Müsəlman qadını çimərlikdə zorla soyundurdular – FOTOLAR

Müsəlman qadını çimərlikdə zorla soyundurdular – FOTOLARFransanın Nitsa şəhərində rüsvayçı olay yaşanıb. Şəhər çimərliyində uşaqları ilə birlikdə istirahət edən müsəlman qadına yaxınlaşan polis əməkdaşları onu zorla soyundurublar.

BiG.AZ xəbər verir ki, silahlı polislər qadını əynindəki "burkini"ni çıxarmağa məcbur ediblər. Burkini mömin müsəlman qadınların çimərlik paltarı bədəni örtən geyimdir. Üstəlik, müsəlman qadın "ictimai asayişi pozduğuna görə" 38 avro məbləğində cərimələnib.

Tuluza şəhərinin sakini olan 34 yaşlı Səyam Abdulla adlı müsəlman qadın polislərin bu davranışını "əxlaqsızlıq və irqçilik" adlandırıb.

"Artıq üç nəsildir ki, Fransada yaşayırıq, bu ölkənin vətəndaşlarıyıq. Heç çimmək niyyətində də deyildim. Sadəcə, ayaqlarımı suya salmaq istəyirdim. Silahlı polislərin başımın üstünü kəsdirərək belə davranmasını Fransa demokratiyası üçün rüsvayçılıq sayıram", - sabiq stüardessa S.Abdulla deyib.

Hadisənin şahidi, France 4 telekanalının məşhur jurnalisti Matilda Kuzin də hiddətlənib: "Bu polislərin qadına yaxınlaşdıqlarını, onu zorla soyundurduqlarını gördüm. Onlardan birinin əlində gözyaşardıcı qaz bombası vardı. Fransız olduğum üçün, Fransa vətəndaşı olduğum üçün utandım o anlarda. Qadın qızı ilə oturmuşdu və polislərin bu tərbiyəsizliyindən sonra hönkür-hönkür ağladı".

Kann və Nitsa şəhərlərində çimərliklərdə burkini yasaqlanıb. Bu qadağa Nitsa şəhərində 86 nəfərin ölümünə səbəb olmuş teraktdan sonra qəbul olunub.

Lacivərd sahildəki Le Pen Mirabo şəhərində isə yerli akvaparklardan birində əyinlərində burkini olan qadınların əyləncə məkanlarına girişi qəti qadağan olunub./milli.az/

Müsəlman qadını çimərlikdə zorla soyundurdular – FOTOLARMüsəlman qadını çimərlikdə zorla soyundurdular – FOTOLAR


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 4266   Tarix: 24 avqust 2016  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Qırğızıstanın Daxili İşlər Nazirliyi vətəndaşlara xəbərdarlıq edib

Qırğızıstan Daxili İşlər Nazirliyi ölkə sakinlərini icazəsiz aksiyalarda iştirak etməməyə çağırıb və onlara qanunun pozulmasına görə məsuliyyəti xatırladıb. "Report"un məlumatına görə, bu barədə nazirliyin mətbuat xidmətinin açıqlamasında bildirilib. "Paytaxtda baş verən son hadisələrl

00:25 85
.

Dünyanın ən uzun telefon danışığı: 54 saatdan çox

Ən uzun telefon danışığı rekordu 2012-ci ildə qeydə alınıb. Telefon danışığı 43 saatı keçib. xarici KİV-ə istinadən xəbər verir ki, daha sonra Latviyanın "SponsorKing" reklam agentliyi və tanınmış telekommunikasiya operatoru əvvəlki dünya rekordunu qırmaq məqsədi ilə müsabiqə təşkil ediblər

18.05.2024 325
.

Professor: Beynəlxalq hüquq baxımından Yeni Kaledoniya Fransa ərazisi deyil

Beynəlxalq hüquq baxımından Yeni Kaledoniya Fransa ərazisi deyil. Bunu "Report"a açıqlamasında Türkiyənin Yıldız Texnik Universitetinin İqtisadiyyat və inzibati elmlər fakültəsinin siyasi elmlər və beynəlxalq münasibətlər kafedrasının professoru Mehmet Akif Okur deyib. O bildirib ki, Yeni Kaledoniy

18.05.2024 147
.

Rusiya Ukraynada yaşayış məntəqəsini ələ keçirdiyini açıqlayıb

Rusiya Müdafiə Nazirliyi Ukraynanın Xarkov vilayətindəki Staritsa yaşayış məntəqəsi üzərində nəzarəti ələ alıb. "Report" bu barədə Rusiya Müdafiə Nazirliyinə istinadən xəbər verir. Nazirlik bildirib ki, qoşunlar ölkənin içərilərinə doğru irəliləyiblər. Ukraynanın rəsmi qurumları hələ ki, b

18.05.2024 184
.

Prezident və birinci xanım Zəngilan məscidinin açılışında iştirak ediblər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 18-də Zəngilan məscidinin açılışında iştirak ediblər. "Report" xəbər verir ki, bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb

18.05.2024 175
.

Türkiyəli nazir Zəngəzur dəhlizinin açılacağı tarixi açıqladı

Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu Zəngəzur dəhlizinin açılacağı tarixlə bağlı açıqlama verib. Nazir bu barədə qatıldığı "TGRT Haber"in canlı yayımı zamanı danışıb. "Hər bir dəhlizin tutumu var. Zəngəzur dəhlizi Bakı-Tbilisi-Qars xəttinə alternativ olaca

18.05.2024 258
.

Pensiya və müavinətlər nə qədər artacaq? - Deputat açıqladı

Minimum əməkhaqqının, maaş və məvaciblərin artırılması ilə bağlı məsələlər gündəmdədir. Hazırda bu məsələlərlə bağlı müzakirələr gedir. Artımlar hər zaman dövlət büdcəsi zərfinə baxıldıqda əsas müzakirə obyekti olur. 2024-cü ilin dövlət büdcəsi təsdiq olunsa da may-iyun ayında əlavə dəyişikliklərin edilməs

18.05.2024 562
.

Qətlə yetirilən tələbənin cinayət işində müəmma daha da böyüyür: Ailəsi DANIŞDI

Lənkəranda öldürülən 22 yaşlı Könül Ağayevanın ailəsi qətlin səbəbləri barədə danışıb. Tələbə qızın anası Rəqsanə Ağayeva bildirib ki, qızını oğlan kimi böyüdüb:. "Uşağım 100 manatın qurbanı olub. Onu qətlə yetirən oğlanla söhbətim zamanı pul üstündə mübahisə etdiyini dedi". K.Ağayevanın nənəs

18.05.2024 255
.

Tərtərdə 19 yaşlı qız öz evindən oğurluq edib

Tərtərdə öz evindən oğurluq edən qız saxlanılıb. APA xəbər verir ki, rayon polis şöbəsinə fərdi yaşayış evlərinin birindən 2 650 manat dəyərində qızıl-zinət əşyalarının oğurlanması barədə məlumat daxil olub. Məlumatla əlaqədar polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə oğurluq əməlini törətməkd

18.05.2024 269