Lütfi Zadənin oğlu: "Azərbaycanı vətən hesab etmirəm" – FOTO

Lütfi Zadənin oğlu: "Azərbaycanı vətən hesab etmirəm" – FOTO"Professional basketbolda üç dəfə çempion olmuşam, beysbolda da rəqiblərimə qalib gələ bilərəm. Futbol və ya xokkeydə elə də uğur əldə etməmişəm. Mən, həmçinin poker və nərddə də pul qazanmışam.

Həmkarlarım məni "lock smith" adlandırırdılar. Bu, o anlama gəlirdi ki, mən yalnız üstünlüyümün olduğunu biləndə oyun oynayırdım".

BiG.AZ azvision.az-a istinadən xəbər verir ki, bu sözləri azərbaycanlı alim Lütfi Zadənin oğlu Norman Zadə müsahibəsində deyib.

"Üstünlük" dedikdə, mən rəqiblərimdən daha uduşlu vəziyyətdə olduğum və ya rəqibimin çox yorğun olduğu vaxtları nəzərdə tuturam. Xatırlayıram ki, bir dəfə mən poker oynamaq üçün düz beş gün gözləmişdim.

Altıncı gün ən yaxşı oyunçuların birindən mənimlə oynayıb-oynanamayacağını soruşdum. O, məndən dəfələrlə güclü idi, lakin eyni zamanda çox yorğun idi. Nəticədə ona qalib gəldim. Birjada da bu yolla qalib gəlmək olar. Lakin bu, elə də asan iş deyil. Çünki bu sahədə xeyli məlumatlı insan var".

Onun sözlərinə görə, pullarının böyük hissəsini maliyyə bazarlarına investisiya etməklə qazanıb:

"Pullarımın böyük hissəsini maliyyə bazarlarına yatırımlar etməklə qazanmışam. Bir dəfə 100 milyon dollardan çox gəlir əldə etdim. Mən kazinoda nəsə udmağa çalışmamışam. Bəzi dostlarım cəhd etmişdilər, lakin mən yox. Bu, yaxşı ideya deyil".

Azərbaycanlı alim, həmçinin "Perfect 10" jurnalının nəşrindən təxminən 53 milyon dollar itirdiyini də dilə gətirib.

O, "Azərbaycanı özünüzə vətən hesab edirsinizmi" sualına isə xeyr cavabı verib.

Norman Zadə deyib ki, ora atamın doğulduğu yerdir.

Qeyd edək ki, dünyaca məşhur azərbaycanlı alim Lütfi Zadənin oğlu Norman Zadə də tanınmış riyaziyyatçı, informatika sahəsi üzrə alimdir. 66 yaşlı Norman hazırda Amerikada yaşayır.

Amerikada böyük nüfuz sahib olan azərbaycanlı alim, həmçinin peşəkar poker oyunçusudur. O, 1974-cü ildə poker oyunu haqqında "Uduşlu poker sistemləri" ("Winning Poker Systems") kitabını yazıb. Poker turnirlərinin qalibi olub. Norman Zadə həmçinin "Perfect 10" adlı erotik jurnal da nəşr etdirir.

Lütfi Zadənin oğlu: "Azərbaycanı vətən hesab etmirəm" – FOTOLütfi Zadənin oğlu: "Azərbaycanı vətən hesab etmirəm" – FOTOLütfi Zadənin oğlu: "Azərbaycanı vətən hesab etmirəm" – FOTOLütfi Zadənin oğlu: "Azərbaycanı vətən hesab etmirəm" – FOTOLütfi Zadənin oğlu: "Azərbaycanı vətən hesab etmirəm" – FOTO


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 4202   Tarix: 24 oktyabr 2016  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Prezident İlham Əliyev: "Azərbaycan təbii qazını Avropa məkanına etibarlı yollarla nəql edir"

"Azərbaycan təbii qazını Avropa məkanına etibarlı yollarla nəql edir". AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Slovakiyanın Baş naziri Robert Fitso ilə mətbuata bəyanatında deyib. Avropaya təchizatın 2021-ci ildəki 8 milyard kubmetrdən bu il 12 milyard kubmetr

14:25 136
.

Bakıda hoteldəki dəhşətli hadisənin TƏFƏRRÜATI

Bakıda 4 dostun hoteldə zəhərlənməsi hadisəsi ilə bağlı bəzi faktlar üzə çıxıb. "Qafqazinfo"nun hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, dostlardan ikisinin öldüyü hadisə Bayıl qəsəbəsinin Gülbala Əliyev küçəsində yerləşən "My Music" hotelində baş verib. Belə ki, Qarada

15:48 453
.

Bakıda 17 min manata pişik satılır - VİDEO

Son zamanlar ev heyvanlarının qiymətinin kəskin bahalaşması müşahidə edilir. -ın məlumatına görə, it 10 min manata, pişik 17 min manata satılır. Satışda olan "Kanqal", "Malino", "Alman iti" kimi cins heyvanlar ən bahalılar hesab edilir. Ev heyvanlarının satışı ilə məşğu

06.05.2024 620
.

İtaliyada çirkab su təmizləmə zavodunda qəza: 5 ölü, 1 yaralı

İtaliyanın Siciliya adasındakı Kasteldaccia qəsəbəsində çirkab su təmizləmə zavodunda qəza olub. BİG.AZ xəbər verir ki, hadisə nəticəsində 5 işçi qazdan zəhərlənərək ölüb. İtaliya mediasının yaydığı məlumata görə, Palermo şəhəri yaxınlığındakı Kasteldaccia şəhərində 1 işçi isə terapiyaya aparılıb. Polisi

12:29 76
.

Əfqanıstana güclü yağışlar yağıb: 15 ölü - VİDEO

Əfqanıstanın bir çox bölgələrində şiddətli yağışlar daşqına səbəb olub. BİG.AZ xəbər verir ki, sel nəticəsində 8 nəfər, ildırım vurması nəticəsində 7 nəfər ölüb. Bu barədə Əfqanıstan Milli Təbii Fəlakətlərin İdarə Edilməsi İdarəsi açıqlama yayıb. Açıqlamaya əsasən, 142 hektar kənd təsərrüfatı torpaqlarını

13:23 82
.

"Monte-Karlo Əfsanələri" adlı sirk proqramı "Sea Breeze"də BAŞLAYIR

İlk dəfə "Sea Breeze"də Sirk Oskar mükafatçısı Allahverdi İsrafilovun təşkilatçılığı ilə iyunun 1-dən "Monte-Karlo Əfsanələri" adlı beynəlxalq sirk proqramı başlayır. Bu barədə -a Bakı Dövlət Sirkindən məlumat verilib. Bildirilib ki, ənənəyə sadiq qalaraq şounun ilk günü xeyriyy

11:02 153
.

Bu gün "Avroviziya 2024" mahnı müsabiqəsinin ilk yarımfinalı baş tutacaq

Bu gün "Avroviziya 2024" mahnı müsabiqəsinin ilk yarımfinalı keçiriləcək. xəbər verir ki, bununla bağlı İctimai TV məlumat yayıb. Qeyd edək ki, bu il müsabiqə İsveçin Malmö şəhərində keçiriləcək. Birinci və ikinci yarımfinallar 7 və 9 may tarixlərində, final isə 11 mayda olacaq. Xatırlada

10:20 265
.

Həkim məsləhəti: Gündə nə qədər kolbasa yemək olar?

"Ürək xəstəliyi riskini azaltmaq üçün heyvani mənşəli məhsullarda olan doymuş yağlar məhdudlaşdırılmalıdır". Bu barədə rusiyalı endokrinoloq və diyetoloq Olqa Çuxaçeva məlumat verib. "Doymuş yağlar mövcud xəstəliklərdən asılı olmayaraq, bütün insanlarda gündəlik kalori qəbulunun 10%-

06.05.2024 412
.

Şəhid ailəsi üzvlərinə təhsillə bağlı yeni imtiyaz VERİLDİ

Parlament şəhid ailəsinin üzvlərinin özəl universitetlərdə pulsuz təhsil almasına dair layihəni təsdiqləyib. "Report"un xəbərinə görə, bununla bağlı Milli Məclisin bugünkü iclasında üçüncü oxunuşda müzakirəyə çıxarılan "Təhsil haqqında" qanuna dəyişiklik layihəsində qeyd edilib. Layih

12:52 306