"Cinsi əlaqə zamanı qorunmurlar..."

"Cinsi əlaqə zamanı qorunmurlar...""Aborta pul tapa bilmədiyim üçün uşağı dünyaya gətirmək məcburiyyətində qaldım. Ancaq ətrafımdakı insanların qınağından qorxub onu tualetdə qoyub qaçdım".

Bu sözləri Ayşə A. bir neçə il əvvəl məhkəmə zamanı ifadəsində deyib. Onun sözlərinə görə, münasibətdə olduğu insan uşağı qəbul etmədiyi üçün başqa əlacı qalmayıb.

Ölkəmizdə və dünyada hər il bu və ya başqa səbəblərdən qadınlar aborta müraciət etmək məcburiyyətində qalır.

BiG.AZ xəbər verir ki, "Guttmacher" İnstitunun builki araşdırmasına əsasən məlum olub ki, dünyada hamilə qalan hər dörd qadından biri abort etdirir. Əvvəlki illərə nisbətən sayı hər il daha da artan abort üçün müraciətlər artıq 56 milyonu keçib. Qeydə alınan bu rəqəm 1990-cı ilin əvvəllərində 6 milyon az idi. Maraqlıdır ki, orta aylıq əməkhaqqısı aşağı olan ölkələrdə abort üçün müraciətlərin sayı daha yüksəkdir.

Bəs ölkəmizdə vəziyyət necədir?

Xəbər verdiyimiz kimi, ötən il Azərbaycanda 27 452 qadın aborta gedib ki, onlardan 16 031 nəfəri 15-29 yaş arasında olan gənclərdir. 2015-ci ildə 20 yaşına qədər olan 1485 qadın hamiləliyini öz istəyi ilə sonlandırıb.
Hətta həmin qadınlar arasında məktəblilər də var. Belə ki, 15-17 yaş arasında olan 50 qadın abort üçün müraciət edib.

Uzman ginekoloq Rəşad Sultan məsələyə münasibət bildirən zaman ölkəmizdə abort üçün müraciət edənlərin çoxunun ailəli qadınlar olduğunu bildirib. Onun sözlərinə görə, ailəli qadınlara nisbətən nikaha girməmiş hamilə qalanların, uşağın cinsiyyətinə görə müraciət edənlərin sayı daha azdır:

"Azərbaycanda işlədiyim müddətdə abort üçün 18 yaşdan aşağı müraciət edən şəxslər olmayıb. Amma bu o demək deyil ki, ölkədə belə hallar baş vermir. Əgər müraciət edən olsa, bizim onlara xidmət etmək borcumuzdur. Çünki qanunlarımıza görə, hər xəstənin 12 həftənin altında hamiləliyini könüllü şəkildə sonlandırmaq hüququ var. Ancaq 18 yaşdan aşağı bütün xəstələr sadəcə valideyninin iştirakı ilə müayinə oluna bilər. Bundan başqa, sözügedən yaş həddinə çatmış qadın hamiləliyini sonlandırmaq üçün müraciət etdiyi təqdirdə biz mütləq polis orqanlarını xəbərdar etməliyik. Bu zaman qadının evli və ya subay olmasının heç bir fərqi yoxdur. Tibb işçisiyik və vəzifəmizi yerinə yetirmək borcumuzdur".

Ginekoloqun sözlərinə görə, abort üçün müraciət edən qadınların sayının yüksək olmasının əsas səbəbi qadınların cinsi əlaqə zamanı qorunmamasıdır:

"Abort kiçik cərrahi müdaxilədir və onun da özünə görə riskləri var. Qanaxma, infeksiya və gələcəkdə hamilə qalmaqda çətinliklərə qədər gedib çıxa bilir. Bu səbəbdən də biz-həkimlər qorunmağın tərəfdarıyıq. 2-3 doğuşdan sonra çox ailə artıq uşaq istəmir. Ancaq buna baxmayaraq qorunmağa etinasız yanaşır. Qorunmağın da 3 effektiv vasitəsi var: prezervativ, spiral və həblər. Qadınlarımızın çoxu hamiləlikdən qoruyan tabletləri qəbul etməkdən qorxur. Lazımsız dərmanları qəbul etsələr də, ginekoloqlar qorunmaq üçün həbləri məsləhət görəndə çəkinirlər.

Həmin dərmanların faydası ziyanından qat-qat çoxdu. Fikirləşirlər ki, hamilə olmağın qarşısını alırsa, deməli, yumurtalıqları sıradan çıxarır. Daha düşünmürlər ki, dərmanı sabah qəbul etməsən hamilə qala bilərsən".
R. Sultan son olaraq onu da qeyd edib ki, hazırda kütləvi hal almasa da, abort etdirdikdən sonra bakirəlik pərdəsinin bərpası üçün də müraciət edənlər var.

Əfsuslar olsun ki, ölkəmizdə həyat yoldaşının, qayınana və digər ailə üzvlərinin təzyiqi ilə hamiləliyini sonlandırmaq qərarı alan qadınlarımız da sayı az deyil. Bu kimi müzakirələrin aparıldığı sosial şəbəkə qruplarından da məlum olduğu kimi, ailələr hələ də qız uşaqlarını abort etdirməyə meyillidir.

Psixoloqlar abort qərarının qadınlara psixoloji baxımdan böyük təsir etdiyini vurğulayır. Xüsusilə də narkozsuz əməliyyatlarda qadının ağrını hiss etməsi onda travma təsiri yaradır. Hamiləliyini könüllü şəkildə sonlandırmaq istəyən qadının qərarına hörmət edilməli, yaxınları tərəfindən lazımi dəstək verilməlidir. Bəzi hallarda əməliyyatın təsiri qadında depresiya və digər psixoloji problemlərə yol açır ki, bu zaman da psixoloq məsləhəti vacib olur./qafqazinfo/


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 6180   Tarix: 15 sentyabr 2016  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Azərbaycanda istehsal ediləcək avtomobillərin qiyməti açıqlandı - 17 min manata...

Hacıqabul Sənaye Məhəlləsində istehsal ediləcək minik avtomobillərinin qiyməti 17-20 min manat təşkil edəcək. Bu barədə "Azərbaycan Avtomobil İstehsalçıları Assosiasiyası" İctimai Birliyinin rəhbəri Emin Axundov deyib. "Minik avtomobillərinin növbəti aydan satışa çıxarılması planlaşdırılır

18.09.2021 1109
.

Azərbaycanda koronavirusa yoluxanların SAYI AÇIQLANDI: 29 nəfər ÖLDÜ - FOTO

Son sutkada Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2 042 yeni yoluxma faktı qeydə alınıb, 3 224 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 29 nəfər vəfat edib. İndiyədə

18.09.2021 2874
.

Gəncədə avtomobillər toqquşdu: Ölən və yaralananlar var - FOTO

Gəncə şəhərində yol-nəqliyyat hadisəsi baş verib. Hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb. Belə ki, hərəkətdə olan VAZ-21 015 markalı minik avtomobili ilə KİA markalı avtomobil toqquşub. Daha sonra avtomobillərdən biri yoldan keçən iki piyadanı vurub. Onlardan biri ölüb, digəri is

18.09.2021 789
.

Maqsud Mahmudov Ukraynada tutularaq Azərbaycana gətirildi - RƏSMİ

2020-ci ilin yanvar ayının 10-dan Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu bu il iyul ayında Ukrayna Respublikası ərazisində tutulub. Bu barədə Baş Prokurorlu

18.09.2021 2678
.

İstirahət gününün havası açıqlandı

Sentyabrın 19-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 18-21 isti, gündüz 25-28 isti

18.09.2021 459
.

Nəriman Abbasov Həbib Nurməhəmmədovun qohumuna nokautla qalib gəldi - VİDEO

Bu gecə Moskvada rusiyalı sabiq UFC çempionu Həbib Nurməhəmmədovun atası Əbdülmanaf Nurməhəmmədovun xatirəsinə həsr edilən turnir keçirilib. xəbər verir ki, yarış çərçivəsində azərbaycanlı döyüşçü Nəriman Abbasov rusiyalı Şamil Zavurovla qarşılaşıb. Abbasov rəqibini ilk raunddaca nokauta salıb. Qey

18.09.2021 831
.

Nazirdən məktəblərdə şagird sıxlığı ilə bağlı AÇIQLAMA - VİDEO

Təhsil naziri Emin Əmrullayev bəzi məktəblərdə sıxlığın yaranmasına aydınlıq gətirib. Nazir Baku TV-yə eksklüziv müsahibəsində bildirib ki, Azərbaycanda valideynə övladı üçün həm məktəb, həm də müəllim seçmək hüququ verilib:. "Valideyn elektron qeydiyyatdan keçdikdən sonra bütün sinifləri sistemd

18.09.2021 1643
.

Şairdən Üzeyir Hacıbəyliyə qəribə təbrik: "Bunu sənə bağışlamaq olmur..."

"Xöşbəxt adamsan ki, Azərbaycan musiqisinin bu gününü görmədin". Qaynarinfo xəbər verir ki, bunu nəğməkar şair, Əməkdar İncəsənət Xadimi Baba Vəziroğlu dahi bəstəkar Üzeyir Hacıbəylini ad günü ilə əlaqədar təbrikdə yazıb. Şair bildirib ki, Üzeyir bəyin vaxtsız ölümü ilə Azərbaycan musiqis

18.09.2021 3544
.

Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"

Türkiyə milli müdafiə naziri Hulusi Akar Qazilər Günü münasibətilə təşkil edilən mərasimdə Azərbaycana dəstək çıxışı edib. Bu barədə məlumat Türkiyə Milli Müdafiə Nazirliyinin rəsmi saytında yerləşdirilib. Qəhrəman Türkiyə ordusunun sivilizasiyanın və tarixin yüklədiyi məsuliyyət hissi ilə dost və qarda

18.09.2021 233
.

TOP MP3