Şahidin məhkəmədə ürəyi getdi - Təcili yardım çağırıldı

Şahidin məhkəmədə ürəyi getdi - Təcili yardım çağırıldıKeçmiş polis rəisinin dələduzluqda təqsirləndirilən arvadı Leyla Əkbərovanın cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə şahid qismində Ramin Ağayev ifadə verərək istintaqa verdiyi ifadəni təsdiq etdiyini deyib: "Əhmədlidə məktəbin qarşısında dərs ləvazimatları satırdım. Sürətçıxartma aparatım da var idi. Rəşad və Elşən adlı iki şəxs işlədiyim yerə gəldilər. Sənədlərdə dəyişiklik etmək lazım olduğunu dedilər. Nəyi dəyişəcəyimi soruşdum, dedilər möhür və imza qalacaq, yuxarı hissəsi dəyişdiriləcək. Mən imtina etdim, onlar kiməsə zəng etdi, Leyla adlı xanım telefonda mənlə danışaraq ərinin polis rəisi işlədiyini, özünün məktəb direktoru olduğunu dedi. Bundan öncə həmin obyektdə başqa adamla bu formada işlədiyini dedi. Mən bundan da imtina etdim. Bir qədər sonra bir qadın gəldi, özünü Leyla kimi təqdim edərək boş kağızda içində 10 manat olan pulu mənə uzatdı, yenə imtina etdim. Bu dəfə möhürsüz adi kağıza dediyi sözləri yazmağımı istədi, yazıb çap etdim. Bundan sonra ayda bir neçə dəfə Rəşad adlı taksi sürücüsü vasitəsilə bu cür sənədlər yazıb çap edib göndərirdim. Plastik kartların onlayn sifarişi üçün sənədlər düzəltdirirdi".

Zərərçəkən şəxsin vəkili Vasif İsrafilov bildirib ki, R.Ağayev və L.Əkbərova arasında SMS yazışmaları, telefon danışıqları var və orada hər şey aşkar bəlli olur. R.Ağayev L.Əkbərovanın istəyi ilə arayışların hazırladığını deyib: "Qızı Fidan da tez-tez mənə müraciət edərək nələrsə çap etdirirdi". Hakim R.Ağayevin yalan ifadə verməsi barədə qərar qəbul edib.

Prosesdə eyni zamanda şahid Nigar Əhmədova ifadə verib: "Leylanın mənə 12 min manat borcu var. Pulumu tələb etməyə qorxurdum. Onun əri polis Mahir Əkbərov söyüşlərlə danışaraq mənim qabağıma şərtlər qoydu. Mahir mənə dedi ki, Leylanı tutdurmuşam, oğlunun da cibinə narkotik atıb tutduraram, lap sənin özünü də tutduraram".

Bundan sonra şahid N.Əhmədova çölə çıxmaq istədiyini deyib və özündən gedib. Məhkəməyə təcili yardım çağırılıb. Proses noyabrın 3-də davam etdiriləcək.

Qeyd edək ki, Leyla Əkbərova Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq törətmək) və 320.1-ci (rəsmi sənədləri saxtalaşdırma) maddələri ilə ittiham olunur. İttihama görə, Leyla Əkbərova Binəqədi rayon Polis İdarəsi narkotiklərlərlə mübarizə şöbəsinin keçmiş rəisi Mahir Əkbərovun həyat yoldaşıdır. O, təxminən 150 min manat məbləğində pulu dələduzluq yolu ilə mənimsəməkdə ittiham edilir. Leyla Əkbərova vətəndaşları işə düzəltmək adı ilə aldadaraq pullarını ələ keçirib.

Lent.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1419   Tarix: 26 oktyabr 2016  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Ukraynada vəziyyət: Rusiyanın 2024-cü il üçün əsas məqsədi açıqlandı

Ukrayna rəsmiləri vurğulamağa davam edir ki, Rusiyanın 2024-cü il üçün əsas məqsədi Donetsk və Luqansk vilayətlərinin tamamilə ələ keçirilməsidir. Bu barədə ABŞ-nin nüfuzlu Müharibə Tədqiqatları İnstitutunun Rusiya-Ukrayna müharibəsinə dair hazırladığı gündəlik hesabatda bildirilib. "Ukrayna rəsmilər

04.05.2024 203
.

Erməni diasporu Paşinyanı hədələdi

Almaniyadakı Ermənilərin Mərkəzi Şurası Tavuşda (Tovuzqala) həyata keçirilən sərhədin "qanunsuz" demarkasiyası və delimitasiyası ilə bağlı narahatlığını bildirir. Bu barədə Ermənistan KİV məlumat yayıb. "Paşinyan hakimiyyəti bu dağıdıcı siyasəti davam etdirsə və narahatlığımıza məhəl qoymasa

04.05.2024 215
.

Gürcü ekspert: Qərb və ABŞ ölkəmizdə çevriliş niyyətindədir - RƏY

Gürcüstan hazırda müstəqilliyini qorumaq üçün mübarizə aparır. "Xarici təsirin şəffaflığı haqqında" qanunu da məhz buna görə qəbul etmək istəyir. Azərbaycan nümunəsi isə tək Gürcüstan yox, bütün dünya üçün örnəkdir. Azərbaycan öz milli maraqlarını hər şeydən üstün tutur. Bu sözləri "Report"u

04.05.2024 176
.

İtaliya Ukraynadakı münaqişədə birbaşa iştirak edəcək?

"İtaliya Uraynadakı münaqişədə öz hərbçilərinin birbaşa iştirakını hər zaman istisna edib". Bu barədə İtaliya Müdafiə Nazirliyinin rəhbəri Quido Krozetto "Corriere della Sera" nəşrinə müsahibəsində bildirib. "Bununla belə biz həmişə Ukraynaya hər cür köməklik göstərilməli olduğun

04.05.2024 184
.

İlham Əliyevdən Xankəndi ilə bağlı SƏRƏNCAM

Prezident İlham Əliyev Xankəndi Şəhər Prokurorluğunun yaradılması haqqında Sərəncam imzalayıb. Bununla bağlı məlumat yayıb. Sərəncama əsasən, Nazirlər Kabineti Xankəndi Şəhər Prokurorluğunun yaradılması ilə əlaqədar həmin qurumun bina, avadanlıq, rabitə, nəqliyyat vasitələri ilə təmin edilməsi və digə

04.05.2024 245
.

Macarıstan XİN: NATO qoşunlarının Ukraynaya yerləşdirilməsi ilə üçüncü dünya müharibəsi başlayacaq

NATO qoşunlarının Ukraynaya yerləşdirilməsi üçüncü dünya müharibəsi demək olacaq. "Report" xəbər verir ki, bunu Macarıstanın xarici işlər naziri Peter Siyarto deyib. Nazirin sözlərinə görə, avropalı siyasətçilər müharibədə iştirak etmək yollarını axtarmaqdansa, sülhə nail olmaq üçün çalışmalıdırlar

04.05.2024 183
.

"Green card"a müraciət edənlərin NƏZƏRİNƏ

Bu gün "Green card" müraciətlərin nəticələri açıqlanacaq. xəbər verir ki, nəticələrin yaxın saatlarda açıqlanacağı bildirilir. DV Lotereyasının rəsmi internet saytında nəticələrə namizədlərin təsdiq nömrəsi ilə baxmaq olar. Qeyd edək ki, "Green card" qaliblərinə ABŞ-də yaşamaq v

04.05.2024 758
.

Stomatoloq seçərkən nələrə diqqət etməliyik? - VİDEO

"Tibbə əlaqəsi olmayan insanlar, stomatoloq kimi fəaliyyət göstərənlər, pasiyentlərin sağlamlığında ciddi tibbi problemlər yaradırlar". Bu sözləri ARB TV-nin efirində yayımlanan verilişlərin birində stomatoloq Fərid Zeynalov deyib. O, vətəndaşların həkimə müraciət etməzdən əvvəl həkim haqqınd

04.05.2024 247
.

Braziliyada daşqınlar nəticəsində ölənlərin sayı artıb

Braziliyanın cənubundakı Rio-Qrandi-du-Sul ştatında baş verən güclü daşqınlar nəticəsində 39 nəfər ölüb, 68 nəfər itkin düşüb. Rio-Qrandi-du-Sul həftənin əvvəlindən güclü yağışlar davam edir. Bu günə qədər 350 mindən çox insan təbii fəlakətdən zərər çəkib. Hazırda onminlərlə yerli sakin evlərini tər

04.05.2024 180