Bakı Alov Qüllələri gələn il istifadəyə veriləcək

Köhnə Moskva mehmanxanasının yerində tikilən Alov Qüllələri elə tikilməyə başladığı andan diqqət çəkirdi. Hər kəsi burada inşa olunan nəhəng tikilinin son vəziyyəti maraqlandırırdı. Birisi iddia edirdi ki, tikilinin üçü də otel olacaq. Başqa biri başqa bir fərziyyə söyləyirdi. Bu binalardan biri hətta yaşayış binasıdır. Fantastik bir məbləğə bu bəxtəvərliyə sahib ola bilərsiz. Amma hələlik Bakının sahib olduğu bu fantastik tikilini izləmək şansını qaçırmayın.

Bakının Alov Qülləri:

Bakı Alov Qüllələri gələn il istifadəyə veriləcək2008-ci ildə tikintisinə başlanılan "Baku Flame Towers", yəni Bakı Alov Qüllələri binasının gələn ilin martına istifadəyə veriləcəyi gözlənilir. Hələlik binanın daxilində təmir-tikinti işləri davam edir. Bakının möhtəşəm tikililərindən olan Alov Qülləri deyəsən elə paytaxtın həm də vizit kartı olacaq. 3 binadan ibarət bu möhtəşəm tikili ayrı-ayrı funksiyaları yerinə yetirəcək. Yəni, binalardan biri 328 yerlik mehmanxana, digəri biznes mərkəzi, o biri isə 140 mənzilli rezidensiya - yaşayış binası kimi fəaliyyət göstərəcək.

Bakı Alov Qüllələri gələn il istifadəyə veriləcəkTikinti şirkətinin şöbə müdiri Akif Musayevin sözlərinə görə, otel kompleksi 37, biznes mərkəzi 34, rezidensiya 39 mərtəbədən ibarət olacaq. Binanın ən hündür mərtəbəsi isə dəniz səviyyəsindən 300 metr hündürlükdə yerləşir. Memarların hesablamalarına görə, bu hündürlük Bakının digər binaları ilə müqayisədə ən hündür nöqtədir. Amma bu hündürlük insanları qorxutmasın. Çünki, otaqlarda qalmaq istəyənlərin həyatları üçün hər hansı bir təhlükə yoxdur. Binanı fasad hissəsindən örtən pəncərələr xüsusi sifarişlə hazırlanıb və Bakı küləyi neçə metr sürətlə əssə də, bu şüşəyə xətər yetirə bilməz. Kompleksə aid binaların hər biri mərkəzləşdirilmiş isitmə və soyutma sistemləri ilə təchiz olunub.

Bakı Alov Qüllələri gələn il istifadəyə veriləcəkAlov Qüllərinin mehmanxanası isə buranı seçən qonaqlar üçün əsl cənnət olacaq. Belə ki, pəncərədən tutmuş, otağın qapısının açılmasınadək hər bir şey kompüterlə idarə olunur. Nömrələrdə quraşdırılan düymələrə basmaqla, istədiyin əməliyyatı yerinə yetirə bilərsən. Kompleksi inşa edənlər də demək olar ki, öz üzərlərinə götürdükləri işi yerinə yetiriblər. Bu gün sadəcə kompleksdə hər üç binanı birləşdirəcək ticarət mərkəzinin, eləcə də kinoteatların inşası aparılır. 3 mərtəbədən ibarət olacaq ticarət mərkəzinin üst hissəsində yaşıllıq zonası salınacaq və hər binanın özünün ayı ayırılıqda hovuzu olacaq.
Tikinti işlərini aparan mütəxəssislər əmin edir ki, binalar biri-birinə nə qədər yaxın olsa da, hovuzlarda çimənlər biri-birindən bir o qədər uzaqda olacaq. Yəni, bu binanın hovuzunda çiməni qonşu binanın hovuzunda dincələn görə bilməyəcək.

Bakı Alov Qüllələri gələn il istifadəyə veriləcəkAlov Qüllələrində bütün bunlardan əlavə 5 kinoteatr fəaliyyət göstərəcək. Kinoteatrın qapıları bütün kinosevərlərin üzünə açıq olacaq.

Qeyd edək ki, binaların hər üçünün qeyri-yaşayış sahəsində avtodayanacaqlar fəaliyyət göstərəcək. Ümumilikdə dayanacaqların 1100-dən artıq maşın tutacağı deyilir. Dayanacaqların çıxışı birbaşa Mehdi Hüseyn və Parlament prospektlərinə olacaq. Bir sözlə "Flame Towers"-da hər şey möhtəşəmlikdən xəbər verir.

Bakı Alov Qüllələri gələn il istifadəyə veriləcəkElə binanın adının Alov Qülləri olması da təsadüfi deyil. Bakının "Odlar yurdu" olmasını nəzərə alaraq, tikiliyə bu adı veriblər. Əsl qiymət isə hər 3 bina xüsusi işıq effektləri ilə də bəzədiləndə, verilə biləcək. Bunu görməyə isə çox az vaxt qalır. Deməli, "Eurovision" müsabiqəsinə gələn turistləri Bakıda sadəcə müğənnilərin alovlu çıxışları yox, həm də Alov Qüllələri qarşılayacaq.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 15908   Tarix: 07 oktyabr 2011  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Tayland Kamboca müharibəsində son durum

Tayland və Kamboca arasında sərhəd bölgəsində silahlı toqquşmalar davam edir. Son məlumatlara görə, döyüşlər artıq bir neçə gündür səngimir, hər iki tərəfdən ölən və yaralananlar var. BİG.AZ NBC News-a istiandən xəbər verir ki, Tayland ordusu təhlükəsizlik səbəbilə bəzi sərhəd keçidlərini bağlayıb v

15:55 122
.

Mirmahmud Fəttayevin nəvəsinin ölümünün təfərrüatı bilindi

Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri, sabiq deputat Mirmahmud Mirəlioğlunun nəvəsi 18 yaşlı Müşfiq Fəttayevin qəfil ölümünün təfərrüatları məlum olub. Mirmahmud Mirəlioğlunun qardaşı Mirfəyyaz Fəttayev Qaynarinfo-ya aşıqlamasında Müşfiq Fəttayevin avtomobildə dünyasını dəyişdiyini bildirib:

16:58 134
.

Avropa Birliyi ölkələri Rusiyadan qaz alışını dayandıracaq

Avropa Parlamenti Avropa Birliyi ölkələrindən 2027-ci ilin payızına qədər Rusiyadan təbii qaz idxalını dayandırmağı tələb edən qanun layihəsini qəbul edib. BİG.AZ DW-yə istinadən xəbər verir ki, Avropa Birliyi ölkələrinin Rusiyadan mayeləşdirilmiş təbii qaz idxalını 2026-cı ilin sonuna qədər, boru kəmər

12:51 158
.

"Təcrübə" adı altında pulsuz əmək - gənclərin iqtisadi kabusu

Gənclərin ilk iş təcrübəsi çox vaxt "təcrübə" adı altında pulsuz əmək şəklində baş verir. Rəsmi olaraq bacarıq artırmaq məqsədli göstərilən bu proqramlar praktikada əsl iş yükünü tələb edir, lakin ödəniş nəzərdə tutulmur. Marketinq, media və IT sahələrində rastlanan bu vəziyyət, gənclərin hə

11:56 305
.

Mirmahmud Mirəlioğlunun nəvəsi parkda ölübmüş...

Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri, sabiq deputat Mirmahmud Mirəlioğlunun nəvəsi 18 yaşlı Müşfiq Fəttayevin ölümü ilə bağlı bəzi məqamlar aydınlaşıb. "Qafqazinfo" xəbər verir ki, Bakı Dövlət Universitetinin ikinci kurs tələbəsi olan Müşfiqin Sumqayıtda parkda olarkən vəfat etməs

10:59 268
.

Malayziyada təhlükəli timsahlar: əhali üçün risk artır

Malayziyanın Saravak əyalətinin hökuməti timsah populyasiyasının azaldılması məqsədilə xüsusi proqram hazırlamağa başlayıb. Buna səbəb son aylarda sürünənlərin insanlara qarşı hücumlarının artmasıdır. Belə ki, təkcə 2025-ci ilin sentyabr-oktyabr aylarında timsah hücumları nəticəsində dörd nəfər həyatın

10:27 155
.

Süni intellektli çatbot qətldə ittiham olunur

ABŞ-da süni intellektlə işləyən çatbot ilk dəfə bir insanın qətlində dolayı yolla iştirak etməkdə ittiham olunub. xarici mediaya istinadən xəbər verir ki, bu barədə People nəşri məlumat yayıb. Məlumata görə, 56 yaşlı Stein-Erik Selberg 83 yaşlı anası Syuzan Adamsı öldürdükdən sonra intihar edib. İstinta

10:53 163
.

Yusif az qala, Şəkinin yarısını alıbmış... - Evlər, obyektlər, maşınlar...

"Qumar kralı" kimi tanınan Yusif Baqiyevin böyük sərvətə yiyələndiyi üzə çıxıb. Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən ifşa edilən Baqiyevin təxminən 10 milyon manat dəyərində əmlakı istintaq nəzarətinə götürülüb. "Qafqazinfo" Şəkili Yusifin üzərin

11:25 303
.

Prokuror Vardanyanın ömürlük həbsini tələb etdi

Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə ilə bağlı maddələri ilə və digər ağır cinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyan barəsində cinayət işi üzrə məhkəmə prosesi dekabrın 18-i davam etdirilib

13:58 169
.

TOP MP3