"Məmurların arzulayıb, ancaq əli çatmadığı biriyəm" - Afaq

"Məmurların arzulayıb, ancaq əli çatmadığı biriyəm" - AfaqDaima qalmaqallı açıqlamaları və açıq-saçıq geyimləri ilə gündəmə gələn müğənni Afaq Aslanla müsahibəni təqdim edirik:

- Niyə daha çox qalmaqallı müğənni kimi tanınırsınız?

- Ona görə ki, məni gözü götürməyənlər həddindən artıq çoxdur. Afaq yekə bir daş olub hamısının təpəsinə düşüb. Məni rəqib görənlər həddindən artıq çoxdur, amma mən heç kimi özümə rəqib görmürəm.

- Həmçinin ifanızdan daha çox açıq-saçıq geyimlərinizlə gündəmə gəlirsiniz...

- Əslində mahnılarım da çoxdur, yetəri qədərdir. Açıq-saçıqlığa gəldikdə isə burada nə var ki? Hansısa geyimin mənə yaraşdığını görürəm və geyinirəm. Deməli, mənim xarici görkəmim insanlarda daha çox maraq yaradır.

- Bəs ailəniz açıq-saçıq geyinmənizə nə deyir?

- Onlar bunu normal qarşılayırlar. Balaca vaxtından ürəyim istəyəni geyinirən, məni belə görməyə alışıblar. Ancaq kim bilir, bir də gördünüz ki, Afaq çadraya keçdi. (gülür)

- Sizdən hansısa xəbər verəndə saytların istifadə etdiyi fotonuz qar qız obrazındakı foto idi. Qar qız "Şaxta babanı" tapa bilbmi?

- "Şaxta baba" məni tapdı desək daha doğru yanaşmış olarıq. Mən şaxta babaların arzusunda olan qar qızam.

- "Şaxta baba" nəçidir?

- Biznesmendir.

- Sevgililəriniz əsasən hansı peşənin sahibi olurlar?

- Əlbəttə ki, biznesmen. Özlərinin şəxsi biznesləri olur...

- Bəs sənətçilərdən sizinlə sevgili olmaq istəyən olub?

- Nəinki sevgili, hətta evlilik təklifi edən belə olub. Bunlardan əlavə məmurlardan da az sevgi təklifi gəlmir. Neçəsi qapımda gözləyib. Yüksək rütbəlilər və məmurların maraq dairəsində olan biriyəm. Çoxlarının arzuladığı, lakin onlar üçün əlçatmaz olan biriyəm.

- Bu qədər biznesmen sevgilin olub. Arzulayıb həyata keçməyən arzunuz varmı?

- Şəxsi təyyarəmin olması ən böyük arzumdur. Hansısa xarici ölkəyə uçanda hər kəslə birgə uçmayım, adiləşməyim deyə…

- Nədən ehtiyatlanırsınız?

- Çevrəmdən daima ehtiyat etmişəm. Hər kəsə dost demərəm. Arxadan çox vurulmuşam. Elə insandan elə bir zərbə görürsən ki, dəhşətə gəlirsən. Müğənni tayfası ilə dostluq etmək olmaz.

- Müsahibələrinizin birində yalnız Burak Özçivitlə erotik filmə çəkilmək istədiyinizi demişdiniz…

- O mənim ideal kişi obrazımdır. Burak Özçivitlə bütün erotik səhnələrə belə çəkilərəm. Ancaq ondan başqası ilə heç vaxt…

- İdelal kişi obrazı dedikdə nəyi nəzərdə tutursuz?

- İdela kişi odur ki, xanımını ovucunun içində saxlamağı bacarmalıdır. Mənim kimi adamın yükünü qaldırmaq elə də asan deyil. Sevdiyim insan məni hər şeylə təmin etməyəcəksə, o zaman nəyimə lazımdır? Həyatımda sevmədiyim insan olub, inanın ki, mənə yalvarıb. Deyib, sənə ev alıram, maşın alıram, obyekt hədiyyə edirəm, ürəyin istəyən hər şeyi verirəm sadəcə mənə "hə" de. Yox demişəm ona...

- Neçə dəfə sevmisiniz?

- Beş-altı dəfə... İlk sevdiyim şəxslə də evləndim.

- Münasibətiniz pis olduğu müğənnilər var?

- Var, hətta elə müğənni var ki, eyni efirə çağırıblar, ağlaya-ağlaya çıxıb deyib ki, mən Afaqla eyni efirə çıxmaq istəmirəm.

- Yaradıcılığınızın ikinci planda qalmasına səbəb nədir?

- Xarici görkəmim ifamı geridə qoyur. Yeni mahnılar, yeni layihələr üzrə işləyirəm, ancaq sabah bu mahnılarla, layihələrlə yanaşı bir fotosessiya etdirsəm, mahnılarım kənarda qalacaq, hamı bu fotolardan danışacaq. Onu da deyim ki, bu sənətə başlayanda hobbi olsun deyə başlamışdım.

- 1 milyona soyunaram demişdiniz. Yəqin ki, 50 minə də toya gedərsiz...

- Niyə də yox... Deyəsən, siz məni 50 minə toya gətirib, toydan sonra da 1 milyon verib soyundurmaq istəyirsiz. (gülür)

- Toylara çox getmirsiniz, çağıran yoxdur?

- Müğənni əlçatmaz olmalıdır. Hər pulu olan müğənnini gətirib toyunda oxutmamalıdır. Mənim anlayışım belədir. Toylara demək olar getmirəm. Az-az gedirəm və onları da özümü seçirəm. Toya neçəyə getdiyimi isə demək istəmirəm.

- Yaxın gələcək üçün planlarınız necədir?

-Yeni mahnılar, layihələr üzərində çalışıram. Yaxın günlərdə partlayış edəcəyəm. Ümumi olaraq soruşursunuzsa, Türkiyə şou-biznesinə qatılmaq fikrim var. Həm də orada biznes qurmaq istəyirəm.

- Gözəlliyinizə vurğunsunuz, bəs özünüzü 50 yaşında necə təsəvvür edirsiniz, bu sizdə kompleks yaradırmı?

- Mən 50 yaşından da daha tez bu sənətdən gedəcəyəm. "Biznes ledi" olacam. Əslində restoranım var idi. Amma alınmadı, bağladım. Çox ziyana düşdüm...(ölkə.az)


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 11333   Tarix: 28 sentyabr 2016  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Serenay Sarıkaya "Esengül" rolunu oynaya bilər

Türkiyəli arabesk müğənnisi Esengülün həyatı barədə film çəkiləcək. xəbər verir ki, bu barədə türk mətbuatı bildirib. Esengül rolunu Serenay Sarıkayanın oynayacağı iddia olunub. Qeyd edək ki, Serenay Bergen rolundan son anda imtina etmişdi

03.05.2024 241
.

Aygün Kazımova və Namiq Qaraçuxurlu illər sonra bunu etdi

"Tezliklə Aygün Kazımova ilə yeni duetimizi təqdim edəcəyik". Axşam.az xəbər verir ki, bu sözləri meyxanaçı Namiq Qaraçuxurlu "İncə səhər" verilişində deyib. Sənətçi Xalq artisti Aygün Kazımova ilə hazırladıqları yeni duetdən danışıb. O bildirib ki, illər sonra hazırladıqları layihən

10:47 331
.

Onu təhqir edən şəxsləri ifşa etdi

Aktrisa Zülfiyyə Qurbanova ona təhqiramiz şərh yazan şəxsləri ifşa edib. OLAY yazır ki, sənətçi bununla bağlı feysbukda status paylaşıb və Daxili İşlər Nazirliyinə müraciət edib:. "Bu, hələ bir qismidir. Düşünürəm ki çox qısa zamanda bu təhqir dolu şərhləri yazanları taparsınız. Polis bölməsind

02.05.2024 630
.

Şeron Stoun ilk dəfə "Kurtlar Vadisi"ndən danışıb

Aktrisa Şeron Stoun rol aldığı "Kurtlar Vadisi" serialından danışıb. xəbər verir ki, bu barədə aktrisa TRT World-ə müsahibə verib. "Bu bölüm üçün çox pul verilmişdi. Çəkiliş meydanı həyatımda gördüyüm ən yaxşı meydan idi. Amma heç kim ingilis dilini bilmirdi" ,- deyə o bildirib

03.05.2024 436
.

"Hər gün buna görə məktəbdən evə göndərilirdim"

Əməkdar artist Kəmalə Müzəffər "Dikdaban" verilişində qonaq olub. Axşam.az xəbrə verir ki, aktrisa uşaqlıq illərindən dikdaban ayaqqabıya marağı olduğunu bildirib:. "Mənimlə məktəbdə oxuyanlar bilir. O vaxt ibtidai sinif 3-cü sinfə qədər idi. Üçüncü sinfi bitirən kimi gözüm ancaq dikdaba

29.04.2024 1106
.

Xidmətçisi Fatimənin evindən oğurluq edib

Rəqqasə Fatimə Fətəliyevanın evindən oğurluq edilib. Axşam.az xəbər verir ki, bu barədə o, "Xəbərin var?" verilişində qonaq olarkən deyib. Fatimə 4 il evində çalışan qadının ondan oğurluq etdiyini açıqlayıb:. "Anam yaşlı qadındır, iş görə bilməz, mənimlə birlikdə yaşayır. Mən də hər gü

02.05.2024 783
.

Üzeyir Mehdizadə kimdir? - Şəxsi həyatını sirr saxlayır

Üzeyir Mehdizadə Azərbaycanda ən çox tənqidlərə məruz qalan və eyni zamanda ən çox izləyici sayına malik, ən populyar müğənnilərdəndir. O Yotube platformasında Azərbaycan ifaçıları arasında ilk dəfə bir klipinə 100 milyon baxış, yarım milyonadək bəyənmə qazanmış musiqiçidir. "Bioqrafiya" rubrikasınd

03.05.2024 1296
.

Hadise bu yarışmada münsif olacaq

Türkiyəli müğənni Hadise Belçikanın "Sing Again" yarışmasında münsif olacaq. xəbər verir ki, bu barədə türk mətbuatı bildirib. Qeyd edək ki, Hadise illər əvvəl bu proqramda yarışmaçı kimi iştirak edib

03.05.2024 336
.

15 illik fanatı Ayselin instaqramını tapdı

Avroviziya təmsilçimiz Aysel Teymurzadə növbəti paylaşımıyla diqqət çəkib. OLAY yazır ki, ifaçı 15 illik xarici fanatının ona yazdığı təşəkkür mesajını izləyiciləriylə bölüşüb. "Salam, Aysel. İnstaqramınızı tapdığım üçün çox xoşbəxtəm. Avroviziyada "Always" ilə çıxış edəndə 15 yaşım va

01.05.2024 965