ŞAD XƏBƏR! "Kupça" almaq ASANLAŞDI
Azərbaycanda 2013-cü il yanvarın 1-dək inşa edilmiş və hündürlüyü 12 metrədək olan yaşayış evlərinin qeydiyyatı asanlaşdırılır.
BiG.AZ bildirir ki, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən, "Daşınmaz əmlakın dövlət reyetri haqqında" qanuna dəyişiklikdə öz əksini tapıb.
Hazırkı "Daşınmaz əmlakın dövlət reyetri haqqında" qanuna görə, Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair əsaslara (hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə) torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı daxildir.
Qanuna edilən yeni dəyişikliklərdə daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslara bundan əlavə daha biri əlavə edilib.
Yeni layihədə təklif edilib ki, məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən, hündürlüyü 12 metrədək olan yaşayış evləri üçün torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd də daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslara daxil edilsin.
Bu dəyişiklik Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş hündürlüyü 12 metrədək olan yaşayış evlərinin qeydiyyat məsələlərini asanlaşdırmaq məqsədilə hazırlanıb.
Milli Məclisin deputatı Çingiz Qənizadə Trend-ə bildirib ki, yeni təklif edilən dəyişikliklərə görə, torpaq üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd olduqdan, yəni özəlləşdirildikdən sonra torpaq üzərində tikinti aparıla bilər: "Torpaq mülkiyyəti üçün çıxarış almadan onun üzərində tikinti aparıla bilməz. Həmin ərazidə ev tikmək istəyən şəxs gələcəkdə torpağı özəlləşdirməlidir. İndi təklif edilir ki, torpaq əvvəlcədən özəlləşdirilsin, torpaq mülkiyyəti haqqında dövlət reyestrindən çıxarış alınsın, sonra həmin ərazidə tikinti aparılsın. Yəni, torpağı özəlləşdirməsən, orada tikinti işlərinə başlaya bilməzsən".
Ç.Qənizadə qeyd edib ki, bu dəyişikliyi asanlaşdırma kimi qəbul etmək olar: "Mülkiyyət hüququnu təsdiq edən sənədlər olmadıqda problemlər yaranırdı. Bəzən bələdiyyə üzvləri bildirirlər ki, torpaq sahəsi doğru hesablanmayıb. Yaxud mülkiyyət hüququnu təsdiq etməmisənsə, torpaq sənin olsa da tikinti aparmırsansa, bələdiyyə o torpağı başqasına sata bilər. Bu səbəbdən mübahisələr yarana bilər. Torpaq mülkiyyətilə bağlı qanuni sənəd - dövlət reyestrindən çıxarış alındıqdan sonra bələdiyyə, icra strukturu nümayəndələri tikinti aparılması ilə bağlı problem yarada bilməzlər. Amma mülkiyyət üzərində hüquq təsdiq edilməyibsə, bu, mübahisə predmeti ola bilər".
Ç.Qənizadə bildirib ki, mülkiyyət hüququnu təsdiq edən sənəd dövlət reyestrindən çıxarışdır. Çıxarış olduqdan sonra artıq mülkiyyət həmin şəxsin mülkü hesab olunur.
Dəyişiklilər səsə qoyularaq Milli Məclisin deputatları tərəfindən təsdiq edilib.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 2870 Tarix: 14 oktyabr 2016
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bu qidalar vitaminlə zəngindir - MÜTLƏQ YEYİN
Vitamin, mineral və antioksidantlarla zəngin qidalar az kalori ilə maksimum qida dəyərinə malik məhsullardır. Bu tip qida məhsullarına, həmçinin super qidalar da deyilir. -ın məlumatına görə, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutundan bildirilib ki, gündəlik qida rasionunda super qidaların istehlakın
18.09.2021 930 Azərbaycanda milli dronlar hazırlanıb - VİDEO
Milli Elmlər Akademiyasının Yüksək Texnologiyalar Parkında xüsusi təyinatlı dronlar hazırlanıb. -ın məlumatına görə, pilotsuz uçuş aparatları sifarişlər əsasında yerli mütəxəssislər tərəfindən hazırlanıb. Dronlari uçuş vaxtları, yükdaşıma və küləyə davamlılığı ilə fərqlənir. Həmçinin uçuş trayektoriyasını
18.09.2021 428 İstirahət gününün havası açıqlandı
Sentyabrın 19-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 18-21 isti, gündüz 25-28 isti
18.09.2021 459 Nəriman Abbasov Həbib Nurməhəmmədovun qohumuna nokautla qalib gəldi - VİDEO
Bu gecə Moskvada rusiyalı sabiq UFC çempionu Həbib Nurməhəmmədovun atası Əbdülmanaf Nurməhəmmədovun xatirəsinə həsr edilən turnir keçirilib. xəbər verir ki, yarış çərçivəsində azərbaycanlı döyüşçü Nəriman Abbasov rusiyalı Şamil Zavurovla qarşılaşıb. Abbasov rəqibini ilk raunddaca nokauta salıb. Qey
18.09.2021 831 Qondarma rejimin "bayrağ"ını silən polis kimdir? - FOTO/VİDEO
Xəbər verdiyimiz kimi, Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən zolağa nəzarət edən Azərbaycan polisi burada hərəkət edən avtomobilin üzərindəki qondarma "respublika"nın qondarma "bayrağı"nı elə yerindəcə süngü ilə qazıyıb. Sosial şəbəkələrdə yayılan məlumata görə, həmi
18.09.2021 4608 Pelenin səhhəti yenidən pisləşib
Futbol üzrə üçqat dünya çempionu Pelenin səhhəti yenidən pisləşib. O, San-Pauludakı "Albert Enşteyn" xəstəxanasının yarımintensiv terapiya şöbəsinə köçürülüb. Braziliyalı futbol əfsanəsinin qırtlaq bölgəsində problemlər aşkar edilib. Ağırlaşmanın müvəqqəti olduğu, xüsusi müalicə və qulluq sayəsind
17.09.2021 585 FHN leysan nəticəsində köməksiz qalan vətəndaşları xilas etdi -VİDEO
Güclü leysan yağışları nəticəsində Qusar rayonunun Urva kəndi istiqamətində bir qrup vətəndaşın köməksiz vəziyyətdə qalması barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub. -ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərinə görə
18.09.2021 523 Səməd Seyidovun rəhbəri olduğu Mərkəz bağlandı
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçısı olduğu Siyasi Psixologiya Mərkəzi (SPM) fəaliyyətini dayandırıb. Mərkəzin fəaliyyətini dayandırmasına səbəb maliyyə problemini
18.09.2021 865 Azərbaycanda istehsal ediləcək avtomobillərin qiyməti açıqlandı - 17 min manata...
Hacıqabul Sənaye Məhəlləsində istehsal ediləcək minik avtomobillərinin qiyməti 17-20 min manat təşkil edəcək. Bu barədə "Azərbaycan Avtomobil İstehsalçıları Assosiasiyası" İctimai Birliyinin rəhbəri Emin Axundov deyib. "Minik avtomobillərinin növbəti aydan satışa çıxarılması planlaşdırılır
18.09.2021 1109