Azərbaycanlı oliqarx: "19 milyon dollar mənim üçün heç nədir"

Azərbaycanlı oliqarx: "19 milyon dollar mənim üçün heç nədir"Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarovun cinayət işində zərərçəkmiş kimi adı keçən iş adamı İlham Qasımovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən məhkəmə prosesində azərbaycanlı milyonçu Gülağa Qəmbərov ifadə verib. O, İlham Qasımovun cinayət işində zərəçəkmiş şəxs kimi tanınıb.

"Çindən təyyarə ilə bu gün gəlmişəm…"

Rusiyada yaşayan milyonçu ifadəsində ona ümumilikdə 19.5 milyon dollar zərər dəydini bildirib.

Bakıya bu gün gəldiyini deyən G.Qəmbərov ifadəsində həbs edilən İlham Qasımovla münasibətlərindən və ona verdiyi milyonların taleyindən danışıb: "Çindən saat 8-də gəlmişəm. Məhkəmədə ifadə verib, axşam da təyyarə ilə geri qaydıacam. Əslində işin belə olmasını istəməzdim. İlhamı indi də burada görəndə pis oluram. Pulları İlhama bir ay ərzində vermişəm. Ümumilkdə 19 milyon 500 min dollardır. Mən bu günə qədər heç bir azərbaycanlı ilə şəriklik etməmişəm. Amma İlhamla tanış oldum, o, mənim ürəyimə girdi, etdiyi təklifi qəbul etdim. Sonra aramızda problemlər yarandı".

Milyonçu deyib ki, İlham Qasımovdan şikayətçi olmasına əsas səbəb tanımdığı şəxslərin onun yanına gələrək pul tələb etməsi, onlara borclu olduqlarını deməsi olub. G.Qəmbərov deyib ki, Moskvada ofisinə gələn xeyli insan ondan pul tələb edib: "Bina tikintisi aparacaqdıq. Sonra tikilən evlər bir neçə nəfərə satıldı. Şikayətçilər də mənim üstümə gəlirdi. İlk verdiyim 10 milyon dollara bina tikilməli idi. Bina tikilə-tikilə evlərin satılacağını deyirdi. Ancaq bunun qanunla da qadağan olunduğunu düşünüb, belə olmamasını istədim. Evlərin tikildikdən sonra satılmasını istədim. Əlavə olaraq 3 milyondan artıq pul verdim. Sonra "Nizami" metrostansiyasının arxasında yarımtikili bir ərazini mənə göstərib, orada da bina inşa edə biləcəyimizi dedi. Həmin yerin ona məxsus "Real" MTK-ya aid olduğunu dedi. Bunun üçün də pul ayrıdıq".

"19 milyon 500 min dollar verəsən, sonra da səni söyələr…"

Milyonçu sonradan aldadıldığını bilib və pulunu geri tələb edib. Bu işlərin üstü isə G.Qəmbərovun dediyinə görə, dostu Cəbrayılla danışıqdan sonra açılıb: "Bakıda olan yaxın dostum Cəbrayılla məsləhətləşdim. Belə bir adamla iş gördüyümü dedim. Və "Nizami" metrostansiyasının arxasında olan həmin ərazini aldığımızı söylədim. Dostum dedi ki, həmin ərazi problemlidir. Həmin yerə əl qoymamağı məsləhət bildi. Dedi ki, həmin yerin sahibi Şakir adlı şəxs olub və çox adama qarşı dələduzluq etdiyinə görə həbs edilib. Bir müddət sonra isə həbsxanada ölüb. Mən daha sonra araşdıranda bildim ki, həmin ərazi İlhamın deyil. Ardınca belə problemlər artmağa başladı. Mən beləliklə də aldadıldığımı bildim. Pulumu tələb etdiyim üçün isə hədələndim, söyüldüm. 19 milyon 500 min dollar pul verəsən, sonra da səni söyələr, ailəni təhdid edələr".

"Vəzifəli şəxslərə müraciət edəndən sonra…"

G.Qəmbərov İlham Qasımovun ona pulunu qaytaracağı ilə bağlı vəd verdiyini deyib. İlham Qasımovdan alacağı pulla kimsəsizlər evi tikdirəcəyini deyən milyonçu prinsipial adam olduğu üçün işin sonuna qədər gedəcəyini söyləyib.

Apardığı araşdırmalardan sonra İlham Qasımovun dələduzluq əməlləri barədə məlumatlar əladə etdiyini deyən oliqarx bundan sonra Azərbaycanda vəzifəli şəxslərə görüşüb: "Mən baxdım ki, xeyli sayda insan İlham Qsımovdan şikayətçidir. Amma mən İlhamı çox yaxşı bir insan kimi, iş adamı kimi tanımışam. Azərbaycanda saytlarda, mətbuatda onun barəsində şikayət dolu xəbərlər oxudum. Bakıya gələndə dövlət orqanlarına, vəzifəli şəxslərə müraciət etdim. Bundan sonra onun barəsində tədbir görüldü, İlham həbs edildi".

"I Avropa Oyunlarının təşkilinə də 8 milyon pul vermişəm"

Azərbaycanda yüksək vəzifəli şəxslərlə münasibətlərinin olduğunu, dövlətçiliyə xidmət etdiyini deyən oliqarx İlham Qasımovu əfv etməsi üçün indi də gec olmadığını deyib: "Mən həmişə dövlətçiliyə xidmət etmişəm. Xeyirxah işlərlə məşğul olmuşam. Məni tanıyan hər kəs bunu bilir. Dövlət proqramlarının icrasında, müəssisələrin tikilməsində ölkəm üçün pulumdan keçmişəm. I Avropa Oyunlarının təşkilinə də 8 milyon pul vermişəm. Həmişə də dövlətimə, millətimə sadiq olmuşam. Mən düşünürdüm ki, indi də gec deyil. İlham heç olmasa, 1 milyon gətirib, üzr istəsəydi, səhv etdiyini desəydi, mən onu bağışlaya bilərdim. Amma İlham söyüş söyüb ki, mənə 1 manat da verməyəcək. Mən də bu işin sonuna qədər gedəcəm. Nə qədər pul alsam da uşaq bağçası, kimsəsizlər evi tikdirəcəm. Pul mənim üçün heç nədir. Sadəcə yaşamaq üçün vəsaitdir ".

İlham Qasımovla biznes münasibətlərindən danışan oliqarx birlikdə ailə biznesi yaratmaqla bağlı razılıq əldə etdiklərini deyib: "Biz razılaşmışdıq ki, "Real" MTK-nı ailə biznesimiz edək. MTK mənim arvadımın, övladımın, İlhamın arvadının və oğlunun adına olacaqdı. Belə də oldu. Razılaşma, sənədlərin imzalanması bu şəkildə oldu. Razılaşmışdıq ki, bu işdən gələn qazanc ailəmiz, uşaqlarımız üçün olacaqdı. MTK-nın faktiki rəhbəri isə İlhamla mən idik".

"İşin alınmamasına sevinib, Qurban kəsdim. 60-70 milyonum da belə gedəcəkdi"

İlham Qasımovla aralarında "Odlar Yurdu" MTK-nın yaradılması ilə bağlı razılıq da əldə edildiyini deyən oliqarx bu işin alınmamasından çox sevindiyini və hətta Qurban kəsdiyini də deyib: "Yaxşı ki, "Odlar Yurdu" MTK təsis edilsə də, sonradan işlər dayandı. Qurban kəsdim ki, yaxşı ki, iş alınmadı. Yoxsa 60-70 milyonum da belə gedəcəkdi. Evlər tikiləcəkdi, bir ev 4-5 nəfərə satılacaqdı".

İlham Qasımovun vəkili azərbaycanlı oliqarxın təqsirləndirilən şəxsə nə qədər pul verdiyini dəqiqləşdirmək üçün ona suallar verib. Oliqarxın cavabı isə belə olub: "Siz mənim pulumu saymayın. Müdafiə etdiyiniz şəxsin həbsdən çıxarılmasına çalışın. Belə sualları da mənə verməyin. Pul mənim üçün heç nədir. Sadəcə yaşamaq üsün bir vasitədir. Mən halal adamam. Ancaq öz pulumu tələb edirəm. Siz mənim şeirlərimə qulaq assanız, necə bir insan olduğumu görərsiniz. Bakıya gələndə təyyarədə şeir yazmışam. Məhkəmə icazə versə, onu burada oxuyardım".
Hakim milyonçunun bu istəyini qəbul etməyib.
"Mən sənin var-yoxunu söyməmişəm…"

Məhkəmədə təqsirləndirilən İlham Qasımov oliqarxın çıxışına münasibət bildirmək üçün söz istəyib. Oliqarx Gülağa Qəmbərovla iş adamı olan bir dostu vasitəsi ilə tanış olduğunu, onu çox yaxşı bir insan və biznesmen olaraq bildiyini deyib: "Türkiyəli iş adamı dostum vasitəsi ilə Gülağanı tanıdım. Bir yerdə çörək yeyib, tanış olmuşuq. Onu çox yaxşı bir insan kimi tanımışam. İşini əla bilən bir biznesmen idi. Ancaq bir məsələ var ki, hər kəsə asanlıqla inanır. Mən onun var-yoxuna da söyməmişəm. Bunu kişi kimi deyirəm".

İlham Qasımov oliqarxla aralarında yaranan problemlərin günahkarı kimi digər iş adamlarını göstərib:"Bizim Gülağa ilə heç bir problemimiz yox idi. İşlər qaydasında gedirdi. Amma bəziləri aramıza girdi. Görürdülər ki, biz birlikdə çox yaxşı işlər görürük. Qorxdular ki, bütün işləri biz edərik. Bu işlərdən əlavə dəniz kənarlarında ərazilərə baxdıq. Yeni işlər görəcəkdik. Ancaq aramıza girib, bizi düşmən elədilər. Yalandan Gülağaya dedilər ki, İlham səni aldadır. Araya bir iş adamı girdi. O, Gülağadan 6 milyon aldı. Sonra həmin adamı "Beynəlxalq Bank işi"nə görə həbs elədilər. Həmin pul da batdı. Sistemi elə qurdular ki, biz düşmən olaq".
Məhkəmə prosesi oktyabrın 13-də davam etdiriləcək.

Qeyd edək ki, təqsirləndirilən İlham Qasımov elan olunan ittihamla özünü günahkar bilmədiyini deyib. Xatırladaq ki, İlham Qasımov "Real" MTK-nın rəhbəri olub. O, Cinayət Məcəlləsinin 178 (dələduzluq), 308.2 (vəzifə səlahiyyətlərindən sui istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunur.

Qeyd edək ki, İlham Qasımov MTN generalı olmuş Akif Çovdarovun cinayət işində zərərçəkmiş kimi tanınmış şəxslərdən biridir. Bakı Hərbi Məhkəməsindən Bakı Ağır Cinayətlər Məhkəməsinə məktub göndərilib. Məktubda qeyd edilir ki, İlham Qasımov "Akif Çovdarov işi"ndə zərərçəkmiş kimi tanınıb.

A.Çovdarov və onunla birlikdə həbs edilmiş MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq işçisi, polkovnik Səlim Məmmədov, MTN-in sabiq idarə rəisi, mayor Akif Əliyev və keçmiş şöbə rəisi Orxan Osmanovun cinayət işinə Bakı Hərbi Məhkəməsinin hakimləri tərəfindən baxılır.(musavat.com)


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 4526   Tarix: 08 oktyabr 2016  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

BMT-dən xəbərdarlıq: "Dünya fəlakətə doğru gedən bir yoldadır"

BMT İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına dair yeni hesabatını təqdim edib. Sənəddə dünya ölkələrinin Paris anlaşmalarına uyğun olaraq, qlobal istiləşməni 2 dərəcədən aşağı səviyyədə saxlamaqdan çox uzaq olduğu bildirilib. Hesabatın açıqlanmasından sonra çıxış edən BMT sədri Antoniu Qutyerre

18.09.2021 672
.

"Bəyimizi vağzalı sədaları altında yola salırıq" - Pərvindən Maqsudun həbsinə reaksiya

Tanınmış aktrisa Pərvin Abıyeva bu gün Ukrayanda həbs olunub, Azərbaycana gətirilən Maqsud Mahmudovla bağlı paylaşım edib. -a istinadən xəbər verir ki, tanınmış aktrisa Maqsudun həbsini "İlahi ədalət" adlandırıb: . "İlahi Ədalət və dövlətimizin ədaləti! Bu qədər insanın haqqına girməyi

18.09.2021 11870
.

Millət vəkili: "Həftəsonları ictimai nəqliyyatın fəaliyyəti bərpa edilməlidir" – VİDEO

Pandemiyaya qarşı hökumətin verdiyi qərarlar öz müsbət təsirini göstərməkdədir, lakin Operativ Qərargah bəzi məsələlərin həlli yönündə təcili tədbirlər görməlidir. Bunu millət vəkili Fazil Mustafa deyib. Millət vəkili hesab edir ki, həll edilməli ən vacib məsələ həftəsonları ictimai nəqliyyatın fəaliyyətini

17.09.2021 1467
.

Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"

"Türkiyə Silahlı Qüvvələri tarixi məsuliyyət hissi ilə dost və qardaş ölkələrin yanındadır". "Report"un xəbərinə görə, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib. Onun sözlərinə görə, bu çərçivədə Azərbaycan və Liviyada hərbi təlim, yardım və məsləhətçilik fəaliyyətlər

18.09.2021 278
.

Milli Musiqi Günüdür

Sentyabrın 18-də Üzeyir Hacıbəylinin doğum günüdür. Bəstəkarın ad gününün bayram kimi qeyd edilməsi ənənəsinin əsasını maestro Niyazi qoyub. BİG.AZ xəbər verir ki, görkəmli bəstəkar və dirijor Niyazi Üzeyir bəyin vəfatından sonra hər il bu günü qeyd edərmiş. 1995-ci ildə isə Prezident Heydər Əliyevi

18.09.2021 304
.

Azərbaycanda koronavirusa yoluxanların SAYI AÇIQLANDI: 29 nəfər ÖLDÜ - FOTO

Son sutkada Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2 042 yeni yoluxma faktı qeydə alınıb, 3 224 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 29 nəfər vəfat edib. İndiyədə

18.09.2021 2874
.

Paşinyan Batumidə "yoxa çıxdı"

Bir neçə gün əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan Gürcüstana rəsmi səfər edib. Onun səfəri Batumi şəhərində başa çatıb. Rəsmi məlumata görə, onunla Gürcüstanın baş naziri arasında qeyri-rəsmi görüş olub. Batumiyə səfər Ermənistan cəmiyyətinin əhəmiyyətli bir hissəsi və xüsusən də bəzi Rusiy

18.09.2021 774
.

Vəfat edən atasından yazdı: "Yarım qaldı hər şey"

Bir neçə gün öncə atası vəfat edən müğənni Koray Avcı sosial şəbəkə paylaşımı ilə gündəmə gəlib. Axşam.az-a istinadən xəbər verir ki, atasının fotosunu paylaşan sənətçi hisslərini belə ifadə edib:. "Mənə belə baxdığının heç fərqində olmamışam. Heç oturub içki də içmədik səninlə. Aşiq olduğumu d

17.09.2021 1693
.

Mehriban Əliyeva Milli Musiqi Günü münasibətilə paylaşım edib

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram səhifəsində Milli Musiqi Günü ilə bağlı paylaşım edib. "Report" xəbər verir ki, paylaşımda deyilir:. "18 Sentyabr Milli Musiqi Günüdür. Bu gün doğum günlərini qeyd etdiyimiz görkəmli Azərbaycan bəstəkarlar

18.09.2021 264