"Ayda 300 manat maaş alırdım..."- Cahangir Hacıyevin MƏHKƏMƏSİNDƏN

"Ayda 300 manat maaş alırdım..."- Cahangir Hacıyevin MƏHKƏMƏSİNDƏNBu gün Bakı Ağır Cinayətlər Məhkəməsində "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin İdarə Heyətinin həbsdə olan sabiq sədri Cahangir Hacıyev və digər 7 nəfərin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Prosesdə dövlət ittihamçısının suallarını cavablandıran təqsirləndirilən Azad Cavadov bildirib ki, C.Hacıyevlə tələbə yoldaşı olub, onun dəvəti ilə Fındıq Emalı Zavoduna direktor müavini, 2002-ci ildən isə direktor təyin edilib. A.Cavadov ondan əvvəl Beynəlxalq Bankdan 5 milyon manat kredit götürüldüyünü, girov olaraq müəssisənin qoyulduğunu deyib. Sonra ödəyə bilmədikləri üçün müəssisə bankın idrəetməsinə keçib.

İki gün ərzində 17 milyon manatın kredit götürülməsinə gəlincə, A.Cavadov bildirib ki, ona qarşı vergi borcu ilə bağlı cinayət işi başlanmışdı: "Vergi müfəttişləri tələb etdilər ki, vergi borcu ödənilməlidir. Mən bu barədə Cahangir Hacıyevə dedim və bankdan kredit götürdük. Həmin kreditlərlə ödənişi həyata keçirəndən sonra mənim üzərimdən cinayət işi götürüldü və sərbəst buraxıldım".

A.Cavadov sonra qayınanasının adına olan 816 min manat kreditə də aydınlıq gətirib: "Həmin krediti vəkilim Akif Məlikovun adına götürmüşdüm. Bir gün o dedi ki, kreditə soyuducu götürmək istəyir, həmin kreditə görə ona soyuducu vermirlər. Mən də həmin krediti qayınanamın adına keçirtdim".

Soyuq və odlu silah məsələsinə gəlincə isə o bildirib ki, xəncəri 10 il əvvəl qaynı Mərkəzi Univermaqdan alıb və ona hədiyyə verib: "Evimdə ikinci dəfə axtarış aparılanda həmin əşyanı soyuq silah adı ilə götürdülər. Halbuki evdə ondan böyük iki balta var".

Prokuror isə deyib ki, ekspert silahda A.Cavadovun əl izini aşkarlayıb.

Vəkillərin suallarını cavablandıran A.Cavadov deyib ki, Azərbaycan Beynəlxalq Bankından götürülən 60 milyon manat kredit müəssisənin genişləndirilməsinə yönəlib. Pulların xərclənməsinə isə Azərbaycan Beynəlxalq Bankı nəzarət edib. İttihamda həmin kredit məbləğindən 6 milyon manatın mənimsənilməsini isə A.Cavadov inkar edib: "Pul ödənilməsəydi, müəssisə bankda girovdan çıxmazdı. Müəssisə sonradan "Aqrarkredit"in nəzarətinə keçib".

Prokuror bildirib ki, A.Cavadova verilən ikinci ittiham 6 milyon manatla bağlı deyil, kreditlərin ödənilməməsi ilə əlaqədardır.

Prosesdə ifadə verən "İnter Security" MMC-nin əməkdaşı Nəriman Paşayev deyib ki, mağazadan kreditlə kompüter götürmək istəyərkən adına 1 milyon manat kredit olduğunu bildiriblər: "Mən ayda 300 manat maaş aldığım halda Beynəlxalq Bank mənə necə 1 milyon manat kredit verib?"

Şahidlər bildiriblər ki, onlar Azərbaycan Beynəlxalq Bankının rəhbərliyi tərəfindən tapşırıqla kredit müqaviləsinə imza atıb və pulların hara xərclənməsindən xəbərsiz olublar.

Şahidlərin sözlərinə görə, bu kreditlər onların adlarına rəsmiləşdirilib. Bəzi şahidlər, ümumiyyətlə, hansı sənədə nə üçün imza atdığını bilməyib.

Proses davam edir.

Qeyd edək ki, C.Hacıyev və digər 7 nəfər Cinayət Məcəlləsinin 179.3.1, 179.3.2 (mütəşəkkil dəstə tərəfindən külli miqdarda mənimsəmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda), 309.2 (vəzifə səlahiyyətlərini aşma ağır nəticələrə səbəb olduqda), 313-cü (vəzifə saxtakarlığı), 228.1 və 228.4-cü (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddələri ilə ittiham olunur./trend/


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1725   Tarix: 29 avqust 2016  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Müdafiə Nazirliyi həftəlik icmalını təqdim etdi - VİDEO

Müdafiə Nazirliyi ötən həftə baş vermiş hadisələrdən ibarət icmal hazırlayıb. Nazirliyin Mətbuat Xidməti tərəfindən hazırlanmış icmal video formatında yayımlanıb. Sözügedən videonu təqdim edirik:

22:30 0
.

KİV: Ukrayna defolt təhlükəsi ilə üzləşə bilər

Ukrayna avrobondlarının bir qrup xarici sahibləri Kiyevdən dövlət borcuna görə faiz ödənişlərinin 2025-ci ilə kimi bərpa olunmasını tələb etmək niyyətindədir. "Report" xəbər verir ki, bu barədə mənbələrə istinadən "The Wall Street Journal" məlumat yayıb. Kreditorlar komitəsinə Ukraynanı

20:50 104
.

Xoşqədəmlə Doğuş efirdə əkizlərinə ad günü etdi - VİDEO

Aparıcı Xoşqədəm Hidayətqızı və türkiyəli müğənni Doğuşun əkiz övladlarının 8 yaşı tamam olub. xəbər verir ki, cütlük oğulları üçün "Günaydın Azərbaycan" verilişində ad günü ediblər. Həmin görüntüləri təqdim edirik:

18:23 493
.

Böyük Britaniyanın mühafizəkarları regional seçkilərdə böyük məğlubiyyətlə üzləşiblər

Böyük Britaniyada hakim Mühafizəkarlar Partiyası mayın 2-də keçirilən regional seçkilərdə son onilliklərin ən səs-küylü məğlubiyyətlərindən birini alıb. "Report" xəbər verir ki, bu qiymətləndirməni İngiltərə üzrə 107 yerli özünüidarəetmə orqanlarından 102-də verilən səslərin hesablanmasını

11:50 134
.

Braziliyada daşqın nəticəsində ölənlərin sayı 56-ya çatıb

Braziliyanın cənubunda daşqın nəticəsində ölənlərin sayı 39-dan 56-ya yüksəlib. "Report" xəbər verir ki, bu barədə "CNN Brasil" telekanalı Uruqvayla sərhəddə yerləşən Rio Qrande-du-Sul ştatının Mülki Müdafiə Xidmətinə istinadən məlumat yayıb. Məlumata görə, 74 nəfər yaralanıb, 6

04.05.2024 224
.

Qandonduran OLAY: Cərrah qadını mişarla doğradı

Qvatemalada kosmetoloji klinikaların birində əməliyyatdan sonra dünyasını dəyişən xəstə Floridalma Rokenin meyiti çəlləkdə gizlədilib. Bu, onun yoxa çıxmasından bir il sonra məlum olub. Müəyyən olub ki, cərrah baş verənləri gizlətmək üçün qurbanın cəsədini parçalara ayırıb. Qadının meyitinin yeri həl

22:00 71
.

Uşaqpulu ilə bağlı açıqlama: Ayda hər ailəyə 100 manat…

İstər ərzaq, istər geyim, istərsə də digər məhsullar xeyli bahalaşıb. Bir çox ailələr aylıq xərclərin çox, gəlirlərin isə az olduğunu deyir. Bu səbəbdən də uşaqpulunun yenidən verilməsinə ümid edirlər. Hətta deputat Sabir Rüstəmxanlı da müsahibələrinin birində hökumətin uşaqpulu verməsinin tərəfdar

04.05.2024 1786
.

Nazir: Xalçaçılığın milli iqtisadiyyatda mövqeyinin möhkəmlənməsi dövlət tərəfindən daim dəstəklənir

Xalçaçılığın milli iqtisadiyyatda mövqeyinin möhkəmlənməsi dövlət tərəfindən daim dəstəklənir. "Report" xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkə hesabında yazıb. "Mədəni irsimiz olan xalçaçılıq sənətinin nümunələri zəngin məzmunu ilə xalqımızı

16:00 134
.

Cənubi Koreya ABŞ-ın kiber təlimlərində iştirak edəcək

Cənubi Koreyanın Kiber Əməliyyatlar Komandanlığı Şimali Koreyadan artan təhlükəsizlik təhdidləri fonunda ABŞ-ın rəhbərlik etdiyi çoxmillətli kiber təlimdə iştirak edəcək. "Report" xəbər verir ki, bu barədə Yonhap agentliyi məlumat yayıb. Qeyd olunub ki, Cənubi Koreyanın doqquz hərbi qulluqçus

20:40 96