Sevgilisinə görə taxtından imtina edən KRAL - FOTOLAR

Sevgilisinə görə taxtından imtina edən KRAL - FOTOLARAvropada savaş küləklərinin əsdiyi, faşizm və nasizmin tüğyan etdiyi bir vaxtda - 1936-cı ildə - İngiltərə taxtına yeni kral - VIII Edvard keçir.

Edvard vəliəhd olduğu vaxtlarda dünyanın bir çox yerini gəzib görən və təhsilini də Oksfordda bitirən, müasir dünyagörüşlü bir gənc idi. Saray adətlərinə görə yaşamaq ona ağır gəldiyindən həyatını fərqli qurmaq istəyirdi. Heç olmasa həyatının bir qismini özü bildiyi kimi keçirməyi arzulayırdı. Evlilik məsələsində isə qərarı qəti idi və protokol gərəyi olaraq istəmədiyi biri ilə evlənməyi düşünmürdü. Onun ən böyük arzusu dəbdəbədən uzaq, sadə və xoşbəxt bir ailəsinin olması idi.

Həyatında bir çox qadın olsa da, onların heç biri onun ailə ilə bağlı standartlarına uyğun gəlmədiyindən evlənmir. Bir dəfə məclislərin birində Ledi Furness Edvardı amerikalı rəfiqəsi Vallis Simpsonla tanış edir. Simpson evli idi. Birinci ərindən boşanıb ikinci dəfə ailə qursa da, yenə də xoşbəxt deyildi. Ancaq şahzadəni görər-görməz ona aşiq olur. Bir müddətdən sonra münasibətləri çox yaxınlaşan cütlük, sonunda evlənməyə qərar veririlər. Şahzadə həyatının qadınını tapdığına görə xoşbəxt idi.

Sevgilisinə görə taxtından imtina edən KRAL - FOTOLAREvlənməyə qərar verdikləri gün, V.Simpson ikinci ərindən boşanır. Lakin heç bir zadəganlıq ünvanı olmayan bir amerikalının İngiltərə kraliçası olması üçün aşılması çətin olan saray qaydalarının öhdəsindən gəlmək lazım gəlirdi. Fəqət, bu o qədər də asan məsələ deyildi. Edvard 325 gün davam edən qısa hakimiyyəti dövründə protokoldan kənara çıxaraq qeyri-adi bir kral imici ortaya qoyur. Bəzi daxili qaydalara belə fikir vermir. Məsələn, krallığın elan edilməsinin ildönümü ilə bağlı mərasimə xidməti maşını ilə getmək əvəzinə, piyada getməyi üstün tutur. Hətta atasının dövründən 30 dəqiqə irəli çəkilən malikanədəki saatı normal vəziyyətinə qaytarır. Qənaət etmək və məsrəfləri azaltmaq üçün saray personalının yaşlı işçilərini təqaüdə göndərib yerinə gənc kadrları qəbul edir. Qısa sürən hakimiyyəti dövründə xarici ölkələrə gəzintiyə çıxmağı da unutmur.

1936-cı ildə Atatürkün dəvəti ilə sevgilisiylə birlikdə İstanbula səfər edir. Səfər zamanı da bir an olsun belə sevgilisindən ayrılmır. Az qala onunla oturub, onunla qalxır. Atatürk qonaqlarına qarşı nəzakətli və sayğılı idi. Onları ənənəvi Türk qonaqpərvərliyi ilə qəbul edir. Bir gün kral və onunla gələn heyətlə birlikdə Mərmərə gəzintisinə çıxırlar... Masa ətrafında oturub maraqlı söhbət etdikləri vaxt xanım Simpson ətrafı seyr etmək üçün durbinini alıb masadan qalxdıqda kral da qalxır və Atatürkdən üzr istəyib sevgilisinin arxasınca gedir. Atatürk kəskin və iti baxışlarıyla onlara baxaraq yanındakılara: "Kralın madama qarşı həssas olduğunu görürəm. Lakin qorxuram ki, bu qadın üzündən taxtını itirə" – deyir...

Sevgilisinə görə taxtından imtina edən KRAL - FOTOLARYeni kralın apardığı islahatlar və protokoldan kənar işlər mühafizəkar dairələrdə narahatlıq yaratmağa başlayır. O, ona verilən hər sənədi oxumadan imzalayan oyuncaq kral olmaq niyyətində deyildi. Bu üzdən də razılaşmaq məcburiyyətində qaldığı məsələlər barəsində nazirlərdən əlavə məlumatlar istəyir və bəzilərinin də dəyişdirilməsi barədə göstərişlərini verirdi. Baş nazir və nazirlər kralın bəzi məsələlərin icrasına qarışmağa haqqının olmadığını düşünsələr də, bunun əksinə olaraq o, davranışlarının konstitusiyaya uyğun olduğuna inanırdı. Bu konstitusion hüquq məsələsi idarəetmədə bir sıra əngəllər yaratsa da, dövrün siyasi şərtlərinə görə belə bir böhranın yaradılması uyğun görülmürdü.

Bundan başqa, kral işçilərin problemi ilə də yaxından maraqlanır, onların qayğısına qalırdı. Gəzintilərinin birində mədən işçilərinə də baş çəkir və onların son dərəcə əlverişsiz şəraitdə işlədiklərini görüb dəhşətə gəlir. İşçilər qarşısında çıxışı zamanı iş yerlərinin və iş şəraitinin çox ağır durumda olduğunu və bunların düzəldilməsinin vacibliyini qeyd edir. Baş nazir və nazirlər kralın belə mövqeyini qəbul edə bilmədiklərindən bunu işçilərin qiyama qalxa biləcəyi kimi qələmə veririlər. Təbii ki, mühafizəkar çevrələr kralın bu cür hərəkətlərini bəyənmir. İşçilərin problemləri ilə maraqlandığından hökumət üvlərinin bəziləri ona "kommunist kral" deyir, bəziləri də idarəetməyə müdaxilə etdiyinə görə "faşistlikdə" günahlandırırlar. Karalın hökumət və Mühafizəkarlar Partiyası arasında müəyyən problermlərinin yarandığı bir vaxtda, bu problemlərin sırasına saray adətlərinə uyğun olmayan evliliyi də əlavə olunur. Əslində kral ənənəyə uyğun hərəkət etsəydi, evlilik problemi aradan qalxardı. Amma o, öz prinsiplərindən vaz keçmir.

Buna görə də hökumət və mühafizəkarlar onun istefa verməsi üçün hər yola baş vurular. Başda Edvardın anası kraliça Meri olmaqla, hər kəs bu evliliyin əleyhinə idi. Nəhayət, məsələlər dalana dirənir və kralı taxt və evlənəcəyi xanım arasında seçim etməyə vadar edirlər. Seçim qarşısında qalan kral taxtdan imtina edərək sevgilisini seçir. Bundan sonra radioda vida çıxışı zamanı: "Sevdiyin qadın yanında olmadan krallıq kimi önəmli bir məqamın vəzifə və məsuliyyətini yerinə yetirə bilməyəcəyini" deyərək vəzifəsindən istefa etdiyini açıqlayır.

Deyilənlərə görə, kralın vida çıxışında səsləndirdiyi bu fikir ona simpatiya duyan sadə işçilər arasında uzun müddət şüara çevrilir. Bəzən iş sahibləri onların işlərindən razı qalmayıb niyə belə etdiklərini soruşduqda: "Çünki sevgilim yanımda deyil" deyə zarafatyana cavab verirlər. (admiral.az)


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 2162   Tarix: 22 avqust 2016  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Çox təcili 9 mkr-da Mir Cəlal küçəsində təmirli mənzil satılır!

16 ci mərtəbədə təmirli qanuni 2 otaq əlavə 1uşag otağı var.Qazı,suyu,işığı daimidir.Bağça,məktəb 100 metr məsafədə yerləşir. Evin çıxarışı var. Qiymət 12800man. Əlaqə üçün (055) 8166886. (050) 3127604

13.09.2021 1018
.

Peyvənd olunana pulsuz dönər təklifi

Almaniyada türk əsilli iş adamı insanaları koronavirus əleyhinə vaksinasiyaya təşviq etmək məqsədilə maraqlı təşəbbüs göstərib. -a istinadən xəbər verir ki, Berlindəki "Kaplan Dönər"in sahibi Rəmzi Kaplan peyvənd olunan hər kəsə ona aid restoran və kafelər şəbəkəsində pulsuz dönər ikram ediləcəyin

16.09.2021 1185
.

DƏHŞƏTLİ HADİSƏ: hamburgerdən insan barmağı çıxdı

Bolivyanın Santa Cruz de la Sierra şəhərində Estefany Benitezin adlı şəxsin yediyi hamburgerin içindən insan barmağı çıxıb. Bildirilib ki, o, dərhal istehsalçıya şikayət edib. Amma onunla heç kim maraqlanmayıb. Hadisə ilə bağlı öncə "Facebook"da, sonra beynəlxalq mətbuata açıqlayan gənc başın

15.09.2021 1292
.

Kosmosda nəgəng "it sümüyü" tapdıldi - FOTO

Kosmik fəzada nəhəng "it sümüyü"nə bənzər "Kleopatra" asteroidi aşkarlanıb. BİG.AZ "Live Science"a istinadən xəbər verir ki, alimlərin marağına səbəb olan bu asteroidin uzunluğu 270 kilometr, çəkisi 3,27 kvadrilyon ton, sıxlığı isə hər kub santimetrə 3,4 qramdır. Hazırd

11.09.2021 1188
.

Oturaq həyat tərzi keçirənlər necə qidalanmalıdır? - Dəyərli məsləhətlər

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) "AQTA maarifləndirir" rubrikası davam edir. agentliyə istinadən xəbər verir ki, rubrika çərçivəsində AQTA və Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) mütəxəssisləri tərəfindən hazırlanan maarifləndirici materiallar, sağlam qidalanm

11.09.2021 659
.

Gecə paltarı ilə yatmayın - SƏBƏB

Gözəl, sağlam və rahat bir yuxu üçün yatarkən gecə paltarı geyinməyin. Hətta qışda belə. Bəs niyə gecə paltarı ilə yatmamalıyıq?. -a istinadən məlumat verir ki, insanların təxminən 40 faizi yatarkən gecə paltarı geyinirlər. Xüsusilə qış aylarında qalın "pijamalar" da yatmaqla daha rahat olacaqların

16.09.2021 3554
.

Binanın qarşısından keçən qadının üstünə armatur düşdü – ANBAAN VİDEO

Türkiyənin Çorum şəhərində qadın tikintisi davam edən binanın qarşısından keçərkən ciddi təhlükə ilə üzləşib. -a istinadən xəbər verir ki, hadisə anbaan inşaat meydançasının təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb. Görüntülərdə qadının onun üstünə düşən armatur dirəklərdən yayınmağa çalışdığ

14.09.2021 1946
.

Yatağına ilan girən kişinin qorxu dolu anları - VİDEO

Hindistanda az qala faciə ilə nəticələnəcək hadisənin görüntüləri yayılıb. Kadrlar Racastanda, Bansvar məbədində qeydə alınıb. -a istinadən xəbər verir ki, videodan göründüyü kimi, kobra ilanı yerdə yatan insana tərəf sürünür. Sonra o, odeyalın altına girir. Bu vaxt kişi qəfil ayılaraq yerindən sıçrayır

10.09.2021 1704
.

Ofis daxilində yaranan havasızlıq işçilərin yaddaşına və diqqətinə təsir edir

Mütəxəssislərin apardığı araşdırmalar nəticəsində məlum olub ki, işçilərin ofisdə iş zamanı yorğunluğunun və halsızlığının əsas bir vacib səbəbi var. Belə ki, bu səbəb təkcə işçilərin işləmək istəməməsi ilə əlaqədar deyil. Söhbət iş yerində olan havasız şəraitdir. ABŞ-dan olan tədqiqatçılar işçiləri

12.09.2021 489