Azərbaycanda uşaq əməliyyatdan yarımcan çıxıb, ana intihara cəhd edib - FOTOLAR

Azərbaycanda uşaq əməliyyatdan yarımcan çıxıb, ana intihara cəhd edib - FOTOLARValideynlər Diaqnoz Tibb Mərkəzini məhkəməyə verib haqqını tələb edirlər Əməliyyatı aparan Cərrah "Bizim Yol"a danışdı: Onlar doğru demirlər"

Boğaz ətinin götürülməsi əməliyyatından sonra həyatı təhlükə altında olan 7 yaşlı Nihad Bağırzadənin valideynləri Diaqnoz Tibb Mərkəzini məhkəməyə veriblər.

"Bizim Yol"-a danışan Rəşad Bağırov bildirib ki, övladını 2 iyun 2014-cü ildə Diaqnoz Tibb Mərkəzində müayinə nəticəsinə uyğun olaraq adenoid 3-cü dərəcə (boğaz ətinin kəskin iltihablaşması) diaqnozu ilə əməliyyat etdirmək məcburiyyətində qalıblar: "Əməliyyatın icraçısı isə tibb mərkəzinin "Burun-boğaz-Qulaq və estetik" cərrahı Qənbər Qocayev olub. Q.Qocayev cadəcə valdeyinlərin razılığı alınmaqla əməliyyatın həyata keçirilməsini məqsədə müvafiq hesab edib. Həkimin tövsiyəsinə uyğun olaraq övladının gələcəyinə dəyər verən valdeyinlərdə razılaşıb".

R.Bağırovun sözlərinə görə, boğaz ətinin götürülməsi əməliyyatından sonra azyaşlının həyatı təhlükə altına düşüb: "Əməliyyatdan qısa müddət sonra balaca Nihadda qanaxma başlayıb, tənəffüsü çətinləşib, uşaq ağır vəziyyətdə Diaqnoz Tibb Mərkəzinə çatdırılıb. Q.Qocayev tərəfindən edilən ilkin tibb müdaxilələrdən sonra ambulator qaydada müalicə təyin edilib. Təyin edilmiş müalicə kursundan heç bir fayda görməyən Nihadın vəziyyəti günbəgün çətinləşib".

Belə ki, onun nəfəs alması xeyli çətinləşib, boyunda və başda şiddətli ağrılar meydana gəlib.
Övladının hazırkı durumundan müfəssəl agah olmaq istəyən valideyinlər Baku Medical Plazada onun müayinəsini həyata keçirdiblər. Müayinənin nəticəsinə görə adenoid əməliyyatı nəticəsində boğaz sistemi (udlaq, dilçək, yumuşaq damaq) həddən artıq deformasiyaya uğrayıb. Cərrahi travma nəticəsində övladını itirmək təhlükəsində olduğunu biləndə Nihadın anası Elnarə Bağırova intihara cəhd edib.

Nihad Bağırzadənin həyatının xilas edilməsi naminə çarəsiz ailə dərdinə çarəsini Türkiyədə axtarmağa çalışıb. Bu ölkədə həyata keçirilən interval müddətli əməliyyata sərf edilən külli miqdarda maliyyə vəsaitinə baxmayaraq Nihadın əvvəlki vəziyyəti bərpa olmayıb, lakin həyati təhlükəsi sovuşub.

"Əməliyyatdan sonrakı diaqnoz "nazofarengeal stenoz" (udalaq darlığı) olub. Qənbər Qocayev israrla qeyd edir ki, stenoz ağırlaşması onun əməliyyatının nəticəsi deyil. Onun sözlərinə görə, bu əməliyyatlar sırasında stenozun baş verməsi mümkün deyil, əməliyyatdan sonra daha da boğaz genişlənir.

Bizə mənəvi və maddi zərər dəyib. Biz həkimlə hüquq müstəvisində mübarizə aparmağı qərar aldıq. Xətai Rayon Məhkəməsinin sorğusu əsasında Səhiyyə Nazirliyinin Məhkəmə Tibb Ekspertizası, Patoloji Anatomiya Birliyinin Ekspert Həkimlərdən təşkil olunmuş qrupun verdiyi rəyə əsasən həqiqətən Diaqnoz Tibb Mərkəzində həyata keçirilmiş əməliyyatdan sonra Nihad Bağırzadə "nazofarengeal stenoz" (udlaq darlığı) travmatik ağırlaşma durumuna düçar olub",-deyə valideyn R.Bağırov bildirib.

Bağırovlar ailəsinə əməliyyat və digər məsrəflərlə birgə 73000 manat dəyərində ziyan dəyib. Buna baxmayaraq kompromisə gedərək yalnız mənəvi ziyandan imtina edib. Yeganə istək Nihadın sağlamlığının bərpa edilməsidir.

R.Bağırov deyir ki, Diaqnoz Tibb Mərkəzinin rəhbərliyi tərəfindən Nihadın sağlamlığının bərpası ilə bağlı ölkə xaricində zəruri addımlar atılmasına dair razılıq mümkündür. Əsaslı müalicənin yeganə mərkəzi Amerika Birləşmiş Ştatlarında yerləşir. Almaniyada isə müalicənin nəticəsinə təminat yalnız 60 faiz dəyərində qiymətləndirilməklə, 45000 avro səviyyəsində dəyərləndirilib. Nihad Bağırzadə bu gün Mərkəzi Klinikanın Uzman həkimi, Burhan Dadaşın nəzarəti altındadır.

Xətai rayin Məhkəməsi Bağırovlar ailəsinin Diaqnoz Tibb Mərkəzinə qarşı qaldırdığı iddianı təmin etməyib. Bu qərardan apellyasiya şikayəti verilib.

Oktyabrın 7-də Bakı Apelyasiya Məhkəməsində şikayətə baxılacaq.

Diaqnoz Tibb Mərkəzinin urun-boğaz-qulaq və estetik cərrahı Qənbər Qocayev "Bizim Yol"-a bildirdi ki, o Bağırovlar ailəsinin iddiasını qəbul etmir: "R.Bağırovun dedikləri həqiqəti əks etdirmir. Ona görə də, məhkəmə onun iddiasını təmin etmədi".

Azərbaycanda uşaq əməliyyatdan yarımcan çıxıb, ana intihara cəhd edib - FOTOLARAzərbaycanda uşaq əməliyyatdan yarımcan çıxıb, ana intihara cəhd edib - FOTOLARAzərbaycanda uşaq əməliyyatdan yarımcan çıxıb, ana intihara cəhd edib - FOTOLAR


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 3952   Tarix: 03 oktyabr 2016  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Macarıstan XİN: NATO qoşunlarının Ukraynaya yerləşdirilməsi ilə üçüncü dünya müharibəsi başlayacaq

NATO qoşunlarının Ukraynaya yerləşdirilməsi üçüncü dünya müharibəsi demək olacaq. "Report" xəbər verir ki, bunu Macarıstanın xarici işlər naziri Peter Siyarto deyib. Nazirin sözlərinə görə, avropalı siyasətçilər müharibədə iştirak etmək yollarını axtarmaqdansa, sülhə nail olmaq üçün çalışmalıdırlar

04.05.2024 183
.

Uşaqpulu ilə bağlı açıqlama: Ayda hər ailəyə 100 manat…

İstər ərzaq, istər geyim, istərsə də digər məhsullar xeyli bahalaşıb. Bir çox ailələr aylıq xərclərin çox, gəlirlərin isə az olduğunu deyir. Bu səbəbdən də uşaqpulunun yenidən verilməsinə ümid edirlər. Hətta deputat Sabir Rüstəmxanlı da müsahibələrinin birində hökumətin uşaqpulu verməsinin tərəfdar

04.05.2024 1052
.

Namiq Qaraçuxurlu: "Ayrılığı çətin keçirirəm"

Meyxanaçı Namiq Qaraçuxurlu bahalı avtomobillərindən danışıb. bildirir ki, bu barədə sənətçi "Zaurla Günaydın" verilişində açıqlama verib:. "Heç vaxt kredit götürməmişəm. Qorxuram. Elməddin həmişə mənim maşınımla maraqlanırdı. Zəng edib soruşurdu ki, Namiq nə maşını sürür. Bir avtomobili

01:49 2911
.

Astarada 22 yaşlı velosipedçi körpüdən çaya düşərək ölüb

Astarada velosipedçi bədbəxt hadisə nəticəsində ölüb. "Report"un Cənub bürosunun verdiyi məlumata görə, hadisə dağlıq kəndi olan Pəlikeşdə qeydə alınıb. Kənd sakini 2002-ci il təvəllüdlü Olman Vəkalət oğlu Şükürov velosipedlə körpü üzərində hərəkətdə olarkən müvazinətini itirərək Şümrüd çayın

04.05.2024 246
.

Özcan Dəniz Bakıya gələcək

Türkiyəli məşhur müğənni Özcan Dəniz Bakıya gələcək. Axşam.az xəbər verir ki, ifaçının səfərinin məqsədi konsert verməkdir. Özcan iyunun 5-də şəhər məkanlarının birindı çıxış edəcək. Qeyd edək ki, Özcan sonuncu dəfə Bakıya 2022-ci ildə gəlib

04.05.2024 373
.

İtaliyalı nazir Makronu tənqid edib: Ukraynada gərginliyi artırır

Fransa Prezidenti Emmanuel Makronun NATO-nun Ukraynaya qoşun göndərilməsi ilə bağlı açıqlamaları gərginliyi artırır. "Report" xarici KİV-ə istinadən xəbər verir ki, bunu İtaliyanın müdafiə naziri Quido Qrozetto deyib: "Mən belə bəyanatların məqsədini və faydasını başa düşmürəm". Naziri

10:40 0
.

Əli Əsədov Türkiyəyə səfər edəcək

Azərbaycan və Türkiyə arasında may ayının 8-də Ankarada iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 11-ci iclası və biznes-forumu keçiriləcək. Bu barədə Türkiyənin Ankara Sanayi Odasından (Ankara Sənaye Palatası) məlumat verilib. Bildirilib ki, "Türkiyə-Azərbaycan Hökumətləraras

04.05.2024 168
.

PA rəhbəri: "COP29 Sədrliyinin Fəaliyyət gündəliyinin hazırlanması son mərhələdədir"

"BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) Sədrliyinin Fəaliyyət gündəliyinin hazırlanması son mərhələdədir". "Report" xəbər verir ki, bu barədə Prezident Administrasiyasının (PA) rəhbəri, COP29 Təşkilat Komitəsinin sədr

04.05.2024 158
.

"Real Madrid" Çempionlar Liqasının finalına yüksələrsə, qapını kimin qoruyacağı açıqlandı

"Real Madrid" klubu Çempionlar Liqasının finalına yüksələcəyi təqdirdə Ançelotti qapını Tibo Kurtuaya əmanət edəcək. Məlumata görə, baş məşqçi Karlo Ançelotti bu barədə İspaniya mediasına açıqlamasında deyib. "Kurtua uzun müddətli zədədən qayıtsa da, əsas heyət qolkiperimiz odur. Razıya

04.05.2024 220