Bakıda sevgilisi ilə birləşib ərini qətlə yetirən qadının FOTOLARI
Dünən Bakı Ağır Cinayətlər Məhkəməsində sevgilisi ilə birlikdə ərini güllələyib sonra doğrayaraq basdıran Lalə Mahmudova və sevgilisi Sədi Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Hakim Əfqan Hacıyevin sədrliyi ilə ilkin baxış iclası keçirilib.
Təqsirləndirilən Lalə Mahmudova ifadə verib. Bu zaman proses qapalı keçirilib. Onun ifadəsi başa çatdıqdan sonra iclas açıq elan olunub.
Mərhum Kamran Mahmudovun qardaşı Elçin Mahmudov ifadə verərək cinayətin üstünü necə açdığını danışıb: "Mən qardaşımla danışanda ona dedim sənə lazımdı ki, telefonlarını söndürüb gedib dincələsən. Bu, pul söhbətinə görə idi. Evdən 12 min pul itmişdi. Kamrana zəng çatmayanda dediyim bu söz yadıma düşdü, dedim yəqin gedib. Laləyə zəng etdim, dedi mən çıxanda evdə idi, qayıdanda gördüm yoxdu. Pasportunu da yoxa çıxarmışdı. Bir-iki nəfərə zəng etdim, dedilər Kamran ölkədən çıxmayıb. Bundan sonra mən bildim ki, məsələ başqadı. Kamran Lalə ilə söhbət vaxtı ona deyib ki, səni boşayıram, belə bir fikri var idi. Nəysə, xalam oğlanları gəldi, 102-yə zəng edib, məlumat verdik. Sonra 27-ci Polis Bölməsinin əməkdaşı ilə evdə yoxlanış apardıq. Mənzilə girən kimi Lalənin anası üstümə cumdu. Mənlə pul söhbəti edirdi. Orda söz işlətdi ki, "Kamran sizdən çox bizə lazım idi". Biz fikir vermədik ki, bu keçmiş zamanda deyir. Polis də gördü hay-küydü, dedi gedək. Ordan çıxanda xalam oğlu gördü ki, kamera var. Sahibindən xahiş etdik görüntüləri diskə köçürüb verdi. Səhərə qədər oturub baxdım, səhər də aparıb polisə verdim, düşüb-çıxmaqlarını da göstərdim. Lalə zəng eləyirdi tez-tez ki, diskdə nəsə çıxdı? Dedim yox, qaranlıqdı görünmür.
Videoda görünür ki, əvvəl qardaşım, bir neçə dəqiqə sonra Sədi maşınla gəlir. Qalanını da polis etdi, İsmayıllıya da onlar getdi. Bunların hər ikisinə maksimum cəza verilməsini istəyirəm".
Sədi Məmmədovun qardaşı Əli Məmmədov ifadə verərək mərhum K.Mahmudovun necə basdırıldığını danışıb:
"Sentyabr ayı idi, Sədi zəng edib dedi ki, ona ağac gətirəcəklər, yer qazıb hazırlayım. Mən də düzəltdim. Sədi gəldi, bir az oturdu, sonra çıxıb getdi. 1-2 gün sonra həmin yerə baxanda gördüm qazdığım çala doldurulub. Dedim yəqin heyvan düşməmək üçün özü doldurub. Gecə gördüm səs gəlir. Bağa çıxdım, gördüm çoxlu maşın var. Dedim "mən bağın sahibiyəm, burda nolub?" Məni içəri apardılar, dedilər qardaşın adam öldürüb, mən huşumu itirdim.
Sonra Sədi ilə məni üzləşdirdilər. Sədi mənə dedi "Get o qazdığın yerdə salofandadı". Gəldim, polislər qazdı, həqiqətən də salofanda nəsə var idi. Evi də axtarandan sonra məni buraxdılar".
Məhkəmə prosesi sentyabrın 20-də davam etdiriləcək./qafqazinfo/


BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 6010 Tarix: 07 sentyabr 2016
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Şimşək çaxıb, leysan yağıb
Ölkə ərazisində hökm sürən faktiki hava açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, saat 21.00-a olan məlumata əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Sarıbaş(Qax), Sahdağ, Zaqatala
17.09.2021 1179 Cənub bölgəsi ilə bağlı "12-dən sonra işləmir" deyimi haradan yaranıb?
Niyə bəziləri talışlar haqqında "saat 12-dən sonra işləmir" ifadəsini istifadə edirlər?. xəbər verir ki, bu barədə aparıcı, nitq təlimçisi Cəlalə Nəzəroğlu sosial şəbəkədə paylaşım edib. O bildirib ki, bu deyim talışların fiziki işlərinə görə yaranıb:. "Çox təəssüf ki, bizdə bəziləri insanlar
18.09.2021 1826 Üzeyir Hacıbəylinin doğum günü Şuşada qeyd olunacaq
Bu gün Azərbaycan xalqının dahi oğlu, musiqi mədəniyyətimizin korifeyi Üzeyir Hacıbəylinin doğum günüdür. xəbər verir ki, 1995-ci ildə isə ümummilli lider Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərar
18.09.2021 381 Maqsud Mahmudov Ukraynada tutularaq Azərbaycana gətirildi - RƏSMİ
2020-ci ilin yanvar ayının 10-dan Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu bu il iyul ayında Ukrayna Respublikası ərazisində tutulub. Bu barədə Baş Prokurorlu
18.09.2021 2678 Şairdən Üzeyir Hacıbəyliyə qəribə təbrik: "Bunu sənə bağışlamaq olmur..."
"Xöşbəxt adamsan ki, Azərbaycan musiqisinin bu gününü görmədin". Qaynarinfo xəbər verir ki, bunu nəğməkar şair, Əməkdar İncəsənət Xadimi Baba Vəziroğlu dahi bəstəkar Üzeyir Hacıbəylini ad günü ilə əlaqədar təbrikdə yazıb. Şair bildirib ki, Üzeyir bəyin vaxtsız ölümü ilə Azərbaycan musiqis
18.09.2021 3544 "Su çənimizi yığışdırdılar ki, şəhərin gözəlliyini pozur..." - Daha bir SU PROBLEMİ - ŞİKAYƏT - AÇIQLAMA
ın redaksiyasına su ilə bağlı növbəti şikayət daxil olub. Belə ki, Təhminə Babayeva adlı şikayətçinin sözlərinə görə, Nizami rayonu "Naxçıvanski" 94B ünvanında gündüz saat 11-də suyu azalda-azalda tam kəsirlər, axşamüstü 6, 7-də yenidən açırlar:. "Gecə 12-yə işləmiş isə yenə kəsirlər
18.09.2021 880 Türkiyədə təlimlərdə iştirak edən Azərbaycan hərbçilərinin bir qrupu Vətənə qayıdıb
Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında illik hərbi əməkdaşlıq planına əsasən keçirilən "TurAz Şahini - 2021" birgə taktiki-uçuş təlimində iştirak edən Azərbaycan Hərbi Hava Qüvvələrinin bir qrup heyəti və aviasiya vasitələri Vətənə qayıdıb. Bu barədə BİG.AZ-a Müdafiə Nazirliyində
18.09.2021 254 Nəriman Abbasov Həbib Nurməhəmmədovun qohumuna nokautla qalib gəldi - VİDEO
Bu gecə Moskvada rusiyalı sabiq UFC çempionu Həbib Nurməhəmmədovun atası Əbdülmanaf Nurməhəmmədovun xatirəsinə həsr edilən turnir keçirilib. xəbər verir ki, yarış çərçivəsində azərbaycanlı döyüşçü Nəriman Abbasov rusiyalı Şamil Zavurovla qarşılaşıb. Abbasov rəqibini ilk raunddaca nokauta salıb. Qey
18.09.2021 831 Azərbaycanda istehsal ediləcək avtomobillərin qiyməti açıqlandı - 17 min manata...
Hacıqabul Sənaye Məhəlləsində istehsal ediləcək minik avtomobillərinin qiyməti 17-20 min manat təşkil edəcək. Bu barədə "Azərbaycan Avtomobil İstehsalçıları Assosiasiyası" İctimai Birliyinin rəhbəri Emin Axundov deyib. "Minik avtomobillərinin növbəti aydan satışa çıxarılması planlaşdırılır
18.09.2021 1109