40 gün əvvəl şəhid olan Toğrulun hekayəsi - Nə atası var, nə anası - FOTOLAR

40 gün əvvəl şəhid olan Toğrulun hekayəsi - Nə atası var, nə anası - FOTOLARBiG.AZ qafqazinfo-nun Toğrul Məmmədov haqda olan yazısını təqdim edir:

40 gündür aramızda olmayan bir şəhidimiz var. O şəhid ki, ömrü boyu ölümün gözünə dik baxıb, hər an canından keçməyə hazır olub...

...Azərbaycanın mərd oğlu, baş leytenant Toğrul Məmmədovun ata ocağına - Babək rayonunun Şıxmahmud kəndinə yol alırıq. Həmişə əlimdə tutduğum qələmim də, kağızım da sanki məndən gizlənib. Göz yaşlarımı güclə saxlayıram. Saxlayıram ki, heç kim görməsin. Şəhidə ağlamazlar. Çünki onlar ölmürlər. Ölməz üçün ağlamazlar. Həftədə bir neçə dəfə yanından ötüb keçdiyim kənd bu səfər gözümə ayrı görünür. Elə bil ki, öz şəhidi ilə qürurlanır. Deyir ki, bax, suyumdan içən, üstümdə gəzən Toğrul məni qoruyub, canından keçib şəhid olub.

...Toğrul 1988-ci ilin iyul ayının 26-da ziyalı ailəsində dünyaya göz açmışdı. İlk təhsilini Şıxmahmud kənd tam orta məktəbində almışdı. Uşaqlıqdan vətənpərvərliyi ilə seçilən Toğrul 2002-ci ildə Heydər Əliyev adına Hərbi Liseyə qəbul olunmuşdu. 2005-2009-cu illərdə ali hərbi təhsilini uğurla başa vurub təyinatla Ağdamda "N" hərbi hissədə xidmətə başlamışdı. Nümunəvi hərbi xidməti ilə seçilən Toğrul bir çox mükafatlara layiq görülmüşdü. 2014-cü ilin avqust ayında xidməti vəzifəsini yerinə yetirərkən yaralanan Toğrul bu il aprel döyüşlərində düşmənlə qəhrəmancasına vuruşmuşdu. İyulun 14-də axşam saatlarında cəbhə xəttinin Ağdam istiqamətində düşmən tərəfindən açılan snayper atəşi nəticəsində o, şəhidlik zirvəsinə ucaldı.

...Şəhid qardaşım Toğrul! Ata ocağında Azərbaycan bayrağı dalğalanır. Evinizdə hamının gözlərində hüznlə qarışıq bir qürur duyulur. Çünki şəhidliyin qüruru kədərindən böyükdür. Çünki ŞƏHİD adını qazanmaq üçün Vətəni, sadəcə, sevmək yetərli deyil. Onu canından çox sevməlisən, həm də hər bir qarışını sevməlisən. Daşını, qayasını sevməlisən, gülünü-çiçəyini sevməlisən. Onda üstündə gəzdiyin, suyunu içdiyin, çörəyini yediyin, havasını udduğun torpaq Vətən olur.

Şəhidlik Toğrul üçün əlçatmaz zirvə idi, Vətən uğrunda ölmək böyük şərəf idi. Bu səbəbdən qaçmadı silahların qabağından. Bir gecədə yol aldı şəhidlik zirvəsinə, mübarizliyi ilə səs verdi Vətəninin səsinə, - bunları qardaşın Üzeyir deyir. O, sənin bu Vətəni - Azərbaycanımızın hər bir qarışını necə sevdiyindən danışır. Gözləri dolur. Dərindən kədərlənir. Amma qürurlu olduğunu da duymaq çətin deyil. Nişanlı bacın isə səssizcə bir kənarda oturub. Ürəyindən nələr keçir, görəsən? Qardaş itkisindən böyük ağrı olarmı? Özü də ata əvəzi olan qardaş... Dönüb bir də bacının üzünə baxıram. Bir məğrurluq görürəm.

...Onlara çox sual vermirəm. Görünən dağ bələdçi istəməz. Ata-anasını vaxtsız itirən Toğrul özündən balaca qardaş və bacısına həm ata, həm də ana idi. Ailə həyatı qurmaq barədə düşünmürdü. Bir arzusu var idi: bacısını gəlin köçürsün, qardaşına gəlin gətirsin. Qismət olmadı. Onlar qardaşlarını yox, həm də ata və analarını itiriblər. Amma sən elə şəhidlik zirvəsinə ucalmaqla qardaş-bacına ən böyük mükafatı verdin. Sənin yoxluğun onlara ağır dərd olsa da, səninlə, şəhidliyinlə də bir o qədər qürur duyurlar. Divardan asılan fotonda lal-dinməz bizə baxırsan. Gözlərində düşmənə qarşı bir haray var. Öz-özümə "Nigaran qalma, qəhrəman", - deyirəm. Sənin şəhidliyinin nuru bacı və qardaşının yoluna işıq salacaq. Sən torpaq uğrunda canından keçdin. Unutmaz bu torpaq, bu vətən səni. Qarabağın azad olunmasına çox az qalıb, mənfur düşmən öz qanında boğulacaq, sənin və sənin kimi yüzlərlə şəhidimizin qanı yerdə qalmayacaq. Əgər siz olmasaydınız, yurd da olmazdı, Vətən də. Siz dövlətimizi üçün polad körpüsünüz, həm də sınmayan, əyilməyən, Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü qədər ağır bir yükü dünənimizdən bu günümüzə ötürən qəhrəmanlıq körpüsü...

Yazdıqlarım Toğrul Məmmədovun bir insan, bir oğul və bir vətəndaş kimi etdiklərinin qarşısında çox azdır. Onun yaşadığı ömür kimi. Ancaq o, bu az ömrü əsl vətəndaş kimi yaşadı. Vətəndaş və şəhid kimi bu dünya ilə vidalaşdı. Mən də onun ata ocağıyla vidalaşıram. Ancaq bu qapıya, yəqin ki, yenə yolum düşəcək. Tək mənim yox, Toğrul kimi vətənpərvərləri sevən bütün insanlar Üzeyirin, bacısının yanında olmaq, onların şad günlərini görmək üçün...

Yol boyu bir mahnı ürəyimdə səslənir:

Çox sınadı bizi zaman,
Neçə şəhid getdi qurban.
Sinəsiylə sipər olan
İgid əsgər, möhkəm dayan!

Ya azad ol, ya candan keç,
İki yoldan birini seç.
Azadlığın şərbətin iç,
İgid əsgər, möhkəm dayan!

Allah bütün şəhidlərimizə rəhmət eləsin.

40 gün əvvəl şəhid olan Toğrulun hekayəsi - Nə atası var, nə anası - FOTOLAR40 gün əvvəl şəhid olan Toğrulun hekayəsi - Nə atası var, nə anası - FOTOLAR40 gün əvvəl şəhid olan Toğrulun hekayəsi - Nə atası var, nə anası - FOTOLAR40 gün əvvəl şəhid olan Toğrulun hekayəsi - Nə atası var, nə anası - FOTOLAR


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 2820   Tarix: 20 avqust 2016  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Kral ailəsində növbəti addım: Endryu malikanəni tərk etməlidir

İngiltərə kralının kiçik qardaşı, keçmiş şahzadə Endryu Vindzor qəsri yaxınlığındakı malikanəsindən çıxarılacaq və Sandrinqemdə yerləşən kral mülkündəki bağ evinə köçməyə məcbur ediləcək. xarici mediaya istinadən xəbər verir ki, bu barədə Daily Mail qəzeti məlumat yayıb. Məlumata görə, Kral II Çarl

11:49 173
.

Panama sahillərində zəlzələ baş verib

Panama sahillərində 6 bal gücündə zəlzələ qeydə alınıb. BİG.AZ CBS News-a istinadən xəbər verir ki, zəlzələnin episentri Burika şəhərindən təxminən 155 km cənub-şərqdə Sakit okeanda, ocağı isə dərinlikdə baş verib. Hazırda ölən və xəsarət alan barədə məlumat yoxdur və sunami təhlükəsi ilə bağlı xəbərdarlı

16:01 174
.

Azərbaycandan Ermənistana göndərilən yanacağın ilk partiyası yola salındı

Azərbaycandan Ermənistana göndərilən neft məhsullarının ilk partiyası Bakı Yük Stansiyasından Biləcəri stansiyasına çatdırılıb və oradan Böyük Kəsik stansiyası istiqamətində hərəkətə başlayıb. "Report"a istinadən xəbər verir ki, 22 vaqona yüklənmiş ümumilikdə 1 220 ton "Aİ-95" markal

15:10 212
.

Süni intellektli çatbot qətldə ittiham olunur

ABŞ-da süni intellektlə işləyən çatbot ilk dəfə bir insanın qətlində dolayı yolla iştirak etməkdə ittiham olunub. xarici mediaya istinadən xəbər verir ki, bu barədə People nəşri məlumat yayıb. Məlumata görə, 56 yaşlı Stein-Erik Selberg 83 yaşlı anası Syuzan Adamsı öldürdükdən sonra intihar edib. İstinta

10:53 172
.

Avropa Rusiyaya xəbərdarlıq etdi

Avropa Birliyi və Avropa liderləri Moskvaya qarşı bir sıra ciddi xəbərdarlıqlar verib. BİG.AZ Euronews-a istinadən xəbər verir ki, Avropa Birliyi rəsmiləri Rusiyanın Ukrayna müharibəsini davam etdirməsi və "hibrit" təhdidlər (drone uçuşları, kritik infrastruktur hücumları) ilə Avropanı zəiflətmə

16:10 177
.

"Elşən Gülşən"də bu nöqsanlar aşkarlandı - Fotolar

Sabirabad rayonu, Qaragüney kəndində fəaliyyət göstərən "Elşən Gülşən" ticarət mərkəzində nöqsanlar aşkarlanıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb. Belə ki, baxış zamanı marketdə qida məhsullarının saxlanma şəraitinə əməl olunmadığı

14:04 245
.

Dostlarını yığıb 56 yaşlı kişinin başını kəsdi

Hindistanın Carxand ştatında üç gənc təhqirə görə kişinin başını kəsiblər. xarici mediaya istinadla bildirir ki, 56 yaşlı Karinath Luqunun başı kəsilmiş cəsədi dekabrın 16-da meşəlik ərazidə aşkarlanıb. Polisin versiyasına görə, o, kənd yarmarkasından evə qayıdarkən üç dost qarşısını kəsib. Hadisə il

19:45 65
.

Müqayisə ilə böyüyən uşaqlar: valideyn sevgisinin səssiz sınağı - PSİXOLOQDAN AÇIQLAMA

Valideynin öz övladını başqasının uşağı ilə müqayisə etməsi cəmiyyətimizdə çox vaxt "motivasiya" adı altında təqdim olunur. Halbuki bu cür müqayisələr uşağın inkişafına təkan verməkdən çox, onun özünə inamını sarsıdır, daxili dünyasında səssiz bir mübarizə yaradır. "Bax, filankəsin uşağ

16:29 207
.

Ölkəmizdə humanizmin növbəti təntənəsi

Azərbaycanın 44 günlük Vətən müharibəsindəki şanlı Zəfəri xalqımızın özünə inamını, güvənini daha da artırıb, eyni zamanda Azərbaycan dövlətçiliyini xeyli gücləndirib. Parlaq zəfərimizin beşinci ildönümünü "Konstitusiya və Suverenlik İli" kimi qeyd etdiyimiz qürurlu bir mərhələdə Preziden

10:35 217
.

TOP MP3