Cahangir Hacıyevin sürücüsünə 9 milyon manat kredit necə verilib? - MƏHKƏMƏDƏ AÇIQLANDI

Cahangir Hacıyevin sürücüsünə 9 milyon manat kredit necə verilib? - MƏHKƏMƏDƏ AÇIQLANDIBu gün Bakı Ağır Cinayətlər Məhkəməsində "Azərbaycan Beynəlxalq Bankı" Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyev və onunla birlikdə təqsirləndirilən digər 7 nəfərin cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Lent.az-ın məlumatına görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə vəkil Fəxrəddin Mehdiyev bildirib ki, məhkəmə prosesi sürətli keçirilir: "Həftənin 3 günü səhərdən axşama qədər proses aparılır, biz müdafiə etdiyimiz şəxslərlə görüşə bilmirik".

Hakim bildirib ki, təqsirləndirilənlər dindirələnədək proses belə davam edəcək. Yalnız bundan sonra bu məsələ nizama salına bilər.

Daha sonra təqsirləndirilən Anar Sultanov ifadə verib. Bildirib ki, 1997-2004-cü illərdə Beynəlxalq Bankda müxtəlif vəzifələrdə işləyib: "2004-2010-cu illərdə Mərkəz filialının rəhbəri olmuşam. Qaydalara görə, Baş İdarənin xəbəri olmadan təminatsız 2 min, təminatla isə 5 mindən artıq kredit verə bilməzdik. Bundan yuxarı məbləğlər Kredit Komitəsi və İdarə heyəti kimi qurumların qərarı ilə ayrılırdı. Baş İdarədə qərar veriləndən sonra kredit ayrılması məsələsində filial daha çox texniki rol oynayırdı. İdarə Heyətinin qərarları mənim üçün məcburi idi".

A.Sultanov prokurorun suallarına cavab olaraq bildirib ki, Cahangir Hacıyevə və yaxınlarına plastik kartlarla kreditlər verilib: "Banka müştərilər göndərilib və İdarə Heyəti qərar verib, biz də onu icra etmişik. Cahangir Hacıyev və yaxınlarına kredit verilməsi tapşırığını birbaşa özündən almışam. Bizim bu işdə sırf texniki rolumuz olub. Bizə yalnız çıxarış formasında İdarə Heyətinin qərarları gəlirdi, biz onunla kifayətlənirdik. Cahangir Hacıyevin sürücüsü Aydın Mehdiyevə kredit ayrılması ilə bağlı İdarə Heyətinin 57 saylı qərarı olub. Aydın sürücü olduğundan başı qarışıq olurdu. Sənədi imzalaya bilmirdi. Mən də həmin sənədləri Baş İdarəyə göndərmişəm. Ordan imzalar gələndən sonra ona kredit verilib. İttihamda görünür ki, guya saxta imza çəkmişəm. Bu, dediyim kimi olub. Mən idarədən gələn imzaya baxmadım. Həmim kredit də 2009-cu ildə bağlanıb".

Prokuror Cahangir Hacıyev daxil olmaqla yaxınları - qızı Leyla Mahmudova (Eldar Mahmudovun gəlini), həyat yoldaşına və s. kredit verilib?

A.Sultanov cavabında adı qeyd olunan şəxslərə kredit verildiyini bildirib.

Prokuror suallara davam edib. O soruşub ki, Cahangir Hacıyevin sürücüsünə 9 milyon manat kredit verilməsi nə qədər doğru idi?

A.Sultanov cavab olaraq bildirib ki, İdarə Heyətinin qərarı əsasında kreditlər ayrılıb: "Tapşırıq verilib, biz də riayət eləmişik"

Cahangir Hacıyev Anar Sultanovdan prokurorun adını sadaladığı şəxslərin imza nümunələrinin hansı filialda olduğunu soruşub. Anar Sultanov qeyd edib ki, həmin şəxslər Mərkəz filialın müştəriləri olduğu üçün həmin imzalar orada olub".

Prosesdə təqsirləndiriləndən İlqar Abdullayev ifadə verib. O deyib ki, 2004-cü ildən bankda işləyib: "2006-dan filial müdirinin köməkçisi olmuşam. 2014-2015-ci illərdə filial müdiri olmuşam. Cahangir Hacıyevi yalnız bir dəfə görmüşəm. O da məni filial müdiri təyin edəndə. Mən nə mənimsəmədə iştirak etmişəm, nə də mütəşəkkil cinayətkar dəstənin üzvü olmuşam. Mənə tapşırılanı icra eləmişəm. İttihamda olan 3 kredit müqaviləsində imzam var, o da filial müdüri Yusif Ələkbərov olmayıb deyə imza çəkmişəm".

Proses nahardan sonra davam edəcək.

Qeyd edək ki, C. Hacıyev və digər 7 nəfər Cinayət Məcəlləsinin 179.3.1, 179.3.2 (mütəşəkkil dəstə tərəfindən külli miqdarda mənimsəmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda), 309.2 (vəzifə səlahiyyətlərini aşma ağır nəticələrə səbəb olduqda), 313-cü (vəzifə saxtakarlığı) maddələri üzrə ittiham edilib.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1067   Tarix: 26 avqust 2016  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

5 gün əvvəl azadlığa çıxmışdı - Yenidən həbs edildi

Azərbaycan MMA və Qrapplinq Federasiyasının baş məşqçisi Ruslan Əfəndiyevlə birgə həbs edilən, ötən həftə isə polis nəzarəti şərti ilə azadlığa buraxılan Vüqar Kərəmov yenidən həbs edilib. "Qafqazinfo"nun məlumatına görə, Bakı Apellyasiya Məhkəməsi prokurorun protestini əsaslı hesab edib. Qərar

29.04.2024 760
.

Samirə Yusifqızı: "İt kimi öləcəksiniz"

"Bir çoxunun üzünə yalandan gülürəm. Həmişə üzümdə təbəssüm olur. Amma ürəyimdəki ürəyimdədir. Onların özünə demədən ürəyimdən silmişəm. Bunu yəqin ki, özləri də hiss edirlər, bilirlər. Çünki 90 faiz insan üzünə gülüb, bir addım o tərəfə aralanan kimi min cür söz danışırlar. Onlardan nə keçəcəyi

29.04.2024 488
.

Almatı görüşündən gözləntilər nədir? - RƏY

Ermənistan və Azərbaycanın xarici işlər nazirləri Ararat Mirzoyan və Ceyhun Bayramov Almatıda görüşəcəklər. Politoloq Elşən Manafov -a bildirib ki ,Almatıda baş tutacaq növbəti görüş tərəflər arasındakı problemlərin vasitəçilərsiz çözülə biləcəyi ilə bağlı prezident İlham Əliyevin irəli sürdüyü təklifləri

29.04.2024 357
.

Bu universitetdə oğlan tələbələr saqqala görə dərsə buraxılmadılar - FOTO

Bakı Biznes Universitetində bir qrup tələbə ilə rəhbərlik arasında gərginlik yaşanıb. Bu barədə məlumat -in "qaynar xətti"nə daxil olub. Bildirilib ki, buna səbəb saqqal saxlayan oğlanların dərsə buraxılmaması olub. Məsələ ilə bağlı sözügedən təhsil ocağı ilə əlaqə saxladıq. Universitetin mətbua

29.04.2024 821
.

12 gündür axtarılan 16 yaşlı qız qonşularının evində tapıldı

Türkiyədə 12 gündür itkin düşən qız tapılıb. xarici mediaya istinadən xəbər verir ki, 16 yaşlı qız rayondakı qonşularının evində tapılıb. Qonşularının evdə olmadığını deyən ata "Qonşumuzun evində gizlənib, qonşumuz qayıdanda onun evdə olduğu müəyyənləşib, məhəllədən heç vaxt çıxmadığı məlum olub"

29.04.2024 951
.

"Qırğızıstan-Azərbaycan münasibətləri bundan sonra daha da möhkəmlənəcək" - DEPUTAT

"Bu gün Azərbaycanın Mərkəzi Asiya, o cümlədən regionun türkdilli dövlətləri ilə münasibətləri yeni geosiyasi reallıqlara uyğun olaraq inkişaf etdirilir. Azərbaycan Mərkəzi Asiya ölkələri arasında Qırğız Respublikası ilə münasibətlərə də böyük önəm verir. İkitərəfli əməkdaşlığın inkişafında dövlə

29.04.2024 222
.

Hakan Fidan Ər-Riyadda Blinkenlə görüşdü

Türkiyə xarici işlər naziri Hakan Fidan ABŞ dövlət katibi Entoni Blinken ilə görüşüb. BİG.AZ xəbər verir ki, bu haqda türk mediası məlumat yayıb. Görüşün Ər-Riyadda olduğu bildirilib

29.04.2024 257
.

Qadının telefon şifrəsini həyat yoldaşı bilməlidirmi?

Azərbaycanda kişi həyat yoldaşını telefonun gizli şifrəsini ona vermədiyi üçün döyüb. Qaynarinfo xəbər verir ki, hadisə bu il fevral ayında Abşeron rayonunda baş verib. İşlə bağlı məhkəmə prosesində kişi məsuliyyətdən azad edilib. Bəs, qadının telefonun şifrəsini həyat yoldaşı bilməlidirmir? . "Təmi

29.04.2024 516
.

Hande Erçeldən ayrılıq iddialarına cavab

Uzun müddətdir birlikdə görünmədikləri üçün haqlarında ayrılıq iddiası yayılan aktrisa Hande Erçel və milyonçu sevgilisi Hakan Sabançının sorağı Yaponiyadan gəlib. -ın Türkiyə mediasına istinadən xəbərinə görə, cütlük dostları ilə birlikdə istirahətə çıxıb. Hande Erçel ayrılıq iddialarına cavab olara

29.04.2024 456