Rəqsanə türkiyəli musiqiçiyə 16 min dollar "atdı" - Musiqiçidən səfirliyə ŞİKAYƏT

Rəqsanə türkiyəli musiqiçiyə 16 min dollar "atdı" - Musiqiçidən səfirliyə ŞİKAYƏTTürkiyəli musiqiçi Caner Tepecik müğənni Rəqsanə İsmayılova ilə bağlı şikayət edib.

Axşam.az-a açıqlama verən C.Tepecik ifaçı ilə işbirliyi qurduğunu, amma pulunu ala bilmədiyini deyib.

O bildirib ki, Rəqsanə mahnılarının hazırlanması üçün 16 min dollar ödəməlidir:

"Azərbaycanda musiqiçi Hacı Nazim Məmmədovla çalışıram. 3 ay əvvəl Nazim mənə zəng etdi ki, sənətçi dostum var, onun 4 mahnısını aranjiman etmək lazımdır. Həmin ərəfədə çox işim varıydı, Emrahın serialının musiqilərini aranjiman edirdim. Nazimin sözünü yerə sala bilmədim, o, çox dəyər verdiyim, sözünə sadiq olan dostlarımdan biridir. Əlimdəki işlərə ara verib, gün ərzində iş saatımı 20-yə qaldırdım. 4 mahnını aranjiman edib, göndərdim. Nazimlə belə işləyirik ki, mahnını aranjiman edib göndərirəm, pulun yarısını mənə ödəyirlər. Aranjimanı dinləyib, geri göndərir, üzərinə başqa musiqi alətlərini canlı çaldırıb hazırlayıram, 1 gün sonra pulum butöv formada ödənilir.

Bir mahnını normal halda 3-4 günə hazırlayıb bitiririk. Mən pulumu aldıqdan sonra, müğənni istədiyi vaxt oxuya bilər. Rəqsanə xanıma 4 mahnı hazırladım. Nazimin sözünü yerə sala bilmədiyim üçün mahnını göndərdim, pulun yarısı ödənilməliydi, olmadı. Mən mahnını tam hazırlayıb verdim. 1 ay sonra mənə pulu bütöv ödəyə bilməyəcəyini, hər həftə bir az verəcəyini dedi. Nazimdən soruşdum, o da kömək etməyimi istədi. Rəqsanə xanımın bu istəyi ilə də razılaşdım. Etdiyim işin yarısının yarısından az – 2500 dollar ödənildi. Ümumilikdə 16000 dollar ödənməlidir".

C.Tepecik R.İsmayılovanın ona hədə-qorxu gəldiyini bildirib:

"Mən də hər dəfə Nazimə zəng edirəm. Musiqiçi adamam, duyğusal insanam, özümü pis hiss etməyə başladım. Bundan əvvəl nə Nazimlə, nə də İstanbulda başqa müğənni ilə belə hadisə yaşamamışam. Türkiyənin ən məşhur simaları ilə işləmişəm, bu cür hərəkət görməmişəm.

Əlimdəki bütün işi atıb, Rəqsanə xanıma xidmət göstərdim. Pulum hələ də ödənilmir. Hər dəfə bir bəhanə uydurdu, hər dəfə "yaxşı" dedim, beləcə, 3 ay keçib.

Nazimə zəng vurub dedim ki, xəbərin olsun, Azərbaycanın Türkiyədəki səfirliyinə və Türkiyənin Azərbaycandakı səfirliyinə şikayət edəcəyəm. Rəqsanə xanım bunu eşidəndə, bizi mafiya ilə hədələdi.

Nazimə dedim ki, qardaşım, bəlkə biz səhv edirik, bizə borcu olan odur, yoxsa biz ona pul verməliyik?

Dostum mənim yanımda çox pis vəziyyətə düşdü, kaş bu halı yaşamazdıq. Amma buradan da deyirəm, Rəqsanə xanımla bağlı lazımi orqanlara müraciət edəcəyəm".

Musiqiçi əlavə edib ki, o, Azərbaycandan Abbas Bağırov, Zarina, Elton, Röya Ayxan, Günay İbrahimli kimi müğənnilərlə çalışıb, heç biri ilə problem yaşamayıb.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 7689   Tarix: 08 sentyabr 2016  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"O səs Türkiyə"nin münsifləri açıqlandı

Türkiyənin məşhur aparıcısı, TV 8-in rəhbəri Acun Ilıcalı "O səs Türkiyə"nin yeni mövsümdəki münsiflərini açıqlayıb. xəbər verir ki, münsif kürsüsündə Ebru Gündeş, Oğuzhan Koç, Bəyazid Öztürk və Murad Boz əyləşəcək. Qeyd edək ki, yarışmanın çəkilişlərinə noyabrda başlanılacaq

15.09.2021 2403
.

Afət Fərmanqızı qısa "şortik"də DİQQƏT ÇƏKDİ - FOTOLAR

Müğənni Afət Fərmanqızı istirahətə yollanıb. xəbər verir ki, müğənni istirahətindən sosial media hesabında paylaşımlar edib. Paylaşdığı fotolarda Afətin qısa şortikdə olması diqqətdən yayınmayıb. Həmin fotoları təqdim edirik:

16.09.2021 7310
.

Ayrıldıqdan 1 ay sonra yeni sevgili tapdı

Türkiyəli sosyal medya fenomeni Danla Bilic dünyanın öndə gələn kosmetik vasitələrini və ətirlərini ölkəyə gətirən şirkətin idarə heyətinin üzvü Yusuf Enginlə eşq yaşayır. Axşam.az türk mediasına istinadən xəbər verir ki, cütlük ötən gecə müğənni Ece Seçkinin toyundan sonra "Gizli qalsın" adl

16.09.2021 2059
.

Zamiqin oğlunun ad günündən - FOTO

Müğənni Zamiq Hüseynovun oğlu Zeynin 2 yaşı tamam olub. Axşam.az-a istinadən xəbər verir ki, sənətçi övladı ilə obyektiv qarşısına keçib. Zamiq birlikdə çəkdirdikləri şəkilləri izləyiciləri ilə bölüşüb. İfaçı paylaşımına "Sən nə böyük sevgisən. Ad günün mübarək, əziz oğlum" qısa şərhini yazı

18.09.2021 5961
.

Tünzalə Ağayevanın formada qalma sirri - Fotolar

Xalq artisti Tünzalə Ağayeva son günlər görünüşündəki dəyişikliklərlə gündəmə gəlir. Axşam.az xəbər verir ki, müğənni əvvəlcə sarı saçlarını tünd rəngə boyadı. Daha sonra isə onların düz görünüşünü buruqlu düzümlə əvəzləyib. T.Ağayeva eyni zamanda cəsarətli geyimləri ilə də gündəmdən düşmür. İfaçı İnstaqramı

17.09.2021 2993
.

Validə Abbasova Yunanıstanda belə dincəlir - FOTOLAR

"Miss milenium" gözəli Validə Abbasova yay tətilini Yunanıstanda keçirib. Axşam.az-a istinadən xəbər verir ki, keçmiş model gəzinti fotolarını İnstaqramda izləyiciləri ilə bölüşüb. Abbasovanın formada qalması isə izləyicilərinin diqqətini çəkib. Onlar modelə bunla bağlı suallar ünvanlayıblar

17.09.2021 2305
.

Səyyad Əlizadə ECMO cihazına qoşuldu - YENİLƏNİB

Koronavirusa yoluxan sənətçi Səyyad Əlizadə ECMO cihazına qoşulub. Bu barədə -a onun qohumu Razim Qasımov məlumat verib. O bildirib ki, sənətçinin ağciyərlərinin yalnız 30 faizi çalışır:. "Ciyərlərin 70 %-də buzlu şüşə aşkarlanıb. Müalicəsi davam etdirilir. Süni koma vəziyyətində saxlanılır"

17.09.2021 4147
.

Özcan Dəniz hakim qarşısına çıxdı

Keçmiş həyat yoldaşı Feyza Aktana şiddət göstərməsi səbəbi ilə məhkəməlik olan türkiyəli aktyor Özcan Dəniz hakim qarşısına çıxıb. Axşam.az-a istinadən xəbər verir ki, 1 il 6 ay həbsi tələb olunan aktyor Feyza Aktanın yalan dediyini bildirib:. "Övladımın qəyyumluğunu istədiyim üçün məni çətin vəziyyət

16.09.2021 1271
.

Damla plastik əməliyyatdan sonra - FOTOLAR

Müğənni Damladan xəbər var. xəbər verir ki, Damla buxaq əməliyyatından sonra yeni fotolarını sosial media hesabında paylaşıb. izləyiciləri onun yeni görünüşünü bəyənərək xoş rəylər yazıblar. Həmin fotoları təqdim edirik:

16.09.2021 9193