"Heydər Əliyev Zeynəbə çörək verdi, o isə ..." - Flora Kərimovanın SƏS YAZISI (ÖZƏL)

"Heydər Əliyev Zeynəbə çörək verdi, o isə ..." - Flora Kərimovanın SƏS YAZISI (ÖZƏL)Xalq artisti Flora Kərimova SSRİ Xalq artisti Zeynəb Xanlarova haqqında daha ağır ittihamlar səsləndirib. BiG.AZ-a danışan Flora Kərimova bildirib ki, Zeynəb Xanlarovanı nə sənətkar, nə də siyasətçi kimi qəbul etmir.

BiG.AZ Xalq artistinin dediklərinin müəyyən qismini öz dilindən təqdim edir:

"Bizimyol saytından zəng gəlmişdi, müsahibə istəyirdilər. Səhhətim yaxşı deyildi deyə, razı olmurdum. Sonra hörmətli bir şəxs zəng elədi, xahiş etdi deyə, mən də razılaşdım. Jurnalistləri gətirib, gəldi bizim bağa ... Söhbətə başladıq. Bu aləmdə olan insanların etibarsızlığından söhbət düşdü. Zeynəb Xanlarovadan danışdıq. Amma mən bunu müsahibə üçün demədim, yəni etibar edib, aramızda söhbətləşdik. Məlumat mətbuata yayılıb, mən dediyimi inkar etmirəm. Zeynəb Xanlarovanın sənəti, səsi yoxdu. Bəli mən indi də təsdiq edirəm, hansı bir konserti izləsəniz görərsiniz ki, Zeynəb Xanlarova "xoruz" buraxırdı, xoruzsuz keçinmirdi. Zeynəb Xanlarova şuxluqdan başqa səhnəyə heç bir şey gətirmədi. Əlavə edirəm o səhnəyə mədəniyyət gətirə bilmədi !

Zeynəb Xanlarovanın çörəyi dizinin üstündə idi. Heydər Əliyev Zeynəb Xanlarovaya çörək verdi, o isə çörəyə naxələflik etdi, çıxıb A. Mütəllimovun səsverməsində ona dəstək istədi. O dəstək üçün də A. Mütəllimov ona H. Əliyevin qardaşının evini hədiyyə verdirdi. Bu etibarsız Heydər Əliyevin zəhmətinə, onun üçün etdiklərinə belə qiymət verdi. Gedib illərdi o evdə yaşadı".

Sonra Ələkbər Tağıyevin mahnılarını oxudu və onunla da zirvəyə qalxdı. Çünki H. Əliyev cənablarının xoşu gəlirdi həmin mahnılardan ... Heydər Əliyev böyük adam idi ki, Zeynəb Xanlarovanı bağışladı. SSRİ xalq artisti adını da ona Heydər Əliyev verdirdi... O da utanmadı, arsız-arsız gedib Əziz Əliyevin evində yaşadı. Mən nə deyirəm haqlı deyirəm, düz deyirəm. Zeynəb Xanlarova ağzını açsa, Şəki məsələsini yadına salaram. Heydər Əliyev sayəsində onu Türkiyədə əl üstündə qarşıladılar. Bir sözlə Z. Xanlarovanın çörəyi dizi üstündədir".

Flora Kərimova iddia edir ki, Zeynəb Xanlarova dəfələrlə onu təhdid edib:

"Məni təhdid etdirirdi. Ərinə ona buna zəng elətdirirdi... Axırda bezdim, dedim ki, mən ər çörəyi yeyirəm. Heç kəs məni qorxuda bilməz bu həyatda ... Bizim onla ədavətimiz onun ikiüzlüyündən sonra başladı. Onun mənə qarşı səhvi bir olmayıb, iki olmayıb, çox olub. Onu nə müğənni, nə də millət vəkili olaraq qəbul etmirəm. O siyasətçi ola bilməz".

ƏFRUZƏ AĞAYEVA


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 29671   Tarix: 26 avqust 2016  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Aygün Kazımovanın qızının YENİ GÖRÜNTÜLƏRİ YAYILDI

Xalq artisti Aygün Kazımovanın qızı, müğənni İlqarə Kazımovadan xəbər var. xəbər verir ki, müğənni sosial mediada yeni görüntülərini yayımlayıb. Fotolarda İlqarə görünüşü ilə izləyicilərin diqqətini çəkib. Sözügedən fotoları təqdim edirik:

28.04.2024 3853
.

Britni Spirs atomobilinin şüşəsini sındırdı

Adını River Red olaraq dəyişdirən müğənni Britni Spirs məhkəmənin qərarına əsəbiləşərək atomobilinin şüşəsini sındırıb. Axşam.az xəbər verir ki, məhkəmə ifaçının atası Ceymi Spirsin 2 milyon dollarlıq borclarını ödəməsi barədə hökm çıxarıb. Qərara əsəbiləşən Britni dabanı ilə maşının ön şüşəsini sındırı

28.04.2024 312
.

"Mən itirdikcə qazandım"

"İnsan itirdikcə qazanır. Mən qazandım. Allaha min şükür olsun. Hər zaman dayağınız Allah olsun, dostlar, o hər şeyi bilir və görür, etibar edin ona. Ümüdünizi ondan üzməyin. Axşam.az xəbər verir ki, bu sözləri rəqqasə-aktrisa Oksana Rəsulova sosial şəbəkədə yazıb. "Allahın adını pis əməllər

24.04.2024 727
.

"Sibel Canın verilişi kimi layihə edəcəyəm"

Müğənni Aygün Şükürova yenidən aparıcılıq edəcəyini deyib. OLAY yazır ki, ifaçı ötən il apardığı verilişdən bəhs edərkən, həyata keçirmək istədiyi yeni layihəsindən söz açıb. O, bu barədə "Xəzər axşamı" proqramında danışıb. "Nuşi can" verilişi idi. 9 ay apardıq. 5 gün canlı efir idi

24.04.2024 853
.

Hüsniyyə Azərbaycandan köçdü

Aparıcı Hüsniyyə Məhərrəmova Azərbaycandan köçüb. Axşam.az xəbər verir ki, o, ABŞ-də yaşayır. Hüsniyyə artıq bir müddətdir ki, ora yerləşib. O bildirib ki, Bakıya yalnız tədbirlərə dəvət alanda gəlir

10:29 681
.

Aysun İsmayılova: "İstəyirəm həyat yoldaşım mənə qulaq asanda utanmasın" - VİDEO

"İstəyirəm ki, həyat yoldaşım mənim mahnılarıma qulaq asanda utanmasın". Bu sözləri ATV-nin efirində yayımlanan verilişlərdən birində müğənni Aysun İsmayılova deyib. O, həyat yoldaşının musiqi zövqünün onun tərzi ilə üst-üstə düşmədiyini deyib. "Həyat yoldaşımın dinlədiyi musiqilər ta

24.04.2024 1116
.

Aygün Kazımovanın qızı İlqarə gözəlliyi ilə GÖZ OXŞADI - FOTO

Xalq artisti Aygün Kazımovanın qızı, müğənni İlqarə Kazımova sosial mediada paylaşım edib. xəbər verir ki, müğənni "instagram" hesabında yeni fotolarını yayımlayıb. Fotoda İlqarə görünüşü ilə izləyicilərin diqqətini çəkib. Fotolara xoş sözlər yazıblar. Sözügedən fotoları təqdim edirik:

27.04.2024 6123
.

"Sən Allah, onları efirdə danışdırmayın"

"Elə ifaçılar var ki, onları danışdırmasan yaxşıdır". Axşam.az xəbər verir ki, bu sözləri Xalq artisti Nəzakət Teymurova "Zaurla Günaydın" proqramında deyib. Xanəndə aparıcı Zaur Baxşəliyevdəən xahiş edib ki, bir çox ifaçını efirdə danışdırmasın:. "Elə şeylər var ki, efir üçü

27.04.2024 511
.

Mərddən Afranın ona xəyanət etməsi ilə bağlı suala reaksiya

Türkiyəli aktyor Mərd Yazıcıoğlu keçmiş sevgilisi, aktrisa Afra Saraçoğlunun ona dostu, aktyor Mərd Ramazanla xəyanət etməsi iddialarını cavablayıb. Axşam.az xəbər verir ki, aktyor müxbirin "Keçmiş münasibətinizin bitmə səbəbi ilə bağlı çox sayda xəbərlər çıxdı" sualını yarıda kəsərək hans

26.04.2024 929