Şəhidimizin adını daşıyan məktəbin "qara üzü" - FOTOLAR

Şəhidimizin adını daşıyan məktəbin "qara üzü" - FOTOLAR300-ə yaxın şagird təhsilini acınacaqlı vəziyyətdə davam etdirmək məcburiyyətindədir

BiG.AZ xəbər verir ki, Lənkəran rayonu Siyavar kəndində yerləşən şəhid Faiq İbrahimov adına orta məktəb bu il də biabırçı, bərbad vəziyyətdə öz şagirdlərini qarşılayacaq. Adı çəkilən məktəbin sinfi otaqları, dam örtüyü, qapıları bərbad, sınıq-salxaq, dəlmə-deşik haldadır. Rəsmi sənədlərə görə, təxminən 1924-cü ildə tikilən məktəbdə bu günə qədər yalnız bir neçə dəfə kosmetik təmir işləri aparılsa da, qəzalı vəziyyəti aradan qaldırılmayıb, siniflər rütubətlik üzündən xəstəlik mənbəyinə çevrilib. Bu barədə redaksiyamıza müraciət edən kənd sakini İlqar Hacıyevin sözlərinə görə məktəbin acınacaqlı vəziyyəti haqqında dəfələrlə aidiyyatı orqanlara müraciət etsələr də bir nəticə yoxdur: "Məktəbin təxminən 300-ə yaxın şagirdi var. Siniflərdəki rütubətlik uşaqlarda astma xəstəliyi yaradır. Astma xəstəliyindən əziyyət çəkən 9 şagirdin valideyni övladlarını başqa məktəbə qoymaq məcburiyyətində qalıb.

Məsələni aidiyyatı orqanlara bildiririk, bizə deyirlər ki, tezliklə təzə məktəb tikiləcək. Amma bu günə qədər yeni məktəb tikilmir. Dəfələrlə şikayət etdikdə isə bizi qorxudub bildirirlər ki, "onda uşaqlarınızı qonşu məktəbə göndərəcəyik".

İlqar Hacıyevin sözlərinə görə, 2005-2006-cı illərdə məktəb nisbətən təmir olunub, amma sadəcə döşəməsi dəyişdirilib, divarlarına əhəng vurulub. Bir sözlə, əsaslı təmir aparılmayıb: "Müəllim və valideynlər məcbur qalıb öz hesablarına qismən də olsa çatışmazlıqları düzəltməyə çalışırlar. Qış vaxtı uşaqlar evlərindən odun gətirməyə məcburdurlar. Məktəbin ayaqyolundan isə söhbət gedə bilməz. Tamamilə yarasız və qəzalı halındadır. Bəlkə də etik olmayacaq, amma onu da qeyd edim ki, müəllim kollektivi bunun üçün qonşulara getmək məcburiyyətində qalırlar.

Artıq yeni dərs ilinin başlanmasına sayılı günlər qalıb, lakin nə icra hakimiyyəti, nə kənd bələdiyyəsi bu məsələ ilə maraqlanmaq istəmirlər, problemi həll etməyi öz boyunlarına götürmürlər. Bu il də övladlarımızın acınacaqlı, qəzalı vəziyyətdə olan məktəbdə təhsil alması bizi çox narahat edir. Ümid edirik ki, bəlkə bu məsələ ictimailəşdikdən sonra, aidiyyatı orqanlar hərəkətə keçər".

Mövzu ilə bağlı Təhsil Nazirliyinin, Lənkəran RİH-nin mövqeyini dərc etməyə hazırıq. (musavat.com)
Şəhidimizin adını daşıyan məktəbin "qara üzü" - FOTOLARŞəhidimizin adını daşıyan məktəbin "qara üzü" - FOTOLARŞəhidimizin adını daşıyan məktəbin "qara üzü" - FOTOLAR


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1918   Tarix: 04 sentyabr 2016  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Şimşək çaxıb, leysan yağıb

Ölkə ərazisində hökm sürən faktiki hava açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, saat 21.00-a olan məlumata əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Sarıbaş(Qax), Sahdağ, Zaqatala

17.09.2021 1179
.

Cənub bölgəsi ilə bağlı "12-dən sonra işləmir" deyimi haradan yaranıb?

Niyə bəziləri talışlar haqqında "saat 12-dən sonra işləmir" ifadəsini istifadə edirlər?. xəbər verir ki, bu barədə aparıcı, nitq təlimçisi Cəlalə Nəzəroğlu sosial şəbəkədə paylaşım edib. O bildirib ki, bu deyim talışların fiziki işlərinə görə yaranıb:. "Çox təəssüf ki, bizdə bəziləri insanlar

18.09.2021 1826
.

Üzeyir Hacıbəylinin doğum günü Şuşada qeyd olunacaq

Bu gün Azərbaycan xalqının dahi oğlu, musiqi mədəniyyətimizin korifeyi Üzeyir Hacıbəylinin doğum günüdür. xəbər verir ki, 1995-ci ildə isə ümummilli lider Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərar

18.09.2021 381
.

Maqsud Mahmudov Ukraynada tutularaq Azərbaycana gətirildi - RƏSMİ

2020-ci ilin yanvar ayının 10-dan Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu bu il iyul ayında Ukrayna Respublikası ərazisində tutulub. Bu barədə Baş Prokurorlu

18.09.2021 2678
.

Şairdən Üzeyir Hacıbəyliyə qəribə təbrik: "Bunu sənə bağışlamaq olmur..."

"Xöşbəxt adamsan ki, Azərbaycan musiqisinin bu gününü görmədin". Qaynarinfo xəbər verir ki, bunu nəğməkar şair, Əməkdar İncəsənət Xadimi Baba Vəziroğlu dahi bəstəkar Üzeyir Hacıbəylini ad günü ilə əlaqədar təbrikdə yazıb. Şair bildirib ki, Üzeyir bəyin vaxtsız ölümü ilə Azərbaycan musiqis

18.09.2021 3544
.

"Su çənimizi yığışdırdılar ki, şəhərin gözəlliyini pozur..." - Daha bir SU PROBLEMİ - ŞİKAYƏT - AÇIQLAMA

ın redaksiyasına su ilə bağlı növbəti şikayət daxil olub. Belə ki, Təhminə Babayeva adlı şikayətçinin sözlərinə görə, Nizami rayonu "Naxçıvanski" 94B ünvanında gündüz saat 11-də suyu azalda-azalda tam kəsirlər, axşamüstü 6, 7-də yenidən açırlar:. "Gecə 12-yə işləmiş isə yenə kəsirlər

18.09.2021 880
.

Türkiyədə təlimlərdə iştirak edən Azərbaycan hərbçilərinin bir qrupu Vətənə qayıdıb

Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında illik hərbi əməkdaşlıq planına əsasən keçirilən "TurAz Şahini - 2021" birgə taktiki-uçuş təlimində iştirak edən Azərbaycan Hərbi Hava Qüvvələrinin bir qrup heyəti və aviasiya vasitələri Vətənə qayıdıb. Bu barədə BİG.AZ-a Müdafiə Nazirliyində

18.09.2021 254
.

Nəriman Abbasov Həbib Nurməhəmmədovun qohumuna nokautla qalib gəldi - VİDEO

Bu gecə Moskvada rusiyalı sabiq UFC çempionu Həbib Nurməhəmmədovun atası Əbdülmanaf Nurməhəmmədovun xatirəsinə həsr edilən turnir keçirilib. xəbər verir ki, yarış çərçivəsində azərbaycanlı döyüşçü Nəriman Abbasov rusiyalı Şamil Zavurovla qarşılaşıb. Abbasov rəqibini ilk raunddaca nokauta salıb. Qey

18.09.2021 831
.

Azərbaycanda istehsal ediləcək avtomobillərin qiyməti açıqlandı - 17 min manata...

Hacıqabul Sənaye Məhəlləsində istehsal ediləcək minik avtomobillərinin qiyməti 17-20 min manat təşkil edəcək. Bu barədə "Azərbaycan Avtomobil İstehsalçıları Assosiasiyası" İctimai Birliyinin rəhbəri Emin Axundov deyib. "Minik avtomobillərinin növbəti aydan satışa çıxarılması planlaşdırılır

18.09.2021 1109
.

TOP MP3