Rövşanə və Elgiz də ANS-i tərk etdi

Rövşanə və Elgiz də ANS-i tərk etdi

Lisenziyası dayandırılan “ANS Müstəqil Yayım və Media” Şirkətinin (ANS TV) tanınmış aparıcıları - Rövşanə Bektaşi və Elgiz Əkbər artıq sözügedən telekanaldan ayrılıblar.

BiG.AZ-ın məlumatına görə, teleaparıcılar bu barədə qərarı sentyabrın 21-də Ali Məhkəmədə “ANS Müstəqil Yayım və Media” Şirkətinin Milli Televiziya və Radio Şurasının (MTRŞ) kanalın fəaliyyətinə xitam verilməsi (lisenziyanın ləğvi) barədə qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclasından sonra veriblər. Belə ki, ötən gün uğursuz nəticələnən məhkəmə iclasından sonra “ANS Müstəqil Yayım və Media” Şirkətinin prezidenti Vahid Mustafayev işçiləri toplayaraq, iclas keçirib.

İclas zamanı V.Mustafayev işçilərinə səbrli olmağı və ANS TV-nin açılması ilə bağlı hələ ümid olduğunu söyləyib. Ancaq bu iclasdan sonra bir neçə işçi özünə iş axtarmağa qərar verib ki, bunlardan biri ANS TV-nin “Yoldaş Rövşanə” verlişinin keçmiş aparıcısı Rövşanə Bektaşi və “Günəbaxan” verlişinin keçmiş aparıcısı Elgiz Əkbər olub.

Rövşanə Bektaşinin artıq telekanallardan birində iş tapdığı, Elgiz Əkbərin isə Vahid Mustafayev tərəfindən işdən çıxarıldığı deyilir./olke.az/

Şikayətiniz varsa Whatsapp: 077 7125666

f Paylaş
Bölmə: Şou biznes Oxunub: 4428 Tarix: 23.09.2016
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
Suna20
Suna20 23.09.2016
Öz işleridi


Her güldüyünde Allaha şükür etmirsense,niye her ağladığında ona isyan edirsen?



 
_MiRaJ_
_MiRaJ_ 23.09.2016
ANS-i blece dagitdilar..


 
Vika26
Vika26 23.09.2016
Oları həmin bağlı kanala atıb qapının ağzını bağlamaq lazım idi. Bu iksi de efirde gorsenməsələr yaxşıdı.


 
People_need
People_need 23.09.2016
Neynəsinlər ANS var ? Camaat ac qalmalıdı ?!
senusum
senusum 23.09.2016
Insallah, Vaqif Mustafayev yeni tv sirketi acar.
NE CICEYE ARTIQ SU VER,
NE INSANLARA ARTIQ UZ VER...

 


Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər