22 yaşlı qız əməliyyatdan sonra öldü: Apendisitini səhvən çıxarıblar/TƏFƏRRÜATLAR

22 yaşlı qız əməliyyatdan sonra öldü: Apendisitini səhvən çıxarıblar/TƏFƏRRÜATLARSamux rayon Navağalı kənd sakini, 1994-cü il təvəllüdlü Məmmədova Turanə Xalıq qızının əməliyyatdan sonra ölümünün bəzi təfərrüatları məlum olub.

T. Məmmədovanın yaxın qohumu Azər Əliyev açıqlamasında bildirib ki, qız əməliyyat olunmamışdan əvvəl qarın ətrafında bir neçə dəfə sancıları olub: "Bundan əlavə, əlində və ayağında göyərmələr yaranmışdı. Göygöl rayon Mərkəzi Xəstəxanasında həkim onu müayinə edib və bildirib ki, kor bağırsağında problem var. Halbuki, onda belə bir problem olmayıb. Sən demə Turanənin bağırsaq keçirməzliyi olub. Amma onu kor bağırsağından əməliyyat ediblər. Əməliyyata girməmişdən öncə qızda qusma baş verib və temperaturu qalxıb".

A.Əliyev bildirib ki, əməliyyatdan sonra T.Məmmədovanın vəziyyəti yaxşılaşsa da, sonradan hərarəti qalxıb və qusma halları baş verib: "Dəfələrlə xəstəxanaya, onu əməliyat edən həkimə müraciət etsələr də, "hər şey normaldır" cavabını alıblar. Sonradan həkim görüb ki, xəstənin temperaturu düşmür, bu dəfə ona başqa diaqnoz qoyub. Deyib ki, xəstənin böyrəyində problem var. Valideynləri bu dəfə onu başqa xəstəxanaya - Gəncə şəhər 1 Saylı Abbas Səhhət adına Xəstəxanaya aparıb".

A.Əliyev sözügedən xəstəxanada T. Məmmədovanın vəziyyətinin pis olduğundan təkrar əməliyyata alındığını vurğulayıb: "Xəstəni əməliyyata götürdülər və bir saatdan sonra öldürüb bizə qaytardılar. Bu işdə əsas Göygöl rayon Mərkəzi Xəstəxanasının həkimləri məsuliyyət daşıyır".

Gəncə şəhər 1 Saylı Abbas Səhhət adına Xəstəxanasının həkimi Səfər Əkbərov isə olaya belə aydınlıq gətirib: "Bu qız əvvəl xəstə olub. Anası deyir ki, qızının damar xəstəliyi olub. Əlləri, ayaqları göyərirmiş. Onun apendisti tutub. Ayın 8-də onu Göygöl rayon Mərkəzi Xəstəxanasında əməliyyat ediblər. Sonra evə buraxılıb. Anası deyir ki, evdə halı pisləşib və temperaturu qalxıb. Onu yenidən əməliyyat edən həkimin yanına aparıblar. Həkim deyib ki, əməliyyatla əlaqəsi yoxdur. Bir neçə dəfə belə olandan sonra təkrar ayın 28-də həkimin yanına yanına gediblər. Həkim deyib ki, qızın böyrəyi işləmir, onu böyrək həkiminə aparın. Ordan böyrək həkimi adı ilə bir başa bizim xəstəxanaya gəliblər. Həkimlər burda müayinə edəndə baxıblar ki, xəstənin böyrəyində heç bir problem yoxdur. Amma qarnında ağrıların olduğu aydınlaşıb. Baxdıq ki, vəziyyəti ağırdır, götürdük əməliyyata".

Qeyd edək ki, Samux rayon Navağalı kənd sakini, 1994-cü il təvəllüdlü Məmmədova Turanə dünyasını dəyişib. Göygöl rayon Mərkəzi Xəstəxanasında appendisit əməliyyatı keçirən 22 yaşlı qızın sonradan vəziyyəti pisləşib. Bu dəfə o, Gəncə şəhər 1 Saylı Abbas Səhhət adına Xəstəxanasında əməliyyat olunsa da həkimlər onun həyatını xilas edə bilməyib.(aznews.az)

11:33

Bir neçə gün əvvəl Göygöl rayon Mərkəzi Xəstəxanasında appendisit əməliyyatı keçirən 22 yaşlı qız dünyasını dəyişib.

BiG.AZ-ın report-a istinadən məlumatına görə, Samux rayon Navağalı kənd sakini, 1994-cü il təvəllüdlü Məmmədova Turanə Xalıq qızının vəziyyəti evə buraxıldıqdan bir neçə gün sonra qəfil pisləşib və o, yaxınları tərəfindən ağır vəziyyətdə Gəncə şəhər 1 Saylı Abbas Səhhət adına Xəstəxanaya aparılıb.

Həkimlər tərəfindən appendektomiyadan sonrakı absez diaqnozu qoyulan xəstə Cərrahiyyə şöbəsinə yerləşdirilib. Cərrah həkim Səfər Əkbərov tərəfindən əməliyyat yarasında çirklənmə yaranmış xəstəyə dərhal tibbi yardım göstərilib, daha sonra o, Reanimasiya şöbəsinə yerləşdirilib. Lakin bütün səylərə baxmayaraq xəstənin həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 9448   Tarix: 01 oktyabr 2016  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Tanınmış mədəniyyət xadimləri Şuşada

Azərbaycanın tanınmış mədəniyyət xadimləri Şuşada səfərdədirlər. Unikal.org-un məlumatına görə, mədəniyyət xadimləri Şuşaya səfər çərçivəsində burada keçiriləcək Üzeyir Hacıbəyli XII Beynəlxalq Musiqi Festivalına qatılacaq, dahi bəstəkarın ölməz əsərlərini 29 ildən sonra işğaldan azad edilən Üzeyir yurdund

18.09.2021 814
.

Azərbaycan polisindən ermənilərə süngülü dərs - VİDEO

Gorus-Qafan yolu üzərində xidmət göstərən Azərbaycan polisi yoldan keçmək istəyən ermənilərə dərs verib. "Qafqazinfo" xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə üzərində qondarma respublikanın "bayrağ"ı olan avtomobilin postdan keçmək üçün yaxınlaşdığı görünür. Postd

18.09.2021 988
.

"Məni bağışla, gözəl anam" - anasına və dostlarına məktub yazıb intihar etdi

Şırnakın Uludere mahalının Andaç kəndində anasına və dostlarına iki vida mesajı göndərdikdən sonra 20 yaşlı bir gənc 35 metr yüksəklikdəki uçurumdan tullanaraq intihar edib. Anasına göndərdiyi mesajda gəncin "Məni bağışla, gözəl anam. Qardaşlarıma və dostlarıma vaxt ayırmadan köçüb getdim"

18.09.2021 3137
.

Azərbaycanda milli dronlar hazırlanıb - VİDEO

Milli Elmlər Akademiyasının Yüksək Texnologiyalar Parkında xüsusi təyinatlı dronlar hazırlanıb. -ın məlumatına görə, pilotsuz uçuş aparatları sifarişlər əsasında yerli mütəxəssislər tərəfindən hazırlanıb. Dronlari uçuş vaxtları, yükdaşıma və küləyə davamlılığı ilə fərqlənir. Həmçinin uçuş trayektoriyasını

18.09.2021 428
.

Türkiyəli professor: "Yoluxma azalmasa, qapanmaya getməli olacağıq"

"Tam qapanma yoluxma sayındakı artımdan sonra yenidən gündəmə gələ bilər". "Report" "Posta"ya istinadən xəbər verir ki, bunu türkiyəli professor Faruk Aydın deyib. "Qış çox ağır keçəcək. Qapanmaya getməmək üçün mübarizə aparırıq. Amma yoluxma sayını azalda bilməsək

18.09.2021 1281
.

MN: "Minaatan bölmələri hədəflərə döyüş atışları yerinə yetirir" - VİDEO

2021-ci ilin döyüş hazırlığı planına uyğun olaraq Azərbaycan Ordusunun minaatan bölmələri ilə keçirilən intensiv döyüş hazırlığı məşğələləri davam edir. Müdafiə Nazirliyindən BİG.AZ-a verilən məlumata görə, məşğələlərdə batareyanın atəş mövqeyini tutması və komanda müşahidə məntəqəsinin açılması tapşırıqlar

18.09.2021 245
.

Azərbaycanda koronavirusa yoluxanların SAYI AÇIQLANDI: 29 nəfər ÖLDÜ - FOTO

Son sutkada Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2 042 yeni yoluxma faktı qeydə alınıb, 3 224 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 29 nəfər vəfat edib. İndiyədə

18.09.2021 2874
.

Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"

Türkiyə milli müdafiə naziri Hulusi Akar Qazilər Günü münasibətilə təşkil edilən mərasimdə Azərbaycana dəstək çıxışı edib. Bu barədə məlumat Türkiyə Milli Müdafiə Nazirliyinin rəsmi saytında yerləşdirilib. Qəhrəman Türkiyə ordusunun sivilizasiyanın və tarixin yüklədiyi məsuliyyət hissi ilə dost və qarda

18.09.2021 233
.

Gəncədə avtomobillər toqquşdu: Ölən və yaralananlar var - FOTO

Gəncə şəhərində yol-nəqliyyat hadisəsi baş verib. Hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb. Belə ki, hərəkətdə olan VAZ-21 015 markalı minik avtomobili ilə KİA markalı avtomobil toqquşub. Daha sonra avtomobillərdən biri yoldan keçən iki piyadanı vurub. Onlardan biri ölüb, digəri is

18.09.2021 789