Həyatla qeyri-adi vidalaşan məşhurlar

Həyatla qeyri-adi vidalaşan məşhurlar

Frederik Bor
"Pringles" çipslərinin silindrvari qablaşdırılmasının dizayneri Frederik Bor da öz "körpəsindən" ayrılmaq istəməyib. O xahiş edib ki, kremasiyadan sonra onun külünü icad etdiyi qablaşdırmada basdırsınlar. Övladları bu vəsiyyətə əməl edib və elə qəbristanlıq yolundaca onun külündən siqaret kimi istifadə ediblər.

Malkolm Maklaren
"Sex Pistols" qrupunun meneceri Malkolm Maklaren isə vəsiyyət edib ki, öz dəfn mərasimi zamanı bir dəqiqəlik sükut əvəzinə "xaos dəqiqəsi" elan etsinlər. Üzərində "Yaşamaq üçün həddən artıq zirək, ölmək üçün həddən artıq gənc" yazılmış tabutu dörd qara atın daşıdığı cənazə arabasında qəbirstanlığa aparıblar. Dəfn mərasimini isə Sid Veşesin "Mənim yolum" mahnısı müşayiət edib.

Cin Roddenberri
Cin Roddenberrinin qalıqları isə, 1997-ci ildə kosmosa buraxılıb. "Ulduz yolu" ("Star Trek") elmi-fantastik serialının və "İnsan ayağı dəyməyən yerə cəsarətlə qədəm qoy" fikrinin müəllifinin külü 22 digər kosmos aliminin və pərəstişkarının (o cümlədən psixoldelik "LSD" preparatının yaradıcısı Timoti Lirinin) qalıqları ilə birgə kosmosa buraxılıb.

Hanter
Amerika yazıçısı və jurnalist S. Hanterin qalıqlarından isə, top mərmisi kimi istifadə ediblər. "Qanzo" (ingiliscədən "başdanxarab", "dəli" kimi tərcümə olunur) – jurnalistkasının əsasını qoyan Hanterin xahişini onun dostu, Hollivud aktyoru Conni Depp yerinə yetirib. Top bu prosedur üçün xüsusi hazırlanmış qüllədə quraşdırılıb və Tompson üslubunda simvollarla (iki barmağı V işarəsi istiqamətində açılmış yumruq) bəzədilib.
Tompsonun ən yaxşı əsərləri – "Las-Veqasda qorxu və nifrət", "Qorxu və nifrət: 1972-ci ilin seçkiöncəsi kampaniyası barədə" subyektiv təhkiyə ilə müşayiət olunur, ümumiyyətlə, qanzo-jurnalistikasında bütün hadisələr I şəxsin dilindən nəql olunur.

Tupak Şakur
Reper Tupak Şakur heç vaxt marixuanaya olan aludəçiliyini gizlətməyib. Reperin ölümündən sonra dostları – "Young Outlawz" qrupunun üzvləri, onun vəsiyyətinə əsasən, Tupakın külünü marixuanaya qarışdıraraq, çəkiblər. Bu barədə onların "Youtube"da yerləşdirdikləri klipdə bildirilir. Hərçənd, mərhumun yaxınlarının vəkili bildirib ki, bu o qədər də asan olmamalıydı, çünki Tupakın qalıqları mühafizə olunur.

Yucin Şumeyxer
Yucin Şumeyxeri elmin və planetologiyanın atası adlandırırlar. O, "Çumeyker-Levi 9″ kometasını kəşf edən üç alimdən biridir. Amma Ayda dəfn olunmaq şərəfinə yalnız o layiq görülüb. Alimin külünün bir hissəsi "Lunar Prospektor" aparatı vasitəsilə 1999-cu ildə Yerin peykinə göndərilib.

Frenk Sinatra
Frenk Sinatranın dəfnində katolik qaydaları gözlənilib. Amma… müğənninin tabutuna viski şüşəsi, "Zippo" alışqan və 10 sent qoyublar – birdən o, harasa təcili zəng etməli oldu. Onun başdaşında isə belə yazılıb: "Ən yaxşı şeylər hələ qarşıdadır".

Elizabet Teylor
Elizabet Teylor çoxsaylı nigahları, zərgər məmulatlarına aludəçiliyi və gözəl zövqü ilə seçilirdi. O öz dəfninə belə ulduz kimi – bir qədər gecikməklə "təşrif buyurdu". O əvvəlcədən vəsiyyət etmişdi ki, dəfn mərasimi, vaxtından 15 dəqiqə sonra başlasın.

Brayan Tendi
Geoloq Brayan Tendinin külündən süni brilyantlar yaradıblar. Bu brilyantlardan birindən onun dul qadını, qalanlarından isə qızı üçün üzük düzəldilib. Bu, süni qiymətli daşların istehsalı ilə məşğul olan "LifeGem" şirkəti üçün ilk belə sifariş deyildi. Deyilənə görə, müştərilərdən biri şirkətdən Maykl Ceksonun saçından istifadə etməklə brilyant düzəltməyi sifariş edib.

Sandra Vets
Neft maqnatının dul qalmış xanımı, zadəgan qadın Sandra Vets isə xahiş edib ki, onu krujevalı gecə köynəyində dəfn etsinlər. Bundan başqa, Sandranı onun sevimli mavi "Ferrarisi"nin ön oturacağında əyləşdirmək lazım gəlib. Sandranın vəsiyyəti xeyli qalmaqala səbəb olub, amma vəsiyyətin yerinə yetirilməyəcəyi halda, onun qardaşı 200 min dollar itirəcəkdi.
Buna görə də, o, mərhumun son istəyi əks olunan hüquqi sənədin qeyri-qanuniliyini sübut etməyə cəhd göstərib. İki aylıq məhkəmə araşdırmasından sonra hakim qərar çıxarıb: mərhumun bütün arzuları yerinə yetirilməlidir. Beləcə, S. Vest öz sevimli maşınını sükanı arxasında nəhəng qutuda torpağa tapşırılıb.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 5140   Tarix: 05 oktyabr 2011  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Aralarındakı uzun məsafəyə maraqlı həll tapan cütlük - FOTO

Uzun məsafə münasibəti yaşayan Liseok və Şindanbi, bu problemə maraqlı həll tapıblar. -a istinadən məlumat verir ki, biri Nyu -Yorkda, digəri Seulda yaşayan koreyalı cütlük, video zəng edərkən eyni vaxtda çəkdikləri şəkilləri bir araya gətirərək maraqlı fotolar əldə ediblər. Bu fotoları "Instagram"

13.09.2021 1580
.

Rusiyada məktəb dərsliyində porno sayta istinad tapılıb – FOTO

Rusiyada orta məktəb dərsliyində porno saytına aparan istinad tapılıb. -a istinadən xəbər verir ki, yayılan məlumatlara görə, neqativ hal altıncı sinif ingilis dili üzrə test tapşırıqları toplusunda üzə çıxarılıb. Həmçinin, eyni səhifədə porno aktrisasının vizit kartı da əks olunub. Müvafiq qurumları

14.09.2021 2022
.

Məşhur şirkətlərdə məvaciblər nə qədərdir?

Bir çoxları "Google", "Facebook", "Amazon", "Uber", "Microsoft", "Intel", IBM kimi tanınmış ABŞ şirkətlərdə çalışmaq arzusundadır. Cari ilin ilk yarısında texnoloji nəhənglər 80 min nəfərdən çox əcnəbi əməkdaşı işə cəlb edib. Bəs görəsən onlar

16.09.2021 817
.

Cəmi 2 kilo kökəldiyi üçün işini itirdi - FOTOLAR

"Emirates Airline" şirkətində 3 ilə yaxın stüardessa işləyən Duyqu Karaman cəmi 2 kilo kökəldiyi üçün işdən çıxmalı olub. BİG.AZ xəbər verir ki, bu barədə "Mirror" yazır. Belə ki, iş yoldaşlarından biri onun çox "iri" olduğunu bildirərək rəhbərliyə şikayət edib. Şikayətdə

11.09.2021 2925
.

Prokuror küçədə çılpaq vəziyyətdə gəzdi: Sakinlər polisə şikayət etdi - FOTO

Polşanın cənub-şərqində yerləşən Svidnitsa şəhərində prokuror küçədə çılpaq vəziyyətdə gəzib. Ətrafdakı insanların çəkdiyi fotolarda çılpaq vəziyyətdə olan kişinin əlində dörd pivə butulkası ilə ərzaq mağazalarını gəzdiyi əks olunub. Digər görüntülərdə prokurorun tamamilə çılpaq bir vəziyyətdə küçələr

12.09.2021 1423
.

Pitbul küçədə səkkiz yaşlı uşağa hücum etdi - VİDEO

Türkiyənin Çorum şəhərində səkkiz yaşlı oğlan pitbul cinsli itin hücumuna məruz qalıb. -a istinadən xəbər verir ki, insident ərazidə olan təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb. Yeniyetmə oğlan ətrafdakı insanların köməyi ilə itin hücumundan xilas edilsə də, onun müxtəlif xəsarətlər aldığ

14.09.2021 1051
.

Türkiyədə İLK: 3D printerlə insan beyninin nüsxəsi hazırlandı - VİDEO

Nevrologiya mütəxəssisi professor Sultan Tarlacı Türkiyədə ilk dəfə olaraq 3D printerlə insan beyninin dəqiq nüsxəsini hazırlayıb. Oxu.a-a istinadən xəbər verir ki, keçmişdə beyinin içindəki quruluşu anlamaq üçün silikon yerləşdirmə kimi xam üsullar istifadə olunurdu, ancaq bu inkişafla beyinin xaric

13.09.2021 490
.

Cənazə mərasiminə açıq geyimdə getdi - Cəsədə yaxınlaşıb... / FOTO

Sosial mediada yayılan görüntülər müzakirələrə yol açıb. Reddit portalında paylaşılan məlumata görə, qız babasının cənazə mərasiminə açıq geyimdə qatılıb. Qohumların etirazlarına baxmayaraq, qız paltarını dəyişməyib. O cəsədə yaxınlaşıb və bildirib ki, babası sağ olub onu bu göyümdə görsəydi etiraz etməzdi

12.09.2021 2549
.

Doaqlarınızın quruluğundan bezmisiniz? - ÇARƏ BURADA

MƏHSUL HAQQINDA. Faydaları:. - Dodaqların həcmini artırır, kontur xətlərini ortaya çıxarir. - Dodaqlardakı qırışıqlari azaldır. - Zədələnmiş, çatlamış dodaq toxumasını bərpa edir. - Dodaqları nəmləndirir və onlara yumuşaqliq bəxş edir. - Günəş şualarina qarşı qoruma təmin edən dodaq baxım məhsuludur

14.09.2021 364