DİQQƏT! "Qarabağda yeni müharibə başlaya bilər"

DİQQƏT! "Qarabağda yeni müharibə başlaya bilər""Yeni Qarabağ müharibəsinin başlanması mümkündür. Bunu təhlükə də, şans da adlandırmaq olar"

BiG.AZ bildirir ki, bunu musavat.com-a politoloq Eldar Namazov deyib. O, bildirib ki, bu Azərbaycan üçün daha çox şans hesab olunmalıdır: "İkinci Qarabağ savaşı da, üçüncü dünya müharibəsi də ola bilər. Torpaqları ya müharibə yolu ilə qaytaracağıq, ya da ermənilər mərhələli həll planına razılıq verməli olacaqlar. İndi Ermənistanın daxilində çox maraqlı proseslər gedir. Hamı başa düşür ki, bu iki yoldan biri olmalıdır. Ermənilər bilirlər ki, müharibə yolu seçilsə də işğal etdikləri rayonlardan çıxmalı olacaqlar.

Ancaq Ermənistanda maraqlı bir situasiyadır. Dünənə qədər mərhələli həll planına üstünlük verən siyasi qüvvələr, bütün müxalifət birləşib Serj Sərkisyanı sıxır ki, bir qarış da olsun torpaq qaytarmaq olmaz. Onların bir qismini Sərkisyan özü təşkil edir ki, Moskvaya göstərsin...

Amma bir qismi Sərkisyanı həqiqətən küncə sıxır ki, torpaq qaytarmaq olmaz. Ermənistan müxalifətinin bu davranışının arxasında əslində Sərkisyanı devirmək planı dayanır. Onlar bilirlər ki, Sərkisyan mərhələli plana imza atsa, bu addım onun hakimiyyətini möhkəmləndirəcək. Çünki mərhələli plan real kompromisdir və Ermənistanı da, Azərbaycanı da qane edir. Müxalifət başa düşür ki, mərhələli həll planına imza atılsa, Azərbaycanla da, Türkiyə ilə də sərhədlər açılacaq, Dağlıq Qarabağda yaşayan ermənilərə də təminatlar veriləcək, Ermənistanın iqtisadi vəziyyəti güclənəcək və hakimiyyət möhkəmlənəcək. Ermənistan müxalifəti bilir ki, onsuz da 7 rayon Azərbaycana qaytarılmalıdır. Sadəcə olaraq, düşünürlər ki, bu, müharibə yolu ilə olanda Serj Sərkisyanı hakimiyyətdən asanlıqla yıxa biləcəklər. Ona görə də mərhələli həll planına qarşı çıxırlar ki, yeganə yol müharibə yolu qalsın. Onu da bilirlər ki, mərhələli həll planına imza atmaqdan qəti imtina etsə, Moskva da Sərkisyandan üz döndərə bilər, Azərbaycana "Sərkisyan başa düşmür, onu siz başa salın" mesajı verər və nəticədə Azərbaycan ordusu Qarabağda hərbi əməliyyatlara başlayar, sürətlə torpaqları azad edər. Bunun nəticəsində isə Serj Sərkisyan hakimiyyətdə duruş gətirə bilməz".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1986   Tarix: 31 avqust 2016  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

COP29 zamanı faəliyyət göstərəcək dövlət və özəl xəstəxanaların ilkin siyahısı müəyyənləşib

COP29 zamanı tibbi xidmətin təminatçısı qismində cəlb olunacaq dövlət və özəl tibb müəssisələrinin ilkin siyahısı müəyyənləşib. "Report" xəbər verir ki, bu barədə səhiyyə naziri Teymur Musayev BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29

04.05.2024 170
.

XİN: NATO proqramına qoşulmağımız ölkəmizin sülhün təşviqinə davamlı sadiqliyinin təzahürüdür

Azərbaycanın NATO-nun Sülh Naminə Tərəfdaşlıq proqramına qoşulması ölkənin sülhün təşviqinə davamlı sadiqliyinin təzahürüdür. "Report" xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin "X" hesabında yazılıb. "Bu gün, 30 il əvvəl Azərbaycan NATO-nun Sülh Naminə Tərəfdaşlı

04.05.2024 155
.

Əli Əsədov Türkiyəyə səfər edəcək

Azərbaycan və Türkiyə arasında may ayının 8-də Ankarada iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 11-ci iclası və biznes-forumu keçiriləcək. Bu barədə Türkiyənin Ankara Sanayi Odasından (Ankara Sənaye Palatası) məlumat verilib. Bildirilib ki, "Türkiyə-Azərbaycan Hökumətləraras

04.05.2024 147
.

Braziliyada daşqınlar nəticəsində ölənlərin sayı artıb

Braziliyanın cənubundakı Rio-Qrandi-du-Sul ştatında baş verən güclü daşqınlar nəticəsində 39 nəfər ölüb, 68 nəfər itkin düşüb. Rio-Qrandi-du-Sul həftənin əvvəlindən güclü yağışlar davam edir. Bu günə qədər 350 mindən çox insan təbii fəlakətdən zərər çəkib. Hazırda onminlərlə yerli sakin evlərini tər

04.05.2024 128
.

Uşaqpulu ilə bağlı açıqlama: Ayda hər ailəyə 100 manat…

İstər ərzaq, istər geyim, istərsə də digər məhsullar xeyli bahalaşıb. Bir çox ailələr aylıq xərclərin çox, gəlirlərin isə az olduğunu deyir. Bu səbəbdən də uşaqpulunun yenidən verilməsinə ümid edirlər. Hətta deputat Sabir Rüstəmxanlı da müsahibələrinin birində hökumətin uşaqpulu verməsinin tərəfdar

04.05.2024 461
.

Türkiyə şəhid verdi

Türkiyə Ordusunun hərbçisi şəhid olub. "Qafqazinfo" xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb. Qeyd olunur ki, ötən gün "Pençe" əməliyyatı bölgəsindəki posta ildırım düşməsi nəticəsində Türkiyə Silahlı Qüvvələrinın hərbi qulluqçusu Ata Göçmen yaralanara

04.05.2024 211
.

Erməni diasporu Paşinyanı hədələdi

Almaniyadakı Ermənilərin Mərkəzi Şurası Tavuşda (Tovuzqala) həyata keçirilən sərhədin "qanunsuz" demarkasiyası və delimitasiyası ilə bağlı narahatlığını bildirir. Bu barədə Ermənistan KİV məlumat yayıb. "Paşinyan hakimiyyəti bu dağıdıcı siyasəti davam etdirsə və narahatlığımıza məhəl qoymasa

04.05.2024 178
.

Gürcü ekspert: Qərb və ABŞ ölkəmizdə çevriliş niyyətindədir - RƏY

Gürcüstan hazırda müstəqilliyini qorumaq üçün mübarizə aparır. "Xarici təsirin şəffaflığı haqqında" qanunu da məhz buna görə qəbul etmək istəyir. Azərbaycan nümunəsi isə tək Gürcüstan yox, bütün dünya üçün örnəkdir. Azərbaycan öz milli maraqlarını hər şeydən üstün tutur. Bu sözləri "Report"u

04.05.2024 82
.

Azərbaycanda güllələnərək öldürülən həkimin GÖRÜNTÜLƏRİ - TƏFƏRRÜAT

Şəkidə həmkəndlisi tərəfindən güllələnərək qətlə yetirilən həkim İsrafil Məmmədsoyun görüntüləri yayılıb. -ın məlumatına görə o, Baş Şabalıd Tibb Məntəqəsinin müdiri vəzifəsində çalışıb. 19:38. Şəkidə baş verən silahlı insidentin yeni təfərrüatı məlum olub. -ın əldə etdiyi məlumata görə, hadisə otla

04.05.2024 507