Ronaldinyo BAKIDA! "Qəbələ"də oynamağa razılıq verdi YENİLƏNİB

Ronaldinyo BAKIDA! "Qəbələ"də oynamağa razılıq verdi YENİLƏNİB"Hamınızı salamlayıram. Mən əvvəllər də Azərbaycan haqda çoxlu yaxşı sözlər eşitmişdim".

Bu sözləri Azərbaycanda səfərdə olan əfsanəvi futbolçu Ronaldinyo deyib.

"Qəbələ" klubunun təşəbbüsü ilə Bakıda olan superulduzun adına ölkəmizdə akademiya açılacaq.

Bununla bağlı Bakı Olimpiya Stadionunda keçirilən mətbuat konfransında "sambaçı" bunları söyləyib: "Bilirdim ki, burda çoxlu braziliyalı futbolçular oynayıb. Bakıda olmağıma çox şadam".

- "Qəbələ"nin Futbol Akademiyasının açılışı ilə bağlı təklif nə vaxt oldu?
- Təxminən bir ay yarım əvvəldən "Qəbələ" futbol klubu ilə bu barədə danışıqlara başladıq.
- Azərbaycan millisi DÇ-2018-in seçmə mərhələsinə uğurlu start götürüb. Bu barədə fikirləriniz maraqlıdı...
- Azərbaycan yığmasının bu seçmə mərhələyə yaxşı başladığını eşitmişəm. 7 xal toplamısınız. Gəlmişəm ki, ölkəni daha yaxşı tanıyım və onun futbolu ilə daha yaxından maraqlanım.
- Gələcəkdə Azərbaycanla Braziliya millisinin yoldaşlıq görüşünün təşkili üçün köməklik göstərə bilərsinizmi?
- Əgər belə oyun nəzərdə tutulsa, kömək edə bilərəm. Əsas odu ki, belə bir məsələ gündəmə gəlsin.
- Son vaxtlar Hindistanda çıxış etdiniz. Azərbaycan klublarından təklif gəlsə, cavabınız nə olar?
- Bəli, Hindistan futzalında bəzi oyunlar keçirdim. Düzü, karyeramı bitirib-biitirməməklə bağlı hələ qərar verməmişəm. Dekabr ayına qədər qərar verəcəm. Ola bilsin ki, vida oyunu keçirim.
- Sizə görə, dünyanın ən güclü futbolçusu kimdi?
- Lionel Messi.
- İlk dəfədi Bakıdasınız. Bura sizdə necə təəssürat yaratdı? Nəyə heyran qaldınız?
- Düzünü deyim, dünən axşam gəlmişəm. Aeroportdan çıxandan sonra restoranda yemək yedim. Mətbəxinizi çox sevdim. Şəhəri gəzməyə hələ vaxtım olmayıb. Burdan çıxandan sonra daha yaxından tanıyacam.
- Sizin bir neçə ölkədə akademiyanız var. Bakıda istedadlı uşaqları görüb, burdakı akademiyaya necə kömək edə bilərsiniz?
- Əsas məqsədim odu ki, akademiyaya gələn uşaqlar mənim adımı eşidib, öz futbollarına daha ciddi yanaşsınlar. Onlar gələcəkdə peşəkar oyunçu olsalar, bu, mənim uğurum olacaq, buna çox sevinəcəm. Böyük klublara getmək imkanları olsa, bunda mütləq köməklik göstərəcəm.
- Siz anadan belə futbolçu doğulmuşdunuz, yoxsa tədricən bu səviyyədə oldunuz?
- Yəqin mən doğulanda Allah mənə istedad verdi. Amma böyüyəndə çoxlu məşq etdim. Bəlkə də, hamıdan çox məşq edirdim. Qazandığım bütün titullar bunun bəhrəsidir.
- Mətbuat konfransında çox adamın olması sizə İspaniyanı xatırlatmır?
- Deyə bilmərəm, harda jurnalist daha çox gəlirdi. Amma sizin hamınıza minnətdaram. Mənə hörmətinizi göstərirsiniz. Hamınıza "çox sağ ol" deyirəm.
- Azərbaycan millisi DÇ-2018-in seçmə mərhələsinə uğurlu start götürüb. Bu barədə fikirləriniz maraqlıdı...
- Azərbaycan yığmasının bu seçmə mərhələyə yaxşı başladığını eşitmişəm. 7 xal toplamısınız. Gəlmişəm ki, ölkəni daha yaxşı tanıyım və onun futbolu ilə daha yaxından maraqlanım.
- Gələcəkdə Azərbaycanla Braziliya millisinin yoldaşlıq görüşünün təşkili üçün köməklik göstərə bilərsinizmi?
- Əgər belə oyun nəzərdə tutulsa, kömək edə bilərəm. Əsas odu ki, belə bir məsələ gündəmə gəlsin.
- Son vaxtlar Hindistanda çıxış etdiniz. Azərbaycan klublarından təklif gəlsə, cavabınız nə olar?
- Bəli, Hindistan futzalında bəzi oyunlar keçirdim. Düzü, karyeramı bitirib-biitirməməklə bağlı hələ qərar verməmişəm. Dekabr ayına qədər qərar verəcəm. Ola bilsin ki, vida oyunu keçirim.
- Sizə görə, dünyanın ən güclü futbolçusu kimdi?
- Lionel Messi.
- İlk dəfədi Bakıdasınız. Bura sizdə necə təəssürat yaratdı? Nəyə heyran qaldınız?
- Düzünü deyim, dünən axşam gəlmişəm. Aeroportdan çıxandan sonra restoranda yemək yedim. Mətbəxinizi çox sevdim. Şəhəri gəzməyə hələ vaxtım olmayıb. Burdan çıxandan sonra daha yaxından tanıyacam.
- Azərbaycanlı futbolçulara nə məsləhət görərdiz ki, sizin getdiyiniz yolun yarısını gedə bilsinlər?
- Uşaqlar nə qədər tez futbol oynamağa başlasalar, o qədər yaxşı olar. Məşqlərinə ciddi yanaşmalıdırlar. Məşqə hamıdan əvvəl gəlib, hamıdan sonra getmək lazımdı. Yüksək səviyyəyə çatmaq istəyirlərsə, ciddi hazırlaşmalıdırlar.
- Sizi dünyanın ən istedadlı oyunçusu sayırlar. Bəs Pele, Maradona səviyyəsinə çatmağınıza nə mane oldu?
- Əslində, mən elə onların səviyyəsindəyəm (gülür).
- Bütün klubların azarkeşləri sizi sevir. Bunu necə bacarmısız?
- Düzü, dəqiq deyə bilmərəm niyə hamı məni sevir. Amma bəlkə ona görə ki, gözəl futbol oynamışam, öz stilim olub.
- "Qəbələ"dən təklif alsanız, burda oynayarsınızmı?
- Niyə də yox? Hər şey ola bilər.
- İndiyə kimi futbolla bağlı heç vaxt etiraf etmədiyiniz nəyi Azərbaycan mətbuatının önündə açıqlayardınız?
- Mənim həyatım həm futbol meydançasında, həm də ondan kənarda həmişə açıq olub. Gizlətdiyim bir şey yoxdu. Hamı necə həyat yaşadığımı bilir.
- Braziliyalı futbolçuların çoxu deyir ki, futbol olmasaydı, biz avara, bədbəxt olardıq. Bu bədbəxtliyi braziliyalıların xoşbəxtliyi saymaq olarmı?
- Fikrimcə, braziliyalıların həyatda ən çox istədiyi şey futboldu. Bəziləri dünya çempionatının Braziliyada keçirilməsini istəmirdi. Amma orda insanların çoxu son mundialın orda keçirilməsini arzu edirdi.
- Braziliya millisinin DÇ-2016-dakı uğursuzluğunun səbəbi nə idi? Komanda özünü toparlaya biləcəkmi?
- Bizim güclü komandamız var idi. Həmin komandada ulduzlar var idi. Təəssüf ki, Fransaya uduzduq. Səbəbini deyə bilmərəm. Bu, futboldu.
- Karyeranızda ən böyük peşmanlığınız nədi?
- Heç bir peşmanlığım yoxdu. Həyatımdakı hər addımı düz atmışam.
- Özünüzü, yoxsa futbolu çox sevirsiniz?
- Özümü futbolsuz təsəvvür edə bilmirəm. Futbolu da Ronaldinyosuz./publika/


BiG.Az Telegramda izləyin instagramda izləyin
İdman   Baxılıb: 25833   Tarix: 20 oktyabr 2016  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

UEFA-dan yeni qərar

UEFA İcraiyyə Komitəsi Avro-2024-də çıxış edəcək milli komandaların iştirak ərizəsində icazə verilən oyunçu limitinin artırılması ilə bağlı qərar qəbul edib. "Qafqazinfo" UEFA-nın saytına istinadən xəbər verir ki, komandalar iştirak ərizələrinə 26-ya qədər oyunçu daxil edə bilərlər. Əvvəllə

03.05.2024 308
.

Messinin maaşı bəlli oldu

"İnter Mayami" klubunun futbolçusu Lionel Messinin bir mövsümdəki maaşı açıqlanıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb. Bildirilib ki, Messi bir mövsümdə 19,2 milyon avro qazanır. Qeyd edək ki, 2023-cü ilin yayında "İnter Mayami"yə keçən Mess

12.04.2024 578
.

İspaniya klubu ukraynalı futbolçuya görə cəzalana bilər

İspaniyanın "Jirona" klubu ukraynalı futbolçu Artyom Dobvikin transferinə görə cəzalandırıla bilər. "Report" "Mundo Deportivo"ya istinadən xəbər verir ki, hüquqşünas Yevgeni Kuzmin futbolçunun transferinin Ukraynada vergidən yayınacaq şəkildə rəsmiləşdirildiyini bildirib

18:00 0
.

Messinin "İnter Mayami"yə transferinin sirri üzə çıxdı: müqavilənin yeni detalları

Lionel Messi çox tanış bir bənddən istifadə edərək David Bekhem ilə "İnter Mayami"nin ortaq sahibi ola bilər. xarici KİV-ə istinadən bildirir ki, Messi karyerasına 2023-cü ildə Fransa çempionu PSJ-dən ayrıldıqdan və Səudiyyə Ərəbistanına keçiddən imtina etdikdən sonra ABŞ-ın "İnter Mayami"

08.04.2024 959
.

"Beşiktaş" Fernando Santos ilə yollarını ayırdı

"Beşiktaş" baş məşqçi Fernando Santos ilə yollarını ayırıb. Bu barədə klubun rəhbərliyi sosial media hesabından açıqlama verib. Açıqlamada komanda təcrübəli məşqçiyə təşəkkürünü bildirib. "Biz baş məşqçi Fernando Santos ilə yollarımızı ayırdıq. Santosa xidmətlərinə görə təşəkkür edir v

14.04.2024 340
.

"Barselona"nın futbolçusu Çempionlar Liqasının tarixinə düşüb

"Barselona" klubunun gənc müdafiəçisi UEFA Çempionlar Liqasının tarixinə düşüb. Bu barədə məşhur futbol jurnalisti Fabritsio Romano məlumat verib. Belə ki, kataloniyalıların 17 yaşlı müdafiəçisi Pau Kubarsi ÇL-in dörddəbir final mərhələsində meydana çıxan ən gənc futbolçu olub. İspaniyalı müdafiəç

11.04.2024 560
.

Qurban Qurbanov: "Məşqçilik düşüncələrim Voronejdə yarandı" - VİDEO

Bu gün "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun 52 yaşı tamam olur. xəbər verir ki, Peşəkar Futbol Liqası bu münasibətlə Qurbanovla söhbətləşib. "Məşqçilik düşüncələrim Voronejdə yarandı. Bu istək mənə məşqçi olmaqda kömək etdi", - deyə Q.Qurbanov bildirib. O, futbolçu karyeras

13.04.2024 347
.

Mbappe vədinə xilaf çıxdı

PSJ-nin prezidenti Nasser Əl-Xəlaifi hücumçu Kilian Mbappeyə əsəbiləşib. Məlumata görə, Mbappe avqustda Əl-Xəlaifiyə PSJ ilə müqaviləni uzadacağına söz verib. Bununla belə, fransız forvardın yay transfer pəncərəsində parisliləri tərk edərək karyerasını "Real Madrid"də davam etdirməsi qərar

21.04.2024 489
.

"Bakıda uduzmaq üçün mənə 300 min dollar təklif etdilər"

İtaliyalı güləşçi Frank Çamisio Bakıda ona 300 min dollar dəyərində rüşvət təklif edildiyini iddia edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə güləşçi "La Repubblica" qəzetinə açıqlama verib. İkiqat dünya çempionu və olimpiya oyunlarının bürünc mükafatçısı Frank Çamisio keçən həft

12.04.2024 2010