YENİLİK! Azərbaycan yeni avtomobil istehsalına başlayır

YENİLİK! Azərbaycan yeni avtomobil istehsalına başlayırNeftçala Sənaye Məhəlləsində Azərbaycanın "Azevrocar" MMC şirkətinin İranın "İran Khodro" şirkəti ilə birgə həyata keçirdiyi layihə çərçivəsində avtomobil istehsalı zavodunun təməli qoyulub

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, tədbirdə iqtisadiyyat naziri Şahin Mustafayev və ölkəmizdə səfərdə olan İran İslam Respublikasının sənaye, mədən və ticarət naziri Məhəmmədrza Nemətzadənin rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edib.

Nazirə və qonaqlara məlumat verilib ki, illik istehsal gücü 10 min ədəd avtomobil olacaq zavodda 300 yeni iş yerinin yaradılması nəzərdə tutulur. Qeyd edək ki, dəyəri 15 milyon dollar olan layihə üzrə müvafiq anlaşma memorandumları bu ilin aprelində imzalanıb. İran tərəfi ilə aparılmış müzakirələr nəticəsində bu vəsaitin 25 faizinin İran şirkəti tərəfindən veriləcəyi barədə razılıq əldə edilib. İnvestisiyanın 75 faizi isə Azərbaycan şirkəti tərəfindən yatırılacaq. Zavod 2018-ci ilə qədər istifadəyə veriləcək. Onu da əlavə edək ki, iyunda avtomobil zavoduna Neftçala Sənaye Məhəlləsinin iştirakçısı statusunu təsdiq edən şəhadətnamə verilib.

Sonra nazirlər zavodda istehsal edilməsi nəzərdə tutulan bəzi avtomobillər, eləcə də Neftçala Sənaye Məhəlləsində sahibkarlar üçün yaradılmış şəraitlə tanış olublar. Tədbirdə çıxış edən Ş. Mustafayev Azərbaycan və İran arasında siyasi əlaqələrin yüksək səviyyədə olduğunu, əməkdaşlığın bütün sahələrdə inkişaf etdiyini, əlaqələrimizin genişlənməsinin Azərbaycan və İran prezidentlərinin siyasi iradəsinin göstəricisi olduğunu vurğulayıb.

Bildirilib ki, dövlət başçılarının qarşılıqlı səfərləri, keçirilən görüşlər və imzalanmış sənədlər ölkələrimiz arasında əlaqələrin inkişafına böyük stimul verir. Qeyd olunub ki, avqustun 8-də İran prezidenti Həsən Ruhaninin Azərbaycana səfəri ölkələrimiz arasında əlaqələrin daha da genişlənməsinə öz töhfəsini verəcək.

Nazir bildirib ki, iqtisadi əməkdaşlıq Azərbaycan-İran əlaqələrinin mühüm istiqamətlərindən biridir. "Azərbaycanda 450 İran sərmayəli şirkət fəaliyyət göstərir. İran tərəfindən Azərbaycan iqtisadiyyatına 2,5 mlrd. dollar investisiya yatırılıb. İran Azərbaycanın mühüm ticarət tərəfdaşlarındandır və təkcə 2016-cı ilin yanvar-iyun aylarında ticarət dövriyyəsinin həcmi 66 faiz artıb. Azərbaycan və İran arasında iqtisadiyyatın müxtəlif sahələrində, o cümlədən nəqliyyat, sənaye, səhiyyə, turizm, energetika, maliyyə və bank sahələrdə mühüm addımlar atılıb".

Nazir Ş. Mustafayev qeyd edib ki, Neftçalada təməli qoyulmuş avtomobil zavodu 10 hektar ərazidə tikiləcək.

M. Nemətzadə isə dost və qonşu ölkələr olan İranla Azərbaycan arasındakı əlaqələrin dövlət başçılarının fəaliyyəti nəticəsində son zamanlar daha da inkişaf etdiyini vurğulayıb. O qeyd edib ki, iqtisadi sahədə əlaqələrin genişləndirilməsi üçün böyük potensial var və bu imkanlardan səmərəli istifadə olunmalıdır. "Bu gün təməli qoyulan avtomobil istehsalı zavodu bunu bir daha təsdiq edir", - deyə o vurğulayıb.

İqtisadiyyatın müxtəlif sahələrində əlaqələrin inkişaf etdirilməsinin vacibliyini önə çəkən iranlı nazir səhiyyə, əczaçılıq və digər sahələrdə əlaqələrin inkişaf etdiyini qeyd edib, Neftçala Sənaye Məhəlləsində sahibkarlar üçün yaradılmış əlverişli imkanlardan məmnunluğunu ifadə edib və İran şirkətlərini bu potensialdan yararlanmağa çağırıb.

Sonra Neftçala Sənaye Məhəlləsində avtomobil istehsalı zavodunun tikintisinə dair Azərbaycanın "Azevrocar" MMC və İranın "İran Khodro" şirkətləri arasında 6 müqavilə imzalanıb. Sənədləri "Azevrocar" MMC şirkətinin rəhbəri Emin Axundov və "İran Khodro" şirkətinin baş direktoru Haşim Yekke Zare imzalayıblar. Müqavilələr distribyutor, lisenziya, avadanlıqların satışı, quraşdırılması və istismara verilməsi, yarımfabrikatların təchizatı, mühəndislik xidmətləri, tədris, mühəndis və texniki dəstək sahələrini əhatə edir.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 3139   Tarix: 06 avqust 2016  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Evlənməzdən əvvəl özünüzdən bunları soruşun – 12 SUAL

Evlənirsiniz, yaxud gələcəkdə ailə qurmağı planlaşdırırsınız? Belə vacib qərar verməzdən əvvəl özünüzdən soruşmalı olduğunuz suallara cavab vermisinizmi? Uzun sürən bu macəraya başlamazdan əvvəl nələrə diqqət etməlisiniz?. -a istinadən sizə evlənmədən öncə özünüzdən soruşmalı olduğunuz 12 sualı təqdi

15.09.2021 1571
.

Oturaq həyat tərzi keçirənlər necə qidalanmalıdır? - Dəyərli məsləhətlər

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) "AQTA maarifləndirir" rubrikası davam edir. agentliyə istinadən xəbər verir ki, rubrika çərçivəsində AQTA və Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) mütəxəssisləri tərəfindən hazırlanan maarifləndirici materiallar, sağlam qidalanm

11.09.2021 659
.

Yeni Zelandiyanın adı dəyişdirilir?

Yeni Zelandiya parlamentində yerli xalqı təmsil edən "Maori" partiyası ölkənin rəsmi adının dəyişdirilməsi üçün parlamentə təqdim edəcəyi petisiyanı onlayn imza üçün açıb. -a istinadən xəbər verir ki, petisiyada ölkənin adının Aotearoa olaraq dəyişdirilməsi, şəhərlərin, qəsəbələrin və yerləri

15.09.2021 1222
.

Cənazə mərasiminə açıq geyimdə getdi - Cəsədə yaxınlaşıb... / FOTO

Sosial mediada yayılan görüntülər müzakirələrə yol açıb. Reddit portalında paylaşılan məlumata görə, qız babasının cənazə mərasiminə açıq geyimdə qatılıb. Qohumların etirazlarına baxmayaraq, qız paltarını dəyişməyib. O cəsədə yaxınlaşıb və bildirib ki, babası sağ olub onu bu göyümdə görsəydi etiraz etməzdi

12.09.2021 2549
.

56 yaşında moda dünyasını silkələyən qadın kimdir? - FOTO

Markaların reklam kampaniyalarında baxanda elə təəssürat yaranır ki, yaşlı qadınlar bazardan kənarlaşdırılıb və bu dünyada onlara yer yoxdur. Uzun illər həqiqətən belə idi, dəb dünyasında yaş kriteriyaları və gənclik kultu hökm sürürdü. Sosial şəbəkələrin yaranması ilə xoşbəxtlikdən standartlar dəyişməy

15.09.2021 2086
.

Doaqlarınızın quruluğundan bezmisiniz? - ÇARƏ BURADA

MƏHSUL HAQQINDA. Faydaları:. - Dodaqların həcmini artırır, kontur xətlərini ortaya çıxarir. - Dodaqlardakı qırışıqlari azaldır. - Zədələnmiş, çatlamış dodaq toxumasını bərpa edir. - Dodaqları nəmləndirir və onlara yumuşaqliq bəxş edir. - Günəş şualarina qarşı qoruma təmin edən dodaq baxım məhsuludur

14.09.2021 364
.

Cəmi 2 kilo kökəldiyi üçün işini itirdi - FOTOLAR

"Emirates Airline" şirkətində 3 ilə yaxın stüardessa işləyən Duyqu Karaman cəmi 2 kilo kökəldiyi üçün işdən çıxmalı olub. BİG.AZ xəbər verir ki, bu barədə "Mirror" yazır. Belə ki, iş yoldaşlarından biri onun çox "iri" olduğunu bildirərək rəhbərliyə şikayət edib. Şikayətdə

11.09.2021 2925
.

Məşhur şirkətlərdə məvaciblər nə qədərdir?

Bir çoxları "Google", "Facebook", "Amazon", "Uber", "Microsoft", "Intel", IBM kimi tanınmış ABŞ şirkətlərdə çalışmaq arzusundadır. Cari ilin ilk yarısında texnoloji nəhənglər 80 min nəfərdən çox əcnəbi əməkdaşı işə cəlb edib. Bəs görəsən onlar

16.09.2021 817
.

Gecə paltarı ilə yatmayın - SƏBƏB

Gözəl, sağlam və rahat bir yuxu üçün yatarkən gecə paltarı geyinməyin. Hətta qışda belə. Bəs niyə gecə paltarı ilə yatmamalıyıq?. -a istinadən məlumat verir ki, insanların təxminən 40 faizi yatarkən gecə paltarı geyinirlər. Xüsusilə qış aylarında qalın "pijamalar" da yatmaqla daha rahat olacaqların

16.09.2021 3554