaq. " Nədir Şəbnəm-Şəbnəm düşüblər üstümə.

Bu boyda Azərbaycanın problemi yoxdur yazmağa?!"Adam haqlı. Bizim daha ciddi problemlərimiz var. Özümüzü güldürməyək. İnanın, bu vəziyyətdə Şəbnəmdən də pis görünürük. Çirkin demirəm, çünki, Şəbnəm gözəl qızdır. Kaş, kamalı da camalına adekvat olaydı.

Ləman Əliəşrəfqızı,
əməkdar jurnalist


BiG.Az
Telegramda izləyin
Şou biznes   Baxılıb: 5348   Tarix: 27 oktyabr 2016  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Ögey qızının açıqlamaları "Nana"nın işinə son qoydu

"Kanal D" aparcısı Evrim Akın ilə yollarını ayırıb. Axşam.az xəbər verir ki, aparıcı son günlər keçmişinə dair iddialarla gündəmə gəlib. Bu səbəbdən kanal aparıcı ilə əməkdaşlığına son qoyub. Məlumata görə, proqram "Pazar Gezmesi" adı ilə yayımlanmağa davam edəcək və layihəni bunda

13.12.2025 546
.

"Titanik"in ulduzu: "Əsl gözəlliyin nə olduğunu anlamırıq"

Britaniyalı aktrisa və Oskar mükafatı laureatı Keyt Uinslet botoksu, dolğu və pəhriz həblərini sərt şəkildə tənqid edib. Qaynarinfo xəbər verir ki, o, bu barədə "The Times" qəzetinə verdiyi müsahibədə danışıb. "Bu, kabusdur. Bəzi insanlar hər nəyin bahasına olursa-olsun, başqası olma

11.12.2025 395
.

Azərbaycan ilk dəfə Ermənistana xal verdi

"Uşaq Avroviziya 2025" mahnı müsabiqəsində Azərbaycandan verilən xallar açıqlanıb. Axşam.az xəbər verir ki, ölkəmizin adından 12 xal İtaliyaya verilib. Müsabiqədə ilk dəfə Azərbaycan Ermənistana xal verib. Ermənistanın çıxışı Azərbaycan tərəfindən 3 xalla dəyərləndirilib. Xallar Leyla Adıgözəlzad

13.12.2025 600
.

Sevgilisini tək buraxmadı

Türk aktrisa Hazal Subaşı sevgilisi Oğuzhan Koçu tək buraxmayıb. OLAY yazır ki, cütlük Oğuzhan Koçun baş rolunu canlandırdığı "Bugün güzel" filminin qala gecəsinə birgə qatılıb. Koçun Hazal Subaşını öpməsi kameralara yansıyıb. Pərəstişkarları onların sevgi dolu görüntülərini bəyənib

10.12.2025 558
.

Hollivud şoku: aktyor Piter Qrin Nyu-Yorkda ölü tapıldı

ABŞ-da tanınmış aktyor Piter Qrin Nyu-Yorkdakı mənzilində ölü vəziyyətdə tapılıb. xəbər verir ki, bu barədə "New York Daily News" nəşri məlumat yayıb. 60 yaşlı aktyorun ölüm səbəbi hələlik rəsmi olaraq açıqlanmayıb. Məlumata görə, "Maska" və "Kriminal Çtivo" (Pulp Fiction

13.12.2025 563
.

Xanımı və oğullarının fotosunu paylaşdı

Aktyor Kamran Ağabalayev oğulları və xanımının fotosunu paylaşıb. Axşma.az xəbər verir ki, aktyor paylaşıma "Mənim ürəklərim" qısa şərhini yazıb. Qeyd edək ki, K.Ağabalayevin 2 oğul övladı var

13.12.2025 365
.

Mənzurə Musayeva bu dünya ulduzunu tanımadı

ATV telekanalında yayımlanan "Rəngarəng" verilişində maraqlı anlar yaşanıb. xəbər verir ki, veriliş zamanı müğəni Mənzurə Musayevaya müğənni Şakiranın fotosu göstərilib. Sənətçi Şakiranı tanımadığını deyib. ifaçı "Xeyr, bu xanımı tanımıram. Mən bunu mütləq tanımalıyam?" deyərək fotoy

11.12.2025 630
.

"Qurd"un xanımı ilə görüntüsü gündəm oldu - VİDEO

Reper "Qurd" yeni "Aləm qalxsa" adlı ifasını və ona çəkilən klipi təqdim edib. xəbər verir ki, meyxana tərzində qələmə alınan, sözləri Məşədi Babaya məxsus olan ifada rep elementlərinin yer aldığı hiss olunur. Sözügedən mahnıya çəkilən klipdə reper həyat yoldaşı Leyla Eminbəyli il

14.12.2025 854
.

"O ses Türkiye"nin münsifləri onlar olacaq

"O ses Türkiye"nin münsifləri bəlli olub. OLAY yazır ki, verilişin hər il 31 dekabrda ekrana gələn "O ses yılbaşı özel" çəkilişinin bu ilki münsifləri Murat Boz, Hadise, Acun Ilıcalı və aktrisa Gupse Özay olacaq. Çəkilişlərin nə vaxt başlayacağı hələ ki bəlli deyil

10.12.2025 589
.

TOP MP3