Rayonların qaytarılması prosesi dayandı - SİRR

Rayonların qaytarılması prosesi dayandı - SİRRAprel müharibəsindən sonra intensivləşən Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqlar hazırda dondurulmuş vəziyyəti xatırladır. Halbuki, mayın 16-da Vyana və iyunun 20-də Sankt-Peterburq görüşündə ciddi irəliləyişlər haqda məlumatlar var idi. Sankt-Peterburq görüşündən sonra rəsmi Bakı rayonların qaytarılmasından sonra qaçqınların qayıdışı və Qarabağın statusunun həlli üçün müzakirələrin başlanmasına dair razılığın olduğunu açıqlamışdı.

Ermənistan tərəfi bunu tələm-tələsik təkzib etsə də, bu təkzibin erməni ictimaiyyətinə yönələn ritorika olduğu məlum idi.

- İşğal olunmuş Qarabağ ətrafındakı 7 rayondan 5-i ilkin mərhələdə qaytarılır
- İki rayonun qaytarılması prosesi sonrakı mərhələdə həll olunur
- Qaçqınların öz evlərinə qayıtması həll olunur
- Bölgədə sülhməramlılar yerləşdirilir
- Dağlıq Qarabağın yekun statusu ilə bağlı müzakirələr başlanır

Lakin danışıqlar qəfil dalana dirəndi. Ekspertlər bunu iyulun 17-də İrəvanda silahlı qrupun polis binasını tutaraq qiyama başlaması ilə əlaqələndirirdi. Daxili vəziyyət pisləşdiyi üçün Rusiyanın təşəbbüsü ilə İrəvana vaxt verilmişdi.

Türkiyədə 15 iyul çevriliş cəhdindən sonra Ankaranın Moskva ilə anlaşması bölgədə yeni reallıqlar yaratdı. Azərbaycan-Türkiyə-İran-Rusiya formatının yaranması ideyası yarandı. Belə olan halda, Ermənistan kənarda qala bilməz. İrəvanın bu həlqənin içinə daxil olması üçün mütləq mənada Qarabağ münaqişəsinin həlli lazımdır. Hansı ki, bütün region ölkələri bunun Azərbaycanın ərazi bütövlüyünün bərpası çərçivəsində olmasını qəbul ediblər. Avqustun 8-də Bakıda olan Rusiya prezidenti Vladimir Putin, bir gün sonra Ərdoğanla rus torpaqlarında görüşdü. Avqustun 10-da isə Serj Sarkisyan Moskvaya dəvət olundu. Ermənistana verilən möhlət başa çatmış və proses yenidən başlanır fikirləri ortaya çıxdı. Lakin üfüqdə hələ də heç nə görünmür.

Bunun fonunda Ermənistanda baş nazirin dəyişməsi baş verdi. Ovik Abramyanı "Qazprom"da işləyən Karen Karapetyan əvəz etdi. Ehtimallar var ki, Karapetyanın bu posta gətirilməsi Rusiyanın Qarabağ planının tətbiqini sürətləndirmək gedişidir.

Ermənistanın "Lragir" saytının yazdığı bir məlumat isə danışıqlar prosesinin ləngiməsindəki sirri müəyyən qədər ortaya çıxarır.

"Qarabağ danışıqlarının səngiməsi hər şeydən əvvəl Ermənistanda parlament seçkiləri və hazırki hakimiyyətin dəyişməsi ilə bağlıdır. Seçkilərdən sonra Ermənistan prezidenti Qarabağ üzrə danışıqlar aparmaq hüququnu başqasına verəcək. Hələlik həmin şəxsin kim olduğu həll olunmayıb. İndi Serj Sarkisyan mövcud vəziyyəti saxlamağa çalışır və Qarabağla bağlı qərarlar qəbul etməkdən imtina edir. Ermənistanda hakimiyyətin ötürülməsi prosesindən sonra Qarabağ danışıqlarına qayıtmaq mümkün olacaq. İndiki halda bu, çətin görünür", - deyə sayt yazıb./publika.az/


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 3168   Tarix: 23 sentyabr 2016  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Özcan Dəniz Bakıya gələcək

Türkiyəli məşhur müğənni Özcan Dəniz Bakıya gələcək. Axşam.az xəbər verir ki, ifaçının səfərinin məqsədi konsert verməkdir. Özcan iyunun 5-də şəhər məkanlarının birindı çıxış edəcək. Qeyd edək ki, Özcan sonuncu dəfə Bakıya 2022-ci ildə gəlib

04.05.2024 319
.

"WhatsApp" bəzi istifadəçiləri bloklayacaq

"WhatsApp" tərtibatçıları arzuolunmaz mesajların göndərilməsindən sui-istifadə edən hesablar üçün məhdudiyyətlər sistemi tətbiq etməyi planlaşdırır. -a istinadən bildirir ki, yenilik "WhatsApp"ın "Android" üçün 2.24.10.5 nömrəli beta versiyasında yoxlanılıb. O, istifadəçiləri

04.05.2024 689
.

Assanjın həyat yoldaşı: "Onun ABŞ-də ədalətli mühakimə olunacağına inanmıram"

"Mən bu səhər Belmarşa getdim və Culianı gördüm. O, çox yorğun idi. Son bir neçə həftə və bir neçə ay onun üçün çox çətin oldu". Bu sözləri AZƏRTAC-a müsahibəsi zamanı "WikiLeaks" portalının təsisçisi Culian Assanjın Londonda yaşayan həyat yoldaşı Stella Assanj deyib. Stella Assan

04.05.2024 121
.

Qaxda mağaza sahibinin pulunu oğurlayan müştəri saxlanıldı

Qax şəhərində yerləşən mağazaların birindən oğurluq edilib. Obyekt sahibi içərisində pul, bank kartları və sənədlər olan pulqabısının oğurlanması barədə polisə məlumat verib. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupu məlumat yayıb. Bildirilib ki, rayon polis şöbəsini

04.05.2024 175
.

Astarada 22 yaşlı velosipedçi körpüdən çaya düşərək ölüb

Astarada velosipedçi bədbəxt hadisə nəticəsində ölüb. "Report"un Cənub bürosunun verdiyi məlumata görə, hadisə dağlıq kəndi olan Pəlikeşdə qeydə alınıb. Kənd sakini 2002-ci il təvəllüdlü Olman Vəkalət oğlu Şükürov velosipedlə körpü üzərində hərəkətdə olarkən müvazinətini itirərək Şümrüd çayın

04.05.2024 134
.

İtaliya Ukraynadakı münaqişədə birbaşa iştirak edəcək?

"İtaliya Uraynadakı münaqişədə öz hərbçilərinin birbaşa iştirakını hər zaman istisna edib". Bu barədə İtaliya Müdafiə Nazirliyinin rəhbəri Quido Krozetto "Corriere della Sera" nəşrinə müsahibəsində bildirib. "Bununla belə biz həmişə Ukraynaya hər cür köməklik göstərilməli olduğun

04.05.2024 154
.

Erməni diasporu Paşinyanı hədələdi

Almaniyadakı Ermənilərin Mərkəzi Şurası Tavuşda (Tovuzqala) həyata keçirilən sərhədin "qanunsuz" demarkasiyası və delimitasiyası ilə bağlı narahatlığını bildirir. Bu barədə Ermənistan KİV məlumat yayıb. "Paşinyan hakimiyyəti bu dağıdıcı siyasəti davam etdirsə və narahatlığımıza məhəl qoymasa

04.05.2024 178
.

Türkiyə şəhid verdi

Türkiyə Ordusunun hərbçisi şəhid olub. "Qafqazinfo" xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb. Qeyd olunur ki, ötən gün "Pençe" əməliyyatı bölgəsindəki posta ildırım düşməsi nəticəsində Türkiyə Silahlı Qüvvələrinın hərbi qulluqçusu Ata Göçmen yaralanara

04.05.2024 211
.

Əli Əsədov Türkiyəyə səfər edəcək

Azərbaycan və Türkiyə arasında may ayının 8-də Ankarada iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 11-ci iclası və biznes-forumu keçiriləcək. Bu barədə Türkiyənin Ankara Sanayi Odasından (Ankara Sənaye Palatası) məlumat verilib. Bildirilib ki, "Türkiyə-Azərbaycan Hökumətləraras

04.05.2024 147