Böyük QALMAQAL: erməni keşişlər uşaqbaz çıxdı - FOTOLAR

Böyük QALMAQAL: erməni keşişlər uşaqbaz çıxdı - FOTOLARArtıq beş aydır ki, Erməni Qriqorian Kilsəsinin Qüds yeparxiyası arxiyepiskop David Saakyanın yetkinlik yaşına çatmamış Hrayr Yezegelyanı zorlaması ilə bağlı iddiaları araşdırır.
Patriarxlığın mətbuat katibliyi bu biabırçı olayla bağlı heç bir açıqlama verməyib.

Qüdsün erməni patriarxlığının arxiyereyi Paret Yeresyanın dediyinə görə, onların vəkilləri bu məsələ ilə məşğuldurlar.

"İsraildə məhkəmə var və əgər Hrayr Yezegelyan məhkəməyə müraciət edərsə, biz də bəyanatla çıxış edəcəyik. Amma hələ ki, səbrlə gözləyirik", - P.Yeresyan deyib.

Böyük QALMAQAL: erməni keşişlər uşaqbaz çıxdı - FOTOLAROnun sözlərinə görə, Hrayr Yezegelyanla, onun valideynləri ilə tanışdır və indi belə iddiaların niyə səsləndiyini anlamır: "Məncə, onun qisas niyyəti var. O, niyə belə bəyanatlar verdiyini, Patriarxlığı nə üçün suçladığını deməlidir. Zərurət yaranarsa, bəyanat yayacağıq".

Fransa və İsrail mediasında yer alan xəbərlərə görə, Qüdsdəki erməni monastırının bir neçə yüksək rütbəli keşişi o zaman yetkinlik yaşına çatmamış Hrayr Yezegelyanı zorlayıblar.
H.Yezegelyan da 2013-cü ildə arxiyepiskop David Saakyandan məhkəməyə şikayət edib. 2015-ci ildə erməni arxiyepiskopa qarşı cinayət işi açılıb, 2016-cı ildə bu iş məhkəməyə göndərilib. Məhkəmə prosesi bu yaxınlarda başlanmalıydı, fəqət arxiyepiskop öldüyündən proses baş tutmayıb.

Erməni kilsəsi bu rüsvayçı olaya hələ də rəsmi açıqlama verməyib. Eçmiədzinin yaydığı məlumata görə, onlar Qüds yeparxiyasından izahat gözləyirlər.

Böyük QALMAQAL: erməni keşişlər uşaqbaz çıxdı - FOTOLARFransa vətəndaşı Hrayr Yezegelyan isə deyir ki, 13 yaşı olanda təcavüzlərə məruz qalıb. Ona ilk təcavüz edən isə erməni kilsəsinin Qüds yeparxiyasının arxiyepiskopu, 81 yaşında vəfat etmiş David Saakyan olub.

"Məni dəfələrlə zorladı, sonra başqa keşişlərin də təcavüzlərinə məruz qaldım. Hadisə Qüdsdə baş verib. Mənə təcavüz edənlər David Saakyan, keşiş Had Cunduryan, bir də Braziliyanın San-Paulu şəhərindəki kilsənin keşişi Demetrios Ataryan idi", - H.Yezegelyan deyib.
Erməni kilsəsi baş verənləri israrla təkzib etsə də, Vifleyemdəki Müqəddəs İsa Miladı erməni kilsəsinin müfəttişi, keşiş Had Cunduryan işindən kənarlaşdırılıb. O, Hrayr Yezegelyanı zorlayanlardan biri idi.

Ermənilərin "Nor Yarac" qəzeti isə Erməni Apostol Kilsəsində onlarla, bəlkə də yüzlərlə əxlaqsız, uşaqbaz keşişlərin olduğunu yazıb.
Böyük QALMAQAL: erməni keşişlər uşaqbaz çıxdı - FOTOLAROnların arasında ermənilərin dini lideri, katolikos 2-ci Qareginin kiçik qardaşı, Erməni Apostol Kilsəsinin Rusiya yeparxiyasının rəhbəri, arxiyepiskop Yezras Nersisyan da var.
Nersisyanın əxlaqsız və uşaqbaz olduğunu Ermənistandakı Gevorkyan Dini Seminariyasının tələbələri ilə keşişləri də təsdiqləyiblər.

Bir müddət əvvəl erməni Arsruni Havetisyan Facebook-da yazmışdı: "Ermənilərin katolikosunun qardaşı şərəfsiz, əxlaqsız insandır. O, valideynləri Argentinada avtomobil qəzasında həlak olmuş Mikaelə də təcavüz edib. Mikaeli Argentinadakı erməni yeparxiyasının rəhbəri, arxiyepiskop Qriqoris Bunyatyan Eçmiədzin Dini Seminariyasına oxumaq üçün yollamışdı. Yezras Nersisyan həmin yeniyetməni dəfələrlə zorlayandan sonra Eçmiədzindəki narkomanlara satırdı".

Dini Seminariyada uşaqbaz keşişlərə rədd cavabı verən tələbələr təqiblərə məruz qalır, inad edəndə isə qovulurlar.
Bunu katolikos 2-ci Qaregin bilir, amma hələ də susur./milli.az/


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 2699   Tarix: 23 avqust 2016  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Telefonu niyə yastığın altına qoyub yatmaq olmaz?

"Yaşayış sahəsinin ekologiyası" laboratoriyasının müdiri Anton Yastrebçevin sözlərinə görə, smartfonları yastığın altına qoyub yatmaq olmaz. -a istinadən xəbər verir ki, ekspert səbəb kimi telefonlardan gələn radiasiyanın bəzən artdığını bildirib. "Nəzərə almaq lazımdır ki, telefonları

18.09.2021 862
.

Nazirdən məktəblərdə şagird sıxlığı ilə bağlı AÇIQLAMA - VİDEO

Təhsil naziri Emin Əmrullayev bəzi məktəblərdə sıxlığın yaranmasına aydınlıq gətirib. Nazir Baku TV-yə eksklüziv müsahibəsində bildirib ki, Azərbaycanda valideynə övladı üçün həm məktəb, həm də müəllim seçmək hüququ verilib:. "Valideyn elektron qeydiyyatdan keçdikdən sonra bütün sinifləri sistemd

18.09.2021 1643
.

İsveçdə Azərbaycan vətəndaşı itkin düşüb

İsveçin Arvika şəhərində azərbaycanlı itkin düşüb. "Report"un Avropa bürosunun məlumatına görə, Azərbaycan vətəndaşı, 39 yaşlı İltimas Mirzəyevdən sentyabrın 15-dən etibarən xəbər almaq mümkün olmayıb. O, evdən çıxdıqdan bir qədər sonra əlaqə kəsilib. Hazırda polis azərbaycanlının axtarışın

18.09.2021 443
.

Qondarma rejimin "bayrağ"ını silən polis kimdir? - FOTO/VİDEO

Xəbər verdiyimiz kimi, Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən zolağa nəzarət edən Azərbaycan polisi burada hərəkət edən avtomobilin üzərindəki qondarma "respublika"nın qondarma "bayrağı"nı elə yerindəcə süngü ilə qazıyıb. Sosial şəbəkələrdə yayılan məlumata görə, həmi

18.09.2021 4608
.

Maqsud Mahmudov Ukraynada tutularaq Azərbaycana gətirildi - RƏSMİ

2020-ci ilin yanvar ayının 10-dan Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu bu il iyul ayında Ukrayna Respublikası ərazisində tutulub. Bu barədə Baş Prokurorlu

18.09.2021 2678
.

Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"

Türkiyə milli müdafiə naziri Hulusi Akar Qazilər Günü münasibətilə təşkil edilən mərasimdə Azərbaycana dəstək çıxışı edib. Bu barədə məlumat Türkiyə Milli Müdafiə Nazirliyinin rəsmi saytında yerləşdirilib. Qəhrəman Türkiyə ordusunun sivilizasiyanın və tarixin yüklədiyi məsuliyyət hissi ilə dost və qarda

18.09.2021 233
.

Cənub bölgəsi ilə bağlı "12-dən sonra işləmir" deyimi haradan yaranıb?

Niyə bəziləri talışlar haqqında "saat 12-dən sonra işləmir" ifadəsini istifadə edirlər?. xəbər verir ki, bu barədə aparıcı, nitq təlimçisi Cəlalə Nəzəroğlu sosial şəbəkədə paylaşım edib. O bildirib ki, bu deyim talışların fiziki işlərinə görə yaranıb:. "Çox təəssüf ki, bizdə bəziləri insanlar

18.09.2021 1826
.

Bakıda intiharın qarşısı alındı

Bakı şəhərinin Sabunçu rayonunda 1 nəfər tikilməkdə olan binanın 3-cü mərtəbəsinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəl

17.09.2021 1997
.

Türkiyəli professor: "Yoluxma azalmasa, qapanmaya getməli olacağıq"

"Tam qapanma yoluxma sayındakı artımdan sonra yenidən gündəmə gələ bilər". "Report" "Posta"ya istinadən xəbər verir ki, bunu türkiyəli professor Faruk Aydın deyib. "Qış çox ağır keçəcək. Qapanmaya getməmək üçün mübarizə aparırıq. Amma yoluxma sayını azalda bilməsək

18.09.2021 1281
.

TOP MP3