Dollar krediti olanlar üçün çıxış yolu

Dollar krediti olanlar üçün çıxış yoluMəlumdur ki, ölkəmizdə 21 fevral 2015-ci il tarixində baş verən 1-ci devalvasiyaya qədər vətəndaşlar, xüsusilə ölkə xaricindən mal alan sahibkarlar, ABŞ dolları ilə kredit götürməyə üstünlük verirdilər.

Lakin 1-ci və 2-ci kəskin devalvasiyadan sonra ABŞ dolları ilə kredit götürən şəxslərin öhdəliklərinin miqdarı 2-3 qat artdı. Kiçik və orta sahibkarların bəziləri müflis oldu, bəziləri isə əldə etməyə ümid etdiyi qazanclarının əhəmiyyətli hissəsindən məhrum oldular. Bəs vətəndaş bu kimi hallarda müdafiə olunmaq üçün nə etməlidir və ümumiyyətlə çıxış yolu varmı?

Azmews.az məsələ ilə bağlı Total Consulting MMC-nin bank işləri üzrə hüquqşünası Pərviz Hüseynova müraciət edib. Hüquqşünas bildirib ki, qeyd edilən problem 1-ci devalvasiyadan indiyə qədər vətəndaşları narahat edir: "Bir müddət ABŞ dolları ilə kredit götürən şəxslər ümid edirdilər ki, onlar öz borclarını kredit götürdükləri vaxtda olan məzənnə ilə ödəyəcəklər. Hətta bununla bağlı 2015-ci il may ayında Konstitusiya məhkəməsində müzakirələr də aparılmış və qərar qəbul edilmişdi. Konstitusiya məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1, 439.2 və 439.7-ci maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılması və həmin maddələrin bəzi müddəalarının şərh edilməsinə dair Qərarında gəlinən nəticənin mahiyyətinə görə, xarici valyutada kredit götürən şəxslər ödəniş etdikləri gün üzrə olan məzənnə ilə ödəniş etməlidirlər. Təbii ki, bu Qərar insanlarda ümidsizlik yaratmışdır. Lakin vətəndaşlarımıza bildirmək istərdim ki, bu Qərarın qəbul edilməsi, Sizə hüquqlarınızı müdafiə etməyə və düşdüyünüz vəziyyətdən çıxmağa heç bir halda mane olmur. Çünki Konstitusiya Məhkəməsinin Qərarı, sadəcə xarici valyutada kredit öhdəliyi olan şəxslərə, ödənişi hansı məzənnə ilə etməli olduqlarını göstərir.

Bildirmək istərdim ki, bazar iqtisadiyyatında baş verən bu cür gözlənilməz hallar zamanı, insanların maraqlarının hansı qaydada müdafiə edilməsi barədə Mülki Məcəlləmizdə konkret normalar mövcuddur. Bu cür normalardan biri olan Mülki Məcəllənin 422-ci maddəsində, belə hallar zamanı şəxslərin hansı qaydada davrana biləcəkləri dəqiq göstərilmişdir. Bu normanın tətbiqi üçün əsas şərt - borclunun xarici valyutada kredit götürərkən nəzərə aldığı şəraitin əhəmiyyətli dərəcədə dəyişməsidir. MM-nin 422-ci maddəsinə görə, şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar. Tərəflərin müqavilənin əsasında durmuş təsəvvürlərinin yanlış çıxması şəraitin dəyişməsinə bərabər tutdulur. Sadə dildə izah edsək, 1-ci devalvasiyadan əvvəl insanlar ona görə ABŞ dollarında kredit götürməyə üstünlük verirdilər ki, ABŞ dollarının kursu manata nisbətdə aşağı idi və insanlara sərf edirdi. Həmçinin 1-ci devalvasiya ərəfəsində Mərkəzi Bank tərəfindən rəsmi şəkildə kəskin devalvasiyanın olmayacağı bəyan edilmişdir. Məhz bu səbəbdən qeyd edilən şəraiti nəzərə alaraq, ABŞ dolları ilə kreditlər götürülürdü. Lakin kəskin devalvasiyanın baş verməsi ilə şərait sözügedən şəxslər üçün gözlənilmədən və əhəmiyyətli dərəcədə dəyişmişdir. Hansı ki, belə bir halın baş verməsi bilinsə idi və ya proqnozlaşdırılsa idi, vətəndaşlar ABŞ dollarında kredit götürməzdilər. Çünki təbii olaraq, insanlar bu zaman borcların süni şəkildə artacağı riskini nəzərə alardılar və belə bir şəraitdə xarici valyutada müqavilə bağlanması da insanlar üçün maraqlı olmazdı".

Hüquqşünas belə bir halda vətəndaşa nə etməli olması ilə bağlı məsləhət də verib: "Bu cür hallar olduqda, banklara müqavilə şərtlərinin dəyişdirilməsi ilə bağlı müraciət edin. Məsələn kredit götürülən xarici valyutanın manatla əvəz edilməsi, faiz dərəcəsinin əhəmiyyətli dərəcədə azaldılması, müddətin uzadılması və s. Əgər banklar razılaşmasa, o zaman müqavilənin şərtlərinin məcburi qaydada dəyişdirilməsini və hətta onun ləğvini məhkəmə qaydasında tələb edin. Bilin ki, bu hallarda qanunvericilik sizin tərəfinizdədir, sadəcə hüquq müstəvisində fəallığınızı artırmağınız lazımdır. Bir psixoloji amili də qeyd etmək istərdim ki, vətəndaşlarımız çox vaxt özlərini banklar qarşısında çarəsiz hiss edirlər. Bu əsla belə deyil! Bilin ki, qanunvericiliyimizdə Sizin hüquqlarınızı qoruya biləcək kifayət qədər normalar var, sadəcə bundan düzgün istifadə etmək lazımdı. Sosial şəbəkələrdə və digər yerlərdə şikayət etməyə və nümayişkəranə şəkildə kredit ödəməkdən imtina etməyiniz barədə fikirlərə itirdiyiniz vaxtı və enerjinizi qanunun sizə verdiyi imkanlardan istifadə etmək haqqında düşünməyə sərf etməyi daha faydalı hesab edirəm. Bu zaman sizin maraqlarınızı təmin edə biləcək məhkəmə praktikası yaranar və bu da gələcəkdə bankları daha məsuliyyətli olmağa məcbur edər".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1181   Tarix: 27 oktyabr 2016  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

"Prezident İlham Əliyevin Rusiyaya səfəri iki ölkə arasında əməkdaşlığın gələcək inkişafına böyük təkan verəcək" - DEPUTAT

"Ölkələrarası münasibətlərin pisləşdiyi, qarşıdurma meyillərinin artdığı hazırki dövrdə Azərbaycan dünya dövlətləri ilə mövcud əlaqələrini genişləndirməkdə, yeni-yeni əməkdaşlıq sahələri qurmaqdadır. Milli maraqlarımızın qorunması və ölkəmizin nüfuzunun artması istiqamətində ölkə başçımız cəna

18:10 143
.

Hande Erçeldən ayrılıq iddialarına cavab

Uzun müddətdir birlikdə görünmədikləri üçün haqlarında ayrılıq iddiası yayılan aktrisa Hande Erçel və milyonçu sevgilisi Hakan Sabançının sorağı Yaponiyadan gəlib. -ın Türkiyə mediasına istinadən xəbərinə görə, cütlük dostları ilə birlikdə istirahətə çıxıb. Hande Erçel ayrılıq iddialarına cavab olara

21:45 0
.

Taleh Yüzbəyov həyat yoldaşını siqaretlə YANDIRDI - VİDEO

Aktyor Taleh Yüzbəyovun bloger həyat yoldaşının başına iş gəlib. xəbər verir ki, bu barədə Xatirə öz sosial şəbəkə hesabında paylaşdığı bildirib. "Bəli, mənim həyat yoldaşım siqaretlə alnımı yandırdı" - deyə o bildirib. Xatırladaq ki, cütlüyün iki övladı var

11:37 1371
.

Blinken və Paşinyan arasında telefon danışığl olub

ABŞ dövlət katibi Antoni Blinken Ermənistanın Baş naziri Nikol Paşinyanla telefonla danışıb. xəbər verir ki, Blinken ABŞ-nin Ermənistan və Azərbaycan arasında davamlı sülh sazişi üzrə irəliləyişə dəstəyini təsdiqləyib. "Dövlət katibi Blinken bir daha bildirib ki, Birləşmiş Ştatlar Ermənistan v

16:04 153
.

İsti hava şəraiti ilə əlaqədar imtahanların saatı dəyişdi

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən mayın 5-də və daha sonrakı tarixlərdə (dövlət qulluğu ilə bağlı 12 mayda olan imtahanlar istisna olmaqla), eləcə də iyun, iyul və avqust aylarında keçiriləcək imtahanlar bu dövr üçün xarakterik olan isti hava şəraiti ilə əlaqədar saat 10:00-da başlanacaq. xəbə

15:03 449
.

Samirə Yusifqızı: "İt kimi öləcəksiniz"

"Bir çoxunun üzünə yalandan gülürəm. Həmişə üzümdə təbəssüm olur. Amma ürəyimdəki ürəyimdədir. Onların özünə demədən ürəyimdən silmişəm. Bunu yəqin ki, özləri də hiss edirlər, bilirlər. Çünki 90 faiz insan üzünə gülüb, bir addım o tərəfə aralanan kimi min cür söz danışırlar. Onlardan nə keçəcəyi

14:14 426
.

Dünyanın ən ucaboylu qadını vəfat etdi

Dünyanın ən uzun boylu qadınlarından biri sətəlcəm nəticəsində yaranan ağırlaşmalardan dünyasını dəyişib. xarici KİV-ə istinadən xəbər verir ki, iyirmi yaşlarının əvvəllərində olan Maria Feliciana 2 metr 25 santimetrlik boyu ilə məşhurlaşıb. Uzun illər o, dünyanın ən uzun qadını sayılırdı, lakin sonrada

22:00 0
.

Tailandın xarici işlər naziri istefa verib

Tailandın xarici işlər naziri Parnpre istefa verib. xəbər verir ki, Nazirlər Kabinetində dəyişikliklər siyahısına əsasən, Parnpree baş nazirin müavini vəzifəsindən uzaqlaşdırılıb. Dəyişiklikdən sonra Parnpree məktubunu Baş nazir Sretthaya çatdıraraq, bu gündən etibarən Xarici İşlər Nazirliyindən və təyi

21:15 6
.

Əri tərəfindən başı kəsilən Sevinc üç yaşlı qızının gözü qarşısında qətlə yetirilib - YENİLƏNİB + VİDEO

Xırdalanda baş verən dəhşətli qətl hadisəsinin təfərrüatı məlum olub. -ın əldə etdiyi məlumata görə, həyat yoldaşını qətlə yetirən şəxs Oğuz rayonunun Yemişənli kəndindəndir. Laçın Əhmədağayev uzun illər Rusiyanın Norilsk şəhərində yaşayıb. Məlumata görə, L.Əhmədağayev öz qardaşı ilə mübahisə edib. Qətl

22:04 0