Lənkəranskinin cənazəsini Azərbaycana kim gətirib? - TƏFƏRRÜAT

Lənkəranskinin cənazəsini Azərbaycana kim gətirib? - TƏFƏRRÜATİki gündür mətbuatda ən çox müzakirə olunan məsələlərdən biri Rövşən Lənkəranskinin cənazəsinin kimin təyyarəsi ilə ölkəyə gətirilməsidir. İlk gündən xəbər verilmişdi ki, mərhum avtoritetin cənazəsi "Palmali" Şirkətlər Qurupunun sahibi, azərbaycanlı iş adamı Mübariz Mənsimovun şəxsi təyyarəsi ilə ölkəyə gətirilib.

Lakin dünən yayılan məlumatlara görə, cənazəni gətirən təyyarə Mübariz Mənsimova məxsus olmayıb və ailəsi tərəfindən AZAL-dan sifariş olunub. Lakin sonradan Azərbaycan Hava Yolları təyyarənin onlara da məxsus olmadığını açıqladı.

BiG.AZ xəbər verir ki, qaynarinfo.az cənazənin gətrilməsi prosesi ilə bağlı yeni məlumatlar əldə edib. Rövşən Lənkəranskinin nəşini gətirən təyyarə həqiqətən də Mübariz Mənsimovun şəxsi istifadəsində olan hava nəqliyyatı olmayıb. Həmin təyyarə sərnişin üçün nəzərdə tutulduğundan cənazələrin daşınması üçün əlverişli deyil.

Mərhumun nəşini ölkəyə gətirən təyyarə başqa bir hava yolu şirkətindən məhz Mübariz Mənsimov tərəfindən icarəyə götürülüb. İcarə haqqı da "Palmali" Şirkətlər Qurupu tərəfindən ödənilib. Bunu mərhumun həmin vaxt İstanbulda olan yaxınları da bilir. Təyyarənin hansı şirkətdən sifariş olunduğunu dəqiqləşdirə bilməsək də, bu şirkətin AZAL olmadığı dəqiqdir.

Məsələni dəqiqləşdirmək üçün "Palmali"nin Bakı ofisinin mətbuat katibi Hüseyn Cəbrayıloğlu ilə əlaqə saxlanılıb. Şirkət rəsmisinin münasibəti qısa oldu: "Biz bu məsələ barədə danışmaq istəmirik. Hər şeyi mərhumun ailəsi bilir. Allah ona rəhmət eləsin, ailəsinə sərb versin".

Rövşən Lənkəranskinin cənazəsinin ölkəyə gətirilməsi prosesi ilə bağlı başqa bir məlumat da əldə edilib. Mərhumun cənazəsi Mübariz Mənsimovun səyləri nəticəsində vəfatından bir neçə saat sonra ailəsinə təhvil verilib. Adətən Türkiyədə bu proses 2-3 gün çəkir. Lakin iş adamı bütün bürokratik əngəllərin aradan qaldırılmasında ailəyə yaxından kömək edib.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 3439   Tarix: 24 avqust 2016  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Tanınmış mədəniyyət xadimləri Şuşada

Azərbaycanın tanınmış mədəniyyət xadimləri Şuşada səfərdədirlər. Unikal.org-un məlumatına görə, mədəniyyət xadimləri Şuşaya səfər çərçivəsində burada keçiriləcək Üzeyir Hacıbəyli XII Beynəlxalq Musiqi Festivalına qatılacaq, dahi bəstəkarın ölməz əsərlərini 29 ildən sonra işğaldan azad edilən Üzeyir yurdund

18.09.2021 814
.

Milli Musiqi Günüdür

Sentyabrın 18-də Üzeyir Hacıbəylinin doğum günüdür. Bəstəkarın ad gününün bayram kimi qeyd edilməsi ənənəsinin əsasını maestro Niyazi qoyub. BİG.AZ xəbər verir ki, görkəmli bəstəkar və dirijor Niyazi Üzeyir bəyin vəfatından sonra hər il bu günü qeyd edərmiş. 1995-ci ildə isə Prezident Heydər Əliyevi

18.09.2021 304
.

"Bəyimizi vağzalı sədaları altında yola salırıq" - Pərvindən Maqsudun həbsinə reaksiya

Tanınmış aktrisa Pərvin Abıyeva bu gün Ukrayanda həbs olunub, Azərbaycana gətirilən Maqsud Mahmudovla bağlı paylaşım edib. -a istinadən xəbər verir ki, tanınmış aktrisa Maqsudun həbsini "İlahi ədalət" adlandırıb: . "İlahi Ədalət və dövlətimizin ədaləti! Bu qədər insanın haqqına girməyi

18.09.2021 11870
.

Kosmosa tarixi uçuşdan ilk görüntülər - FOTOLAR

Xəbər verdiyimiz kimi, hamısı mülki şəxslərdən ibarət olan dörd nəfəri daşıyan kosmik gəmi kosmosa göndərilib. "Qafqazinfo" xəbər verir ki, "SpaceX" kosmos turistlərinin ilk görüntülərini yayımlayıb. Həmin görüntüləri təqdim edirik:

18.09.2021 888
.

Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"

Türkiyə milli müdafiə naziri Hulusi Akar Qazilər Günü münasibətilə təşkil edilən mərasimdə Azərbaycana dəstək çıxışı edib. Bu barədə məlumat Türkiyə Milli Müdafiə Nazirliyinin rəsmi saytında yerləşdirilib. Qəhrəman Türkiyə ordusunun sivilizasiyanın və tarixin yüklədiyi məsuliyyət hissi ilə dost və qarda

18.09.2021 233
.

Azərbaycan polisindən ermənilərə süngülü dərs - VİDEO

Gorus-Qafan yolu üzərində xidmət göstərən Azərbaycan polisi yoldan keçmək istəyən ermənilərə dərs verib. "Qafqazinfo" xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə üzərində qondarma respublikanın "bayrağ"ı olan avtomobilin postdan keçmək üçün yaxınlaşdığı görünür. Postd

18.09.2021 988
.

Maqsud Mahmudov Azərbaycana belə gətirildi - VİDEO

Xəbər verdiyimiz kimi, axtarışda olan keçmiş iş adamı Maqsud Mahmudov Ukraynada saxlanılıb. "Qafqazinfo" Maqsud Mahmudovun Azərbaycana deportasiya edilməsinin görüntülərini əldə edib. Videodan görünür ki, o, aeroportdan Daxili İşlər Nazirliyi əməkdaşları tərəfindən maşına yerləşdirilərək aidiyyət

18.09.2021 2568
.

Biləsuvarda buğa məktəb direktorunun qabırğasını sındırdı

Biləsuvar rayonunda 7 il bəslədiyi buğa direktor müavinini xəstəxanalıq edib. -a istinadən xəbər verir ki, hadisə rayonun Aşağı Cürəli kəndində məktəb direktoru Alim Hacıyevin yaşadığı ünvanda olub. Hacıyev həyətyanı sahədəki təssərrüfatında mal-qaraya qulluq edərkən buğa ona qəfil hücum edib. Nəticəd

18.09.2021 995
.

Qondarma rejimin "bayrağ"ını silən polis kimdir? - FOTO/VİDEO

Xəbər verdiyimiz kimi, Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən zolağa nəzarət edən Azərbaycan polisi burada hərəkət edən avtomobilin üzərindəki qondarma "respublika"nın qondarma "bayrağı"nı elə yerindəcə süngü ilə qazıyıb. Sosial şəbəkələrdə yayılan məlumata görə, həmi

18.09.2021 4608