DƏHŞƏT! Trans qadın diri-diri yandırıldı - FOTOLAR

DƏHŞƏT! Trans qadın diri-diri yandırıldı - FOTOLARTransgender qadın Hande Kaderin qətli İstanbulda böyük hiddətə səbəb olub. Türkiyə, LGBTİ (lesbian, gey, biseksual, transgender və interseks) icması məsələsində son dərəcə mühafizəkar olaraq qalsa da, bazar günü fəallar İstanbulda bu qətli pisləyən etiraz yürüşü planlaşdırıblar.

"Hande dünyada ən gözəl insanlardan biri idi. O adətən çox sakit idi, lakin bəzən çılğın olurdu. O həmişə LGBT yürüşlərinə qatılırdı, ölümünədək düzgün saydığı bir şeyi müdafiə edirdi".

Davut Dengiler 23 yaşlı kirayə yoldaşı Hande Kaderi məhz belə təsvir edir və sözlərinə davam edir:

"Mən morqdan çıxırdım və özümdə bir yüngüllük hiss edirdim ki, Handeni ölüxanada tapmamışam. Elə bu vaxt həkim dedi ki, orada bir yanmış cəsəd də var. "Bir ona da bax". Baxdım. Mən onun əlamətlərini dedim. Sonra onlar kompüterdə protokola baxdılar. Bu anda həkim əlini mənim kürəyimə qoyub başsağlığı verdi. Mən özümü itirdim".

O Kaderin başqa insanların ölümünə reaksiyasını xatırlayır: "Trans adamlar öldürüləndə dəli olurdu. Elə kədərlənirdi ki… Onun özünü əvvəllər bıçaqlamış və döymüşdülər. Bu təkcə Handenin başına gəlməmişdi. Bunu onların hamısına edirlər".

Qeyd edək ki, Handenin meyiti ötən həftə İstanbuldakı meşəlikdən tapılıb.

"Seks işçisi" kimi çalışan Hande Kaderi sonuncu dəfə müştərisinin maşınına minən görüblər.

Handenin ölümü kimi Türkiyədə bir çox bu cür hal baş versə də, LGBTİ fəalları translara qarşı zorakılığa etiraz etsələr də, Türkiyə cəmiyyəti buna nadir hallarda reaksiya verir.

Transgender Avropası insan haqları qrupunun məlumatına görə Türkiyə trans qətllərinin sayına görə Avropada birinci yeri tutur.

Qrupun 2016-cı il hesabatında deyilir ki, "translar üçün salamat ölkə" yoxdur.

Daima etiraz səsini yüksəldən Hande Kader diqqəti Türkiyədə trans qətllərinə və bu qətllərə görə cəzasızlığa çəkmək üçün çalışırdı. Buna görə də LGBT aksiyalarının ön cərgələrində olurdu.

Kader mitinqlər zamanı jurnalistlərə yaxınlaşar və deyərdi: "Siz elə hey bizim şəkillərimizi çəkirsiniz, amma çap etmirsiniz. Heç kim bizim səsimizi eşitmir".

Hande Kaderin səsi onun qətlilə kəsilib. Özü də heç kimin təsəvvürünə gətirə bilməyəcəyi bir tərzdə. O yandırılıb.

O fahişə kimi işləyirdi və həyatı daim riskdə idi. Başqa translar kimi o da küçələrdə fahişəlik etməyə məcbur idi, küçələrdən çıxış yolu axtarırdı, lakin tapa bilmədi.

"O bu işi sevmirdi. Amma insanı da bu cür öldürmək olarmı?" – bu sözləri Kaderin rəfiqəsi Funda deyir.

Xatırladaq ki, 15 iyulda baş tutmamış çevriliş cəhdinin ardınca elan edilmiş fövqəladə vəziyyətdə nümayişlərin keçirilməsinə məhdudiyyət qoyulub.

Lakin ilk dəfə olaraq Türkiyənin tanınmış insanları Handenin qətli ilə bağlı səslərini ucaldıblar. Onlar bazar gününə planlaşdırılmış yürüşdə iştirak etmək istəyirlər./abzas.net/

DƏHŞƏT! Trans qadın diri-diri yandırıldı - FOTOLARDƏHŞƏT! Trans qadın diri-diri yandırıldı - FOTOLARDƏHŞƏT! Trans qadın diri-diri yandırıldı - FOTOLARDƏHŞƏT! Trans qadın diri-diri yandırıldı - FOTOLARDƏHŞƏT! Trans qadın diri-diri yandırıldı - FOTOLAR


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 10184   Tarix: 23 avqust 2016  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Şimşək çaxıb, leysan yağıb

Ölkə ərazisində hökm sürən faktiki hava açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, saat 21.00-a olan məlumata əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Sarıbaş(Qax), Sahdağ, Zaqatala

17.09.2021 1179
.

Cənub bölgəsi ilə bağlı "12-dən sonra işləmir" deyimi haradan yaranıb?

Niyə bəziləri talışlar haqqında "saat 12-dən sonra işləmir" ifadəsini istifadə edirlər?. xəbər verir ki, bu barədə aparıcı, nitq təlimçisi Cəlalə Nəzəroğlu sosial şəbəkədə paylaşım edib. O bildirib ki, bu deyim talışların fiziki işlərinə görə yaranıb:. "Çox təəssüf ki, bizdə bəziləri insanlar

18.09.2021 1826
.

Üzeyir Hacıbəylinin doğum günü Şuşada qeyd olunacaq

Bu gün Azərbaycan xalqının dahi oğlu, musiqi mədəniyyətimizin korifeyi Üzeyir Hacıbəylinin doğum günüdür. xəbər verir ki, 1995-ci ildə isə ümummilli lider Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərar

18.09.2021 381
.

Maqsud Mahmudov Ukraynada tutularaq Azərbaycana gətirildi - RƏSMİ

2020-ci ilin yanvar ayının 10-dan Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu bu il iyul ayında Ukrayna Respublikası ərazisində tutulub. Bu barədə Baş Prokurorlu

18.09.2021 2678
.

Şairdən Üzeyir Hacıbəyliyə qəribə təbrik: "Bunu sənə bağışlamaq olmur..."

"Xöşbəxt adamsan ki, Azərbaycan musiqisinin bu gününü görmədin". Qaynarinfo xəbər verir ki, bunu nəğməkar şair, Əməkdar İncəsənət Xadimi Baba Vəziroğlu dahi bəstəkar Üzeyir Hacıbəylini ad günü ilə əlaqədar təbrikdə yazıb. Şair bildirib ki, Üzeyir bəyin vaxtsız ölümü ilə Azərbaycan musiqis

18.09.2021 3544
.

"Su çənimizi yığışdırdılar ki, şəhərin gözəlliyini pozur..." - Daha bir SU PROBLEMİ - ŞİKAYƏT - AÇIQLAMA

ın redaksiyasına su ilə bağlı növbəti şikayət daxil olub. Belə ki, Təhminə Babayeva adlı şikayətçinin sözlərinə görə, Nizami rayonu "Naxçıvanski" 94B ünvanında gündüz saat 11-də suyu azalda-azalda tam kəsirlər, axşamüstü 6, 7-də yenidən açırlar:. "Gecə 12-yə işləmiş isə yenə kəsirlər

18.09.2021 880
.

Türkiyədə təlimlərdə iştirak edən Azərbaycan hərbçilərinin bir qrupu Vətənə qayıdıb

Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında illik hərbi əməkdaşlıq planına əsasən keçirilən "TurAz Şahini - 2021" birgə taktiki-uçuş təlimində iştirak edən Azərbaycan Hərbi Hava Qüvvələrinin bir qrup heyəti və aviasiya vasitələri Vətənə qayıdıb. Bu barədə BİG.AZ-a Müdafiə Nazirliyində

18.09.2021 254
.

Nəriman Abbasov Həbib Nurməhəmmədovun qohumuna nokautla qalib gəldi - VİDEO

Bu gecə Moskvada rusiyalı sabiq UFC çempionu Həbib Nurməhəmmədovun atası Əbdülmanaf Nurməhəmmədovun xatirəsinə həsr edilən turnir keçirilib. xəbər verir ki, yarış çərçivəsində azərbaycanlı döyüşçü Nəriman Abbasov rusiyalı Şamil Zavurovla qarşılaşıb. Abbasov rəqibini ilk raunddaca nokauta salıb. Qey

18.09.2021 831
.

Azərbaycanda istehsal ediləcək avtomobillərin qiyməti açıqlandı - 17 min manata...

Hacıqabul Sənaye Məhəlləsində istehsal ediləcək minik avtomobillərinin qiyməti 17-20 min manat təşkil edəcək. Bu barədə "Azərbaycan Avtomobil İstehsalçıları Assosiasiyası" İctimai Birliyinin rəhbəri Emin Axundov deyib. "Minik avtomobillərinin növbəti aydan satışa çıxarılması planlaşdırılır

18.09.2021 1109
.

TOP MP3