Lənkəranskinin biznesi - "Ayda 50-60 min verirdi..."

Lənkəranskinin biznesi - "Ayda 50-60 min verirdi..."Bu günlərdə İstanbulda qətlə yetirilən məşhur azərbaycanlı "vor zakon" Rövşən Canıyevin (Lənkəranski) Rusiyanın Ural vilayətində söz sahibi olduğu bəlli idi. Bu vilayətdəki bazarların, o cümlədən vilayətin inzibati mərkəzi Yekatrinburq şəhərinin ticarət mərkəzlərinin və bazarlarının "Rövşən Lənkəranski"nin "krışalığı" altında olduğu haqda vaxtaşırı olaraq məlumatlar yayılıb.

İndi Ural vilayətinin yerli mediasında "Rövşən Lənkəranski"nin qətlindən sonra onun biznesinin taleyinin necə olacağı haqda yazırlar.

Ura.ru portalı yazır ki, Yekatrinburq sakinləri mərhum Rövşən Canıyevin biznesində fəal iştirak edirdilər. "Ded Xasan"ın düşməni üçün pulları onun yerlərdəki avtoritetləri yığırdı. Azərbaycan sakinləri öz yerliləri ilə fəxr edirdi və ona hər ticarət köşkündən, alver piştaxtasından hər ay pul yığırdılar. Narazılıq edənlərlə "məsələni ayrıd edirdilər", razılar isə Türkiyəyə "qrev" göndərməklə özlərini xoşbəxt hiss edirdilər.

Reportajda deyilir ki, Rövşənin Uraldakı adamları əsasən Azərbaycanın cənub bölgəsindən olanlar, talışlardır. Onların hər biri Rövşəni özünə qohum və ruhən qardaş hesab edirdi. "Talışlar üçün Canıyev avtoritet idi, vor zakon idi, ancaq onu cinayətkar hesab etmirdilər. Doğrudan da ona pul yığırdılar, yaxud dəqiq desək Rövşənə hər ay pul ayırırdılar. Yekatrinburqda meyvə, tərəvəz, göyərti satan köşklərin hamısı bir-biri ilə bağlıdır, malı hansısa azərbaycanlı topdansatıcıdan alırlar. Əsasən bu köşklər azərbaycanlı topdansatıcılara məxsus olur, bəzilərinin on, bəzilərinin 30 köşkü"-informasiyalı mənbə danışıb.

Mənbənin dediyinə görə, son vaxtlar Rövşənə göndərilən "vergi" hər dükana görə ayda 50-60 min rubl təşkil edirdi. Statistik məlumatlara görə 2010-cu ilə qədər Yekatrinburqda meyvə-tərəvəz satan 600-a qədər ticarət köşkü olub, son illər onların sayı yarıyadək azalıb. Ehtimal olunur ki, buna "Rövşən Lənkəranski" ilə "Ded Xasan" arasında müharibə səbəb olub. Lakin köşklərin sayının yenidən artdığı bildirilir. Təxmini hesablamalara görə Yekatrinburqdan hər ay Rövşənə 5-10 milyon rubl pul gedirdi.

Lənkəranskinin biznesi - "Ayda 50-60 min verirdi...""Bir dəstə cəfəri aldınsa deməli şərti olaraq "vor zakon"un cibinə 1 rubl getdi"-jurnalistin həmsöhbəti deyir. O, dəqiqləşdirir ki, əvvəllər Canıyev "Ded Xasan"la müharibəyə görə pul yığırdı. Nəhayət 2013-cü ildə "Ded Xasan" öldürüldü, buna görə də onun klanından olan "vor zakon"lar Rövşənə ölüm hökmü çıxardılar.

Yekatrinburqda Rövşənə haqq verənlər təkcə meyvə-tərəvəz köşkləri olmayıb, iri müəssisələr, məsələn, topdansatış bazaları da ona hər ay pul göndərib. İri bazarlarda icarəyə verilən hər kvadratmetr yerə görə 200 rubl avtoritetin payı olub.

Sayt Rövşən Canıyevin Yekatrinburqdakı adamlarının da adlarını çəkir. Bunlardan 4-cü meyvə-tərəvəz bazasını işlədən Azər Piriyevin özünün ayrıca klanı var. Ora Zaur, Əhliman və qohumu Bəhruz Piriyev, habelə Mehman Ağamuradov daxildir. Əhlimanın işi xırda ticarət köşklərindən, Bəhruzun işi isə topdansatış bazalarından haqq yığmaqdır.

Uraldakı talışların ən nüfuzlu personajı isə "Ağsaç" ləqəbli Ağayar Ağayevdir. Hansı ki, bu ilin aprelində özünə 50 illik yubiley keçirmişdi və Rövşənin klanından olan kriminal avtoritetləri də dəvət etmişdi. Lakin xüsusi təyinatlılar bu mərasimə basqın edib onları saxladı. Ağayar özünü Rövşənin Ural üzrə "səlahiyyətli nümayəndəsi" kimi təqdim edir.

Bəs indi Rövşənin ölümündən sonra nə olacaq? Mənbələr deyir ki, qeyri-stabillik dövrü başlayacaq, ancaq haqq yığılması qüvvədə qalacaq. Pullar kimə gedəcək, bu hələ qaranlıq qalır. Çünki Rövşənin yerin kimin tutacağı hələ məlum deyil...(virtualaz.org)


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 5798   Tarix: 25 avqust 2016  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Xəzər rayonunda 45 yaşlı kişi öldürülüb, saxlanılan var

Aprelin 28-də saat 20 radələrində Xəzər rayonu Buzovna qəsəbəsində 1979-cü il təvəllüdlü Əhmədov Sadiq Hüseyn oğlunun kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub. Bu barədə "Report"a DİN-in mətbuat xidmətindən bildirilib. Cinayət əməlini törətməkdə 1954-cü il təvəllüdl

28.04.2024 500
.

"Prezident İlham Əliyevin Rusiyaya səfəri iki ölkə arasında əməkdaşlığın gələcək inkişafına böyük təkan verəcək" - DEPUTAT

"Ölkələrarası münasibətlərin pisləşdiyi, qarşıdurma meyillərinin artdığı hazırki dövrdə Azərbaycan dünya dövlətləri ilə mövcud əlaqələrini genişləndirməkdə, yeni-yeni əməkdaşlıq sahələri qurmaqdadır. Milli maraqlarımızın qorunması və ölkəmizin nüfuzunun artması istiqamətində ölkə başçımız cəna

18:10 49
.

Ərdoğanın bu hərəkəti gündəm oldu - VİDEO

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan NATO-nun yeni baş katibi ola biləcək Niderlandın baş naziri Mark Rutte ilə birgə mətbuat konfransı keçirib. Mətbuat konfransının sonunda Rutte Ərdoğanın əlini sıxmaq istəsə də buna nail ola bilməyib. Olay aprelin 26-da İstanbulda baş verib. Bundan sonra hər ik

16:22 256
.

Hizbullah İsrail yaşayış məntəqəsini raketlə bombalayıb

Hizbullah sərhəd bölgəsindəki İsrail yaşayış məntəqəsini onlarla Katyuşa raketi ilə vurub. BİG.AZ xəbər verir ki, bu barədə İranın dəstəklədiyi Livan Hizbullah açıqlama verib. Açıqlamada sərhəd bölgəsindəki qəsəbə və ətrafının hədəfə alındığı bildirilib. Qeyd edilib ki, bombardman İsrailin Livanın cənubundak

10:10 180
.

Rasim Musabəyovun açıqlaması müzakirə yaratdı - Video

İTV-nin "Azərbaycanın 4 eksklav kəndi mübadilə edilə bilərmi?" materialında şərh verən deputat Rasim Musabəyovun Başkəndlə bağlı çıxışı ciddi müzakirələrə səbəb olub. Belə ki o, açıqlamasında bildirib: "İndi belə olan halda oraya axı yol da olmalıdır. Bu yolu da sən gərək qarşılıqlı: Başkən

15:56 192
.

İntim videolar çəkən FHN polkovniki yenidən hakim qarşısında

Fövqəladə Hallar Nazirliyindəki (FHN) xidməti otağında intim videolar çəkib yaymaqda təqsirləndirilən polkovnik Zaur Mirzəyevin barəsindəki hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başlayıb. xəbər verir ki, Ali Məhkəmənin hakimi Nazim Mövsümovun sədrliyi ilə keçiriləcək prosesdə təqsirləndirilə

09:58 440
.

İlham Əliyev və Putin görüşünün kadrarxası görüntüləri - Video

Məlum olduğu kimi, Azərbaycan Prezidenti İlham Əliyev aprelin 22-də Moskvaya rəsmi səfər edib və Rusiya lideri Vladimir Putinlə görüşüb. "Qafqazinfo" xəbər verir ki, Rusiya mediası liderlərin görüşünə dair yeni və əsasən kadrarxası görüntüləri yayıb. Sözügedən görüntüləri isə "Rossiy

11:23 522
.

"Natiq Qasımovun qalıqlarının tapılması asan olmayacaq"

"Natiq Qasımovun taleyi ilə bağlı məsələ artıq ictimaiyyətə aydındır. Onunla bağlı xarici jurnalistlər tərəfindən film də çəkilərək yayımlanıb. Fimdə bilavasitə Ermənistan tərəfindən döyüşlərdə iştirak etmiş keçmiş hərbçilər də danışıb". "Qafqazinfo" xəbər verir ki, bunu Əsir və itki

10:09 362
.

DSX əməkdaşı Qazaxda minaya düşdü

Qazax rayonu ərazisində mina hadisəsi baş verib. -ın əldə etdiyi məlumata görə, mina partlaması nəticəsində Dövlət Sərhəd Xidmətinin (DSX) əməkdaşı xəsarət alıb. O, xəstəxanaya yerləşdirilib

12:40 288