"Artıq danışma, başını üzərəm" - Səidə əsəbiləşdi

"Artıq danışma, başını üzərəm" - Səidə əsəbiləşdiMüğənni Səidə Sultanla Elnarə Xəlilova arasındakı qalmaqal səngimək bilmir.

S.Sultan E.Xəlilovaya növbəti mesajını ünvanlayıb:

"Bezdim mənasız söz-söhbətlərdən. Ay Elnarə, adımın sənlə hallanması üçün ürəyim getmir. Nəzərinə çatdırım ki, danışan, adımı çəkən sənsən. Deyirsən, mənə sən yaxınlaşıb, təklif etmisən? Yəqin bilirsən ki, sizin rəhbəriniz Vaqif Gərayzadə olub. O kişinin razılığı olmadan sən özbaşına hərəkət edə bilməzdin. Nəinki sən, heç biriniz. Bizə də gələn yəqin Röyanın ruhu idi. Məntiqlə danışaq, əgər mən "W-trio"a gəlirəmsə, qrupun repertuarını öyrənməliydim. İndi o mahnıların sözlərini mənə vermisən deyə, deməkdir ki, əlimdən tutub səhnəyə gətirmisən? Ya da mənə oxumaq öyrətmisən? Nəzərinə çatdırım ki, mən solo karyeradan başlamışam. 17 yaşım olanda Heydər Əliyev Sarayında məhz bəstəkar Esmiraldanın mənə yazdığı "Gecə yarısı" adlı mahnını oxumuşam. Mən sizin üçün yerdən çıxma müğənni deyiləm ki, çıxıb deyirsən "Səidəni mən gətirmişəm". Nəinki sən, başqası da artıq danışsa başını üzərəm. Adımı çəkmə, çəkməyim. Artıq danışma, danışmayım. Hər kəs gedib öz işi ilə məşğul olsun. Bil nə danışır, kimə sataşırsan. Özünü karifey hesab etmə".

Qeyd edək ki, E.Xəlilova "5/5" verilişində qonaq olarkən S.Sultana oxumağı onun öyrətdiyini deyib. İfaçı daha sonra həmkarı ilə bağlı belə açıqlama yayıb:

"Kimin yalan, kimin gerçək dediyini yalnız Vaqif Gərayzadə bilir. Röya qrupdan gedəndə məhz o, mənə tapşırdı ki, yerinə adam tapım və hazırlayım. Mən də Azərbaycanda keçirilən müsabiqələri araşdırmağa başladım. "Bakı Payızı" müsabiqəsinə gələn Səidəni dinlədim. Onunla birlikdə Vaqif müəllimin yanına getdik, onları tanış etdim. Sonra iki ay Səidə ilə məşğul oldum, onu qrupa hazırladım".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 4463   Tarix: 20 oktyabr 2016  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Şəxsi həyatımdan danışdım, səhv etdim"

Müğənni Zeynəb Həsəni şəxsi həyatı ilə bağlı verdiyi açıqlamadan danışıb. OLAY yazır ki, sənətçi "Rəngarəng səhər" verilişində qonaq olarkən məkanların birində keçmiş sevgilisi ilə bağlı səsləndirdiyi fikirdən söz açıb:. "Məni evdən qovduracaqsəınız. Səhv etdim, bir dəfə şəxsi həyatımda

30.04.2024 765
.

"Yaprak Dökümü"nün Ferhundesi ana olmaq istəyir

Aktrisa Deniz Çakır ana olmaq istədiyi deyib. xəbər verir ki, bu barədə türk mətbuatı bildirib. "Uşaq istəyirəm. Yaxşı ana olacağıma əminəm. Elə bir uşaq doğaram ki, bəlkə bütün dünyanı dəyişdirər hissi mənə motivasiya verir. Bu ölkəyə bir qız uşağı yetişdirmək istəyirəm" ,- deyə o bildirib

29.04.2024 1393
.

Yıldız Tilbe bu dəfə dişsiz fotosu ilə diqqət çəkdi

Türkiyəli müğənni Yıldız Tilbe bu dəfə də görünüşü ilə gündəmə gəlib. Axşam.az xəbər verir ki, özünə protez dişlər düzəltdirən ifaçı həkimə getməzdən əvvəl çəkdirdiyi şəkli sosial media hesabında izləyiciləri ilə bölüşüb. Tilbenin ön dişlərinin olmaması izləyicilərin diqqətini çəkib. Onların çoxu müğənnini

28.04.2024 764
.

Kıvanç Tatlıtuğ Çağatay Ulusoyla küsülü olması barədə iddialara cavab verib

Aktyor Kıvanç Tatlıtuğ həmkarı Çağatay Ulusoyla küsülü olması barədə iddialara cavab verib. xəbər verir ki, bu barədə türk mətbuatı bildirib. "Bəziləri şayiə yayırlar. Cavab verməyə belə ehtiyac duymuram. Məgər dostluq "Instagram"da bir-birini izləməklə ölçülür?" ,- deyə o qeyd edi

30.04.2024 343
.

Aygün Kazımovanın qızının YENİ GÖRÜNTÜLƏRİ YAYILDI

Xalq artisti Aygün Kazımovanın qızı, müğənni İlqarə Kazımovadan xəbər var. xəbər verir ki, müğənni sosial mediada yeni görüntülərini yayımlayıb. Fotolarda İlqarə görünüşü ilə izləyicilərin diqqətini çəkib. Sözügedən fotoları təqdim edirik:

28.04.2024 4289
.

Murat Dalkılıç 9-cu dəfə əməliyyat keçirdi- FOTO

9-cu dəfə əməliyyat keçirən müğənni Murat Dalkılıç burun əməliyyatı olub. xəbər verir ki, əməliyyatdan sonra o ilk dəfə görüntülənib. Müğənninin yeni görünüşü Maykl Ceksona bənzədilib

29.04.2024 689
.

"Həyat yoldaşım bilmir ki, toydan nə qədər qazanıram"

Müğənni Xuraman Şuşalı "Həftənin qonağı" verilişinin qonağı olub. Axşam.az xəbər verir ki, ifaçı həyat yoldaşı rejissor Elçin Məmmədovla münasibətlərindən söhbət açıb. "Elçini məndən müsahibə almaq üçün göndərmişdilər. Sağ olsunlar. 2008 ya da 2009-cu ildə mənim haqqımda film çəkdi. Mən

28.04.2024 472
.

"Mənə görə nə qədər insan pul qazanır"

"Çox zaman insanlar biz sənətçilərin pərdəarxasında olan həyatımızı görmürlər. Bizim gördüyümüz iş çox əziyyətlidir. Qaça-qovdayıq. Fatiməni tanıyanlar bilirlər ki, dayanmadan çalışır, fikirləşir və yeniliklər axtarır". Axşam.az xəbər verir ki, bu sözləri rəqqasə Fatimə Fətəliyeva "Günaydın

27.04.2024 490
.

Aygün Kazımovanın kovboy tərzi AĞILLARI BAŞDAN ALDI - VİDEO

Xalq artisti Aygün Kazımova görünüşü ilə diqqət çəkib. Axşam.az xəbər verir ki, ölkənin əsas ulduzu tələbələrlə görüşüb. Pop kraliça kovboy tərzində səhnəyə çıxıb. O, cins geyimini qəhvəyi çəkmə və şlyapa ilə tamamlayıb. Sevilən mahnılarını səsləndirən Kazımovanın konserti bu dəfə də anşlaqla keçib

28.04.2024 4397