Ən çox ət yeyən və ən çox bəxşiş verən məşhurun adı açıqlandı – FOTO

Ən çox ət yeyən və ən çox bəxşiş verən məşhurun adı açıqlandı – FOTO25 ildən çoxdur Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın şəxsi aşpazı olan Cüneyt Asan həmçinin "dünyanın ən cəld qəssabı" adına layiq görülüb.

Onu "ətin professoru" da adlandırırlar. Qardaş ölkənin bir çox məşhur simaları məhz onun məsləhət gördüyü ətləri alır və məhz onun tərtib etdiyi yeməkləri yeyirlər. Yenidən Bakıda qonaq olan tanınmış qəssab-aşpaz yenidən Bakıya gəlib. Türkiyəli məşhurlardan çoxunun üz tutduğu məşhur restoranlar şəbəkəsinin sahibi olan C. Asan maraqlı açıqlamalar verib.

Qəssab-aşpaz onların yemək zövqündən danışıb. Bülent Ersoy, Kıvanç Tatlıtuğ, Demet Akalın, Murat Boz, Kənan İmirzalıoğlu, Şener Şen kimi Türkiyənin çox məşhur insanlarına xidmət etdiklərini deyən C. Asan onların arasında daha çox Bülent Ersoyun fərqləndiyini deyir:

"Bülent Ersoyun Türk musiqisində də öz yeri var. Yeməkdə də özünəməxsus yemək tərzi və zövqü var. Bizə gəlməzdən əvvəl mütləq zəng edir və nə istədiyini deyir. Onun menyusunu onun damaq dadına və zövqünə uyğun hazırlayırıq. Bülent Ersoy yemək yeməyi çox sevir, yemək yedikdə özünü xoşbəxt hiss edir, enerjisi yüksəlir, qəhqəhə çəkir, onun üçün yemək bir xoşbəxtlikdir".

Aşpaz B. Ersoyun daim fərqli menyular, fərqli yeməklər istədiyini əlavə edir. Hər dəfə ona məxsus menyu hazırlanır. C. Asan müğənninin daha çox dana ətindən hazırlanan bonlfle və antrikot sevdiyini əlavə edir:

"Ətin ən ləzzətli yeri yağlı hissəsidir, o da bunu bəyənir. Çünki ət öz yağı ilə bişdiyi üçün çox ləzzətli olur, o da bunu çox yaxşı bilir. Məsələn, gəldikdə antrikot yemək istəyirsə, mütləq antrikot olmalıdır. Antrikot yemək istəyirsə mütləq onu yeyəcək, başqa heç nəyi qəbul etməz. Çünki ağlında, beynində, qəlbində odur. İstədiyi yeməyi yemədikdə özünü xoşbəxt hiss etmir. Belə bir xüsusiyyəti var".

Müştərilə arasında insandır, tərbiyəsi, hər kəslə gözəl ünsiyyət qurması ilə fərqlənənsə müğənni Murat Bozdur. C. Asan onun personalın ən sevimli müştərisi olduğunu bildirir: " Ona görə də hər zaman onun üçün ən yaxşısını hazırlayıb təqdim edirlər. O da əti çox sevir. Sənətçilərin çoxu idmanla məşğul olduqları üçün daha çox ət yeyirlər. İdman və ət onlar üçün çox önəmlidir. Əzələlərin inkişafı, enerji, güc olması ət mütləqdir. Bilirsiniz ki, sənətçilər uzun müddət səhnədə dururlar, ona görə də idman və ətə ehtiyacları olduğu üçün onlardan vaz keçə bilmirlər. Ət yeməsələr hazır qidalardan ətdə olan vitaminləri almalıdırlar. Ət də təbii qida olduğu üçün onu yeyirlər".

Daha çox ət yeməkləri sevənlərdən biri də müğənni Demet Akalındır. C. Asan onun daha çox kababları, əsasən də lülə kababını sevdiyini açıqladı. Aşpaz məşhur müştərilərinin onlara kapriz etmədiyini də bildirdi: " Demet Akalına yaxşı, təmiz, düzgün, gözəl bişmiş yemək təqdim etdikdə heç vaxt problem yaratmaz. Ümumiyyətlə isə, məşhurlar bizə heç kapriz də etmirlər. Çünki biz onların, onlar da bizim nə istədiyimizi bilirik, o, biz də onlar üçün nə edə biləcəyimizi bilirik. Başqa yerə gedəndə kapriz edə bilərlər, amma bizim restoranlara gəldikdə heç vaxt kapriz etmirlər. Çünki bizə inanırlar".

C. Asan məşhurların bəxşiş vermə mövzusuna da toxundu. Onların arasında isə yenə də B. Ersoy fərqlənir: " Personala qarşı hamısı əliaçıqdır. Amma Bülent Ersoyun gündürsə, əgər özünü xoşbəxt hiss edirsə sadəcə personaldakı insanlara çox bəxşiş vermir, həm də restorandan çıxdıqdan sonra qarşısına çıxan hər kəsə pul verir".

Ən çox ət yeyən və ən çox bəxşiş verən məşhurun adı açıqlandı – FOTOƏn çox ət yeyən və ən çox bəxşiş verən məşhurun adı açıqlandı – FOTO


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1643   Tarix: 27 oktyabr 2016  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

5 gün əvvəl azadlığa çıxmışdı - Yenidən həbs edildi

Azərbaycan MMA və Qrapplinq Federasiyasının baş məşqçisi Ruslan Əfəndiyevlə birgə həbs edilən, ötən həftə isə polis nəzarəti şərti ilə azadlığa buraxılan Vüqar Kərəmov yenidən həbs edilib. "Qafqazinfo"nun məlumatına görə, Bakı Apellyasiya Məhkəməsi prokurorun protestini əsaslı hesab edib. Qərar

29.04.2024 731
.

"Prezident İlham Əliyevin Rusiyaya səfəri iki ölkə arasında əməkdaşlığın gələcək inkişafına böyük təkan verəcək" - DEPUTAT

"Ölkələrarası münasibətlərin pisləşdiyi, qarşıdurma meyillərinin artdığı hazırki dövrdə Azərbaycan dünya dövlətləri ilə mövcud əlaqələrini genişləndirməkdə, yeni-yeni əməkdaşlıq sahələri qurmaqdadır. Milli maraqlarımızın qorunması və ölkəmizin nüfuzunun artması istiqamətində ölkə başçımız cəna

29.04.2024 228
.

"Qırğızıstan-Azərbaycan münasibətləri bundan sonra daha da möhkəmlənəcək" - DEPUTAT

"Bu gün Azərbaycanın Mərkəzi Asiya, o cümlədən regionun türkdilli dövlətləri ilə münasibətləri yeni geosiyasi reallıqlara uyğun olaraq inkişaf etdirilir. Azərbaycan Mərkəzi Asiya ölkələri arasında Qırğız Respublikası ilə münasibətlərə də böyük önəm verir. İkitərəfli əməkdaşlığın inkişafında dövlə

29.04.2024 203
.

Rusiya: "Biz Donetsk vilayətindəki Semenovka qəsəbəsini nəzarətə götürdük"

Rusiya Müdafiə Nazirliyi Donetsk vilayətindəki Semenovka qəsəbəsini nəzarətə götürdüklərini açıqlayıb. xəbər verir ki, nazirlikdən verilən açıqlamada Rusiya hərbi qüvvələrinin Rusiya-Ukrayna müharibəsindəki fəaliyyətləri barədə məlumat verilib. Açıqlamada Ukrayna ordusuna məxsus pilotsuz uçuş aparatlarını

29.04.2024 229
.

"Threads" Türkiyədə bağlandı

Türkiyədə "Threads" sosial şəbəkəsinə giriş bağlanıb. Axşam.az xəbər verir ki, "Meta" şirkətinə məxsus olan şəbəkə Rəqabət Qurumunun qərarı ilə bu gündən etibarən türkiyəli istifadəçilər üçün əlçatmazdır. Bildirilir ki, sosial şəbəkə antiinhisar qaydalarını pozur. Belə ki, tətbi

29.04.2024 209
.

Qəzzada ölənlərin sayı 34 mini keçdi

Qəzza zolağında ölənlərin sayı artıb. BİG.AZ xəbər verir ki, ölənlərin sayı 34454-ə çatıb. Bu barədə Fələstinin səhiyyə nazirliyi məlumat yayıb. Son 24 saatda Qəzza zolağında 66 nəfərin öldüyü, 138 nəfərin yaralandığı bildirilib. Keçən ilin oktyabr ayından bəri Qəzza zolağına hücumlar nəticəsində ümumilikd

29.04.2024 234
.

Yalın Bakıda olarkən qohumu öldürüldü - FOTO

Bir neçə gün əvvəl Bakıda konsert proqramı ilə çıxış edən türk müğənni Yalına ağır itki üz verib. OLAY yazır ki, sənətçi ölkəmizdə olarkən onun yaxın qohumu öldürülüb. Selin Yalın adlı plastik cərrah evində sevgilisi tərəfindən qətlə yetirilib. Hadisə 24 aprel saat 23:00 radələrində baş verib. Həmi

29.04.2024 654
.

Zaurla Günay Nəzringilin toyundan küsüb gedib?

Xalq artisti Mələkxanın Eyubovanın qızının toyundan küsüb gedən məşhurun kimliyi ortaya çıxıb. OLAY yazır ki, bu barədə "PrimeTime" iddia yayıb. Belə ki, muğam ustadının qızı Nəzrinin özəl günündə TV ulduzları Zaur və Günay Baxşəliyevlər yer problemi ilə bağlı məclisi tərk edib. Hətta bu barəd

29.04.2024 1786
.

İlham Əliyev və Putin görüşünün kadrarxası görüntüləri - Video

Məlum olduğu kimi, Azərbaycan Prezidenti İlham Əliyev aprelin 22-də Moskvaya rəsmi səfər edib və Rusiya lideri Vladimir Putinlə görüşüb. "Qafqazinfo" xəbər verir ki, Rusiya mediası liderlərin görüşünə dair yeni və əsasən kadrarxası görüntüləri yayıb. Sözügedən görüntüləri isə "Rossiy

29.04.2024 668