58,5 milyon manat...Nazirlikdən ŞOK CƏRİMƏ

58,5 milyon manat...Nazirlikdən ŞOK CƏRİMƏ"Bu ilin 6 ayı ərzində yol-hərəkət qaydalarının pozulması nəticəsində 40,2 milyon manat məbləğində cərimələrin tətbiq edilməsi barədə məlumat həqiqəti əks etdirir. Məlumat üçün əlavə olaraq onu da deyə bilərəm ki, 8 ay ərzində isə respublika üzrə 2 100 000 yol hərəkəti qaydası əleyhinə olan inzibati xəta aşkarlanaraq sənədləşdirilib. Bu inzibati xətalara görə 58,5 milyon manat məbləğində cərimələr tətbiq edilib".

Bunu APA-ya açıqlamasında Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov bir sıra xəbər saytlarında statistik rəqəmlərə əsasən ilin altı ayı ərzində yol-hərəkət qaydalarının pozulması nəticəsində 40,2 milyon manat məbləğində cərimələrin tətbiq edilməsi barədə məlumatları şərh edərkən deyib.

E. Zahidov bildirib ki, qayda pozuntularının 65 faizi məhz foto-video qeydiyyat funksiyasına malik olan xüsusi texniki vasitələr tərəfindən tərtib edilən elektron protokollar olub.

"Yeri gəlmişkən daha bir məsələyə də münasibət bildirmək istərdim. Təəssüf ki, bəzən belə uğurlu nəticələri gözdən salmağa, DYP-nin fəaliyyətini qərəzli şərh etməyə və bununla da cəmiyyətdə guya çaşqınlıq yarada biləcəklərini düşünənlərə də rast gəlirik.

Məsələn, bəzi "hüquq müdafiəçiləri" ayrı-ayrı sosial şəbəkələrdə sözügedən məlumatda qeyd edilən rəqəmə - 40,2 milyon manata istinad edərək yol polisinin bu qədər qayda pozuntusu aşkar etməsi nəticəsində tətbiq edilən cərimələrin guya dövlət büdcəsinin doldurulmasına hesablanması barədə əsassız və cəfəng iddia irəli sürüblər. Əvvəla, hər kəsə aydındır ki, 40 yaxud 50 milyon manat respublikanın bugünkü büdcəsində olduqca kiçik rəqəmdir. İkincisi, dünyanın inkişaf etmiş bütün dövlətlərində olduğu kimi, ölkəmizdə də nəqliyyatın hərəkətinə həm də foto-video qeydiyyat funksiyasına malik ən müasir xüsusi texniki vasitələrin köməyi ilə nəzarət olunur. İnzibati xətaların əksəriyyəti də məhz bu qurğular vasitəsilə aşkarlanır və real vaxt rejimində elektron sənəd formasında tərtib edilir. Qərəzli statusların müəlliflərindən fərqli olaraq vətəndaşlarımız yaxşı başa düşür ki, bu qədər qayda pozuntusunun aşkarlanması eyni zamanda onlarla, bəlkə də yüzlərlə insanın həyatda qalması, şikəst, əlil olmaması, ailələrin yasa batmaması deməkdir. Məhz xüsusi texniki vasitələrdən səmərəli istifadənin, həmçinin yol-patrul xidməti əməkdaşlarının qayda pozuntularına qarşı apardıqları barışmaz mübarizənin nəticəsidir ki, yol-nəqliyyat hadisələrinin, belə qəzalarda ölən və yaralananların sayı gündən-günə azalır. Əgər keçən illə bu ilin analoji dövrünu müqayisə etsək, görərik ki, bu il yol-nəqliyyat hadisələri 130 fakt (10,4 faiz), qəzalar nəticəsində ölənlərin sayı 111 nəfər (22,3 faiz), yaralananların sayı isə 122 nəfər (9,3 faiz) azalıb. Özü də ölkəmizin paytaxtında və magistral yollarında nəqliyyat vasitələrinin sayının durmadan artdığı bir vaxtda... Ona görə istər cinayətkarlıqla, istərsə də yol-hərəkət qayda pozuntularıyla mübarizə aparan polisin əldə etdiyi uğurları gözü götürməyən, onlara qarşı qərəz nümayiş etdirən həmin dırnaqarası hüquq müdafiəçilərinin nə yazmalarından, hansı mövqe sərgiləmələrindən asılı olmayaraq vətəndaşlarımız da, sürücülər də polisin fəaliyyətinə həmişə dəstək olurlar və təqdir edirlər", - deyə E. Zahidov qeyd edib.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 917   Tarix: 29 avqust 2016  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

MN: "Minaatan bölmələri hədəflərə döyüş atışları yerinə yetirir" - VİDEO

2021-ci ilin döyüş hazırlığı planına uyğun olaraq Azərbaycan Ordusunun minaatan bölmələri ilə keçirilən intensiv döyüş hazırlığı məşğələləri davam edir. Müdafiə Nazirliyindən BİG.AZ-a verilən məlumata görə, məşğələlərdə batareyanın atəş mövqeyini tutması və komanda müşahidə məntəqəsinin açılması tapşırıqlar

18.09.2021 245
.

"Su çənimizi yığışdırdılar ki, şəhərin gözəlliyini pozur..." - Daha bir SU PROBLEMİ - ŞİKAYƏT - AÇIQLAMA

ın redaksiyasına su ilə bağlı növbəti şikayət daxil olub. Belə ki, Təhminə Babayeva adlı şikayətçinin sözlərinə görə, Nizami rayonu "Naxçıvanski" 94B ünvanında gündüz saat 11-də suyu azalda-azalda tam kəsirlər, axşamüstü 6, 7-də yenidən açırlar:. "Gecə 12-yə işləmiş isə yenə kəsirlər

18.09.2021 880
.

"Bəyimizi vağzalı sədaları altında yola salırıq" - Pərvindən Maqsudun həbsinə reaksiya

Tanınmış aktrisa Pərvin Abıyeva bu gün Ukrayanda həbs olunub, Azərbaycana gətirilən Maqsud Mahmudovla bağlı paylaşım edib. -a istinadən xəbər verir ki, tanınmış aktrisa Maqsudun həbsini "İlahi ədalət" adlandırıb: . "İlahi Ədalət və dövlətimizin ədaləti! Bu qədər insanın haqqına girməyi

18.09.2021 11870
.

Soğan şirəsinin unikal müalicəvi xüsusiyyətləri - Damarları təmizləyir, xərçəngdən qoruyur

Soğan şirəsi qədim zamanlardan xalq təbabətində bir çox xəstəliklərin müalicəsində istifadə olunur. Soğanı və soğan şirəsini "təbii antibiotik" adlandırırlar. Qədimdə irinli yaralar və müxtəlif bakterial infeksiyaların müalicəsində soğan şirəsi çox geniş istifadə olunurdu. Bu haqda məlumatla

17.09.2021 1447
.

BMT-dən xəbərdarlıq: "Dünya fəlakətə doğru gedən bir yoldadır"

BMT İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına dair yeni hesabatını təqdim edib. Sənəddə dünya ölkələrinin Paris anlaşmalarına uyğun olaraq, qlobal istiləşməni 2 dərəcədən aşağı səviyyədə saxlamaqdan çox uzaq olduğu bildirilib. Hesabatın açıqlanmasından sonra çıxış edən BMT sədri Antoniu Qutyerre

18.09.2021 672
.

"Məni bağışla, gözəl anam" - anasına və dostlarına məktub yazıb intihar etdi

Şırnakın Uludere mahalının Andaç kəndində anasına və dostlarına iki vida mesajı göndərdikdən sonra 20 yaşlı bir gənc 35 metr yüksəklikdəki uçurumdan tullanaraq intihar edib. Anasına göndərdiyi mesajda gəncin "Məni bağışla, gözəl anam. Qardaşlarıma və dostlarıma vaxt ayırmadan köçüb getdim"

18.09.2021 3137
.

Bakıda intiharın qarşısı alındı

Bakı şəhərinin Sabunçu rayonunda 1 nəfər tikilməkdə olan binanın 3-cü mərtəbəsinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəl

17.09.2021 1997
.

Milli Musiqi Günüdür

Sentyabrın 18-də Üzeyir Hacıbəylinin doğum günüdür. Bəstəkarın ad gününün bayram kimi qeyd edilməsi ənənəsinin əsasını maestro Niyazi qoyub. BİG.AZ xəbər verir ki, görkəmli bəstəkar və dirijor Niyazi Üzeyir bəyin vəfatından sonra hər il bu günü qeyd edərmiş. 1995-ci ildə isə Prezident Heydər Əliyevi

18.09.2021 304
.

Şimşək çaxıb, leysan yağıb

Ölkə ərazisində hökm sürən faktiki hava açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, saat 21.00-a olan məlumata əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Sarıbaş(Qax), Sahdağ, Zaqatala

17.09.2021 1179