Bakıda kişi qızı və gəlinini polisə şikayət etdi - ŞOK SƏBƏB/FOTOLAR

Bakıda kişi qızı və gəlinini polisə şikayət etdi - ŞOK SƏBƏB/FOTOLARBinəqədi rayon ərazisində Laçın rayonundan olan məcburi köçkünlərin məskunlaşdığı "Sarı qaya" pansionatında qonşu qonşunun evini qarət edib.

BiG.AZ musavat.com-a istinadən bildirir ki,"Sarı qaya" pansionatında məskunlaşan Ələsgər Bağırovun evindən oğurluq edilməsi barədə məlumatı Daxili işlər Nazirliyinin 102 zəng mərkəzinə qonşusu İnqilab Həsənov verib. Polisə zəng vuran Həsənov bildirib ki, qonşusu Ələsgər ailəsi ilə birlikdə şəhərdə olsa da qapısı açıqdır. Hadisə yerinə gələn Binəqədi Rayon Polis İdarəsinin əməliyyatçıları əl-barmaq izləri götürüb və ətrafda yaşayan qonşularla söhbətlər aparmaq qərarına gəlib. Araşdırmalar zamanı oğurluq hadisəsinin polisə zəng vuran İnqilab Həsənovun qızı Pərvanə, gəlini Aysel və nəvəsi Cavid tərəfindən törədilməsi məlum olub. Daşı ətəyindən tökən Cavid Həsənov olub. Cavid xalası Pərvanə və dayısı arvadı Aysel tərəfindən yoldan çıxarıldığını bildirdikdən sonra saxlanılaraq polisə gətirilən Pərvanə də törədikləri oğurluq hadisəsini etiraf edib. Pərvanənin sözlərinə görə qonşuluqda yaşayan Ələsgərin evində qızıl olduğunu ona qardaşı arvadı Aysel deyib. Bundan sonra onlar Ələsgər Bağırovun evinin boş qalmasını gözləyiblər.

Planı cızdıqdan sonra Aysellə Pərvanə bu işə Cavidi də cəlb etmək qərarına gəliblər.

Üçlük əvvəlcə oğurladığı qızılları satmaq istəyib. Aysel oğurluq malı 3 yerə bölməyi təklif edib.

Pərvanənin atası İnqilab Həsənov qonşunun qapısının açıq olduğunu görüb polislə əlaqə saxlayanda üçlük oğurluq qızılı həyətdə qumun altında basırıb. Oğurluq qızılların harada basdırıldığını polisə Cavid Həsənov göstərib. Saxlanılan Cavidlə Pərvanə Həsənova şeytan tərəfindən aldadıldıqlarını bildirərək peşiman olduqlarını deyiblər.

Cavidlə Pərvanədən fərqli olaraq Aysel Həsənova əməliyyatçıları baş vermiş hadisədə iştirak etmədiyinə inandırmağa çalışıb.

Aşkar olunan faktla əlaqədar Binəqədi rayon polis idarəsində başlanan cinayət işi üzrə araşdırmalar davam edir.

Bakıda kişi qızı və gəlinini polisə şikayət etdi - ŞOK SƏBƏB/FOTOLARBakıda kişi qızı və gəlinini polisə şikayət etdi - ŞOK SƏBƏB/FOTOLAR


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2488   Tarix: 30 iyul 2016  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Məktəb direktoruna yüksək vəzifə verildi

Mircamal Mircəlal oğlu Həşimov Sabirabad rayon təhsil sektoruna yeni müdir təyin olunub. xəbər verir ki, bu barədə Mil-Muğan Regional Təhsil İdarəsi məlumat yayıb. Bildirilib ki, bununla bağlı müvafiq əmr imzalanıb. Qeyd edək ki, M.Həşimov bu təyinatadək Sabirabad şəhər 6 nömrəli tam orta məktəbin direktor

03.05.2024 402
.

Bakıda kişi sevdiyi qıza görə özünü yandırdı - TƏFƏRRÜAT + YENİLƏNİB/VİDEO

Bakıda kişinin özünü küçədə yandırmasının təfərrüatı məlum olub. Hadisə şahidlərinin sözlərinə görə, binanın qarşısında sevdiyi qadınla mübahisə edək şəxs daha sonra oradan uzaqlaşıb. Bir neçə dəqiqədən sonra yanacaqdoldurma məntəqəsindən benzin alaraq yenidən həmin binanın qarşısına qayıdıb. "Gördü

03.05.2024 1877
.

Türkiyə şəhid verdi

Türkiyə Ordusunun hərbçisi şəhid olub. "Qafqazinfo" xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb. Qeyd olunur ki, ötən gün "Pençe" əməliyyatı bölgəsindəki posta ildırım düşməsi nəticəsində Türkiyə Silahlı Qüvvələrinın hərbi qulluqçusu Ata Göçmen yaralanara

12:00 181
.

Rusiyanın Daxili İşlər Nazirliyi Zelenskini axtarışa verdi - FOTO

Rusiya Daxili İşlər Nazirliyi Ukrayna Prezidenti Volodimir Zelenski axtarışa verib. Belə bir sənəd nazirliyin məlumat bazasında peyda olub. "Vladimir Aleksandroviç Zelenski, 25.1.1978. Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə axtarışdadır", - deyə Rusiya Daxili İşlər Nazirliyinin paylaşımınd

16:48 99
.

Braziliyada daşqınlar nəticəsində ölənlərin sayı artıb

Braziliyanın cənubundakı Rio-Qrandi-du-Sul ştatında baş verən güclü daşqınlar nəticəsində 39 nəfər ölüb, 68 nəfər itkin düşüb. Rio-Qrandi-du-Sul həftənin əvvəlindən güclü yağışlar davam edir. Bu günə qədər 350 mindən çox insan təbii fəlakətdən zərər çəkib. Hazırda onminlərlə yerli sakin evlərini tər

19:00 0
.

Murad bu kanalda xəbər aparıcılığına başladı

Aparıcı Murad Əzimzadə xəbər aparıcılığına başlayıb. OLAY yazır ki, o, çalışdığı "Space" kanalında xəbərlərin əsas buraxlışı ilə izləyici qarşısına çıxıb. Əzimzadə bu barədə feysbuk hesabında yazıb. "Qismətdə "Space Xəbər"in əsas buraxılışının aparıcısı olmaq da var imiş. Xəbə

03.05.2024 521
.

Əli Əsədov Türkiyəyə səfər edəcək

Azərbaycan və Türkiyə arasında may ayının 8-də Ankarada iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 11-ci iclası və biznes-forumu keçiriləcək. Bu barədə Türkiyənin Ankara Sanayi Odasından (Ankara Sənaye Palatası) məlumat verilib. Bildirilib ki, "Türkiyə-Azərbaycan Hökumətləraras

14:07 117
.

Adil Əliyevin ailəsinə ağır itki

Milli Məclis sədrinin müavini, Gənclər və İdman Komitəsinin sədri Adil Əliyevə ağır itki üz verib. "Qafqazinfo" xəbər verir ki, vitse-spikerin qayınatası Aydın Abdullayev dünyasını dəyişib. Allah rəhmət eləsin!

10:09 373
.

İlham Əliyevdən Xankəndi ilə bağlı SƏRƏNCAM

Prezident İlham Əliyev Xankəndi Şəhər Prokurorluğunun yaradılması haqqında Sərəncam imzalayıb. Bununla bağlı məlumat yayıb. Sərəncama əsasən, Nazirlər Kabineti Xankəndi Şəhər Prokurorluğunun yaradılması ilə əlaqədar həmin qurumun bina, avadanlıq, rabitə, nəqliyyat vasitələri ilə təmin edilməsi və digə

14:09 172